VəLİyev dünyamali əMİr oğLU



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə37/173
tarix14.04.2018
ölçüsü3,58 Kb.
#38395
1   ...   33   34   35   36   37   38   39   40   ...   173

 
68 
77%-ni, sənaye istehsalının 55%-ni və kənd təsərrüfatı istehsalının isə 70%-ni təşkil edirdi.  
Azərbaycanda  mövcud  olan  sərvətlərə  və  təbii  ehtiyatlara  əsaslanan  sənaye  sahələri  inkişaf 
etmişdir.  Bunlar  arasında  qara  və  əlvan  metallurgiya,  elektrik  enerjisi,  neft  avadanlığı  istehsalı, 
elektrotexnika,  kimya,  neftkimya,  yüngül  və  yeyinti  sənaye  sahələri  geniş  maddi-texniki  bazaya 
malikdir.  Ölkədə  orta  həcmli  müəssisələrdə  təxminən  430  işçi  çalışırdı.  Bu  göstərici  Qərbdə  mövcud 
olan  eyni  göstəricidən  yüksək,  lakin  digər  SSRİ  respublikalarının  çoxundan  aşağı  idi.  1991-ci  ildə 
Azərbaycanda sənayenin strukturu haqqında aşağıdakı rəqəmlər təsəvvür oyadır.  
C
ə
dv
ə
l 3. 1 
1991-ci ildə Azərbaycanda sənayenin strukturu. * 
 
  
Sənaye 
müəssisələrinin 
sayı 
İşləyənlərin 
xüsusi çəkisi 
 (%-lə) 
Məhsul 
istehsalı 
ümumi 
yekuna görə 
(%-lə) 
Cəmi sənaye  
3717 
100 
100 
Ağır sənaye 
1302 
46, 6 
38, 75 
 o cümlədən 
Elektroenergetika  
129 
5, 08 
3, 18 
Yanacaq sənayesi  
18 
5, 86 
12, 43 
Metallurgiya  
14 
4, 69 
3, 25 
Metal emalı və 
maşınqayırma  
859 
26, 27 
13, 02 
onlardan: 
maşınqayırma 
126 
18, 86 
10, 99 
o cümlədən neft 
maşınqayırması 
18 
3, 08 
3, 32 
Ağac emalı və kağız  
554 
2, 9 
1, 72 
Tikinti materialları  
387 
6, 55 
2, 61 
Kimya və neft-kimya 
sənayesi  
36 
6, 48 
6, 47 
Yüngül sənaye  
251 
23, 69 
18, 94 
Aqrosənaye  
1187 
13, 78 
31, 51 
    *Dövlət Statistika komitəsinin məlumatları.  
 
1991-ci ildə Azərbaycanın milli gəlirinin 42%-i sənayedə, 30, 2%-i kənd təsərrüfatında, 13, 4%-i 
inşaat  sektorunda,  3,  5%-i  nəqliyyat  və  rabitədə,  5,  7%-i  isə  digər  sahələrdə  yaradılırdı.  Azərbaycan 
sənayesinin 48-49%-i ağır, 19-20%-i yüngül və 30%-i yeyinti sənaye sahələrinin payına düşür.  
Başqa bir bölgüyə görə, Azərbaycanda sənaye istehsalının 72%-i «A» qrupu, 28%-i isə «B» qrupu 
məhsullarından ibarətdir.  
SSRİ-nin  yeyinti  məhsulları  istehsalının  1,  4%-i,  pambıq  istehsalının  8%-i,  tütünün  14%-i  və 
üzümün 23%-i Azərbaycanın payına düşürdü.  
Nəqliyyat  sektoru  da  ölkədə  müəyyən  dərəcədə  inkişaf  etmişdir.  Şosse  yollarının  uzunluğu  29 
min. km. idi. Yollar, əslində, bütün rayonları əhatə edirdi. Onların sıxlığı yüksək idi - hər 1 kv. km. -ə 
0, 9 km və hər min nəfər əhaliyə 11 km. yol düşürdü. Beləliklə, Azərbaycanda yolun sıxlığı Ukraynadan 
və  Şərqi  Avropa  ölkələrindən  təxminən  3  dəfə  çox,  Fransadan  isə  2  dəfə  az  idi.  Dəmiryolu  şəbəkəsi 
ölkənin  əsas  nəqliyyat  dəhlizlərinə  xidmət  edirdi.  Bu  yolların  uzunluğu  2120  km-dir.  400  lokomativ 
mövcud  idi.  Ölkədə  4  əsas  hava  limanı  və  30  təyyarə  mövcud  idi.  Xəzər  gəmiçiliyində  330  min  ton 
yükqaldırma qabiliyyəti olan 70 gəmi mövcud idi. İran, Orta Asiya və Rusiyada yaxşı müştərilərə malik 
idi.  
Xəzər dənizi və Kür çayı (Azərbaycanda 850-ə qədər çay və xırda göllər vardır) balıqçılığın geniş 
yayıldığı sahələrdir.  


 
69 
Meşələr  ölkə  ərazisinin  12%-ni  əhatə  edir.  Heyvan  növləri  və  sayı  baxımından  da  ölkə  diqqəti 
cəlb edir.  
Azərbaycan dünya əhalisinin 0, 006%-ni, ərazisinin isə 0, 058%-ni təşkil edirdi. Lakin neft, qaz 
hasilatı  və  pambıq  istehsalı  baxımından  ölkə  yüksək,  xüsusi  çəkiyə  malik  idi.  İstehsal  olunan  şərab 
növləri və miqdarı da diqqəti cəlb edirdi.  
Azərbaycan çox zəngin mədən suları və şəfalı su mənbələri ilə yanaşı müxtəlif xəstəlikləri müalicə 
edən  şəfalı  palçıqlarla  da  diqqəti  cəlb  edir.  Naftalan  müxtəlif  revmatizm  və  sümük  xəstəliklərinin 
müalicəsi  ilə  bütün  dünyada  tanınmışdır.  Dünyanın  heç  bir  yerində  oxşarı  olmayan  bu  müalicə 
mərkəzində iltihabdan, əsəb sistemində və hərəkət orqanlarında hiss edilən müxtəlif xəstəliklərə qədər 
hər cür xəstəliklər müalicə olunur.  
Azərbaycan  1990-cı  ildə  Sovet  İttifaqında  əhalinin  sayına  görə  6-cı,  ərazi  baxımından  isə  9-cu 
yerdə  olmasına  baxmayaraq  bir  sıra  sənaye  məhsullarına  görə  xeyli  qabaq  sıralarda  dayanmışdı. 
Məsələn, neft istehsalında, polad boru istehsalında 3-cü, kənd təsərrüfatı məhsullarından üzüm və çay 
istehsalında 1-ci yerdə idi. SSRİ-də istehsal edilən kondisionerlərin hamısı, sulfanolun 95%-i, maşın və 
silindr  yağının  40%-i,  geoloji  kəşfiyyat  məmulatlarının  25%-i,  üzümün  22%-i  Azərbaycanda  istehsal 
edilirdi.  Həmin  dövrdə  1990-cı  ildə  pambıq  ipliyinin  2,5%-i,  pambıq  parça  istehsalının  6,4%-i,  yun 
parça istehsalının 1,3%-i, ət istehsalının 0, 5%-i, kərə yağının 0, 1%-i, kənd təsərrüfatı məhsullarının isə 
1, 6%-i Azərbaycanda istehsal edilirdi. [209, s. 359, 459]  
SSRİ-nin  tərkibində  olduğu  dövrdə  Azərbaycan  iqtisadiyyatı  yalnız  SSRİ  çərçivəsində  elmi-
texniki  nailiyyətlərdən  bəhrələnmişdir.  Bu  dövrdə  ölkənin  zəngin  təbii  sərvətləri,  iqtisadi  potensialı 
inzibati-amirlik  sistemi  vasitəsilə  mərkəzdən  idarə  olunduğu  üçün,  ilk  növbədə,  ümumittifaq  xalq 
təsərrüfatı  kompleksinin,  onun  aparıcı  həlqəsi  olan  hərbi-sənaye  kompleksinin  mənafeyinə  tabe 
edilmişdir.  Yalnız  onu  göstərmək  kifayətdir  ki,  Azərbaycanda  sənaye  müəssisələrinin  93%-i,  Bakı 
şəhərində isə 95%-i Ittifaq tabeçiliyində idi. Onların gəlir və xərcləri respublika büdcəsində deyil, ittifaq 
büdcəsində öz əksini tapırdı.  
Ölkə müstəqil maliyyə, büdcə, kredit və pul sistemindən məhrum idi. [30, s. 16-17] 
 
3.2.
 
 Azərbaycanda müstəqil iqtisadi sistemin formalaşmasının mürəkkəb və ziddiyyətli 
ilkin mərhələsi. 
 
 
V
ə
ziyy
ə
t el
ə
 t
ə
hl
ü
k
ə
li hal alm
ış
d
ı
r ki, 1991-ci ild
ə
 
ə
lveri
ş
li tarixi 
şə
raitin v
ə
 taleyin 
xalq
ı
m
ı
za b
ə
x
ş
 etdiyi imkandan yaranm
ış
 m
ü
st
ə
qil d
ö
vl
ə
timiz q
ə
sd
ə
n v
ə
 s
ə
ri
ş
t
ə
sizlikd
ə

yaranan  idar
ə
sizlik  n
ə
tic
ə
sind
ə
  yenid
ə
n    real  itirilm
ə
k  t
ə
hl
ü
k
ə
si  il
ə
 
ü
z-
ü
z
ə
  qalm
ış
d
ı
r. 
Bel
ə
likl
ə
,  1991-1993-c
ü
  ill
ə
r  Az
ə
rbaycan
ı
n  m
ü
st
ə
qillik  tarixind
ə
  n
ə
inki  itirilmi
ş
  ill
ə
r, 
h
ə
m d
ə
 bu ill
ə
rd
ə
 Az
ə
rbaycan “
Ö
l
ü
m v
ə
 ya olum” dilemmas
ı
 qar
şı
s
ı
nda qalm
ış
d
ı
.  
 
HeydəƏLIYEV  
 
Müstəqil  iqtisadiyyatı  yalnız  müstəqil  dövlət  yarada  bilər.  SSRİ-nin  süqutu  və  Azərbaycanda 
müstəqil milli dövlətçiliyin bərpası Azərbaycan xalqının sosial-iqtisadi tərəqqisi, sivil dünya toplumuna 
bərabərhüquqlu  üzv  kimi  daxil  olması  və  qlobal  üfüqlərə  doğru  irəliləməsi  üçün  açar  rolunu  oynadı. 
150 ildən çox bir müddət ərzində öz zəngin təbii sərvətləri üzərində qərar vermək hüququnu itirmiş xalq 
yenidən bu hüquqlara sahib çıxdı.  
Azərbaycanda  müstəqilliyin  bərpasına  yönəlmiş  iqtisadi  qanunların  hazırlanmasına  hələ  onun 
SSRİ-nin  tərkibində  olduğu  dövrdə  başlanmışdır.  Buna  misal  olaraq,  25  may  1991-ci  ildə  qəbul 
olunmuş  «Azərbaycan  Respublikasının  iqtisadi  müstəqilliyinin  əsasları  haqqında  Konstitusiya 
Qanununu» göstərmək olar.  
Qanunda Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasını müəyyənləşdirən aşağıdakı 
ümumi prinsiplər verilmişdir: 
-  ölkə  ərazisinin  hüdudları  daxilində  torpaq,  yerin  təki,  daxili  sular  və  ərazi  suları,  qitə  şelfi, 
bitkilər və heyvanlar aləmi, hava hövzəsi Azərbaycan Respublikasının müstəsna mülkiyyətidir;  
-  Xəzər  dənizinin  Azərbaycan  zonasındakı  ehtiyatlara  beynəlxalq  hüquqla  təsdiq  edilmiş 
hüdudlar  çərçivəsində  sahiblik,  onlara  sərəncam  vermək  və  onlardan  istifadə  etmək  hüququ 
Azərbaycan Respublikasına aiddir; 
-  bütün  mülkiyyət  formalarının  hüquq  bərabərliyini  və  hüquqi  müdafiəsini,  sahibkarlıq 
fəaliyyətinin sərbəstliyini təmin etmək; 
- Azərbaycan Respublikasının ərazisində xarici investisiyaların qorunmasına təminat vermək.  


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə