VəLİyev dünyamali əMİr oğLU



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə40/173
tarix14.04.2018
ölçüsü3,58 Kb.
#38395
1   ...   36   37   38   39   40   41   42   43   ...   173

 
75 
kökləri olduqca dərindir. İstehsal olunan məhsullar tələbata cavab vermədiyi  üçün anbarlarda yığılıb 
qalır,  strateji  məhsullar  isə  blokada  vəziyyətində  olduğumuz  üçün  xarici  bazarlara  böyük  çətinliklə 
çıxarılırdı. Həm valyuta çatışmazlığı, həm də yolların təhlükəli olması ilə əlaqədar mal idxalı da böyük 
çətinliklə  həyata  keçirilirdi.  Ölkə  əhalisi  açıq-aşkar  aclıq  imtahanına  çəkilirdi.  Ərzaq  anbarları 
boşalmış,  ilkin  tələbat  mallarının  istehsalı  fəlakətli  dərəcədə  azalmışdı.  Dəyirmanlar  boşalmışdı.  Elə 
gün olurdu ki, Qazaxıstandan yola salınmış un gecə Bakıya çatmasaydı, səhəri gün şəhərdə aclıq baş 
verə bilərdi. Ona görə də dövlət orqanlarının bütün gücü həmin unun Bakıya vaxtında çatdırılmasına 
yönəldilirdi. Məsuliyyətsiz bəzi vəzifəli şəxslər isə bu çətinlikdən öz ciblərini doldurmaq  üçün istifadə 
edirdilər.  1992-ci  ilin  qışında  ölkəni  Avropa  Birliyindən  alınan  300  min  ton,  1993-cü  ilin  qışında  isə 
Türkiyənin verdiyi yenə 300 min ton əvəzsiz un və taxıl yardımı xilas etdi.  
  Amma  ölkənin  əsl  xilaskarı  1993-cü  ildə  xalqın  istəyi  ilə  ümummilli  lider  Heydər  Əliyevin 
hakimiyyətə qayıtması oldu.  
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin  qeyd  etdiyi  kimi:  “Belə  bir  çətin  anda, 
çətin  dövrdə  xalqımızın  müdrikliyi  bir  daha  özünü  göstərdi.  Xalqın  təkidi  və  tələbi  ilə  ümummilli 
liderimiz  Heydər  Əliyev  Azərbaycana  qayıtdı,  xalq  onu  Prezident  seçdi  və  ondan  sonra  ölkəmizin 
inkişaf  dövrü  başlandı.  Bütün  xoşagəlməz  meyillərə  son  qoyuldu,  sabitlik,  ictimai  asayiş  bərqərar 
olundu,  qeyri-qanuni  silahlı  dəstələr  tərksilah  edildi.  Bir  sözlə,  Azərbaycan  inkişaf  yoluna  qədəm 
qoydu”. (20 sentyabr 2004-cü il ) 
Tarixdən yaxşı məlumdur ki, əgər dövlətin, xalqın strateji, perspektiv mənafeyi baxımından onun 
daxili  və  xarici  siyasətinin  ümumiləşmiş  konsepsiyasını  müəyyən  edə  bilən  şəxsiyyət  yoxdursa,  bu 
mənafeyi beynəlxalq forumlarda, yüksək tribunalardan müdafiə edə bilən, dövlətin strateji xəttini xalqa 
sadə şəkildə bəyan edən və dövlətçiliyi ümumxalq işinə çevirməyi, xalqı öz arxasınca aparmağı bacaran 
şəxsiyyət  yoxdursa  və  nəhayət,  dövlətçiliyi  qorumağı,  onun  müdafiəsini  təşkil  etməyi  əməli  sürətdə 
həyata  keçirən  praktik  siyasətçi-diplomat,  sərkərdə  və  komandan  yoxdursa,  daxildə  əmin-amanlığı, 
ölkənin  iqtisadi  inkişafını  təmin  etməyi  üzərinə  götürə  bilən  qurucu,  yaradıcı  təsərrüfat  rəhbəri 
yoxdursa, həmin ölkənin gələcəyindən nikbin ruhda danışmaq çətin olar. [70, s. 12]  
Dövlət idarəçiliyi sahəsində zəngin təcrübəyə malik olan Heydər Əliyevin müdrik daxili və xarici 
strateji  kursu  ölkəni  bürümüş  dərin  siyasi,  iqtisadi,  sosial  və  psixoloji  böhran  və  sarsıntılardan 
çıxararaq  müstəqilliyin  əbədi  yolu  ilə  inamla  irəliləməsi  üçün  möhkəm  zəmin  yaratdı.    Azərbaycan 
Respublikasının Prezidenti  İlham  Əliyevin qeyd etdiyi kimi (20 sentyabr 2004-cü il )  “Azərbaycan öz 
dövlət müstəqilliyini əldə etdikdən sonra gedən proseslər, təəssüflər olsun ki, ölkəmizi uçurum kənarına 
gətirmişdi.  Sosial  -  iqtisadi,  siyasi,  hərbi  böhran  hökm  sürürdü.  Azərbaycan  torpaqları  Ermənistanın 
işğalçı  qüvvələri  tərəfindən  zəbt  olunurdu,  ölkədə  xaos,  anarxiya,  hərc-mərclik  mövcud  idi,  vətəndaş 
müharibəsi başlamışdı. O illərdə baş verən iqtisadi tənəzzül ölkəmizi çox çətin vəziyyətə salmışdı.  
Daxili çəkişmələrə son qoyulması, siyasi sabitliyin təmin olunması, atəşkəs haqqında razılaşma 
əsasında  erməni  təcavüzünün  dayandırılması,  «əsrin  müqaviləsinin»  bağlanması,  balanslaşdırılmış 
xarici  siyasət  və  qonşu  dövlətlərlə  münasibətlərin  normallaşdırılması  bütün  diqqəti  ölkədə  çoxdan 
yığılıb  qalmış  və  yatmış  vulkana  bənzəyən  daxili  sosial-iqtisadi  problemlərin  həll  olunmasına 
yönəltməyə  imkan  verdi.  Həyat  isə  bütün  kəskinliyi  ilə  tələb  edirdi  ki,  heç  bir  ölkənin  tarixində  rast 
gəlinmədiyi strateji əhəmiyyətli üç taleyüklü vəzifə eyni zamanda yerinə yetirilsin.  
 1. müstəqil, demokratik, hüquqi dövlətin yaradılması və inkişaf etdirilməsi; 
 2. İnzibati-amirlik sistemi ləğv edilərək bazar iqtisadiyyatı prinsiplərinin bərqərar olunması; 
 3.  qapalı  sosial-iqtisadi  sistemin  xaricə  açılması  və  açıq  qapı  siyasətinin  tətbiq  edilməsi  ilə 
bərabərhüquqlu dövlət kimi qlobal iqtisadi sistemə inteqrasiya edilməsi.  
Bu  tarixi  vəzifələrin  hər  biri  istənilən  bir  dövlət  üçün  kifayət  qədər  ciddi  və  əhəmiyyətli  idi  və 
bütün qüvvələrin bu məqsədlərə səfərbər edilməsini tələb edirdi.  
   Totalitar  sosialist  sisteminin  süqutu  nəticəsində  yaranmış  yeni  müstəqil  dövlətlər  qarşısında 
duran  problemlərin  orijinallığı  və  tarixdə  mövcud  olmuş  iqtisadi  sistemlərin  heç  birində  anoloqu 
olmaması  dünya  iqtisadi  və  siyasi  ədəbiyyatına  bu  ölkələrin  real  durumunu  və  perspektivlərini  əks 
etdirən  yeni  bir  termin  «keçid  iqtisadiyyatı  ölkələri»  terminini  də  gətirdi.  «Keçid»  anlayışı  yalnız 
iqtisadi termin deyildir və cəmiyyətin bütövlükdə mövcud siyasi, iqtisadi və sosial quruluşundan imtina 
edildiyi  və  hələlik  yenisinin  yaradılmadığı  bir  vəziyyəti  ifadə  edir,  cəmiyyətin  sosial-iqtisadi 
strukturunun  transformasiya  prosesində  olduğunu  göstərir.  Problemin  çətinliyi  bir  də  onda  idi  ki, 
totalitar  rejimin  70  illik  despotik  hakimiyyəti  dövründə  cəmiyyət  demokratiya,  sərbəst  bazar 
iqtisadiyyatı,  azad  sahibkarlıq,  siyasi  plüralizm  və  bu  kimi  digər  çağdaş  dəyərlərdən  uzaq  məsafədə 
saxlanılmışdır,  üstəlik  əhalidə  uzun  illər  boyu  xüsusi  mülkiyyət,  bazar  iqtisadiyyatı,  sahibkarlıq 
anlayışlarına  mənfi  münasibət  formalaşdırılmışdır.  Həyat  isə  bütün  kəskinliyi  ilə  tələb  edirdi  ki, 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə