VəLİyev dünyamali əMİr oğLU



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə36/173
tarix14.04.2018
ölçüsü3,58 Kb.
#38395
1   ...   32   33   34   35   36   37   38   39   ...   173

 
66 
axarından çıxarılması və İnzibati-amirlik sisteminin bərqərar olması; 
3.
 
1991-ci ildə milli müstəqilliyinin yenidən bərpa edilməsi.  
1920-ci ildə bolşeviklər Azərbaycanı işğal etdikdən sonra xalq  öz təbii sərvətləri üzərində qərar 
vermək  hüququndan  məhrum  olmuşdur.  Ölkənin  zəngin  təbii  sərvətləri,  ilk  növbədə,  onun  nefti 
Azərbaycan  xalqının  mənafeyinə  deyil,  ümumittifaq  xalq  təsərrüfatı  kompleksinin  ehtiyaclarına  tabe 
edilmişdir. Neft məhsulları üzərində nəzarət də eyni qaydada mərkəzi orqanların səlahiyyətlərinə daxil 
edilmişdir.  
Bütün  SSRİ-də  olduğu  kimi  Azərbaycanda  da  inzibati-amirlik  sisteminin  ümumi  səciyyəvi 
cəhətləri  aşağıdakı kimi  idi.  Onun  əsasını  istehsal vasitələri  və  bütün  ehtiyatlar  üzərində  total  ictimai 
(əslində  isə  dövlət)  mülkiyyət,  iqtisadiyyatın  inhisarlaşması  və  xüsusi  formada  bürokratik  məmur 
aparatı ilə idarə olunması, iqtisadi mexanizmin əsası kimi mərkəzləşdirilmiş planlaşdırma təşkil edirdi.  
İnzibati-amirlik sistemində təsərrüfat mexanizmi bir sıra xüsusiyyətlərə malik idi. Həmin sistem 
hər  şeydən  əvvəl  tələb  edirdi  ki,  bütün  müəssisələr  vahid  mərkəzdən  -  yüksək  dövlət  orqanları 
tərəfindən  idarə  edilsin.  Bu  isə  təbiidir  ki,  təsərrüfat  subyektlərinin  müstəqilliyinə  imkan  vermirdi. 
İkincisi, mərkəzi hökumət məhsul istehsalı və bölgüsünü öz nəzarəti altında saxlayır. Bunun nəticəsində 
isə  ayrı-ayrı  təsərrüfatlar  arasında  azad  bazar  əlaqələri  aradan  qalxırdı.  Üçüncüsü,  təsərrüfat 
fəaliyyətini  dövlət  aparatı  əsas  etibarilə  inzibati-amirlik  üsullarla  idarə  edirdi.  Bu  isə  əməyin 
nəticələrinə maddi marağı heçə endirirdi.  
İstehsal vasitələrinin dövlətləşdirilməsi tarixdə görünməmiş dərəcədə inhisarlaşmaya yol açmışdı. 
İqtisadiyyatın  bütün  sahələrində  yaranmış  nəhəng  inhisarlar  mərkəzi  və  yerli  nazirliklər  tərəfindən 
dəstəklənir və rəqabətə yer qalmırdı. Bunun nəticəsində isə yeni texnika və texnologiyanın tətbiqi üçün 
müəssisələrdə maraq olmurdu. Daha çox məsrəflə daha çox məhsul istehsal etmək müəssisələrin devizi 
idi.  İqtisadi  sistem  «məsrəf»  iqtisadiyyatına  çevrilmişdir.  Son  nəticə  isə  belə  iqtisadiyyatın  «defisit» 
iqtisadiyyatına çevrilməsi olmuşdur.  
İctimai  tələbatın  tərkibi  də  mərkəzi  plan  orqanları  tərəfindən  müəyyən  edilirdi.  Təbiidir  ki, 
ictimai tələbatı praktikada bu dərəcədə müəyyən etmək mümkün olmadığı üçün minimum tələbat əsas 
götürülürdü.  
Maddi nemətlərin, əmək və maliyyə ehtiyatlarının mərkəzləşdirilmiş qaydada bölgüsü istehsalçı 
və  istehlakçıların  bilavasitə  iştirakı  olmadan  həyata  keçirilirdi.  Onun  böyük  əksəriyyəti  SSRİ-nin 
nəhəng  hərbi-sənaye  kompleksinin  ehtiyaclarının  ödənilməsinə  yönəldilirdi.  Həmin  sistem  həyatın 
tələblərinə  cavab  vermədiyinə  görə  və  xüsusən  elmi-texniki  tərəqqini  buxovladığı  üçün  onun 
dəyişdirilməsi tarixi tələbata çevrildi.  
Sovet  dövründə  Azərbaycan  iqtisadiyyatının  inkişafına  rəqəmlərin  gözü  ilə  qısa  nəzər  salsaq, 
onda  aşağıdakı  mənzərənin  şahidi  olarıq.  Rəsmi  statistika  məlumatları  göstərir  ki,  1913-1986-cı  illər 
ərzində  Azərbaycanda  sənaye  məhsulları  98  dəfə,  kənd  təsərrüfatının  ümumi  məhsulu  93  dəfə,  əkin 
sahələri 1, 4 dəfə artmışdır. Həmin dövrdə taxıl məhsullarının istehsalı 2,2; xam pambıq 1,2; üzüm 30,8; 
ət  4,5;  süd  5,1;  iribuynuzlu  heyvanların  sayı  1,5;  qoyun  və  keçilərin  sayı  2,4  dəfə  artmışdır.  Dəmir 
yollarının uzunluğu 2, 5 dəfə çoxalmışdır. [208, s. 10] 
Akademik Asəf Nadirovun qeyd etdiyi kimi «iqtisadiyyatın inkişafının bu mərhələsi (1920-1990-
cı illər) 70 illik bir müddəti əhatə edir. Lakin uzunluğuna görə əvvəlki qədər (1850-1920-ci illər) dövrə 
bərabər  olan  bu  mərhələ  iqtisadiyyatın  yüksəlişində  baş  verən  çox  köklü  kəmiyyət  və  keyfiyyət 
dəyişikliklərinin  böyük  miqyası  ilə  səciyyələnir.  Bununla  belə,  bu  tarixi  vaxt  kəsiyində  iqtisadiyyatın 
yüksək  inkişafı  ilə  onun  imkanlarına  uyğun  səviyyəyə  qalxa  bilməməsi  nəticəsində  həll  olunmamış 
çoxlu  problemlərin  mövcudluğu  sosializm  sisteminə  xas  olan  çoxlu  məlum  ziddiyyətləri  üzə  çıxarır. 
Məlum  olduğu  kimi,  sosializm  cəmiyyəti  şəraitində  zahiri  iqtisadi  möcüzənin  arxasında,  başqa 
qüsurlarla bərabər bu və ya digər respublikada məhsuldar qüvvələrin inkişafının mövcud imkanlarının 
onların  milli  mənafelərinə  xidmət  etmək  istiqamətində  yönəldilməməsi  halları  əvvəldən  axıra  qədər 
düşünülmüş dövlət siyasəti olub. » [30, s. 51]  
Sovet İttifaqı dövründə bu nəhəng ölkənin tərkib hissəsi kimi Azərbaycanın iqtisadi strukturu və 
fəaliyyət  mexanizmi  SSRİ-nin  iqtisadi  strategiyasına  uyğun  olaraq  formalaşmışdı.  Sənaye 
müəssisələrinin çoxu ümumittifaq xalq təsərrüfatı kompleksinin ehtiyacları nəzərə alınaraq yaradılmış, 
SSRİ-də mövcud olan «nəhənglik» ənənəsinə sadiq idi. «Beynəlxalq» əmək bölgüsü SSRİ çərçivəsində 
formalaşmışdı.  
Paradoksal  haldır  ki,  Sovet  dövründə  Azərbaycan  iqtisadiyyatında  ən  sürətli  inkişaf  mərhələsi 
SSRİ-də  sosial-iqtisadi  inkişafın  durğunluq  dövrünə  daxil  olduğu  bir  zamana  təsadüf  edir.  Bu 
ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu dövrdür.  
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  Ümummilli  lider  Heydər  Əliyevin  85  illik 


 
67 
yubileyinə həsr edilmiş xatirə gecəsində demişdir: “1969- cu ildə ilk dəfə Azərbaycanın rəhbər vəzifəsinə 
seçiləndə respublikanın iqtisadiyyatı çox bərbad vəziyyətdə idi. İndi bunu bəlkə də bəziləri xatırlamır, 
ancaq  statistik  göstəricilərdən  biz  bunları  görürük.  Bütün  müttəfiq  sovet  respublikaları  arasında 
Azərbaycan  ən  axırıncı  yerdə  idi.  Həm  ümumi  daxili  məhsul  istehsalı  baxımından,  həm  də  inkişaf 
baxımından  bütövlükdə  Azərbaycan  1960-cı  illərdə  SSRİ-də  geri  qalmış  respublika  kimi  tanınmışdı. 
Demək olar ki, iqtisadiyyat çox məhdud idi, sənaye potensialı əslində yox idi və respublikanın gələcəyi 
də  mərkəzi  fondlardan  daha  çox  asılı  idi.  Yəni  Azərbaycan  özü-özünü  təmin  edə  bilən  respublika 
deyildi.”  “Ancaq  Heydər  Əliyevin  rəhbərliyi  altında  bu  illər  ərzində  görülən  işlər  1982-ci  ildə  ona 
gətirib çıxartdı ki, Azərbaycan SSRİ-də ən qabaqcıl respublika idi. Həm iqtisadi inkişaf baxımından, 
sənaye  istehsalı  baxımından,  həm  də  bütün  göstəricilər  baxımından.  Azərbaycanda  ictimai  proseslər 
başqa respublikalardan böyük dərəcə də fərqlənirdi. Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda 
böyük quruculuq, abadlıq işləri aparılmışdır. Məhz o illərdə bu gün də müstəqil Azərbaycana xidmət 
edən  güclü  sənaye  potensialı  yaranmışdı.  Azərbaycan  sənaye  respublikasına  çevrilmişdi.  Bu  gün 
Azərbaycanın  neft-qaz  sektoru  üçün  əvəzsiz  olan  infrastruktur  məhz  Heydər  Əliyevin  təşəbbüsü  ilə 
1970-ci illərdə yaradılmışdır. Əgər o vaxt o infrastruktur yaradılmasaydı, müstəqillik dövründə böyük 
neft-qaz layihələrinin icrası ən azı 10 il, bəlkə də, 15 il gecikə bilərdi. 1994-cü ildə Azərbaycan xarici 
investorları ölkəmizə dəvət edəndə artıq burada çox güclü infrastruktur var idi. O infrastruktur məhz 
Heydər Əliyevin vaxtında yaradılmışdır. ” 
1960-70-ci  illərdə  Azərbaycanda  MİM-in  orta  illik  artım  sürəti  5,  2%  olduğu  halda,  1970-80-ci 
illərdə 7, 4%-ə yüksəlmişdir və Sovet İttifaqı üzrə eyni göstəricini (5, 0%) xeyli qabaqlamışdır. Bunun 
nəticəsində Azərbaycanda məcmuu ictimai məhsul 1970-1980-ci illər arasında 2 dəfədən çox artmışdır. 
1970-ci  il  100%  qəbul  edilərsə,  sənaye  məhsulları  istehsalı  1980-ci  ildə  220,  kənd  təsərrüfatı  istehsalı 
202,  kapital  qoyuluşları  167,  ictimai  əmək  məhsuldarlığı  161,  o  cümlədən,  sənayedə  172,  kənd 
təsərrüfatında 190 faiz təşkil etmişdir. [208, s. 15]. Sənaye məhsulu istehsalının artım sürəti 1975-1979-
cu  illər  ərzində  SSRİ-də  20%  artdığı  halda,  bu  artım  Azərbaycanda  bütün  müttəfiq  respublikalar 
arasında  rekord  səviyyədə  -  36%  olmuşdur.  1966-1970-ci  illərin  orta  illik  göstəricisinə  nisbətən  1978-
1980-ci illərdə hər il orta hesabla - taxıl 2,1; pambıq 2; tütün 2,5; üzüm 4,7; kartof 2,5; tərəvəz isə 2,6 
dəfə çox istehsal edilirdi. [232, s. 192]  
Bütün bunların nəticəsində «o zaman iqtisadiyyata rəhbərlik edən Heydər Əliyev respublikanın 
imkanlarına  müvafiq  olaraq  onun  daha  yüksək  sosial-iqtisadi  inkişaf  vəzifələrini  müəyyənləşdirib 
ardıcıl  olaraq  böyük  əhəmiyyətə  malik  proqramların  həyata  keçirilməsini  təmin  etdi.  Nəticədə 
Azərbaycan  özünün  sosial-iqtisadi  yüksəlişində  heç  zaman  görünməyən  nailiyyətlər  əldə  etdi  və  bu 
dövr, haqlı olaraq, respublikanın hərtərəfli tərəqqisində tarixə ən əlamətdar mərhələ kimi daxil oldu. » 
[30, s. 56]  
Azərbaycan  iqtisadiyyatı  haqqında  fundamental  tədqiqatların  müəllifi  akademik  Ziyad 
Səmədzadənin qeyd etdiyi kimi: «Çoxları bu gün cəsarət tapıb Heydər Əliyevin müdrik uzaqgörənliyini 
etiraf  etməlidir.  Heç  şübhə  yoxdur  ki,  qüdrətli  Sovet  dövlətinin  liderlərindən  yalnız  o,  acınacaqlı 
sonluğu  -  Sovet  İttifaqının  dağılacağını  əvvəlcədən  görürdü.  Ona  görə  də  öz  xalqını,  respublika 
iqtisadiyyatını həmin tarixi dönüşə, suverenlik və dövlət müstəqilliyi şəraitində yaşamaq qabiliyyətinə 
hazırlayırdı. » [232, s. 17-18] 
Həqiqətən,  «70-ci  və  80-ci  illərdə  hadisələrin  gedişini  izləyərkən  bu  dövrdə  əslində  qeyri-aşkar 
şəkildə  də  olsa,  müstəqil  Azərbaycan  üçün  sosial-iqtisadi  və  mədəni-mənəvi  potensial  toplandığının 
şahidi oluruq. » [70, s. 22] 
Sonralar Heydət Əliyev qeyd edirdi ki, natamam tədbirlər sistemini özündə birləşdirən və aydın 
konsepsiyaya malik olmayan «yenidənqurma» dövrü nəhəng bir imperiyanın süquta doğru irəliləməsini 
daha da sürətləndirdi. Heç təsadüfi deyildi ki, o illərdə - 80-ci illərin ortalarında biz ayrı-seçkiliyə daha 
çox məruz  qalırdıq. Mən  Azərbaycanı,  həm  də  Orta  və  Mərkəzi Asiyanın  bəzi  digər  respublikalarını 
nəzərdə tuturam. İndi məhz bunu xatırlamağa lüzum var ki, o illərdə xalqların, o cümlədən, Özbəkistan 
və Azərbaycan xalqlarının milli azadlığı və dövlət müstəqilliyi üçün şərait yetişməyə başlayan vaxtlarda 
son dərəcə çox əngəllər törədilirdi.  
Bütün ölkədə getdikcə pisləşən ictimai-siyasi vəziyyət özünü Azərbaycanda Qarabağ probleminin 
püskürməsi ilə daha qabarıq göstərdi.  
Azərbaycan  iqtisadiyyatı  80-ci  illərdə  bütün  göstəricilər  üzrə  geriləməyə  başladı.  Belə  ki,  milli 
gəlirin  istehsalı  indeksi  1980-ci  il  100%  götürülərsə,  1990-cı  ildə  bütün  SSRİ  üzrə  106,  8  faiz  olduğu 
halda,  Azərbaycanda  91,  9  faiz  təşkil  etmişdir.  Adambaşına  düşən  milli  gəlir  və  əmək  məhsuldarlığı 
indeksi  isə  Azərbaycanda  daha  çox  geriləmiş  və  1990-cı  ildə  müvafiq  olaraq  85,  7  və  85,  6  faiz 
olmuşdur. [209, s. 12-13]  
SSRİ-nin  süqutu  ərəfəsində  Azərbaycanda  adambaşına  milli  gəlir  SSRİ  üzrə  orta  göstəricinin 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə