VəLİyev dünyamali əMİr oğLU



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə48/173
tarix14.04.2018
ölçüsü3,58 Kb.
#38395
1   ...   44   45   46   47   48   49   50   51   ...   173

 
89 
nəticəyə  gəlirlər:  «Bazar  iqtisadiyyatı  uzun  müddət  mövcud  olmadıqdan  sonra  bazar  iqtisadiyyatına 
keçmək asan bir iş deyildir. Əgər nəzərə alınsa ki, dünyada analoqu olmayan bu prosesdə əhəmiyyətli 
irəliləyişə  nail  olmayan  ölkələr  kifayət  qədər  çoxdur,  o  zaman  Azərbaycanın  əldə  etdiyi  nailiyyətləri 
tam əminliklə ümidverici hesab etmək olar». [73, cilt II, s. 597].  


 
90 
4. 4. Məqsədyönlü dövlət tənzimləmələri 
İlham Əliyevin strayeji kursunun
 
əsasıdır. 
 
Biz  Az
ə
rbaycan
ı
  g
ü
cl
ü
  d
ö
vl
ə
t
ə
 
ç
evirm
ə
liyik.    Bu  v
ə
zif
ə
  bir  m
ü
dd
ə

ə
vv
ə

qar
şı
ya  qoyulmu
ş
dur    v
ə
  biz  bu  m
ə
qs
ə
d
ə
  do
ğ
ru  ir
ə
lil
ə
yirik.  Az
ə
rbaycanda 
apar
ı
lan  iqtisadi  islahatlar 
ö
z  s
ə
m
ə
r
ə
sini  verm
ə
kd
ə
dir.  Biz  son  d
ö
rd  il 
ə
rzind
ə
 
iqtisadi inki
ş
af bax
ı
m
ı
ndan d
ü
nyada 
ə
n s
ü
r
ə
tl
ə
 inki
ş
af ed
ə

ö
lk
ə
yik.  
İlham ƏLIYEV 
Az
ə
rbaycan Respublikas
ı
n
ı
n Prezidenti 
 
Konseptual  baxış.  Azərbaycan  müstəqillik  əldə  etdikdən  və  bazar  iqtisadiyyatının  əsasları 
qoyulmağa başladıqdan sonra bütün postsovet ölkələrində, o cümlədən, Azərbaycanda dövlətin iqtisadi 
həyatda rolu məsələsinə münasibət kəskin sürətdə dəyişdi.  
İctimai  həyatda  istehsal  vasitələri  üzərində  dövlət  mülkiyyətinin  və  dövlətin  hegemon  olduğu 
Sovet  dövləti  iflasa  uğradıqdan  sonra  dövlətin  iqtisadiyyatda  tənzimləyici  funksiyasının  maksimum 
dərəcədə  azaldılmasını  ölkənin  yeganə  xilas  yolu  hesab  edənlər,  hakimiyyətin  yüksək  etalonlarında 
təmsil olundular. Bazar iqtisadiyyatı - liberallaşma - dövlətin tənzimləyici rolu kimi bir-biri ilə əlaqədar 
olan məfhumlar arasında nisbət sonuncunun əleyhinə kəskin sürətdə dəyişdi.  
Bütün  bu  ölkələrdə  dövlətin  totalitar  rolu  haqqında  (Baltikyanı  respublikalarından  başqa)  bir 
ifratçılıq başqa ifratçılıqla əvəz olundu, yəni dövlətin iqtisadi funksiyası minimuma endirildi.  
Hadisələrin sonrakı gedişi göstərdi ki, hər iki ifrat nöqteyi-nəzər olduqca ziyanlıdır. Çünki yaxşı 
məlumdur ki, bazar iqtisadiyyatı şəraitində dövlət müdaxiləsi olmadan və ya bu müdaxilə minimuma 
endirildikdə iqtisadiyyat səmərəli şəkildə fəaliyyət göstərə bilməz, xaos yaranar və aradan qaldırılması 
çətin olan ziyanlı nəticələr törəyə bilər.  
Dövlətin  özünün  müstəqil  mövcud  olması  və  daha  da  möhkəmlənməsi  üçün  də  məqsədyönlü 
iqtisadi sistemin yaradılması vacib şərtdir. Dövlətin sistem yaradıcı fəaliyyəti iqtisadi infrastrukturun 
səmərəliliyi və həyata dözümlülüyünün həlledici amilidir.  
İqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi və bazar iqtisadiyyatı bəzilərinin başa düşdükləri 
kimi  bir-birinə  zidd  məfhumlar  deyil,  əksinə  bir-birini  tamamlayır.  Reallıqlar  göstərir  ki,  dövlət 
müdaxiləsindən  azad,  heç  bir  məhdudiyyət  qoyulmayan  bazar  iqtisadiyyatı  yalnız  nəzəriyyələrdə 
mövcud ola bilər və belə bir «xalis» model dünyanın heç bir yerində sınaqdan keçirilməmişdir. Çünki 
bazar  müəyyən  avtomatik  tənzimləmə  mexanizminə  malik  olsa  da,  çoxsaylı  gözlənilməz  və  ciddi 
problemlər yaradır. Bunlar dövlət tərəfindən ağılla tənzimlənməsə, ölkədə mövcud olan sosial tarazlıq 
və  nizamın  əsaslarını  sarsıda  bilər.  Çünki  bazar  öz-özünə  dayanıqlı  iqtisadi  infrastruktur  sistemini 
yaradıb inkişaf etdirə bilməz.  
Tarixi təkamül prosesi göstərir ki, inkişaf etmiş sənaye ölkələrinin bəşəri inkişafda aparıcı mövqe 
qazanmalarında dövlət həlledici rol oynamış və oynamaqda davam edir. Bu ölkələrin, demək olar ki, 
hamısında  XX  əsr  ərzində  dövlətin  həyata  keçirdiyi  genişmiqyaslı  tənzimləmə  tədbirləri  və  sosial 
proqramlarının  başlıca  məqsədi  sərt  qanunlara  əsasən  fəaliyyət  göstərən  bazar  mexanizminin  mənfi 
nəticələrinin  aradan  qaldırılması,  ona  sosial  yönümlülük  verilməsi,  potensial  sosial  konfliktlərin 
azaldılması, bəzi inhisarçı qruplaşmaların dağıdıcı fəaliyyətinin qarşısının alınmasıdır.  
90-cı  illərin  birinci  yarısında  Azərbaycanda  özünü  göstərən  sosial-iqtisadi  fəlakətlərin  başlıca 
səbəblərindən biri yeni və səmərəli dövlət mexanizmi yaradılmadan köhnələrinin ləğv edilməsi və dövlət 
maşınının  zəifləməsi,  keçmişdə  ictimai  həyatda  aparıcı  mövqe  tutan  dövlət  müəssisələrinin  iflic 
vəziyyətinə düşməsi, iqtisadi fəaliyyətin normativ-hüquqi bazasının olmaması, hakimiyyət mexanizmi-
nin zəifliyi təşkil etmişdir. Dövlətin zəifliyi isə iqtisadiyyatın kriminallaşmasına aparan yoldur.  
Biz qloballaşan bir dünyada yaşayırıq. Getdikcə dərinləşməkdə olan və bütün dünya dövlətlərini 
öz  təbii  axarına  cəlb  edən  genişmiqyaslı  qloballaşma  prosesləri  onun,  istər  ümumdünya  miqyasda, 
istərsə də milli səviyyədə idarə olunmasını tələb edir. Bu proseslər milli dövlətlər qarşısında keyfiyyətcə 
yeni tələblər qoyur. Zaman tələb edir ki, onlar adət etdiyimiz makro və mikroiqtisadi tənzimləmələrlə 
yanaşı  -  beynəlxalq  əmtəə,  xidmət,  kapital  və  işçi  qüvvəsi  axınlarına  müdaxilə  etmək, 
proqnozlaşdırmaq və iqtiqamətləndirmək kimi çox mühüm funksiyaları da yerinə yetirsinlər. Ənənəvi 
dövlətlər qloballaşma şəraitində iki cəbhəyə qarşı mübarizə aparmağa məcburdurlar: 1) Ölkənin daxili 
problemlərinə qarşı; 2) Nəzarətdən çıxma təhlükəsi doğuran transmilli qüvvələrə qarşı.  
Müasir  iqtisadiyyatda  dövlətin  tənzimləyici  rolu  olduqca  artmışdır.  Tənzimləmə  tədbirləri 
bazarın  mənfi  nəticələrinin  aradan  qaldırılması,  ətraf  mühitin  qorunması,  maliyyə  sektoru  və 
inhisarların  fəaliyyətini  əhatə  edir.  Dövlətin  rolu  ölkə  iqtisadiyyatının  rəqabət  qabiliyyətinin 
artırılmasında,  elmi-texniki  tərəqqinin  stimullaşdırılmasında,  infrastrukturun  yaradılmasında, 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə