VəLİyev dünyamali əMİr oğLU



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə47/173
tarix14.04.2018
ölçüsü3,58 Kb.
#38395
1   ...   43   44   45   46   47   48   49   50   ...   173

 
87 
1 məlumatlarından göründüyü kimi sonrakı illərdə bu artım davam etmiş və ilbəil sürətlənmişdir. Belə 
ki,  1997-ci  ildə  ÜDM-un  artım  sürəti  5,  8%,  1998-ci  ildə  10%,  1999-cu  ildə  7,  4%,  2000-ci  ildə  isə 
müstəqillikdən sonrakı illərdə rekord səviyyəsinə çataraq 11, 2% təşkil etmişdir.  
Son dörd ildə (2004-2007-cı illər) Azərbaycan iqtisadi inkişaf sürətinə görə regionda və dünyada 
lider dövlətə çevrilmişdir. Belə ki, 2004-cü ildə ÜDM-un artım sürəti 10, 2, 2005-ci ildə 26, 4, 2006-cı 
ildə 34, 5%, 2007-ci ildə isə 25% təşkil etmişdir.  
Müqayisə  üçün  ölkə  qrupları  üzrə  ÜDM-un  orta  illik  artım  sürətini  nəzərdən  keçirmək 
məqsədəuyğundur. [73, cild II, Fikret Elma, s. 586]  
 
Ümumdaxili məhsulun orta illik artım sürəti (%-lə
  
№ 
  
1991-
1995 
1996-
1999 
2000-
2005 
1. 
AB-nin yeni üzvləri 
-5 


2. 
Baltikyanı ölkələr (Estoniya, Latviya, Litva) 
-10 


3. 
Mərkəzi  Avropa  (Çextya,  Macarıstan,  Polşa, 
Slovakiya, Sloveniya) 



4. 
AB-nə 
namizəd 
ölkələr 
(Bolqarıstan, 
Xorvatiya, Rumıniya, Türkiyə) 
-1 
-1 

5. 
Balkan 
ölkələri 
(Albaniya, 
Bosnya-
Herseqovina 
Makedoniya, 
Serbiya 
və 
Qaradağ) 
-5 


6. 
MDB dövlətləri 
-11 


7. 
Rusiya Federasiyası 
-9 
-1 

8. 
Belarus, Moldova, Ukrayna 
-12 
-1 

9. 
Orta Asiya ölkələri 
-9 


10.  Cənubi Qafqaz ölkələri  
-14 


  
o cümlədən Azərbaycan 
-16 

13 
 
90-cı  illərin  ikinci  yarısında  radikal  iqtisadi  islahatların  start  götürməsi  və  uğurla  davam 
etdirilməsi, dövlət əmlakının özəlləşdirilməsi prosesi, vergi və bank sistemində islahatların aparılması, 
xarici investisiyaların təşviq edilməsi, sahibkarlıq fəaliyyəti üçün işgüzar mühitin yaxşılaşdırılması və bu 
kimi  digər  tədbirlər  sisteminin  həyata  keçirilməsi  ölkə  iqtisadiyyatında  başlanan  dirçəliş  milli  iqti-
sadiyyatın bütün sahələrində özünü büruzə vermişdir.  
Ölkə iqtisadiyyatının əsasını təşkil edən sənaye ən iri və aparıcı sahədir. Həmin sahənin ümumi 
məhsulu 1995-2000-ci  illər  ərzində  daha 4 dəfə  artmışdır.  2007-cı  ildə  isə  2003-cü  ilə nisbətən  daha 4 
dəfə artmışdır. İqtisadiyyata kapital qoyuluşları 1995-2000-ci illərdə 4, 2 dəfə, 2000-2006-cı illərdə isə 
70  dəfə  artmış  və  967,  8  mln.  dollardan  6837,  9  mln.  manata  çatmışdır.  Bazar  münasibətlərinin 
mürəkkəb  və  ziddiyyətli  keçdiyi  kənd  təsərrüfatında  istehsal  olunan  məhsulların  həcmi,  2000-2007-cı 
illərdə isə 2, 1 dəfə artmışdır. Nəqliyyatda yük dövriyyəsi müvafiq dövrdə 2 və 4, 9 dəfə çoxalmışdır.  
Müstəqil  Dövlətlər  Birliyi  Statistika  Komitəsinin  məlumatına  görə,  2006-cı  ildə  ümumi  daxili 
məhsulun bu ölkələrdəki artımı 7% olub ki, bu da keçən illə müqayisədə təqribən 2 dəfə çoxdur. 2006-cı 
ildə  ÜDM  artımı  Azərbaycanda  34  faiz,  Ermənistanda  14,  8  faiz,  Qazaxıstanda  isə  10,  4  faiz  olub. 
Rusiya  7,  2  faiz  göstərici  ilə  birlik  ölkələr  arasında  7-ci  yeri  tutur.  Beləliklə,  qurum  Azərbaycanın 
liderliyini bir daha təsdiqləyir.  
Bu  artım,  ilk  növbədə,  neft  amili  ilə  bağlı  olmaqla  yanaşı,  iqtisadiyyatın  bütün  sahələrində 
məhsul  və  xidmətlərin  buraxılışının  artmasının  və  istehsal  xərclərinin  azaldılması  və  müvafiq  olaraq 
sahələr  üzrə  yeni  yaranan  dəyərin  xüsusi  çəkisinin  artması  ilə  bağlıdır.  Bu  isə  iqtisadi  səmərəliliyin 
yüksəldilməsinin  mühüm  göstəricisidir.  Belə  ki,  1995-1999-cu  illərdə  iqtisadiyyatın  bütün  sahələrində 
yaranmış əlavə dəyərin ümumi buraxılışda xüsusi çəkisi 47-52% təşkil edirdisə, son beş il ərzində onun 
xüsusi çəkisi 56, 4-57, 8% arasında dəyişib. [44, 2007, s. 361]. Sənayedə yaranmış əlavə dəyərin ÜDM-
də xüsusi çəkisi 2000-ci ilə nisbətən 11, 5% artaraq 2005-ci ildə 47, 5% təşkil etmişdir. Həmin dövrdə 
kənd təsərrüfatında yaranmış əlavə dəyərin ÜDM-dəki payı 6, 7% azalmış, tikintidə isə 3, 5% artmışdır.  
Sənayedə  qeyri-neft  sektorunun  hesabına  yaranmış  əlavə  dəyərin  payı  79,1%-ə,  kənd 
təsərrüfatında 97, 7%-ə, ticarət və restoranlarda 98, 3%-ə, tikintidə isə 90, 2%-ə çatmışdır.  
Xarici  ticarət  dövriyyəsi  1995-ci  ildə  1304,  4  mln.  dollardan  2000-ci  ildə  2917,  3  mln.  dollara 
yüksələrək  2,  2  dəfə  artmışdır.  2000-2007-cı  illərdə  isə  2917,3  mln.  dollardan  11766,  9  mln.  dollara 
yüksəlmiş və təxminən 4 dəfə artmışdır.  


 
88 
İqtisadi inkişafın ən mühüm göstəricisi adambaşına məhsul istehsalıdır.  
Azərbaycanda  adambaşına  məhsul  istehsalı  SSRİ-nin  mövcud  olduğu  70  il  ərzində  cəmisi  340 
dollar  (1990-cı  il)  səviyyəsini  keçməmişdirsə,  müstəqillik  illərində  -  15  il  ərzində  -  3473,9  dollara 
yüksəlmişdir. Həmin göstərici 1995-2007-cı illər ərzində 10, 2 dəfə artmışdır. Yalnız son beş il ərzində 
(2003-2007-cı  illər)  adambaşına  ÜDM  istehsalı  3,  9  dəfə  artmışdır.  Dünya  ölkələrinin  təcrübəsində 
ÜDM-un  iki  dəfə  artımı  üçün  on  illik  tələb  olunduğu  nəzərə  alınarsa,  Azərbaycanda  bu  sahədə  əldə 
olunmuş  nailiyyət  olduqca  yüksəkdir.  Beynəlxalq  təşkilatlar  adambaşına  milli  gəlir  istehsalına  görə 
Azərbaycanı artıq orta səviyyəli inkişaf etmiş dövlətlər qrupuna aid edir. Əgər cəmisi 10 il əvvəl, 1997-
ci  ildə,    Dünya  Bankı  özünün  illik  hesabatında  ölkəmizi  adambaşına  milli  gəlir  istehsalına  görə  480 
dollar (1995-ci il) ilə dünyanın ən az gəlirli ölkələri (Mozambik, Efiopiya, Tanzaniya, Mavritaniya və 
b.)  sırasına  daxil  etdiyi  nəzərə  alınarsa,  bu,  tarixi  əhəmiyyətli  bir  hadisədir.  Birləşmiş  Millətlər 
Təşkilatının  «İnsan  inkişafı  haqqında  hesabatında  (2006-cı  il)»  Azərbaycan  bir  çox  digər  göstəricilər 
üzrə  də  orta  səviyyəli  inkişaf  etmiş  ölkələr  qrupuna  daxil  edilmişdir.  Bu  göstəricilərdən  ən  mühümü 
«İnsan İnkişafı İndeksi» (İİİ) üzrə ölkəmiz 0, 736 bənd ilə 177 ölkə arasında 99-cu sırada dayanmışdır. 
«Doğulanların gözlənilən yaşayış müddəti» göstəricisinə görə 111-ci yerdə, oxumaq-yazmaq səviyyəsinə 
görə  14-cü  yerdə  dayanmışdır.  Adambaşına  ÜDM  istehsalına  görə  isə  108-ci  yerdədir.  [73,  cild  II,  s. 
587].  
Bunlara baxmayaraq, Azərbaycan bir çox digər göstəricilər baxımından Rusiya da daxil olmaqla 
digər postsovet respublikaları kimi «keçid» iqtisadiyyatı ölkəsi kimi qalmaqda davam edir. Ona görə də 
ölkədə 90-cı illərin əvvəllərindən yığılıb qalmış ağır mirasın - deformasiya olunmuş iqtisadi strukturun, 
mütənasibliyin təmin olunması, yoxsulluğun, işsizliyin azaldılması, yaşayış keyfiyyətinin yüksəldilməsi, 
insan  amilinin  inkişafının  dünya  standartları  səviyyəsinə  yaxınlaşdırılması  üçün  dərin  transformasiya 
prosesinin  daha  da  dərinləşdirilməsi  günün  vacib  məsələlərindəndir.  BMT-nin  yuxarıda  adı  çəkilən 
hesabatında  da  «Azərbaycan  iqtisadiyyatının  hələ  keçid  mərhələsində  və  dövlət  nəzarəti  altında 
olduğu»  göstərilir.  İşləyənlərin  32,  2%-nin  dövlət  işçisi  olması  faktı  burada  əsas  meyar  hesab  edilir. 
Lakin  milli  gəlirin  84%-nin  özəl  bölmədə  istehsal  olunduğu  nəzərə  alınarsa,  ölkəmizdə  bazar 
mexanizminin rolunun daha yüksək olduğu məlum olar.  
Keçid  iqtisadiyyatı  ölkələrində  iqtisadi  azadlıq  göstəricisi  bazar  iqtisadiyyatı  mexanizminin 
işləməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Məlum olduğu kimi bazar iqtisadiyyatında iqtisadi 
azadlıq  anlayışı  fərdlərin  iqtisadi  fəaliyyətdə  sərbəst  məşğul  olması  və  bu  fəaliyyət  nəticəsində  əldə 
etdikləri gəlirləri kənardan heç bir müdaxilə olmadan azad sürətdə istifadə etmələrini ifadə edir. Təşəb-
büskarlıq, mübadilə, sövdələşmə, mülkiyyət, seçim və beynəlxalq ticarətdə sərbəstlik iqtisadi azadlığın 
mühüm  elementləridir.  Təbiidir  ki,  iqtisadi  azadlıq  səviyyəsi  müxtəlif  ölkələrdə  müxtəlif  dərəcədədir. 
Ona  görə  də  iqtisadi  azadlıq  dərəcəsini  müəyyən  etmək  üçün  beynəlxalq  təşkilatlar  İqtisadi  Azadlıq 
İndeksi  (İAİ)  hazırlayırlar.  Bu  indeksi  iki  beynəlxalq  qurum  hazırlayır:  Kanadada  yerləşən  Frazer 
İnstitutu  və  Vaşinqtonda  yerləşən  Heritage  Fondu.  İndeks  20  müxtəlif  meyarlar  əsasında  hazırlanır. 
Məqsəd həmin meyarlar əsasında «azad iqtisadiyyat» və «azad cəmiyyət» anlayışlarını mümkün qədər 
geniş yaymaq və ölkələrin bu sahədə tədbir görmələrini tövsiyə etməkdir. Təşkilatların nəzərə aldıqları 
meyarlar  arasında  «dövlətin  rolunun  böyüklüyü»,  «hüquqi  struktur  və  mülkiyyət  hüququ»,  «sağlam 
valyuta», «ticarət sərbəstliyi», «iş dünyası, işçi qüvvəsi və maliyyə bazarları sahəsində tənzimləmələr» 
kimi göstəricilər daxildir. [73, cilt II, s. 590-591].  
Azərbaycanda  iqtisadi  azadlığın  vəziyyəti  Vaşinqtonda  Heritage  Fondunun  hazırladığı  və  The 
Wall Street jurnalında dərc olunmuş İqtisadi Azadlıq İndeksi haqqında hesabatda öz əksini tapmışdır. 
Hesabatda [73, cild II, s. 595-597] Azərbaycanın siyasi müstəqillik əldə etdikdən sonrakı dövrə iqtisadi 
azadlıqlar  baxımından  son  məlumatlar  işığında  nəzər  salınır.  Müəyyən  edilmişdir  ki,  Azərbaycan 
iqtisadi  azadlıq  baxımından  157  ölkə  arasında  107-ci  yerdə  dayanmışdır.  Asiya-Sakit  Okean 
regionunda yerləşən 30 ölkə arasında Azərbaycan 30-cu yerdədir və regionda orta göstəricidən az da 
olsa  yüksək  mövqe  tutur.  Verilmiş  qrafikdə  ölkəmizdə  İAİ  1996-2007-ci  illərdə  yüksələn  xətlə  artır. 
Hesabatda  göstərilir  ki,  Azərbaycanda  özəlləşdirmənin  yüksək  sürətlə  getməsi  dövlət  məsrəflərini 
azaltmışdır. Ticarət azadlığı (67, 6%), maliyyə azadlığı (87, 2%), dövlət müdaxilələrinin azlığı (86, 6%), 
işçi qüvvəsi sahəsində azadlıqlar (65, 4%) baxımından ölkəmiz dünyada mövcud olan orta göstəricidən 
xeyli yuxarıdır.  
Azərbaycanda 1998-2007-ci illər ərzində İAİ 27%-dən 54%-ə qədər yüksələrək cəmi on ildə 2 dəfə 
artmış  və  dünyada  orta  səviyyəyə  çatmışdır.  Digər  tərəfdən  isə  göstərilir  ki,  keçid  iqtisadiyyatı 
şəraitində  mövcud  olan  Azərbaycan  iqtisadiyyatı  hələ  öz  həllini  gözləyən  bir  sıra  problemlərlə  üz-
üzədir. (investisiya 30%, korrupsiya 22%).  
Yuxarıda verilən indeksləri təhlil edən Türk iqtisadçıları Mustafa Acar və Bahadır Akın belə bir 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə