VəLİyev dünyamali əMİr oğLU



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə43/173
tarix14.04.2018
ölçüsü3,58 Kb.
#38395
1   ...   39   40   41   42   43   44   45   46   ...   173

 
80 
yerini tutması üçün bir çox qərarlar qəbul edilmiş və həyata keçirilməyə başlamışdır.  
Hələ  1992-ci  ildə  qəbul  edilmiş  «Sahibkarlıq  fəaliyyəti  haqqında»  Qanun  mikrosəviyyədə 
mülkiyyət hüququnun və bazar iqtisadiyyatına keçidin reallaşdırılmasına xidmət edirdi. Həmin qanuna 
əsasən  iqtisadi  fəaliyyətlə  məşğul  olmaq  istəyən  hər  bir  Azərbaycan  vətəndaşı  və  xarici  vətəndaşlar 
fiziki  və  hüquqi  şəxslər  müvafiq  qanunlara  uyğun  olaraq  ölkədə  xüsusi  sahibkarlıqla  məşğul  olmaq 
hüququna malikdir.  
Konstitusiyanın 59-cu maddəsində isə müəyyən edilmişdir ki, hər kəs qanunla nəzərdə tutulmuş 
qaydada  öz  imkanlarından,  qabiliyyətindən  və  əmlakından  sərbəst  istifadə  edərək  təkbaşına  və  ya 
başqaları  ilə  birlikdə  azad  sahibkarlıq  fəaliyyəti  və  ya  qanunla  qadağan  edilməmiş  digər  iqtisadi 
fəaliyyət növü ilə məşğul ola bilər.  
Mülkiyyətin  müxtəlifliyinin  reallaşması  və  sahibkarlığın  inkişafı  iqtisadi  münasibətlərin  bazar 
iqtisadiyyatı  prinsipləri  əsasında  idarə  olunmasının  düzgün  tənzimlənməsindən  asılıdır.  Bazar 
iqtisadiyyatının tənzimlənməsi sahəsində qanunvericilik bazası müstəqillik əldə edildikdən sonrakı ilk 
illərdə  başlanmış  olsa  da,  yalnız  1994-1995-ci  illərdə  siyasi  sabitlik  təmin  edildikdən  sonra 
genişmiqyaslı  həyata  keçirilməyə  başlanmışdır.  Ulu  öndər  Heydər  Əliyevin  rəhbərliyi  ilə  yalnız  iki  il 
1994-1995-ci illər ərzində bu sahədə aşağıda göstərilən çoxsaylı qanunlar qəbul edilmişdir. Müəssisələr 
haqqında  (1994),  Səhmdar  cəmiyyəti  (1995),  Girov  haqqında  (1994),  Müflisləşmə  və  iflas  (1994), 
Qiymətli  kağızlar  və  fond  birjaları  haqqında  (1995),  Əmtəə  birjası  (1994),  Auditor  xidməti  (1994), 
Lizinq xidməti (1994), Aqrar islahatların əsasları (1995), İnvestisiya fəaliyyəti (1995), habelə maliyyə və 
vergi münasibətləri haqqında bir çox qanunlar.  
Özəl  mülkiyyət  və  sahibkarlıq  fəaliyyətinin  inkişafı  ölkədə  rəqabət  mühitinin  yaradılmasından 
asılıdır.  Ona  görə  də  «Antiinhisar  fəaliyyəti  haqqında»  (1993),  «Haqsız  rəqabət haqqında» (1995)  və 
«Təbii  inhisarlar  haqqında»  qanunlar  ölkədə  rəqabət  mühitinin  formalaşdırılmasına  yönəldilmişdir. 
Xarici sahibkarlığın inkişaf etdirilməsi məqsədilə «Xarici investisiyaların qorunması haqqında» Qanun 
qəbul  edilmişdir.  Qabaqcıl  dünya  dövlətlərinin  təcrübəsi  göstərir  ki,  müasir  dövrdə  iqtisadi  inkişafın 
mühüm  hərəkətverici  qüvvəsi  kiçik  və  orta  sahibkarlıq  (KOS)  fəaliyyətidir.  Ölkəmizdə  KOS-ların 
inkişafı  üçün  qanunvericilik  bazası  yaradılmış,  «Kiçik  sahibkarlığa  dövlət  yardımı  haqqında»  (1998) 
ayrıca  Qanun  qəbul  edilmişdir.  Bazar  iqtisadiyyatına  keçidin  təmin  olunması  üçün  digər  bir  çox 
qanunlar  və  normativ  aktlar  qəbul  edilmişdir.  Ölkədə  bazar  iqtisadiyyatı  prinsiplərinin  hərtərəfli 
tətbiqinin  təmin  edilməsi  əmək  münasibətlərinin  də  bu  prinsiplərə  uyğunlaşdırılmasını  tələb  edir.  Bu 
məqsədlə 1999-cu ildə Əmək Məcəlləsi, 2000-ci ildə isə yeni Vergi Məcəlləsi, Mülki Məcəllə, Gömrük 
Məcəlləsi  qəbul  olundu.  Hal-hazırda  isə  «Rəqabət  Məcəlləsi»  qəbul  olunmaq  üçün  Milli  Məclisə 
təqdim edilmişdir.  
Hər  hansı  bir  ölkədə  mülkiyyətin  dövlətsizləşdirilməsi  və  mülkiyyətin  müxtəlifliyinin  təmin 
edilməsi,  bazar  münasibətlərinin  inkişaf  etdirilməsi  yalnız  iqtisadi  məsələ  deyildir.  O  eyni  zamanda 
əhatəli  sosial-siyasi  məsələdir.  Ölkəmizin  sivil  dövlətlər  ailəsinə  bərabərhüquqlu  subyekt  kimi  daxil 
olmasının vacib şərti, sosial-iqtisadi tərəqqi üçün açar rolunu oynayan bir məsələdir.  
 
4. 2. Özəlləşdirmə və sahibkarlığın inkişafı
 
Az
ə
rbaycanda 
ç
ox  g
ü
cl
ü
  orta  sinif  yaran
ı
r,  sahibkarlar  sinifi  yaran
ı
r  v
ə
 
bilirsiniz ki, bu sah
ə
y
ə
 
ç
ox b
ö
y
ü
k diqq
ə
t g
ö
st
ə
rilir. Bu g
ü

ö
lk
ə
 iqtisadiyyat
ı
n
ı
n 80 
faizd
ə
n  yuxar
ı
  hiss
ə
si 
ö
z
ə
l  sektorda  formala
şı
r.  Baxmayaraq  ki,  Az
ə
rbaycan 
iqtisadiyyat
ı
n
ı

ə
sas hiss
ə
sini eneji resurslar
ı
 t
əş
kil edir v
ə
 enerji resurslar
ı
 d
ö
vl
ə

n
ə
zar
ə
tind
ə
dir, 
ö
z
ə
l  sektor s
ü
r
ə
tl
ə
 inki
ş
af edir.  
     
İlham ƏLIYEV 
 
   Az
ə
rbaycan Respublikas
ı
n
ı
n Prezidenti  
    
İsrafçı  sosialist  iqtisadi  sistemdən  səmərəli  iqtisadi  sistemə  keçidin  vacib  şərti  özəlləşdirmə  və 
sahibkarlığın  inkişafı  üçün  əlverişli  şəraitin  yaradılmasıdır.  Özəlləşdirmə  prosesi  mülkiyyət 
münasibətlərinin  transformasiyası  və  bazar  iqtisadiyyatının  formalaşmasının  hüquqi  bazasının 
yaradılması prosesinin mühüm tərkib hissəsidir.  
7  yanvar  1993-cü  ildə  «Dövlət  mülkiyyətinin  özəlləşdirilməsi  haqqında»  Qanun  ölkəmizdə 
özəlləşdirmənin  prinsipləri  və  təşkilati-hüquqi  əsaslarını  müəyyən  etdi.  Bu  prinsiplərə  əsasən 
özəlləşdirmə prosesinin mərhələləri, növbəliliyi, yolları, forma və variantları dövlət tərəfindən müəyyən 
edilir;  bu  prosesdə  dövlətin,  əmək  kollektivləri  və  əhalinin  təbəqələrinin  mənafeləri  nəzərə  alınır;  bu 
məqsədlə  özəlləşdirmə  payı  müəyyənləşdirilir;  özəlləşdirmənin  forma  və  variantları  seçilərkən  əmək 
kollektivlərinin rəyi nəzərə alınır; özəlləşdirmə aşkarlıq şəraitində həyata keçirilir və s.  
Özəlləşdirmə  Milli  Məclisin  qəbul  etdiyi  Dövlət  Proqramı  əsasında  həyata  keçirilir. 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə