VəLİyev dünyamali əMİr oğLU



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə41/173
tarix14.04.2018
ölçüsü3,58 Kb.
#38395
1   ...   37   38   39   40   41   42   43   44   ...   173

 
76 
cəmiyyət  «dövlət,  demokratiya,  millət,  kimlik,  idealogiya,  siyasət  və  iqtisadiyyat  kimi  həyati 
əhəmiyyətli məsələlərin yenidən qurulmasını bir vəzifə kimi qarşıya qoysun» [73, cilt II, Fikrət Elma, s. 
584] və uğurla həll etsin.  
Akademik Ramiz Mehdiyevin göstərdiyinə görə: “ 1993-cü ilin ortalarında, Heydər Əliyev ölkəyə 
rəhbərliyə  qayıtdıqdan  sonra  milli  transformasiyanin  dördüncü  mərhələsi  başlandı  -  modernləşdirmə 
mərhələsinə  başlamağın  əsası  qoyuldu.  Onun  mahiyyəti  Azərbaycanın  tənzimlənən  bazar 
iqtisadiyyatına  keçməsində  və demokratik  islahatların  həyata  keçirilməsində  idi ki, bu  da  beynəlxalq 
aləmdə ölkənin dünya siyasətinin subyekti kimi tanınması ilə nəticələndi”.  
Ölkəmizdə müstəqil, demokratik, hüquqi dövlətin möhkəm təməli Heydər Əliyevin memarlığı ilə 
1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ilə atılmış oldu.  
Konstitusiya  bütün  dünyaya  bir  daha  bəyan  etdi  ki,  sərbəst  və  müstəqil  öz  müqəddəratını  həll 
etmək  və  öz  idarəetmə  formasını  müəyyən  etmək  dövlət  hakimiyyətinin  yeganə  mənbəyi  olan 
Azərbaycan  xalqının  suveren  hüququdur;  insan  və  vətəndaş  hüquqlarının  və  azadlıqlarının  təmin 
edilməsi dövlətin ali məqsədidir.  
Müstəqillik  əldə  etmiş  dövlətlərin  təcrübəsi  göstərir  ki,  suveren  sosial-iqtisadi  inkişafın 
müvəffəqiyyəti,  ilk  növbədə,  iqtisadi  müstəqilliyin  təmin  olunmasından  və  köhnə  iqtisadi  sistemin 
düşünülmüş şəkildə yenisi ilə əvəz olunmasından asılıdır. Ona görə də Konstitusiyada birmənalı şəkildə 
təsbit edilmişdir ki, təbii ehtiyatlar hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına və mənafelərinə 
xələl  gətirmədən  Azərbaycan  Rsepublikasına  malikdir;  Azərbaycan  Respublikasında  iqtisadiyyatın 
inkişafı  müxtəlif  mülkiyyət  növlərinə  əsaslanaraq  xalqın  rifahının  yüksəldilməsinə  xidmət  edir; 
Azərbaycan  dövləti  bazar  münasibətləri  əsasında  iqtisadiyyatın  inkişafına  şərait  yaradır,  azad 
sahibkarlığa  təminat verir,  iqtisadi münasibətlərdə  inhisarçılığa  və haqsız  rəqabətə yol  vermir.  Bütün 
bunlar  əsasında  Azərbaycan  dövləti  xalqın  və  hər  hansı  bir  vətəndaşın  rifahının  yüksəldilməsi,  onun 
sosial  müdafiəsi  və  layiqli  həyat  səviyyəsi  qayğısına  qalır;  mədəniyyətin,  təhsilin,  səhiyyənin,  elmin, 
incəsənətin inkişafına yardım göstərir, ölkənin təbiətini, xalqın tarixi, maddi və mənəvi irsini qoruyur.  
Doğma Azərbaycan dövlətinin qarşısında duran ali məqsədə nail olunması, ilk növbədə iqtisadi 
sabitliyin  də  təmin  olunmasını  tələb  edirdi.  Çünki  1992-1994-cü  illərdə  mövcud  olmuş  hiperinflyasiya 
iqtisadiyyatın  əsaslarını  sarsıdır  və  əhalinin  maddi  və  sosial  vəziyyətini  getdikcə  ağırlaşdırırdı. 
Birmənalı  şəkildə  aydın  idi  ki,  həyata  keçirilən  iqtisadi  siyasətin  müvəffəqiyyəti  genişmiqyaslı 
sabitləşdirmə  tədbirləri  ilə  inflyasiyanın  cilovlanmasından  və  makroiqtisadi  səviyyədə  maliyyə 
sabitliyinin  təmin  olunmasından  asılıdır.  Həyat  bütün  kəskinliyi  ilə  iqtisadi  islahatların  da 
sürətləndirilməsini  tələb  edirdi.  Ona  görə  də  ölkə  iqtisadiyyatında  bazar  prinsiplərinin  bərqərar 
olmasını təmin etmək üçün onun liberallaşdırılması istiqamətində radikal addımlar atıldı. 1994-1995-ci 
illərdə  xarici  ticarət  əməliyyatlarının  liberallaşdırılmasına  başlanmışdır.  Xarici  ticarət  sahəsində 
liberallaşdırma  tədbirlərinin  önə  çəkilməsi  qısa  bir  zamanda  açıq  qapı  siyasətinin  tətbiq  edilməsi 
zərurətindən doğurdu.  
İqtisadi liberallaşdırma qiymət islahatlarının da radikal şəkildə davam etdirilməsini tələb edirdi. 
Bununla  əlaqədar  olaraq  1995-1996-cı  illərdə  qiymətlərin  formalaşması  prosesinin  inzibati-amirlik 
sisteminin  qalıqlarından  azad  olunması  başa  çatdırıldı.  Bununla  da  bazar  iqtisadiyyatının  əsas 
prinsiplərindən  birinin,  yəni  qiymətlərin  bazarda  sərbəst  şəkildə  tələb  və  təklif  amillərinin  qarşılıqlı 
təsiri  altında  formalaşması  prosesinin  başlanması  üçün  yol  açılmış  oldu.  Bu  proses  bazar 
iqtisadiyyatının digər vacib elementi olan valyuta rejiminin sərbəstləşdirilməsi prosesi ilə tamamlandı.  
Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli iqtisadi islahatlar az bir zamanda geniş 
beynəlxalq dəstək aldı. Beynəlxalq Valyuta Fondu və Dünya Bankı həmin islahatlara dəstək verməyə 
başladılar.  Onlar  Azərbaycanda  iqtisadi  islahatlar  haqqında  xüsusi  proqram  hazırladılar  və  ölkəmizə 
maliyyə  yardımı  göstərdilər.  Həmin  təşkilatlarla  sıx  əməkdaşlıq  şəraitində  hazırlanmış  sabitləşdirmə 
proqramına  uyğun  olaraq  iqtisadiyyatın  liberallaşdırılmasına  yönələn  radikal  islahatlar  dönməz 
xarakter aldı. Sərt və çevik pul-kredit, büdcə, vergi gömrük siyasətinin aparılması, qiymətlərin, xarici 
iqtisadi fəaliyyətin və valyuta bazarının liberallaşdırılması və xarici kapitalın cəlb olunması nəticəsində 
qısa zamanda (1995-1996-cı illər) ölkədə makroiqtisadi səviyyədə maliyyə sabitliyinin təmin edilməsinə 
nail  olundu.  Əgər  1994-cü  ildə  inflyasiya  tempi  1800%-ə,  manatın  ABŞ  dollarına  nisbətən 
dəyərsizləşməsi  1200%-ə  çatmışdırsa,  artıq  1995-ci  ildə  vəziyyət  əsaslı  dəyişməyə  başlamış  və  həmin 
göstəricilər uyğun olaraq 84, 6% və 3, 6% olmuşdur. Sonrakı illərdə bu göstəricilər daha da yaxşılaşmış, 
1996-cı  ildə  inflyasiya  6,  8%-ə  enmiş,  manatın  isə  ABŞ  dollarına  nisbətən  məzənnəsi  8% 
möhkəmlənmişdir.  1997-ci  ildə  inflyasiya  tempi  minimuma  enərək  cəmi  0,  4%  təşkil  etmiş,  manatın 
dəyəri  isə  5,1%  möhkəmlənmişdir.  Bu  sabitlik  dünya  maliyyə  bazarlarında  baş  vermiş  maliyyə 
böhranına baxmayaraq 1998-ci ildə də qorunub saxlanılmış, 7,6% səviyyəsində deflyasiya baş vermiş, 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə