VəLİyev dünyamali əMİr oğLU



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə29/173
tarix14.04.2018
ölçüsü3,58 Kb.
#38395
1   ...   25   26   27   28   29   30   31   32   ...   173

 
52 
müəllif təcrübələrini tətbiq və təşviq etməlidir
2.  dövlət  yeni  texnologiyanın  yayılmasını  asanlaşdırmağa  istiqamətlənmiş  dövlət  proqramları 
tərtib etməli, firmaların innovasiya fəaliyyətini təşviq etməlidir
3. yenilikçi sahibkarların birinci fəaliyyətində mövcud olan maneələr aradan qaldırılmalıdır; 
4. dövlət və xüsusi bölmədə elmi-tədqiqat işlərində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin iş 
şəraiti nəzərdən keçirilməli və yaxşılaşdırılması üçün tədbirlər görülməlidir; 
5.  özəl  sektorda  risk  yüksək  olan  innovasiya  sahəsində  səhmdar  kapitalın  formalaşdırılması  və 
inkişaf etdirilməsi üçün tədbirlər görülməlidir 
Yeni texnologiyanın yayılması. Dövlət emaledici sənayedə yüksək texnologiyadan istifadə edilən 
biliktutumlu  sahələrə  xüsusi  diqqət  verməlidir.  Məlum  olduğu  kimi,  iqtisadi  əməkdaşlıq  və  inkişaf 
təşkilatında  (OЭCP)  istehsalın  üçdə  ikisi  və  məşğulluğun  70%-i  xidmət  sektoruna  aiddir. 
Texnologiyanın  yayılması  mexanizminin  təkmilləşdirilməsi  dövlətin  iqtisadi  siyasətinin  aparıcı 
istiqamətlərindən biri olmalıdır. Bu mexanizm yalnız texnologiyanı tətbiq edən firmaları deyil, həm də 
ənənəvi üsullarla istehsalı təşkil edən müəssisələri də əhatə etməlidir.  
Qabaqcıl dünya dövlətlərinin təcrübəsi göstərir ki, hökumət texnologiyanın yayılmasında fərdləri 
təşviq etməklə yanaşı, bu sahədə təşkilatlanmağa da xüsusi diqqət verirlər. Texnologiya sahələrindəki 
biliklər  xaricdən  mütəxəssislər  cəlb  olunması  yolu  ilə  də  artırıla  bilər.  Təhsil  siyasəti  təhsil  alma 
müddəti  bitdikdən  sonra  da  davam  etdirilməlidir.  İşləyənlərin  təhsilinin  artırılması,  özəl  və  dövlət 
bölməsi arasında mütəxəssis mübadiləsi sistemi yaradılaraq inkişaf etdirilməlidir.  
Şəbəkələşmə  və  təmərküzləşmənin  təşviqi.  Şəbəkələşmiş  firmalarla  innovasiya  yaradan 
müəssisələr  arasındakı  əlaqələr  innovasiya  prosesinin  başlıca  mənbəyi  halına  gəlmişdir.  Belə  vəziyyət 
informasiya texnologiyalarının inkişafının nəticəsi kimi yeni texnologiyanın yayılmasında əldə etdikləri 
üstünlük  ilə  əlaqədar  yaranmışdır.  Yenilikdən  praktikaya  qədər  yolda  məsafə  olduqca  yüksəkdir  və 
getdikcə artmaqda davam edir və yenilikçi müəssisələr nə qədər böyük olsalar da, onlar həmin məsafəni 
təkbaşına  qət  edə  bilmirlər.  Ona  görə  də  onlar  ehtiyac  hiss  etdikləri  yeni  bilikləri  və  mütəxəssisləri 
bəzən  firma  daxilində  əldə  edə  bilmirlər  və  buna  görə  də  həmin  problemi  həll  etmək  üçün  strateji 
ittifaqlar yaradırlar. Günümüzdə belə ittifaqların sayı durmadan artır, şəbəkələşmə genişlənir. Firmalar 
innovasiya  prosesində  çox  vaxt  alt  sənaye  sahələri,  müştəriləri  və  hətta  rəqibləri  ilə  də  əməkdaşlıq 
edirlər. ( 279, s. 86) 
Bir  çox  qabaqcıl  ölkələrdə  yenilikçi  firmaların  təmərküzləşməsi  iqtisadi  inkişafın  aparıcı 
mühərrikinə  çevrilmişdir.  Yenilikçi  iqtisadi  fəaliyyətin  təmərküzləşməsi  yeni  texnologiyalar,  yüksək 
ixtisaslı  mütəxəssislər  və  tədqiqat  işlərinə  kapital  qoyuluşları  üçün  cazibə  mərkəzlərinə  çevrilmişdir. 
Belə  təmərküzləşmə  mərkəzləri  daha  çox  irimiqyaslı  ölkələrdə  aparıcı  firmaların  mövcud  olduğu, 
innovasiya  mədəniyyətinin  geniş  yayıldığı  regionlarda  yaranır.  Lakin  belə  təmərküzləşmə  mərkəzləri 
təbii üstünlüyə malik olan ölkələrdə də yaradıla bilər.  
Bazar  iqtisadiyyatında  innovasiya  prosesləri,  hər  şeydən  əvvəl,  ölkənin  özünün  milli  təhsil 
sistemində yaradılmış sağlam təmələ əsaslanmalıdır. Bu sağlam təməl universitetlərdə və dövlət elmi- 
tədqiqat  mərkəzlərində  daha  çox  dövlət  vəsaiti  ilə  dəstəklənən  tədqiqatlardır.  Dövlət  elmi-tədqiqat 
müəssisələrinin həyata keçirdikləri elmi fəaliyyət əsas etibarılə səhiyyəyə, ekologiyaya və milli təhlükə-
sizliyin təmin olunmasına yönəldilməklə yanaşı təhsilin inkişafına, qabaqcıl biliklərin yüksəldilməsinə 
xidmət edir. Elm və təhsilin inkişafı texniki innovasiyanın əsas mənbəyidir. Firmalar bu mənbədən yeni 
texnologiya yaradılması üçün istifadə edirlər.  
Modernləşmə  sahəsində  qloballaşmanın  tələblərinə  uyğun  zərurəti  biliyə  əsaslanan  əmək 
məhsuldarlığı qlobal iqtisadiyyatın əsas fərqləndirici xüsusiyyətidir. ( 188, s. 84) 
Xaricdən texnologiya idxalı modernləşmə prosesini sürətləndirə bilər. Lakin dövlətlərin çoxu bu 
halda  ölkənin  özünün  tədqiqat  və  araşdırma  qabiliyyətinin  və  müvafiq  olaraq  innovasiya  gücünün 
itirilməsindən narahatdırlar. Ona görə də innovasiyaya kapital qoyan qlobal səviyyəli xarici şirkətlərlə 
əməkdaşlıq etmək faydalıdır. Lakin belə əməkdaşlıqdan fayda götürülməsi oyunun şərtlərindən asılıdır.  
Milli  istehsalın  texnoloji  quruluşunun  müasir  dünyada  mövcud  olan  yüksək  səviyyəyə 
yüksəldilməsi  və  milli  iqtisadiyyatın  özündə  texnoloji  şəbəkələr  yaradılmasının  təmin  edilməsi  belə 
əməkdaşlığın  əsas  şərti  olarsa,  ondan əhəmiyyətli fayda  götürmək  mümkündür.  Belə  siyasətin  həyata 
keçirilməsi  üçün  yerli  innovasiya  müəssisələrinin  yaradılması,  təmərküzləşməsinin  təşviqi  qlobal 
şirkətlərin innovasiya qoyuluşlarının və xarici tədqiqatçıların cəlb edilməsi üçün olduqca vacibdir.  
Qloballaşma  prosesində  ölkələr  bənzər  problemlərlə  qarşılaşaraq  bu  sahədə  milli  siyasətlərini 
milli ənənələrə və mövcud olan sistemlərə uyğun olaraq formalaşdırırlar. Başqa sözlə, milli innovasiya 
siyasəti də ölkənin iqtisadi inkişaf xüsusiyyətlərini və tarixi ənənələri nəzərə almalıdır.  
Tədqiqatların  və  texnologiyanın  inkişaf  etdirilməsi  sahəsində  mövcud  olan  xüsusiyyətləri  və 


 
53 
innovasiya  fəaliyyətinin  əhəmiyyəti  və  dərəcəsi  bazar  iqtisadiyyatının  inkişafı  səviyyəsi  ilə  sıx 
əlaqədardır.  Təhsil  və  texnologiya  sahəsində  siyasəti  formalaşdıran  qurumların  gücü  və  ənənələri,  bu 
sahədə  məsuliyyətin  mərkəzi  və  yerli  orqanlar  arasında  bölgüsü,  müxtəlif  nazirliklərin  rol  və  gücləri, 
hökumət-sənaye  əlaqələrinin  xarakteri,  dövlət-özəl  şirkətlərin  mövcudluğu  dərəcəsi  baxımından 
ölkədən  ölkəyə  ciddi  fərqlər  mövcuddur.  Bəzi  ölkələr  (məsələn,  Yaponiya)  təhsilin  təməlinin 
gücləndirilməsinə  üstünlük  verdikləri  halda,  digər  ölkələr  (məsələn,  ABŞ)  dövlət  tədqiqat 
müəssisələrinin  məlum  məqsədlərə  istiqamətlənmiş  fəaliyyətinə  xüsusi  əhəmiyyət  verirlər.  Müxtəlif 
Avropa  ölkələrində  isə  innovasiya  mədəniyyətinin,  xüsusən  kiçikmiqyaslı  müəssisələrdə  yüksəldilməsi 
ön plana çəkilir (198, s. 348) 
Texnologiya siyasətinin müəyyən bir xəttə tabe edilməsi hökümət müdaxilələrinin səmərəliliyinin 
azaldılması  riskini  artıra  bilər.  Ancaq  bu,  eyni  zamanda,  ölkənin  innovasiya  qabiliyyətinin 
artırılmasında misilsiz faydalar verə bilər.  
İqtisadi əməkdaşlıq və inkişaf təşkilatının yeni üzvlərə milli innovasiya sistemlərini mövcud olan, 
lakin  qırıq-sökük  ünsürlərini  birləşdirərək  qorumaq  məcburiyyətindədirlər.  Bununla  yanaşı,  həmin 
ölkələr milli innovasiya sistemini formalaşdırmaq üçün bir sıra fundamental əhəmiyyətli müəssisələr də 
yaratmağa başlamışlar. Bu ölkələrdə yerli firmalar təqlidçilikdən yaradıcılığa keçmək məcburiyyətində 
olduqları  halda,  zəruri  texnologiyanın  yaradılmasında  aciz  qaldıqları  günün  ən  ciddi 
problemlərindəndir.  Lakin  bu  ölkələrin  üstünlükləri  də  vardır.  Onlar  mövcud  təcrübədən  geniş 
miqyasda  istifadə  edə  bilərlər.  Ancaq  unutmaq  olmaz  ki,  texnologiya  idxalı  heç  vaxt  sağlam  təməl 
üzərində  yaradılmış  milli  innovasiya  potensialını  əvəz  edə  bilməz.  Ulu  öndər  Heydər  Əliyevin  qeyd 
etdiyi  kimi:  “Azərbaycan  xalqının  milli  sərvəti  onun  intellektual  potensialıdır,  mədəniyyətidir, 
ədəbiyyatıdır.  Biz  müstəqil  dövlətimizi  boş  yerə  qurmağa  başlamamışıq.  Bizim  iqtisadi  potensialımız 
kimi  başqa  bir  sərvətimiz-  intellektual  potensialımız  da  var.  Bunu  yaradanlar  var.  Bu  dahi  insanlar 
Azərbaycanın böyük intellektual potensialını, mülkiyyətini yaradıblar”. Əsas məsələ odur ki, yarada-
yarada  öyrənmək  və  tədqiq  edərək  öyrənmək  yolu  ilə  «nou-hau»  -nu  özünküləşdirmək  bir  çox 
dövlətlərin təcrübəsində üstünlük təşkil edir.  
Ümummilli  lider  Heydər  Əliyevin  qeyd  etdiyi  kimi:“Azərbaycan  xalqının  milli  sərvəti  onun 
intellektual  potensialıdır,  mədəniyyətidir,  ədəbiyyatıdır.  Biz  müstəqil  dövlətimizi  boş  yerdə  qurmağa 
başlamamışdıq.  Bizim  iqtisadi  potensialımız  kimi  başqa  bir  sərvətimiz-intellektual  potensialımız  da 
var. Bunu yaradanlar var. Bu dahi insanlar Azərbaycanın böyük intellektual potensialını, mülkiyyətini 
yaradıblar”.  
Akademik  Ramiz  Mehdiyev  əsaslandırır  ki:  “Ümumən  ölkənin  iqtisadiyyatı  sabitləşmiş  sənaye 
cəmiyyətindən  postindustrial  cəmiyyət  müstəvisinə  transformasiya  üçün  real  bazis  yaradır”. 
«Azərbaycan sosiumun» müasir özünüdərkini və milli «Mən»ini formalaşdıran model  öz yerini latent 
şəkildə  dəyişərək,  posmodernist  siyasi  və  iqtisadi  determinantlar  üçün  məkan  yaradır.  Özlüyündə 
qloballaşma milli iqtisadiyyatın inkişafı, siyasi və demokratik təsisatların təkmilləşdirilməsi üçün yeni 
imkanlar yaradır və daha geniş perspektivlər açır. Buna görə də cəsarətlə deyə bilərik ki, İlham Əliyevin 
prezidentliyinin  birinci  dövrünün  əsas  vəzifəsi  -  davamlı  və  tərəqqi  edən  iqtisadi  sistemin 
formalaşdırılması  uğurla  reallaşdırılır.  Məhz  iqtisadi  modernləşmə,  bazarın  sabitliyi,  bank  mühitinin 
təkmilləşməsi,  orta  sinfin  formalaşması  və  ölkənin  ÜDM-ində  özəl  sahibkarlığın  rolunun  güclənməsi 
ictimai  şüuru  latent  şəkildə  təzələyəcək,  onu  yeni  demoqratik  ənənələr  və  təsisatlar  müstəvisinə 
yönəldəcəkdir»(76). 
Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyev xüsusi vurğulayır: “Biz 
öz  təbii  sərvətlərimizdən  çox  böyük  səmərə  ilə  istifadə  edərək  təbii  resurslarımızı  insan  kapitalına 
çeviririk. Bu gün əsas prioritetlərdən biri Azərbaycan xalqının və gələcək nəslin bilikli olmasıdır, eyni 
zamanda,  bizim  milli  adət-ənənlərimizin  təmin  olunması  şərti  ilə  dünyada  gedən  proseslərə 
qoşulmasıdır, dünya birliyinə inteqrasiya etməsidir”.
  
 
 
2.3.
 
Qlobllaşma prosesində maliyyə və pul-kredit sahəsində  
dövlətin tənzimləyici rolu 
 
Sürətlə gedən qloballaşma prosesi ölkələrin maliyyə və pul kredit siyasətinə də ciddi təsir göstərir.  
Maliyyə  və  pul  kredit  siyasəti  haqqında  mövcud  olan  nəzəri  baxışların  sintezi  qloballaşma 
prosesinin  həmin  siyasətə  təsir  göstərən  bir  sıra  kanallarını  göstərməyə  imkan  verir:  maliyyə  axınları 
kanalı, inflyasiyaya təsir göstərən əmtəə axınları, faiz dərəcəsi kanalı, valyuta məzənnəsi kanalı, kredit 
kanalı, aktivlərin qiymətləri ilə əlaqədar kanallar.  


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə