VəLİyev dünyamali əMİr oğLU



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə44/173
tarix14.04.2018
ölçüsü3,58 Kb.
#38395
1   ...   40   41   42   43   44   45   46   47   ...   173

 
81 
Özəlləşdirmədən əldə edilən vəsait dövlət büdcəsinə keçirilir.  
Özəlləşdirmənin həyata keçirilməsinin hüquqi bazası rolunu oynayan Azərbaycan Respublikasında 
dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramlarının (1995-1998-ci illər) qəbulu xüsusi əhəmiyyət 
kəsb  etmişdir.  Bundan  sonra  sahibkarlığın  inkişafı  üzrə  dövlət  tədbirləri  Azərbaycan  dövlətinin  iqtisadi 
siyasətinin  prioritet  istiqamətlərindən  birinə  çevrilmişdir.  Proqramda  özəlləşdirmənin  məqsədləri  sistemli 
xarakter daşıyırdı və aşağıdakı kimi müəyyən edilmişdir: 
-  xüsusi  mülkiyyət  və  azad  rəqabət  prinsipləri  əsasında  bazar  iqtisadiyyatının  inkişafına  şərait 
yaradılması; 
- bazar iqtisadiyyatı tələblərinə uyğun iqtisadi strukturun yaradılması; 
- iqtisadi prosesdə istifadə edilməyən mənbələrin təşviq edilməsi; 
- milli və xarici kapitalın bu prosesə cəlb edilməsi üçün təşviq edilməsi; 
- bütün bunların nəticəsində xalqın rifah səviyyəsinin yaxşılaşdırılması  
Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında   
I Dövlət Proqramı qəbul edildikdən sonra özəlləşdirmə sistemli xarakter almışdır.  
Özəlləşdirmə  haqqında  I  Dövlət  Proqramında  orta  və  iri  müəssisələrin  əvvəlcə  anonim  şirkətlərə 
çevrilməsi  və  sonra  pay  sənədlərinin  bazara  çıxarılması  nəzərdə  tutulmuşdur.  Özəlləşdirmənin  ədalətli 
aparılması və bu prosesdə xalqın fəal iştirakının təmin edilməsi üçün hər bir vətəndaşa özəlləşdirmə payı 
(çeklər) verilmişdir.  
Azərbaycan  Respublikasında  1995-1998-ci  illərdə  dövlət  mülkiyyətinin  özəlləşdirilməsinin  Dövlət 
Proqramına əsasən özəlləşdirməyə birinci növbədə ticarət, ictimai iaşə və  xidmət, nəqliyyat, tikinti və bir 
sıra başqa sahələrdə başlanılmışdır.  
Dövlət  Proqramı  qəbul  edildikdən  sonra  özəlləşdirmə  prosesi  aşağıdakı  məlumatlardan 
göründüyü kimi geniş və əhatəli olmuşdur.  
C
ə
dv
ə
l 4. 1 
Azərbaycanda özəlləşdirilən obyektlərin sayı
 
 
1995 
1996 
1997 
1998 
1999 
Cəmi  
872 
6418 
7493 
6644 
1897 
o cümlədən sənaye 

18 
326 
155 
63 
Kənd təsərrüfatı  


43 
62 

Nəqliyyat 
872 
384 
1729 
3546 
860 
Ticarət 

389 
647 
680 
179 
İnşaat 


36 
152 
40 
Xidmət  

5140 
3877 
289 
65 
Yarımçıq tikililər 


35 
48 
22 
Neft ofisləri  

194 
186 
56 
41 
Sair 


353 
1443 
534 
Orta və iri müəssisələr 


407 
547 
111 

 
DSK, 2001 
 
Özəlləşdirilən kiçik müəssisələrin sayı yalnız üç il (1995-1998-ci illər) ərzində 7, 5 dəfə artmış və 
fəaliyyət  sahələri  genişlənmişdir.  Belə  ki,  1995-ci  ildə  kiçik  müəssisələr  yalnız  nəqliyyat  sahəsində 
özəlləşdirilirdisə, 1998-ci ildə bu proses iqtisadiyyatın demək olar ki, bütün sahələrini əhatə etmişdir.  
2000-ci  ildə  «Azərbaycan  Respublikasında  dövlət  əmlakının  özəlləşdirilməsinin  II  Dövlət 
Proqramı» (əlavə və dəyişikliklər 23. 10. 2003-cü il) mövcud qanunvericiliyə və son illər ölkədə həyata 
keçirilmiş özəlləşdirmə təcrübəsi nəzərə alınaraq hazırlanmış və yeni müddəalar ilə zənginləşdirilmişdir. 
Belə  ki,  Proqramın  məqsədlərinə  iqtisadiyyatın  strukturunun  təkmilləşdirilməsi  və  rəqabət  mühitinin 
formalaşdırılması  əsasında  milli  iqtisadiyyatın  səmərəliliyinin  yüksəldilməsi,  iqtisadiyyata 
investisiyalar, o cümlədən xarici investisiyalar cəlb etmək yolu ilə onun inkişafına nail olunması, bazar 
münasibətlərinin iqtisadi əsası kimi özəl mülkiyyətçilər təbəqəsinin genişləndirilməsi və s. kimi mühüm 
müddəalar  daxil  edilmişdir.  Proqramda  dövlət  əmlakının  özəlləşdirilməsi  üsulları  yenidən  nəzərdən 
keçirilmiş  və  genişləndirilmişdir.  Keçmişdən  fərqli  olaraq  bundan  sonra  müəssisələrin  fərdi  layihələr 
əsasında özəlləşdirilməsi, əmlakın hərraclar vasitəsilə satışı və müəssisələrin müflis elan olunması yolu 
ilə satışı üsullarından da istifadə edilməsi zəruri hesab edilir. Əhalinin sosial müdafiəsini təmin etmək 
məqsədilə  özəlləşdirilən  müəssisələrdə  sosial  ödəmələr  üzrə  işçilərə  yaranmış  borcların  sahibkar 
tərəfindən  ödənilməsi nəzərdə  tutulmuşdur.  Dövlət  əmlakının  bir hissəsinin  əmək  kollektivi  üzvlərinə 
və  ölkə  vətəndaşlarına  əvəzsiz  olaraq  verilməsi  qaydası  müəyyən  edilmişdir.  I  Dövlət  Proqramında 
əmlakın  qiymətləndirmə  mexanizmi  təkmil  deyildi.  Belə  ki,  obyektlərin  qiymətləri  mövcud  bazar 


 
82 
konyukturundan fərqlənirdi. Ona görə də II Dövlət Proqramında hərracların keçirilməsi mexanizminin 
çevikliyinin artırılması üçün bu mexanizmdə müəyyən dəyişikliklər edilmişdir.  
«Azərbaycan  Respublikasında  dövlət  əmlakının  özəlləşdirilməsinin  II  Dövlət  Proqramı»  (10. 
VIII.  2000-ci  il)  ilə  özəlləşdirilən  müəssisə  və  obyektlərin  dairəsi  genişləndirilmişdir.  Azərbaycan 
Respublikası  Prezidentinin  sərəncamları  ilə  strateji  sahələrə  aid  olan  bir  sıra  maşınqayırma,  kimya, 
rabitə və balıqçılıq və digər müəssisə və obyektlər özəlləşdirməyə açıq elan edilmişdir.  
Aqrar-sənaye  kompleksinin  inkişaf  etdirilməsi  məqsədilə  həmin  kompleksin  emal,  xidmət  və 
təchizat bazasının özəlləşdirilməsi üçün tədbirlər görülmüşdür.  
Özəlləşdirmədə  xarici  investorların  iştirakı  üçün  normativ-hüquqi  baza  yaradılmışdır. 
Müəssisələrin  bazasında  səhmdar  cəmiyyətlərin  yaradılması,  onların  özəlləşdirilməsi  və  fəaliyyətinin 
tənzimlənməsi  prosesi  qanunvericiliyə  uyğun  olaraq  Dövlət  Əmlakının  İdarə  edilməsi  üzrə  Dövlət 
Komitəsi tərəfindən davam etdirilir.  
1995-2005-ci  illər  ərzində  özəlləşdirmə  sahəsində  iki  Dövlət  Proqramı  və  50-dən  çox  qanun  və 
digər hüquqi-normativ aktlar qəbul edilmişdir və həyata keçirilir.  
Azərbaycan  Respublikası  Prezidenti  İlham  Əliyevin  29.  VIII.  2006-cı  ildə  imzaladığı 
«Azərbaycan  Respublikasının  dövlət  müəssisələrinin  idarə  edilməsi  prosesinin  təkmilləşdirilməsi» 
haqqında Fərmanı özəlləşdirmənin və özəlləşdirilən dövlət əmlakının idarə edilməsini daha da inkişaf 
etdirmişdir.  
Özəlləşdirilən müəssiələrin sonrakı taleyinə cəmiyyət və dövlət laqeyid deyildir. Çünki onlardan 
səmərəli  istifadə  olunması  iqtisadiyyatın  inkişafı  üçün  çox  əhəmiyyətlidir.  Azərbaycan  Respublikası 
Prezidentinin  6  iyun  2007-ci  ildə  imzaladığı  Fərmanla  qəbul  edilmiş  tədbirlər  paketi  diqqəti  xüsusilə 
cəlb edir. Paketə daxildir:  
1.   Azərbaycan  Respublikasında  dövlət  əmlakının  idarə  edilməsinin  təkmilləşdirilməsi  üzrə 
Dövlət Proqramı; 
2.   özəlləşdirilən  və  idarəetməyə  verilən  müəssiələrdə  investisiya  qoyuluşları  üzərində  nəzarətin 
həyata keçirilməsi qaydaları; 
3.   dövlət müəssisələrinin özəlləşdirilmə qabağı sağlamlaşdırılması və restruktizasiyası qaydaları; 
4.   səhmdar cəmiyyətlərdə dövlətə məxsus səhmlərin idarə edilməyə verilməsi qaydaları; 
5.   özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında əsasnamə.  
Proqram  xarakterli  həmin  sənədlərin  hər  biri  dövlət  əmlakının  idarə  edilməsi  və  özəlləşdirmə 
haqqında  qanunvericiliyin  daha  da  təkmilləşdirilməsi  və  inkişaf  etdirilməsi  sahəsində  müstəsna 
əhəmiyyətə malikdir.  
1995-2005-ci  illərdə  Azərbaycanda  cəmisi  43118  obyekt  özəlləşdirilmişdir  ki,  onun  təxminən 
yarısı  (50,  7%-i)  nəqliyyat  müəssisələri,  nəqliyyat  vasitələri  və  ticarət,  23%-i  məişət  xidməti 
obyektlərindən  ibarətdir.  Özəlləşdirilən  obyektlər  arasında  sənaye,  kənd  təsərrüfatı  və  tikinti 
obyektlərinin xüsusi çəkisi cəmisi 3, 4% təşkil edir. 1500-dən çox orta və iri müəssisə səhmdar cəmiyyətə 
çevrilmişdir. [73, cild 2, s. 719-721]  
Son  beş  il  ərzində  azad  sahibkarlığın  və  iqtisadiyyatın  tarazlı  və  davamlı  inkişafının 
sürətləndirilməsi,  yeni  iş  yerlərinin  açılması  üzrə  həyata  keçirilən  tədbirlər  nəticəsində  ölkədə  xüsusi 
müəssisələrin sayı artmış və bu, dövlət registrində qeydə alınmış statistik vahidlərin 75, 6 faizini təşkil 
etmişdir.  
Təhlil  göstərir  ki,  ölkə  üzrə  statistik  vahidlərin  yalnız  15  faizini  dövlət  mülkiyyətində  olan 
müəssisələr,  3,7  faizini  bələdiyyələr  və  onların  müəssisələri,  5,7  faizini  isə  xarici  və  birgə  müəssisələr 
təşkil edir. Xüsusi mülkiyyətdə olan müəssisə və təşkilatların əsas hissəsi «Topdan və pərakəndə ticarət, 
avtomobillərin,  məişət  məmulatlarının  və  şəxsi  istifadə  əşyalarının  təmiri»  (41,1  faiz),  «Kənd 
təsərrüfatı,  ovçuluq  və  meşə  təsərrüfatı»  (14,8  faiz),  «Digər  kommunal,  sosial  və  şəxsi  xidmətlərin 
göstərilməsi»  (10,  4  faiz),  «Daşınmaz  əmlakla  əlaqədar  əməliyyatlar,  icarə  və  istehlakçılara  xidmət 
göstərilməsi» (9, 2 faiz) və «Emal sənayesi» (8, 1 faiz) bölmələrinin payına düşür.  
Qeydiyyatda olan müəssisə və təşkilatların 53, 1 faizi Bakıda, 13, 1 faizi Aran iqtisadi rayonunda 
yerləşir. 2007-ci ilin birinci yarısında Azərbaycanda 2683 yeni müəssisə yaradılmış və onların 32, 5 faizi 
«Topdan  və  pərakəndə  ticarət,  avtomobillərin,  məişət  məmulatlarının  və  şəxsi  istifadə  əşyalarının 
təmiri»,  14,  6  faizi  «Tikinti»,  14  faizi  «Kənd  təsərrüfatı,  ovçuluq  və  meşə  təsərrüfatı»  7,  4  faizi  isə 
«Emal sənayesi» bölmələrinin payına düşür.  
Dövlət  Əmlakının  İdarə  Edilməsi  üzrə  Dövlət  Komitəsində  özəlləşdirmə  prosesinin  daha  da 
sürətləndirilməsi  məqsədilə  2007-2010-cu  illəri  əhatə  edən  dövlət  proqramının  layihəsi  də  hazırlanıb. 
Sənəd  təkcə  özəlləşdirməni  deyil,  həm  də  investisiya  qoyuluşlarına  nəzarət  mexanizminin 
təkmilləşdirilməsini,  dövlət  əmlakından  səmərəli  istifadəni,  özəlləşdirmədən  sonra  müəssisələrin  idarə 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə