VəLİyev dünyamali əMİr oğLU



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə27/173
tarix14.04.2018
ölçüsü3,58 Kb.
#38395
1   ...   23   24   25   26   27   28   29   30   ...   173

 
48 
sektorunda dövlətin tənzimləyici rolu zəif olan ölkələr həmin böhranlardan daha çox itki ilə çıxırlar.  
3. Dövlətin bölgü sahəsindəki funksiyaları – qloballaşma prosesinin qeyri  – bərabər gedişi istər 
ölkələr arasında, istərsə də ölkə daxilində gəlir bölgüsünün tənzimlənməsini tələb edir.  
 
 
MИLLИ DÖVLƏTLƏRИN QLOBAL MALИYYƏ-ИQTИSADИ MÜHITƏ 
ИNTEQRASИYASININ NƏZƏRИ VƏ  
PRAKTИKИ ƏSASLARI 
 
2. 1 Qlobal əmək bölgüsü sisteminə inteqrasiyanın nəzəri əsasları.  
 
İ
nformasiyaya əsaslanan istehsal və rəqabətin beynəlxalq əmək bölgüsü sistemində formalaşan 
qloballaşma  ölkələrarası  asılılıq,  regionallaşma  və  hər  bir  regionda  diversifikiasiyanın  durmadan 
artması ilə xarakterizə edilir, tarixən formalaşmış iqtisadi coğrafiyanın dəyişdirilməsinə doğru aparır. 
[188. s. 119] 
  Hər bir ölkədə geniş təkrar istehsalı prosesinin mühüm amillərindən biri olan beynəlxalq əmək 
bölgüsü (BƏB) milli iqtisadiyatla qlobal iqtisadiyatın qarşılıqlı əlaqəsini şərtləndirir, zəruri beynalxalq 
iqtisadi proporsiyaları formalaşdırır və inkişaf etdirir.  
Təbii  sərvətlərin  milli  dövlətlər  arasında  qeyri-bərabər  bölgüsü  BƏB-in  mövcudluğunu 
şərtləndirir  və  hər  bir  ölkə  ərazisində  milli  iqtisadiyyatın  formalaşmasının  əsasını  təşkil  edir.  Lakin 
qloballaşma dövründə baş verən informasiya və texnologiya inqilabları təbii şəraitin və təbii sərvətlərin 
həlledici rolunu ikinci plana keçirir. Müasir dövrdə hər bir ölkədə sosial-iqtisadi tərəqqi informasiya və 
texnologiya sahəsində durmadan baş verən dəyişikliklərdən necə və nə dərəcədə istifadə olunmasından 
asılıdır.  
Ölkələr arasında qarşılıqlı əlaqələr də BƏB sahəsində özünü göstərən təmayüllər nəzərə alınmaqla 
həyata keçirilməlidir. Qloballaşma prosesləri sənaye  ölkələrində irimaşınlı sənayenin inkişafının daha 
da  sürətlənməsi  ilə  nəticələnir.  Bu  isə  istehsalın  miqyasını  əvvələr  görünməmiş  dərəcədə  artırmaqla 
onların  satışı  və  xammal  mənbələri  uğrunda  dünya  bazarlarında  gedən  mübarizəni  olduqca 
kəskinləşdirir.  Digər  tərəfdən  isə  İEOÖ-lərin  elmi-texniki  nailiyyətlərdən  istifadə  etmə  zərurəti  də 
durmadan artır.  
Qloballaşma da, əslində bu ehtiyacların təsiri altında yaranmış və inkişaf edir. Beynəlxalq əmək 
bölgüsü dərinləşdikcə kapital və maliyyənin, işçi qüvvəsinin beynəlxalq hərəkəti genişlənir.  
Qərbin  aparıcı  tədqiqatçılarının  BƏB-nün  modernləşdirilməsi  sahəsindəki  görüşlərini  iki  qrupa 
bölmək olar: 
1.   ölkələrin qarşılıqlı asılılığının müxtəlif variantları; 
2.   mövcud BƏB modelinin yenidən qurulmasına yönəlmiş tövsiyələr.  
Xarici  asılılıq  nəzəriyyəsi  20-ci  illərdə  "Üçüncü  dünya"  ölkələrində  populyarlıq  qazanmağa 
başlamışdır. [198. 588. 89] 
Sözügedən nəzəriyyəyə əsasən, zəif inkişaf etmiş ölkələr varlı İEÖ tərəfindən istismar olunur və 
ölkələrin yoxsulluğu onların dünya iqtisadiyyatına necə inteqrasiya olumasından asılıdır. Nəzəriyyəyə 
görə,  gələcək  inkişafın  təmin  olunmasında  zəif  inkişaf  etmiş  ölkələr  üzərindəki  müstəmləkəçiliyin 
təsirləri nəzərə alınmalıdır. Sözügedən nəzəriyyə qeyd edir ki: 

 
Kasıb ölkələr varlı ölkələr üçün təbii resurslar, ucuz işçi qüvvəsi və onların texnologiyaları üçün 
bazar rolunu oynayır. 

 
İEÖ müxtəlif siyasət və təşəbbüslər vasitəsilə kasıb ölkələri özlərindən asılı vəziyyətə salırlar. 

 
Asılı ölkələr İEÖ-in təsirlərinə müqavimət göstərdikdə isə varlı ölkələr tərəfindən onlara tətbiq 
edilən iqtisadi sanksiyalarla, hərbi təcavüzlə və güclü nəzarətlə üzləşirlər.  
Bu nəzəriyyə ilk dəfə P. Baranın Artımın əsərində öz əksini tapmışdır. O qeyd edirdi ki, qərbin 
İEÖ əslində İEOÖ-in yoxsulluqdan azad olmasına mane olur. Baran həmçinin vurğulayır ki, İEOÖ əldə 
etdikləri  mənfəətləri  iqtisadi  artıma  səbəb  olacaq  sərmayə  qoyuluşlarına  yatırmırlar.  Baranın 
nəzəriyyəsini təkmilləşdirən A. Frank qeyd edirdi ki, Qərbin burjuaları İEOÖ-i inkişafını ləngitməklə 
öz hazır malları üçün bazar və zavodları üçün isə ucuz xammal təchizatını təmin edirlər. Bu yolla da 
İEOÖ  İEÖ-dən  asılı  vəziyyətə  düşürlər.  Kapitalist  ölkələrdə  üçüncü  dünya  ölkələrinin  dominant 


 
49 
təbəqələri  ilə  alyans  yaradaraq  həmin  ölkələrin  inkişafına  mane  olmuşdur. Kapitalist  ölkələrdən  asılı 
olan üçüncü dünya ölkələrinin dominant təbəqələri Qərb ölkələrinə xammal ixrac etməklə gəlir əldə edir 
və birinci dünya ölkələrindən bahalı mallar idxal edirlər. Sözügedən nəzəriyyə ölkələri 2 müxtəlif inkişaf 
kateqoriyasına - mərkəz və periferiyaya bölmüşdür. Mərkəzə inkişaf etmiş və müstəmləkəçi dövlətləri, 
periferiyaya  isə  inkişaf  etməkdə  olan  və  müstəmləkə  dövlətləri  daxildir.  Mərkəz  periferiyanı  istismar 
edir və müstəmləkəçilik nəticəsində inkişafını təmin etmiş olur.  
Bu  nəzəriyyəyə  görə,  Qərbin  şirkətləri  İEOÖ-in  bazarlarına  girməyə,  oradakı  ucuz  işci 
qüvvəsindən istifadə etməyə can atır, kapitaltutumlu və ekoloji cəhətdən zərərli zavodları bu ölkələrə 
köçürür. Lakin həmin ölkələrə özlərinin tədqiqat və inkişaf potensialını ixrac etmirlər. Nəticədə, üçüncü 
dünya ölkələrinin sənayeləri "ikinci nəsil″ texnologiyalara əsaslanır, xaricdən gətirilən xammal istifadə 
edən əcnəbilərə məxsus olur, az sayda iş yerləri açılır və ölkə iqtisadiyyatında fəaliyyət göstərən digər 
istehsalçılar ilə az bağlılıq yaranır. Eyni zamanda, üçüncü dünya ölkələrinin xarici valyuta ehtiyatları 
azalır,  çünki  xarici  şirkətlər  öz  mənfəətlərini  ölkələrinə  göndərirlər.  Bununla  əlaqədar  olaraq,  üçüncü 
dünya  ölkələri  xarici  valyuta  əldə  etmək  üçün  daha  çox  xammal  ixrac  etməyə  məcbur  olurlar.  Buna 
görə,  üçüncü  dünya  ölkələrinin  iqtisadiyyatlarının  sağlamlığı  inkişaf  etmiş  ölkələrə  xammal  ixrac 
etməkdən asılı olacaqdır. Bununla yanaşı, iş yerləri açılmadığından həmin ölkələrin əhalisi bu artımın 
yalnız  kiçik  faydasını  görəcəklər.  Ona  görə  də,  üçüncü  dünya  ölkəlrində  baş  verən  hər  hansı  iqtisadi 
inkişaf  müəyyən  sosial  inkişafa  gətirib  çıxaracaqdır,  lakin  yenə  də  birinci  dünya  ölkələrinin 
iqtisadiyyatlarının  inkişafı  ilə  müəyyən  olunacaqdır.  Elə  bu  səbəbdən  də,  sözügedən  nəzəriyyənin 
nümayəndələri  qeyd  edirdilər  ki,  İEOÖ  öz  davamlı  inkişaflarını  İEÖ-dən  asılı  olmaqla  təmin  edə 
bilməzlər.  Bununla  əlaqədar  olaraq,  üçüncü  dünya  ölkələrinin  müstəqil  milli  inkişaf  strategiyasına 
ehtiyacları  vardır.  Həmin  ölkələr  birinci  dünya  ölkələrindən  asılı  olaraq  inkişaf  etməməli,  iqtisadi 
cəhətdən öz tələblərini təmin edə bilməlidirlər.  
Qeyd  olunmalıdır  ki,  bütün  dünya  ölkələri  bu  və  ya  digər  dərəcədə  bir-birlərindən  asılıdırlar. 
Həmçinin,  hər  bir  ölkə  özünün  iqtisadi  inkişafını  təmin  etmək  üçün  digər  ölkələrlə  iqtisadi  və  ticarət 
əlaqələri qurur. Qloballaşma şəraitinin bütün dünya ölkələri qarşılıqlı sürətdə bir-birilərindən asılıdırlar 
və özlərinin iqtisadi inkişafını təmin etmək məqsədilə öz səylərini əsirgəmirlər.  
ABŞ iqtisadçısı R. Kuper qarşılıqlı asılılıq problemini müxtəlif nöqteyi nəzərdən araşdırır. Onun 
fikrinə görə, dörd növ qarşılıqlı asılılıq mövcuddur: 
1. Struktur asılılığı.  Ölkələr bir-biri ilə o qədər qarşılıqlı asılılıq vəziyyətindədirlər ki, hər hansı 
bir ölkənin iqtisadiyyatında baş verən əhəmiyyətli dəyişiklik dərhal digər ölkələrdə əks-səda doğurur. 
2. İqtisadi siyasət sahəsində qarşıya qoyulan məqsədlərin qarşılıqlı asılılığı; 
3. İqtisadi inkişafın xarici amillərinin qarşılıqlı asılığı. 
4. Siyasi cəhətdən qarşılıqlı asılılıq həmin nəzəriyyə öz reallığı ilə fərqlənir. [124, 551]. 
Göstərilən  nəzəriyyələr  qloballaşma  dövründə  BƏB  sisteminin  modernləşdirilməsi  sahəsində 
digər nəzəriyyələrin meydana çıxmasına şərait yaratmışlar.  
BƏB modernləşdirilməsi və milli dövlətlərin bu prosesə uyğunlaşması ideyalarının əsas məzmunu 
ondan ibarətdir ki, İEOÖ himayəçilik siyasətindən imtina etməlidirlər və xarici kapitalın ölkəyə daha 
çox daxil olması üçün şərait yaratmalıdırlar. İEOÖ-in çoxu həmin nəzəriyyələrin işığında "açıq qapı" 
siyasətini həyata keçirir, müştərək müəssisələrin, azad iqtisadi zonaların yaradılmasını sürətləndirirlər.  
Bu  sahədə  Cənubi-Şərqi  Asiya  və  Latın  amerikası  ölkələri  xeyli  nailiyyətlər  əldə  etmişlər. 
Bununla yanaşı, onlar himayəçilik siyasətindən də tam imtina etməyiblər. Onlar himayəçilik rejiminin 
yumşaldılması siyasətinin İEÖ tərəfindən də həyata keçirilməsini tələb edirlər.  
Qloballaşma  dövründə  BƏB  sisteminin  modernləşdirilməsi  ideyasının  əsas  məzmununu  İEOÖ-
lərin  sənayeləşmə  siyasətinin  sahə  strukturunun  yeni  istiqamətlərinin  müəyyən  edilməsi  təşkil  edir. 
Onlara  təklif  olunur  ki,  İEÖ-in  ehtiyaclarını  ödəmək  üçün  əməktutumlu,  materialtutumlu, 
standartlaşdırılmış məhsul və məmulatların istehsalına üstünlük versinlər. Həmin məhsulların ixracı hər 
vasitə  ilə  stimullaşdırılsın.  İEÖ  isə  yüksək  ixtisaslı  işçi  qüvvəsi  tələb  olunan  elmi-texniki  tərəqqinin 
özünü çox göstərdiyi sahələrin inkişafına üstünlük verməlidirlər. [124, 5. 51-52] 
80-cı illərdə ABŞ, Kanada, Böyük Britaniya və AFR-da konservativ hökümətlərin hakimiyyətə 
gəlməsi iqtisadi nəzəriyyədə və siyasətdə neoklassik əksinqilab ilə nəticələndi. Onlar İEÖ-lərdə məcmuu 
təklifin  stimullaşdırılmasına  və  dövlət  müəssisələrinin  özəlləşdirilməsinə  üstünlük  verdilər.  Həmin 
nəzəriyyənin  tərəfdarları  üçüncü  dünya  ölkələrində  iqtisadiyyata  dövlət  müdaxilələrinin  ixtisar 
olunması  ideyasını  irəli  sürdülər.  Həmin  ideyalar  aparıcı  beynəlxalq  iqtisadi  təşkilatlar  olan  BVF  və 
Dünya  bankı  tərəfindən  qəbul  olundu.  Ona  görə  də  azad  bazar  ideyalarını  əsas  götürən  neoklassik 
məktəbin  nümayəndələri  asılılıq  nəzəriyəsinin  tərəfdarlarına  qalib  gəldilər.  Onlar  hesab  edirdilər  ki, 
bazarlara  sərbəstlik  verməklə,  dövlət  müəssisələrini  özəlləşdiməklə,  ixracatın  qarşısındakı  maneləri 
götürməklə və xarici kapitalı cəlb etməklə iqtisadi inkişafı sürətləndirmək mümkündür.  


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə