29
milli maliyyə bazarlarıdır. Onların əsas funksiyaları maliyyə fondlarını təklif edənlərdən ehtiyacı
olanlara səmərəli şəkildə verilməsini təmin etməkdir. Hər hansı bir ölkənin valyuta, kredit və maliyyə
bazarlarında aparılan əməliyyatların əsas hissəsi bir qayda olaraq milli əməliyyatlardır. Yalnız onların
müəyyən bir hissəsi beynəlxalq mahiyyət daşıyır.
Hal-hazırda dünyanın 13 maliyyə mərkəzlərində xarici bankların 1000-dən çox filial və şöbələri
toplanmışdır.
Beləliklə, dünya maliyyə axınlarını idarə edən bir alət rolunu oynayan və bütün sutka ərzində
fəaliyyət göstərən beynəlxalq bazar mexanizmi formalaşmışdır.
Son illərdə dünya valyuta, kredit və maliyyə bazarlarında sürətli qloballaşma prosesi gedir. Bir
tərəfdən bazarlar genişlənir, digər tərəfdən isə bu bazarlarda beynəlxalq əməliyyatların xüsusi çəkisi
artır. Bununla dünya dövlətlərinin və şirkətlərin daxili bazarlardan asılılığı azalır.
Sərhəddənkənar bazarların (cross-border markets) genişlənməsini şərtləndirən əsas amil
investorların qanun daxilində öz kapitallarını sərbəst olaraq milli sərhədlərdən kənara çıxara bilməsi,
beynəlxalq maliyyə bazarlarının milli bazarlardan daha sərfəli olmasıdır. Bu sərfəlilik beynəlxalq
bazarlarda aparılan əməliyyatların genişliyi (yəni bu bazarların «topdansatış» mahiyyətinə malik
olması) və daxili bazarlarda faizlərin məhdudlaşdırılması, vergi və digər hökumət müdaxilələrinin
olması ilə əlaqədardır. Rabitə texnologiyasının sürətli inkişafı beynəlxalq maliyyə əməliyyatlarına
çəkilən xərcləri də ciddi azaltmışdır. Bütün bunlar isə daxili və xarici bazarlar arasındakı böyük fərqləri
azaltmış və dünya maliyyə mərkəzlərinin yaranıb inkişaf etməsinə səbəb olmuşdur.
Beləliklə, məsələn, ABŞ-ın qiymətli kağızları dünyanın hər yerində 24 saat ərzində alınıb
satılmaq imkanına malikdirlər.
Beynəlxalq maliyyə bazarlarının qloballaşması dünya maliyyə mərkəzləri və şirkətləri arasında
qiymətli kağızlar sahəsində mövcud olan rəqabəti olduqca kəskinləşdirmişdir. Məsələn, əgər hər hansı
bir dövlət milli bazarda qiymətli kağızlar üzrə məhdudlaşdırıcı tədbirləri azaldırsa, rəqabətə davam
gətirmək üçün digər dövlətlər də məhdudlaşdırıcı tədbirlər görməyə məcburdurlar. Beləliklə, maliyyə
sisteminin inkişafının hərəkətverici qüvvəsi rəqabətdir. Rəqabətin yaratdığı dinamik güc isə maliyyə
yenilikləri - innovasiyadır (innivation).
Beynəlxalq maliyyə bazarlarında qloballaşma prosesləri XX əsrin 80-ci illərində yüksək sürət
almışdır. Beynəlxalq maliyyə bazarlarında qloballaşma prosesinin sürətlənməsi aşağıdakı amillərlə
əlaqədardır:
- əvvəlcə sənaye ölkələrində, sonralar isə inkişaf etməkdə olan ölkələrdə mal və kapital
hərəkətlərini tənzimləyən qanunvericiliyin tədricən liberallaşdırılması;
- rabitə və kompyuter texnologiyasının sürətli inkişafı və banklarda həmin texnologiyaların geniş
tətbiqi;
- beynəlxalq maliyyə bazarlarında digər maliyyə təşkilatlarının da banklarla rəqabət
mübarizəsinə daxil olması.
Bretton-Vuds valyuta sisteminin süqut etdiyi və dünya neft böhranının özünü göstərdiyi 70-ci
illərdə beynəlxalq maliyyə bazarlarında bankların rolu sürətlə artmışdır. Bretton-Vuds sistemi ləğv
olunduqdan sonra bir çox ölkələr sabit məzənnə siyasətindən sərbəst dəyişən məzənnə sisteminə
keçdilər və valyuta rejimlərini dəyişdirərək kapital hərəkətlərini məhdudlaşdıran müddəaları
yumşaltmağa başladılar. Neft qiymətlərinin qısa müddət ərzində dörd dəfə artması nəticəsində neft
ixrac edən ölkələrin (OPEC) əlində külli miqdarda valyuta ehtiyatlarının toplanmasına yol açdı. Bu
ölkələr isə həmin ehtiyatları inkişaf etmiş sənaye ölkələri banklarında müxtəlif şəkildə yerləşdirdilər. Bu
banklar isə astronomik rəqəmlərlə ifadə olunan həmin ehtiyatların dünya maliyyə bazarlarında
yenidən
yerləşdirilməsi əməliyyatlarını həyata keçirməyə başladılar. Bütün bunlar beynəlxalq maliyyə
bazarlarının sürətlə genişlənməsini şərtləndirdi.
80-ci illərdə kompyuter və rabitə texnologiyasında özünü göstərən sürətli inkişaf bank
əməliyyatlarına çəkilən xərclərin (maya dəyərinin) azalması ilə nəticələndi. Bu isə bank
əməliyyatlarının genişlənməsinə, sayının artmasına səbəb oldu. Bu bazarlarda banklarla yanaşı sığorta
şirkətləri, pensiya fondları, investisiya institutlarına geniş fəaliyyət sahəsi açıldı.
Beynəlxalq maliyyə inteqrasiyası (maliyyə inqilabının ikinci tərəfi) daxili və beynəlxalq maliyyə
bazarları arasında mövcud olan maneələrin aradan qaldırılması və çoxtərəfli əlaqələrin inkişaf
etdirilməsi ilə əlaqədardır. Maliyyə kapitalı sərbəst olaraq heç bir məhdudiyyət olmadan daxili
bazardan dünya bazarına doğru və əks istiqamətdə hərəkət edə bilir.
Maliyyə inqilabının üçüncü tərəfi maliyyə yenilikləri, yəni yeni maliyyə alət və texnologiyalarının
yaradılmasıdır. Bütün bunlar maliyyə sahəsində qloballaşmanı olduqca sürətləndirmişdir.
30
Valyuta bazarı öz həcminə görə dünya maliyyə bazarının ən böyük tərkib hissəsidir. O, dünya
maliyyə bazarının tərkib hissələrinin qarşılıqlı əlaqələrində mühüm rol oynayır.
Məlum olduğu kimi, siyasi müstəqilliyin ayrılmaz atributlarından biri bütün ölkələrin
özünəməxsus pul vahidinə malik olmasıdır. Milli pul vahidləri hər ölkənin xüsusiyyətinə uyğun olaraq
müxtəlif adlar daşıyırlar.
Beynəlxalq iqtisadi əməliyyatların daxili iqtisadi əməliyyatlarından mühüm fərqləndirici
cəhətlərindən biri odur ki, bu əməliyyatlarda ən azı iki ölkənin milli pul vahidləri iştirak edir.
D
ünya maliyy
ə bazarlar
ı. (
İştirak
çılar v
ə strukturu)
Milli i
ştikar
çılar
Bazarlar
ın
strukturu
Beyn
əlxalq i
ştirak
çılar
Şirkətlər
Valyuta bazarları, o
cümlədən avrovalyuta
bazarı
Beynəlxalq şirkətlər,
TMŞ
Banklar və ixtisaslaşmış
kredit maliyyə
institutları, o
cümlədən
sığorta şirkətləri
Borc kapitalı bazarı
A) pul bazarı
B) kapital bazarı
V) avrobazar
Beynəlxalq banklar,
TMŞ-lər, İxtisaslaşmış
kredit-maliyyə
institutları, o cümlədən
sığorta şirkətləri
Fond və əmtəə birjaları.
Dövlətlər.
Fond bazarları, sığorta
bazarları, qızıl
bazarları
Beynəlxalq fond və
əmtəə birjaları,
Beynəlxalq
valyuta-
kredit və maliyyə
təşkilatları
Hər bir ölkənin milli pul vahidi adətən, yalnız həmin ölkənin milli sərhədləri daxilində hərəkət
edə bilir. Bu baxımdan ölkələrin xarici ölkələrlə ticarət və maliyyə əlaqələri yarada bilmələri üçün
onların milli pul vahidləri bir-birinə dəyişdirilməlidir. Onların bir-birinə dəyişdirilməsi isə valyuta
bazarı vasitəsilə həyata keçirilir.
Valyuta bazarı beynəlxalq maliyyə sisteminin mərkəzi həlqəsidir. Əməliyyatların həcminə görə
o maliyyə bazarının bütün digər seqmentlərini qabaqlayır. Dünya valyuta bazarında gündəlik
sövdələşmələrin həcmi orta hesabla 90-cı illərin ortalarında 1, 2 -1, 4 trln. dollara çatırdı. Müqayisə
üçün göstərmək lazımdır ki, dünya istiqraz bazarlarında gündəlik əməliyyatlar 500-700 milyard dollar,
səhm bazarında isə 100-150 milyard dollar həcmindədir.
Statistik məlumatlara görə, dünya valyuta bazarlarında valyuta mübadiləsinin gündəlik həcmi
orta hesabla 1995-ci ildə 2561, 5, 2000-ci ildə 4072, 2 və 2006-cı ildə 9173, 3 SDR [bax: əlavə №16]
təşkil etmişdir. Yalnız son on il ərzində valyuta mübadiləsi 36 dəfə artmışdır. Müqayisə üçün göstərmək
lazımdır ki, Dünya Valyuta bazarları əməliyyatlarının ümumi həcmi 2000-ci illərin əvvəllərində dünya
ticarətindən 30 dəfə, məcmuu milli məhsuldan isə 15 dəfə çox olmuşdur. Həmin dövrdə valyuta
əməliyyatlarının 656 mlrd. dollarını, yəni yarısından çoxu valyuta svapları, 387 mlrd. dolları isə spot
əməliyyatlar təşkil etmişdir.
C
ə
dv
ə
l № 1. 5
D
ünya
valyuta bazarlarında g
ünd
əlik
əm
əliyyatlar (c
əmi v
ə n
övl
ərin
ə g
ör
ə) mlrd. dollar (aprel
aylar
ın
ın orta s
əviyy
əsi)*
1989
1992
1995
1998
2001
Valyuta əməliyyatının növü
317
394
494
568
387
Spot əməliyyatları
27
58
97
128
131
Müddətli əməliyyatlar
190
324
546
734
656
Valyuta svopları
56
44
53
60
26
Qeydiyyat nöqsanları
590
820
1. 190
1. 490
1. 200
Əməliyyatların cəmi
570
760
990
1. 400
1. 200
2001-ci il aprel məzənnəsinə
görə əməliyyatların cəmi
* [304, səh. 82]