VəLİyev dünyamali əMİr oğLU



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə28/173
tarix14.04.2018
ölçüsü3,58 Kb.
#38395
1   ...   24   25   26   27   28   29   30   31   ...   173

 
50 
Asılılıq nəzəriyyəsi tərəfdarlarından fərqli olaraq neoklassiklər hesab edirdilər ki, üçüncü dünya 
ölkələri  öz  inkişafında  İEÖ-lərin  irticaçı  siyasətlərinə  görə  deyil,  iqtisadiyyata  dövlət  müdaxilələrinin 
yüksək olmasına görə geri qalırlar.  
Neoklassik nəzəriyyənin nümayəndələrindən biri olan P. Bauer qeyd edirdi ki, üçüncü dünya ölkələrinin 
əhalisi, xüsusən də kənd yerlərində yaşayanlar bazar rasionallığının qaydalarına əməl etmirlər. Bauer hesab 
edir ki, dövlət yox, fərdlər iqtisadiyyatın sahibkarlığını təmin etməlidirlər. Bu nəzəriyyənin digər nümayəndəsi 
T.Şults isə qeyd edirdi ki,  kəndli fermerlər fermalarında çox  az  vaxt  və kapital işlədirlər. Bunun  səbəbi isə 
dövlət siyasətinin həmin fermerlərin bir sahibkar kimi formalaşmasına göstərdiyi mənfi təsirlə bağlıdır. Belə 
ki, dövlət siyasəti ya həmin fermerləri kapitaldan məhrum edir, ya da kənd təsərrüfatındakı qazancları çox 
aşağı endirir.  
Bu  nəzəriyyənin  digər  nümayəndələri  C.  Bhaqvatı,  V.  Ramasvami,  H.  Conson,  B.  Balassa,  Ə. 
Kruqer  və  V.  Korden  əsas  diqqəti  proteksionizmin  itkilərinə  və  valyutanın  həddən  artıq  yüksək 
qiymətləndirilməsinə  yönəltmişlər.  [198,  590]  Onlar  hesab  edirdi  ki,  üçüncü  dünya  ölkələri  bazara  və 
özəl  təşəbbüsçülüyə  sərbəstlik  verməklə  ehtiyatların  səmərəli  bölgüsünü  və  sürətli  inkişafı  təmin  edə 
bilərlər. Buna misal olaraq, Cənubi-Şərqi Asiya ölkələri göstərilir. [198, 5. 93-94] Lakin üçüncü dünya 
ölkələrinin  təcrübəsi  göstərdi  ki,  neoklassik  nəzəriyyələr  uzun  müddətli  prespektivdə  özünü  heç  də 
həmişə  doğrultmur.  Xüsusən  keçid  iqtisadiyyatı  ölkələrində  sosial-iqtisadi  proseslərin 
tənzimlənməsində bazar mexanizminə bir mənalı şəkildə üstünlük verilməsi və dövlət tənzimləmələrinin 
rolunun  zəiflədilməsi  həmin  ölkələrdə  mövcud  problemlərin  üzunmüddətli  perspektivdə  həllini 
sürətləndirə  bilməz.  Amerikan  tədqiqatçısı  Manuel  Kastelsin  fikrinə  görə,  qlobal  proseslər 
dərinləşdikcə rəqabət mübarizəsi dünyanın iqtisadi mərkəzləri, regionları və ölkələri arasında getdikcə 
kəskinləşir,  BƏB  sisteminin  sturukturunda  ciddi  dəyişikliklər  baş  verir.  [188.  5.  153-154].  Yeni  BƏB 
anlayışı qlobal iqtisadiyyatda dörd əsas istehsalçılar qrupunun mövqeni əks etdirir: ixtisaslı əməyə əsas-
lanan  yüksək  dəyər  istehsalçıları;  az  əmək  haqqı  ödəmələrinə  əsaslanan  miqdarca  böyük  həcmdə 
məhsul istehsalçıları; təbii ehtiyatlara əsaslanan xammal istehsalçıları; qiymətdən düşmüş məhsul isteh-
salçıları.  Lakin  həmin  müxtəlif  növ  əmək  bölgüsü  ölkə  bölgüsü  ilə  uyğun  gəlmir.  Onlar  qlobal 
iqtisadiyyatın  informasiya  infrastrukturundan  istifadə  edilməklə  şəbəkə  və  axınlar  şəklində  təşkil 
olunurlar. Coğrafi cəhətdən onlar planetin bir sıra regionlarında təmərküzləşir və qlobal iqtisadiyyata 
differensial  xarakter  verirlər.  Lakin  yeni  BƏB  ölkələr  arasında  deyil,  yuxarıda  göstərilən  dörd  əmək 
növü şəklində qlobal iqtisadiyyatda şəbəkə və axınlar şəklində yerləşdirilmiş iqtisadi agentlər arasında 
baş verir. Həmin dörd mövqe bütün ölkələrdə mövcuddur və onlar öz reallığı və məqsədləri baxımından 
qlobaldırlar. Hətta ən marjinal iqtisadiyyatda belə, az da olsa, yüksək dəyər istehsalçıları mövcuddur 
və  əksinə,  ən  qüdrətli  iqtisadiyyatda  da,  marjinal  seqmentlər  mövcuddur  (Məs.  Nyu-York,  Osaka, 
London və yaxud Madriddə).  
BƏB-də  mövqe,  prinsip  etibarilə,  ölkənin  xarakterindən  deyil,  onun  əmək  ehtiyatlarının 
xüsusiyyətlərindən,  bilik  səviyyəsindən  və  onun  qlobal  iqtisadiyyata  daxil  olma  dərəcəsindən  asılı 
oldugu  üçün dəyişikliklər  qısa tarixi  dövr ərzində baş  verə  bilər.  Bu prosesdə  hökümətlərin və biznes 
strukturlarının  fəaliyyəti  həlledici  rol  oynayır.  Yeni  beynəlxalq  əmək  bölgüsü,  əmək  ehtiyatları  və 
texnologiya bazası əsasında formalaşır və hökümətlər və sahibkarların fəaliyyəti ilə istiqamətlənir.  


 
51 
2. 2. Qloballaşma şəraitində innovasiyanın inkişafında 
 dövlətin strateji rolu 
 
Bu  g
ü
n  qabaqc
ı

ö
lk
ə
l
ə
rin  t
ə
cr
ü
b
ə
sin
ə
  n
ə
z
ə
r  salsaq  g
ö
r
ə
rik  ki,  onlar
ı

t
ə
r
ə
qqisini elm m
üə
yy
ə
n etmi
ş
dir. N
ə
 t
ə
bii s
ə
rv
ə
tl
ə
r, n
ə
 d
ə
 ki, co
ğ
rafi v
ə
ziyy
ə

deyil,  m
ə
hz  intellektual  kapital,  m
ə
hz  elmin  s
ə
viyy
ə
si  h
ə
r  bir 
ö
lk
ə
ni  lider 
ö
lk
ə
y
ə
 
ç
evirir.  
İlham ƏLIYEV, 
Az
ə
rbaycan Respublikas
ı
n
ı
n Prezidenti
 
 
İqtisadi qloballaşma ölkələrin istehsal sistemləri ilə yanaşı innovasiya sistemlərini də bir-birindən 
asılı  vəziyyə  salmışdır.  Qloballaşma  şəraitində  bazarlarda  rəqabətin  artması,  elm  və  texnologiyada 
sürətlə  özünü  göstərən  dəyişikliklər  təsərrüfat  subyektlərini  məcbur  edir  ki,  innovasiyadan  fasiləsiz 
istifadə etsinlər. Məlum olduğu kimi, innovasiyanın iki növü vardır: texnologiya və idarəçilik sahəsində 
innovasiyalar. Idarəçilik sahəsində firmalararası şəbəkələşmə və əməkdaşlıq rəqabət gücünü artırmaq 
üçün müstəsna  əhəmiyyət  kəsb  edir.  Firmalararası  şəbəkələşmə,  bazar  və  istehsal  sahəsində  biliklərin 
yayılması və birgə hərəkət ənənəsinin yaradılması texnoloji infrastrukturun daha da yaxşılaşdırılması 
üçün  əməkdaşlığa  şərait  yaradır.  Bundan  başqa,  firmadaxili  idarəçilik  yenilikləri  və  texnoloji 
dəyişiklikdən rəqabət gücünü artırmaq məqsədilə istifadə edilməsi həyati əhəmiyyət kəsb edir.  
Texnologiya  sahəsində  yeniliklər  firmalar,  xüsusən  kiçik  müəssisələr  üçün  getdikcə  daha  böyük 
əhəmiyyət  kəsb  edir.  İnnovasiyanın  məhsuldarlığı  yalnız  bu  sahədə  çalışanların  (məsələn  firmaların, 
elmi-tədqiqat  müəssisələrinin,  universitetlərin)  yalnız  professional  fəaliyyətindən  asılı  deyildir,  eyni 
zamanda,  innovasiya  sisteminin  aparıcıları  kimi  onların  yerli,  milli  və  beynəlxalq  səviyyədə 
əlaqələrindən  asılıdır.  İnnovasiya  sisteminin  verimliliyi  bir  çox  amillərdən  asılıdır.  Bunlar  arasında 
fərdləri  və  müəssisələri  öyrənməyə  stimullaşdıran  şərtlər,  maliyyə  sisteminin  etibarlılığı,  bu  sahədə 
dövlət  tənzimləmələrinin  səmərəliliyi  və  s.  mühüm  rol  oynayır.  Məsələn,  innovasiya  prosesinin  milli 
iqtisadiyyata əhəmiyyətli təsir göstərə bilməsinin mühüm şərtlərindən biri elmi-tədqiqat müəssisələri və 
universitetlər  ilə  sahibkarlar  arasında  qarşılıqlı  əlaqələrin  yaradılması  və  inkişaf  etdirilməsidir.  Bu 
sahədə dövlətin üzərinə böyük vəzifələr düşür. Bunlar aşağıdakılardır: 
İnnovasiya  sisteminin  gücləndirilməsi.  Bu  funksiya  qloballaşma  dövründə  milli  dövlətlər 
qarşısında  duran  həyati  əhəmiyyətli  məsələdir.  Qloballaşma  texnoloji  infrastrukturun  formalaşma 
prosesində bu sahədə bazar mexanizmində özünü göstərən çatışmazlıqları aradan qaldırmağa yardım 
edə bilər. İnnovasiya tətbiq edilərkən mövcud olan qeyri-müəyyənliklər bu sahəyə kapital qoyuluşunu 
çətinləşdirir. Bu çətinliklərin aradan qaldırılması sahəsində dövlət öz funksiyasını yerinə yetirmədikdə 
qloballaşmanın verdiyi ən mühüm üstünlük - texnologiyanın fasiləsiz tətbiqi reallaşdırıla bilməz ( 279. 
s. 45). İnkişaf etmiş sənaye ölkələrində, ənənəvi olaraq, texnoloji irəliləmə sahəsində dövlət öz üzərinə 
böyük məsuliyyət götürür və genişmiqyaslı təşkilatçılıq fəaliyyətini həyata keçirir, tənzimləmələr aparır.  
İnnovasiya üçün zəruri şəraitin yaradılması. Dövlət özünün texnologiya və innovasiya siyasətini 
həyata keçirdiyi bütöv iqtisadi strategiyanın tamamlayıcı ünsürü hesab edir. Bu siyasət daxilində dövlət 
biliyin ölkə iqtisadiyyatını bütövlüklə əhatə edən idarə olunması sistemini yaratmaq və onu təsirli hala 
gətirmək  funksiyasını  öz  üzərinə  götürür.  Bu  funksiya  çərçivəsində  innovasiya  üçün  lazımi  şəraitin 
yaradılması xüsusi əhəmiyyət kəsb edir. Bunlara aşağıdakılar daxildir: 
1. İnnovasiya sahəsində rəqabəti təşviq edən siyasət. 
2. İnsan kapitalının formalaşmasını təmin edən təhsil siyasəti. 
3. Bürokratik maneələrin aradan qaldırılmasına istiqamətlənmiş idarəçilik sahəsində və müəyyən 
sistemində islahatların aparılması. 
4. Kiçik müəssisələrə kapital axınını təşviq edən maliyyə siyasəti. 
5. Əmək bazarında elastikliyi artırmağa istiqamətlənmiş işçi qüvvəsi siyasəti. 
6.  İnformasiyanın  yayılmasını  yüksək  səviyyəyə  çıxaran  və  elektron  şəbəkələrin  geniş  tətbiqinə 
əsaslanan rabitə siyasəti. 
7. Qlobal səviyyədə yaradılan texnologiyanın milli sərhədlər daxilində yayılmasını genişləndirən 
xarici kapital və ticarət siyasəti ( 279, s. 88).  
İnnovasiya  mədəniyyətinin  yayılması.  Firma  və  müəssisələrin  əksəriyyətində  işin  zəif  təşkili  və 
idarəçilik praktikasının geoloji texniki yeniliklərə uyğun gəlmir. Bu problemin həll edilməsində dövlətin 
üzərinə böyük vəzifələr düşür: 
1. dövlət iş dünyası, elmi-tədqiqat işlərində və təhsildə innovasiya mədəniyyətinin yayılmasında 
əlverişli şərait yaratmalı, böyük və kiçik bütün müəssisə və firmaların innovasiya və idarəçilik sahəsində 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə