VəLİyev dünyamali əMİr oğLU



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə25/173
tarix14.04.2018
ölçüsü3,58 Kb.
#38395
1   ...   21   22   23   24   25   26   27   28   ...   173

 
44 
udurlar. Qlobal proseslərə uyğunlaşa bilməyən ölkələr üçün iqtisadiyyatın daha çox beynəlmiləlləşməsi 
onlar üçün milli iqtisadiyyatı tənzimləmə qabiliyyətinin daha da azalmasına yol açır. Bu ölkələrdə bir 
çox  iqtisadi  proseslərin  qlobal  təbiəti  ilə  onların  milli  təsərrüfat  çərçivəsində  tənzimlənməsi  arasında 
uyğunsuzluq  artır.  Təbiidir  ki,  bu  uyğunsuzluq  özünü  müxtəlif  ölkələrdə  müxtəlif  dərəcədə  göstərir. 
Çünki  milli  dövlətlər  qloballaşma  proseslərini  müxtəlif  dərəcədə  həll  ediliblər,  müxtəlif  “çəkiyə” 
malikdirlər, qlobal bazarlardan müxtəlif dərəcədə “fayda” və ya “zərər” əldə edirlər. Bütün bunlar isə 
mənafelər arasında ziddiyyətin yaranmasını labüd edir. Çünki xarici satış bazarlarından, xarici maliyyə 
ehtiyat larından, texnoloji və idarəçilik təcrübəsindən güclülər daha çox istifadə edə bilirlər. Ona görə 
də əsas makroiqtisadi göstəricilər arasında fərq bir çox hallarda artmaqda davam edir.   
Ona görə də qloballaşmanın ümumbəşəri əhəmiyyət kəsb edən problemlərindən biri bu prosesin 
ölkələr  arasında  inkişaf  səviyyəsi  baxımından  olan  kəskin  fərqə  necə  təsir  etməsi,  qloballaşmanın 
faydalarının ölkələr arasında necə bölünməsi problemidir.  
Müasir mərhələdə heç bir dövlət həmin proseslərdən kənarda qala bilməz. Lakin getdikcə daha 
çox  dərk  edilir  ki,  bəşəriyyətin  inkişafı  üçün  həyati  əhəmiyyət  kəsb  edən  qloballaşmanın  faydaları 
qeyri-bərabər  bölüşdürülür.  Müasir  beynəlxaq  siyasi-iqtisadi  sistemdə  az  saylı  inkişaf  etmiş  sənaye 
ölkələri  aparıcı  rol  oynayır.  Texnoloji  və  informasiya  inqilabları  iqtisadi  inkişafın  xarakterini 
dəyişmişdir. Qabaqcıl sənaye ölkələri və müəyyən dərəcədə orta inkişaf səviyyəsinə malik olan ölkələr 
üçün rifah səviyyəsinin artırılmasında yeni imkanlar daha çox yaranmışdır.  
Bununla  yanaşı  tədqiqatlar  göstərir  ki,  ziddiyyətli  mahiyyəti  və  sosial  iqtisadi  nəticələrinə 
baxmayaraq,  XX  əsrdə  baş  vermiş  elmi-texniki  inqilablar  inkişaf  etməkdə  olan  ölkələrin  və  keçid 
iqtisadiyyatı ölkələrinin sosial-iqtisadi tərəqqisinə ciddi təsir göstərmişdir. Faktlar bunu  əyani şəkildə 
sübut edir.  
Belə ki, sənaye istehsalı XX əsr ərzində inkişaf etməkdə olan ölkələrdə 21, 9 dəfə artdığı halda, 
inkişaf  etməkdə  olan  ölkələrdə  62,  1  dəfə  artmışdır.  Yalnız  son  30  il  ərzində  (1970-2000-ci  illər) 
sonuncuların sənaye istehsalı 55 dəfə artmışdır [202, s. 106].  
2000-2005-ci  illərdə  isə  ÜDM  bütün  dünyada  19,  5,  inkişaf  etmiş  ölkələrdə  10,  1  və  inkişaf 
etməkdə olan ölkələrdə isə 32, 9% bəndi artmışdır. [bax: əlavə №2].  
İnkişaf etməkdə olan ölkələrdə sənayenin strukturunda da ciddi dəyişikliklər özünü göstərmişdir.  
Verilən cədvəl və diaqramlardan göründüyü kimi XX əsrdə (100 il ərzində) ÜDM bütün dünyada 
18, 8 dəfə artdığı halda, İEOÖ-də 27, 3 dəfə artmışdır.  
ÜDM-in artımı, dəfə (1900 - 1) 
  
1900 
1950 
2000 
Bütün dünya 
1, 0 
2, 9 
18, 8 
Qərbin inkişaf etmiş ölkələri 
1, 0 
2, 9 
15, 9 
Qərbi Avropa 
1, 0 
2, 0 
10, 3 
İEOÖ 
1, 0 
2, 5 
27, 3 
Cənubi Amerika 
1, 0 
5, 3 
40, 2 
Yaxın və Orta Asiya (yaxın və Orta Şərq daxil 
deyil) 
1, 0 
1, 6 
22, 0 
Şimali Afrika,  Yaxın və Orta Şərq 
1, 0 
7, 0 
104, 4 
Afrikanın cənubu 
1, 0 
5, 0 
17, 1 
SSRİ (2000-ci ildə MDB və Baltikyanı ölkələr) 
1, 0 
4, 1 
9, 8 
 
 


 
45 
 
Şəkil 1. Dünya regionları üzrə ÜDM-in artım dinamikası, dəfə (1900 - 1) 
 
RegionlarıÜmumi dünya məhsulunda payı (faizlə
  
1900 
1950 
2000 
Bütün dünya 
100, 0 
100, 0 
100 
Qərbin inkişaf etmiş ölkələr 
60, 2 
60, 7 
51, 0 
Qərbi Avropa 
36, 7 
25, 7 
20, 0 
İEOÖ 
25, 9 
22, 2 
37, 6 
Cənubi Amerika 
3, 5 
6, 4 
7, 5 
Yaxın və Orta Asiya (Yaxın və Orta Şərq daxil deyil) 
21, 0 
11, 2 
23, 6 
Şimali Afrika,  yaxın və Orta Şərq 
1, 0 
2, 3 
5, 4 
Afrikanın cənubu 
1, 4 
2, 3 
1, 2 
SSRİ (2000-ci ildə MDB və Baltikyanı ölkələr 
7, 9 
11, 1 
4, 1 
 
C
ə
dv
ə
l № 1. 7 
İnkişaf etməkdə olan ölkələrdə maddi istehsalı
strukturunun dinamikası (yekuna nisbətən faizlə)*) 
*333 
 
İqtisadiyyat sahələri   1950 
1960 
1970 
1980 
1990 
2000 
Emaledici sənaye  
25, 8 
29, 7 
27, 9 
25, 5 
41, 7 
55, 2 
Hasilat sənayesi  
6, 4 
9, 4 
18, 7 
41, 7 
23, 0 
24, 7 
Kənd təsərrüfatı  
67, 8  
60, 9 
53, 4 
32, 8 
36, 3 
20, 1 
YEKUN  
100 
100 
100 
100 
100 
100 
*)[202, s 108-110] 
 
 
Cədvəldən  göründüyü  kimi  XX  əsrin  ikinci  yarısında  inkişaf  etməkdə  olan  ölkələrdə  məhsul 
istehsalının strukturunda emaledici sənaye məhsullarının payı iki dəfədən çox artaraq 2000-ci ildə 55, 
2% təşkil etmişdir. Diqqəti belə bir cəhət cəlb edir ki, bu proses qloballaşmanın geniş vüsət aldığı 90-cı 
illərdə xüsusən sürətlənmişdir.  
 Onu da nəzərə almaq lazımdır ki, həmin struktur dəyişiklikləri bəzi iqtisadçıların iddia etdikləri 
kimi heç də materialtutumlu və əməktutumlu sahələr hesabına baş verməmişdir. Belə ki, 1980-1998-ci 
illər ərzində inkişaf etməkdə olan ölkələrin ixracatında baza ehtiyatlarının (yanacaq nəzərə alınmasa) 
payı 50, 8%-dən 19%-ə enmiş, əməktutumlu hazır məhsulları isə müvafiq olaraq 21, 8 və 23, 2% təşkil 
etmişdir.  Həmin  dövrdə  ixracatda  yüksək  texnolojitutumlu  məhsulların  xüsusi  çəkisi  isə  11,  6%-dən 
31%-ə yüksəlmişdir [262, s. 11].  
Sənaye  ölkələrində  yaranmış  zəngin  hazır  texniki  potensialdan  istifadə  edərək,  zəif  ölkələr  öz 
inkişafını sürətləndirmək imkanına malikdirlər.  
Adambaşına  məhsul  istehsalı  1970-2000-ci  illər  ərzində  inkişaf  etmiş  ölkələrdə  1, 7  dəfə  artdığı 
halda, inkişaf etməkdə olan ölkələrdə 2, 5 dəfə çoxalmışdır [326, 2001, № 9, s. 102].  
2000-2006-cı illərdə isə ÜDM orta illik artım sürəti inkişaf etməkdə olan ölkələrdə inkişaf etmiş 
ölkələrə nisbətən xeyli yüksək olmuşdur.  
 
ÜDM orta illik artım sürəti (faizlə)* 
 
 
2000 
2001 
2002 
2003 
2004 
2005 
2006 
İnkişaf etmiş ölkələr 
3, 67 
1, 22 
1, 34 
1, 79 
3, 04 
2, 36 
3, 0 
İnkişaf etməkdə olan 
ölkələr 
5, 85 
4, 11 
4, 74 
6, 19 
7, 35 
6, 95 
 
*[285, p. 91] 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə