VəLİyev dünyamali əMİr oğLU



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə32/173
tarix14.04.2018
ölçüsü3,58 Kb.
#38395
1   ...   28   29   30   31   32   33   34   35   ...   173

 
58 
salmaq  üçün  yeni  imkanlar  yaratmışdır.  Lakin  qloballaşma  bu  təsərrüfat  subyektləri  üçün  yeni 
problemlər  də  yaratmış,  onların  risklərini  artırmış,  rəqabət  mübarizəsini  kəskinləşdirmişdir.  Qlobal 
iqtisadiyyatda  kiçik  biznesin  rəqabət  qabiliyyətinin  artırılması  müasir  dünya  dövlətlərinin  qarşısında 
duran ən ciddi problemlərdəndir. Bu problemin həll edilməsi isə rəqabət sahələri və imkanlarını təhlil 
etmək və təsirli tədbirlər müəyyən edərək həyata keçirmək lazımdır.  
Belə  bir  şəraitdə  bir  çox  qabaqcıl  ölkələrdə  kiçik  biznes  rəqabət  mübarizəsinə  dözmək  üçün 
sənaye  kompleksləri  və  ya  sənaye  zonaları  şəklində  təşkil  olunurlar.  Belə  zona  və  komplekslər  kiçik 
sahibkarlarla birləşərək güclərini həm yerli səviyyədə, həm də beynəlxalq miqyasda artırmağa çalışırlar.  
Sənaye kompleksi hər hansı bir məhsulun istehsalından satışına qədər geniş bir sahədə mövcud 
olan sektor və şirkətlərin toplusudur. Əgər hər hansı bir ölkədə istehsaldan alıcıya qədər gedən həlqədə 
yerləşən  subyektlərin  sayı  çoxdursa,  kompleks  mövcud  ola  bilər.  Firma  və  ya  məhsulun  rəqabət 
qabiliyyəti  və  ya  üstünlüyünün  artırılmasında  belə  komplekslər  mühüm  rol  oynayırlar.  Kompleksdə 
mövcud  olan  subyektlər  arasında  əlaqələr  nə  qədər  güclüdürsə,  onların  rəqabət  qabiliyyəti  də  bir  o 
qədər yüksək olur. Təəssüf ki, Azərbaycanda belə komplekslər mövcud deyildir. ABŞ-da Kaliforniyada 
Silikon vadisi, İngiltərədə Silikon fen, Qamburqda və İtaliyadakı sənaye zonalarının texnoloji inkişaf 
və rəqabət qabiliyyətinin artırılmasında əldə etdikləri müvəffəqiyyətlər sənaye kompleksləri və zonala-
rına diqqəti olduqca artırmışdır. Beynəlxalq rəqabətə açıq olan bu komplekslərdə alt sənaye vektorları 
və  oxşar  sənayelərin  birləşdirilməsi  və  onlara  dəstək  verən  digər  sahələrin,  elmin,  infrastrukturun 
inkişafı komplekslərdə rəqabət üstünlüyünü artırır.  
Bu zaman rəqabət üstünlüyünün artırılması üçün aşağıdakı amillər nəzərə alınmalıdır:  
- Sənayenin sahə və alt sahələrində fəaliyyət göstərən müəssisələrin müştərək problemlərinin eyni 
yanaşma ilə müəyən edilməsi və onların həlli yollarının axtarılması. 
-  Müəssisələrin  sıx  iş  birliyi  şəraitində  texnologiya,  istehsalın  idarə  edilməsi  təcrübəsi,  emalın 
müxtəlif  həlqələrindən  qarşılıqlı  istifadə  edilməsi,  ehtiyatların  qarşılıqlı  şəkildə  ödənilməsi,  yeni 
məhsulların emalı prosesində təcrübə mübadiləsi kimi vacib məsələlərin təmin edilməsi. 
- Elmi və texnoloji yeniliklər haqqında informasiya mübadiləsi. 
-  Oxşar  və  ya  əlaqədar  sənaye  sahələrinin  bir  yerdə  cəmlənməsi  nəticəsində  istehsal  zəncirində 
bir-birini tamamlayaraq yeni məhsul, üsul və xidmətlərin birgə yaradılması və inkişaf etdirilməsi. 
- Oxşar və ya bir-birini dəstəkləyən istehsala məşğul olan müəssisələrin eyni bölgü kanallarından 
istifadə edə bilmə və ya müştərək bölgü kanallarının yaradılması imkanlarının genişləndirilməsi.  
Məlum  olduğu  kimi,  iqtisadi  fəaliyyətin  qloballaşmasına  baxmayaraq,  eyni  sahədə  çalışan 
firmalar  üçün  coğrafi  yaxınlıq  ciddi  rəqabət  mənbəyidir.  Hətta  bütün  dünya  miqyasında  fəaliyyət 
göstərən  transmilli  şirkətlər  məkanca  ona  yaxın  firmalarla  rəqabət  durumundadırlar.  Dünya 
ölkələrinin  təcrübəsində  sənaye  komplekslərinin  və  ya  zonalarının  yaradılması  zərurəti,  həm  də,  bu 
məsələ ilə əlaqədardır.  
Azərbaycan  reallıqlarında  kənd  təsərrüfatı  məhsullarının  emalı  sahəsində,  təkrar  xammal 
istehsalı və bir çox digər sahələrdə belə komplekslərin yaradılması olduqca vacibdir.  
Azərbaycanda da həmin prosesin başlanması və inkişaf etdirilməsi dövlət tərəfindən ciddi şəkildə 
dəstəklənməli və təşfiq edilməlidir. Respublika Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə hazırlanan 
sənayenin  inkişaf  proqramında  deyilən  məsələlərin  nəzərə  alınması  olduqca  vacibdir.  Belə  bir  dövlət 
siyasəti hazırlanarkən kiçik müəssisələrin xammal, material, texnologiya, kredit və s. əldə edilməsində 
istehsal etdikləri məhsulların reallaşdırılmasında qarşılarına çıxan çətinlikləri yaradılan komplekslərin 
verdikləri üstünlüklər nəzərə alınmalıdır.  
Kiçik sahibkarlığın qlobal iqtisadiyyatın tələblərinə uyğun olaraq inkişafında dövlət siyasətinin 
və dövlət sektorunun rolu böyükdür.  
Kiçik sahibkarlığın fəaliyyətinin müasir səviyyədə təşkilində elektron ticarətin boyük əhəmiyyəti 
vardır.  Çünki  elektron  texnikası  həmin  müəssisələrin  rəqabət  qabiliyyətinin  artırılması  üçün  yeni 
imkanlar  yaradır.  Ancaq  indiki  şəraitdə  ölkəmizdə  mövcud  olan  kiçik  sahibkarlıq  bu  imkanları 
yetərincə dəyərləndirə bilmirlər. Ona görə də kiçik sahibkarlığın dəstəklənməsi üzrə dövlət siyasətində 
bu məsələ də nəzərə alınmalıdır.  
Məlum  olduğu  kimi,  yenilik,  innovasiya,  yeniləşmə  həm  yüksək  texnologiya  ilə  işləyən 
müəssisələrdə,  həm  də  ənənəvi  sənaye  sahələrində  istər  yerli,  istərsə  də  xarici  bazarlarda  rəqabət 
qabiliyyətinin  artırılmasının  vacib  şərtləridir.  Ona  görə  də  qabaqcıl  dünya  dövlətlərində  daim 
modernləşmə  müəssisələrin  fəaliyyətinin  onurğa  sütununu  təşkil  edir.  İnnovasiyanın  tətbiqi,  yeni 
biliklərin  gecikmədən  mənimsənilməsi  sürətli  inkişaf  üçün  müəssisələrin  “özlərini  yenidən  dərk  etmə” 
mənasını  verir.  Bu  yeniləşmə  çox  vaxt  texnologiya  və  marketinq  proseslərindən  də  kənara  çıxır  və 
miqyası olduqca genişdir.  


 
59 
Ona  görə  də  bu  ölkələrdə  xüsusi  innovasiya  müəssisələrinin  yaradılmasına  və  fəaliyyətinin 
genişləndirilməsinə böyük  əhəmiyyət verilir. Belə müəssisələr bir  çox sənaye sahələrində öncüllük edir 
və  beynəlxalq miqyasda fəaliyyət  göstərməyə başlayırlar.  Onlar  kiçik  sahibkarlığın  inkişafı  sahəsində 
strateji  kursun  hazırlanmasında  və  həyata  keçirilməsində  də  ciddi  rol  oynayırlar.  Ona  görə  də 
innovasiya  ilə  məşğul  olan  kiçik  müəssisələrin  yaradılması  və  hər  vasitə  ilə  inkişaf  etdirilməsi  bütün 
dünyada olduğu kimi Azərbaycanda da günün təxirəsalınmaz vəzifələrindəndir. Onların kapitalları və 
kredit məktəblərinin qarantiya edilməsi, sənaye və texnologiya üzrə mülkiyyət hüquqlarının qorunması 
üzrə  tədbirlər görülməlidir.  İnnovasiya  sahəsində fəaliyyət  göstərən  kiçik  müəssisələr  yeniliklərin  həm 
tədarükçüsü,  həm  də  istehlakçılarıdır.  Belə  xidmətlər  qeyri  maddi  varlıqların  formalaşmasına  və 
firmaların rəqabət gücünün artırılmasına yardım edir.  
Beləliklə,  amerikan  iqtisadçısı  Nikolas  K.  Siropolisin  qeyd  etdiyi  kimi  kiçik  biznes  böyük 
ehtimalla gələcəkdə də iqtisadiyyatda tərəqqini stimullaşdıracaqdır. [211, s. 3] 
 
 
2. 5. Azərbaycanın qlobal maliyyə-iqtisadi mühitə inteqrasiyasınıəsas istiqamətlərinin 
müəyyən edilməsində xarici təcrübənin rolu. 
 
Biz inki
ş
af etmi
ş
 
ö
lk
ə
l
ə
rin t
ə
cr
ü
b
ə
sini 
ö
yr
ə
nirik.  
Ilham ƏLIYEV 
Az
ə
rbaycan Respublikas
ı
n
ı
n Prezidenti 
 
XXI  əsrin  astanasında  Azərbaycan  Respublikasının  müstəqil  inkişaf  yoluna  qədəm  qoyması 
ölkəmizin gələcək sosial-iqtisadi təkamülündə dönüş nöqtəsi oldu və bu təkamül prosesində taleyüklü 
dəyişikliklərin  meydana  gəlib  genişlənməsi  üçün  zəmin  təşkil  etdi.  Dünyada  gedən  irimiqyaslı 
qloballaşma prosesi, iqtisadi həyatın getdikcə daha çox beynəlmilləşməsi bu və ya digər ölkənin ictimai 
inkişafında  xarici  amillərin  rolunun  sürətlə  artmasına  səbəb  olmuşdur.  Hazırkı  şəraitdə  ölkələrin 
zənginliyi  onlarda  olan  təbii  sərvətlərin  bolluğu  dərəcəsi  ilə  deyil,  bu  sərvətlərdən  beynəlxalq  əmək 
bölgüsünün üstünlükləri nəzərə alınmaqla, bacarıqla istifadə edilməsindən əhəmiyyətli dərəcədə asılıdır.  
70  il  ərzində  Azərbaycanı  SSRİ  xalq  təsərrüfat  kompleksinə  bağlayan  siyasi  və  iqtisadi 
dayaqların  ləğvi  ölkəmizin  Şimala  yönəlmiş  birtərəfli  iqtisadi  əlaqələrinə  son  qoymuş,  bu  əlaqələrin 
iqtisadi  coğrafi,  istərsə  də  məzmun  baxımından  yeni  istiqamət  və  mahiyyət  kəsb  etməsinə  imkan 
vermişdir.  Mübaliğəsiz  demək  mümkündür  ki,  inkişaf  etmiş  və  mürəkkəb  dünya  bazarı  ilə  iqtisadi 
inteqrasiyasının və qarşılıqlı təsərrüfat əlaqələrinin formalaşan yeni mexanizmi respublikamızın gələcək 
inkişaf  perspektivini  müəyyən  edən  başlıca  amillərdəndir.  Ona  görə  də  ölkəmizin  beynəlxalq  iqtisadi 
inteqrasiyasının strateji istiqamətləri mövcud dünya təcrübəsi nəzərə alınmaqla müəyyənləşdirilməli və 
bu  sahədə  ciddi  dövlət  tənzimlənməsi  həyata  keçirilməli,  iqtisadi  proseslərə  məqsədyönlü  istiqamət 
verilməlidir.  
Dünya  bazarına  və  ona  nəzarət  edən  nəhəng  Transmilli  şirkətlər  (TMŞ)  şəbəkəsinə  qoşulma 
yolları  ümumdünya  iqtisad  tarixindən  yaxşı  məlumdur.  Bu  yollar  son  nəticədə  iki  istiqamətdə  özünü 
göstərir və şərti olaraq Latın Amerikası və Yapon yolları adlanır.  
Birinci  yol  TMŞ-lə  sıx  bağlı  olan  komprador  kapitalının  inkişafı  və  ölkənin  iqtisadi  inkişaf 
mexanizmi  sükanının  xarici  kapitalın  əlinə  verilməsi  yoludur.  Latın  Amerikası  ölkələrinin  dünya 
iqtisadi  ədəbiyyatında  çox  vaxt  "banan  respublikaları"  adlandırılması  heç  də  bu  ölkələrdə  banan 
istehsalının  geniş  yayılması  ilə  əlaqədar  deyildir.  Bu,  ilk  növbədə,  həmin  ölkələrin  iqtisadiyyatının 
əsasını  təşkil  edən  banan  istehsalına  və  onunla  əlaqədar  olan  təsərrüfat  sahələrinin  TMŞ-lərin  əlinə 
keçməsi və bu ölkələrin bütün iqtisadi mexanizmi üzərində nəzarətin onlar tərəfindən həyata keçirilməsi 
ilə əlaqədardır. Bu acı təcrübənin nəticələri dünya ictimaiyyətinə yaxşı məlumdur.  
İqtisadi inkişafda bütün ümidlərin ölkədə bol olan bu və ya digər məhsul ixracının artırılmasına 
bağlanması ilə əlaqədar dünya ədəbiyyatına "Hollandiya xəstəliyi", "kasıblaşdırıcı artım" adı ilə daxil 
olmuş  acınacaqlı  hallar  da  iqtisad  tarixində  özünəməxsus  yer  tutur.  Bu  gün  Rusiya  və  bəzi  MDB 
ölkələrində  də  belə  qorxulu  təmayülün  özünü  göstərdiyi  haqqında  həyəcan  siqnalı  çalınmağa 
başlanmışdır.  
İkinci yol Yaponiyanın inkişafı yoludur. Məlum olduğu kimi, ikinci dünya müharibəsindən sonra 
Yapon  hakim  dairələri  Qərbin  yardımından  və  Qərbdə  onlara  yönəldilmiş  əlverişli  "açıq  qapı" 
siyasətindən  faydalanmaqla  yanaşı,  özlərinin  spesifik  inkişaf  yolunu  seçdilər.  Bu  spesifik  inkişaf 
yolunun əsas xəttini istehsalın min illərlə sınaqdan çıxmış milli yapon dəyərlərinə əsaslanması, Qərbin 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə