VəLİyev dünyamali əMİr oğLU



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə35/173
tarix14.04.2018
ölçüsü3,58 Kb.
#38395
1   ...   31   32   33   34   35   36   37   38   ...   173

 
64 
bon bazarı, beynəlxalq bazar və müddətli əməliyyatlar bazarı.  
Türkiyədə  hal-hazırda  ən  liberal  valyuta  rejimi  fəaliyyət  göstərir.  Türk  lirəsinə  tam  dönərlilik 
statusu  verilməklə  yanaşı  1989-cu  ildən  sonra  xarici  fiziki  və  hüquqi  şəxslər  İstanbul  Birjasında  tam 
sərbəst  əməliyyat  apara  bilərlər.  Həmin  Birja  dünyanın  aparıcı  Maliyyə  Birjalarının  tam  hüquqlu 
üzvüdür. Hal-hazırda İstanbulun dünya maliyyə mərkəzlərindən birinə çevrilməsi üçün ciddi iş aparılır. 
Ölkənin nəhəng maliyyə institutları, o cümlədən, Mərkəzi Bank həmin şəhərə köçürülür. 
Türkiyədə mövcud olan liberal valyuta rejiminin əsasları aşağıdakılardır: 
-  Türkiyədə  yerləşmiş  fiziki  və  hüquqi  şəxslər  istədikləri  qədər  valyuta  saxlaya  bilər,  banklar, 
müəssisə  və  özəl  maliyyə  təşkilatlarından  istədikləri  qədər  valyuta  satın  ala  bilərlər,  onların  xaricə 
valyuta transferləri və xarici banklarda valyuta hesabı açmaları sərbəstdir.  
- Müəssisələr maliyyə ehtiyaclarının ödənilməsi üçün xaricdən istədikləri qədər kredit ala bilərlər. 
-  Türkiyədə  yerləşən  fiziki  və  hüquqi  şəxslərin  xaricdə  ticarət  əməliyyatları  aparmaları  üçün 
kapital ixrac etmələri sərbəstdir. Yalnız müəyyən məbləğdən çox olduqda səlahiyyətli orqandan icazə 
almalıdırlar.  
Xarici  ticarətin  liberallaşdırılması  və  ixracatın  hərtərəfli  təşviq  olunması  ölkənin  xarici  ticarət 
əlaqələrinə  böyük  dinamizm  gətirmişdir.  Xarici  ticarət  dövriyyəsi  1990-2001-ci  illər  ərzində  iki  dəfə 
artmışdır. İxracat 22, 3 mlrd. dollardan 30 mlrd. dollara çatmışdır. 2002-2005-ci illərdə isə ixracat 2, 5 
dəfə artaraq 36mlrd. dollardan 85 mlrd. dollara yüksəlmişdir. Hal-hazırda ölkənin ixracatı 120 mlrd. 
dolları keçmişdir.  Türkiyə bu dövrdə xarici ticarətin dinamizmi  göstəricisinə görə dünyada ən yüksək 
olan 10 ölkə sırasına daxildir.  
Xarici kapitalın və yeni texnologiyanın ölkəyə daha intensiv daxil olmasını, ixracat üçün kapital 
qoyuluşlarının  artırılmasını,  xarici  maliyyə  və  ticarət  imkanlarından  daha  geniş  istifadə  edilməsini 
təmin etmək məqsədilə ölkədə «azad zonalar» yaradılmasına və inkişaf etdirilməsinə ciddi fikir verilir. 
1985-ci  ildə  «Sərbəst  Bölgələr  Qanunu»  qüvvəyə minmişdir.  1987-ci  ildə Mersin  və  Antalya  azad zo-
naları açılmışdır. 2002-ci ilə qədər cəmisi 21 sərbəst zona açılmış və fəaliyyət göstərir. Həmin zonalarda 
aparılan ticarət həcmi 11, 5 mlrd. dollara çatmışdır. [307, s. 264].  
 
 
 
 
 
 
 
 
 
 


 
65 
 
 
 
 
 
MÜSTƏQИL SOSИAL-ИQTИSADИ ИNKИŞAF YOLUNUN START 
ŞƏRTLƏRИ 
 
Az
ə
rbaycan  xalq
ı
 
ə
srl
ə
r  boyu  m
ü
st
ə
qillik  h
ə
sr
ə
tind
ə
  idi.  Biz  m
ü
xt
ə
lif 
d
ö
vrl
ə
rd
ə
  ba
ş
qa-ba
ş
qa  d
ö
vl
ə
tl
ə
rin  t
ə
rkibind
ə
  ya
ş
am
ışı
q.  Amma 
ö
z  milli 
x
ü
susiyy
ə
tl
ə
rimizi itirm
ə
mi
ş
ik.  
İlham ƏLIYEV, 
Az
ə
rbaycan Pespublikas
ı
n
ı
n Prezidenti 
 
 
3.1. Azərbaycanın müstəqillik əldə etdiyi dövrdə təbii və iqtisadi potensialınıümumi 
xarakteristikası
 
A
zərbaycan  Respublikası  Qafqaz  dağlarının  Cənub-Şərq  yamaclarında  yerləşmiş  və  Şimalda 
Rusiya  Federasiyası,  Şimali-Qərbdə  Gürcüstan,  Cənubi-Qərbdə  Ermənistan  və  Türkiyə,  Cənubda 
İranla həmsərhəddir. Ölkənin Şərqi Xəzər dənizi ilə əhatə olunmuşdur. Azərbaycanın ərazisi 86, 6 min 
kv. km. -dir və təxminən Portuqaliyanın ərazisinə bərabərdir. Sovet İmperiyasının süqutu ərəfəsində - 
1990-cı  ildə  Respublika  8,  6  milyonluq  əhalisi  ilə  Sovet  İttifaqı  Respublikaları  arasında  6-cı  yeri, 
Qafqazda  isə  birinci  yeri  tuturdu.  Əhalinin  54%-i  şəhərlərdə,  46%-i  isə  kəndlərdə  yaşayırdı. 
Azərbaycanlılar ümumi əhalinin 78, 2%-ni təşkil edirdi. Əhalinin sıxlığı kifayət qədər yüksəkdir və hər 
kv. km-ə 82 nəfər düşür. Əhali nisbətən gəncdir: 15 yaşdan aşağı olanlar əhalinin 33%-ni təşkil edirdi.  
Azərbaycan,  ümumiyyətlə,  dağlıq  ölkə  olmaqla  yanaşı  topoqrafik  görünüşü  xeyli  fərqlidir.  Bir 
tərəfdə qarlarla örtülmüş uca dağlara, digər tərəfdə isə dəniz səviyyəsindən aşağı olan torpaq sahələrinə 
rast gəlmək mümkündür. Ölkə çox zəngin yeraltı sərvətlərə malikdir. Onların ən əhəmiyyətliləri neft və 
təbii  qazdır.  Bu  iki  resurs  tarixən  Azərbaycan  iqtisadiyyatının  lokomativi  hesab  olunur  və  kimya 
sənayesinin xammal bazasını təşkil edir.  
Azərbaycan dünyanın ən qədim neft hasil edən ölkələrindən biridir. XX əsrin əvvəllərində dünya 
neft  hasilatının  50%-i  Azərbaycanın  payına  düşürdü.  1920-ci  ildə  Azərbaycan  bolşeviklər  tərəfindən 
işğal edildikdən sonra neft sənayesi yüksək sürətlə inkişaf etdirildi. İkinci dünya müharibəsi dövründə 
SSRİ-nin  aşkar  edilmiş  bütün  neft  ehtiyatları  və  onun  hasilatı  demək  olar  ki,  Azərbaycanda 
cəmlənmişdir. Ural və Qərbi Sibirdə yeni yataqlar aşkar olunduqdan sonra Azərbaycan SSRİ-də neft 
sənayesinin  mərkəzi  rolunu  itirdi:  1990-cı  ildə  SSRİ-nin  neft  hasilatında  onun  payı  cəmisi  2%  təşkil 
edirdi. Bundan başqa, Azərbaycan digər zəngin yeraltı sərvətlərə də malikdir. Onların arasında dəmir, 
kobalt, qurğuşun, sink, qızıl, molibden, xrom, mis yataqlarında böyük ehtiyatlar mövcuddur. Burada 
alunit, barıt, duz, litoqraf daşı kimi qeyri-mədən yataqlarına da rast gəlinir. Ölkə kirəc, gil, mərmər və 
başqa inşaat materialları ilə də zəngindir.  
Torpaq çeşidləri və iqlim xüsusiyyətləri də Azərbaycanı dünyanın nadir incisinə çevirmişdir. Belə 
ki,  dünyada  mövcud  olan  on  bir  müxtəlif  iqlim  zonasının  çoxuna  Azərbaycanda  rast  gəlmək 
mümkündür. Dünyanın mövcud torpaq növlərinin demək olar ki, hamısı bu ölkədə mövcuddur. İqlim 
və  torpaq  baxımından  malik  olduğu  bu  rəngarənglik  Azərbaycanı  bitki  növlərinə  görə  də  çox 
zənginləşdirir. Belə ki, mütəxəssislər burada bitki növü sayının 4100 ətrafında olduğunu qeyd edirlər. 
Bunların  təxminən  10%-nə  keçmiş  SSRİ-nin  heç  yerində  rast  gəlmək  mümkün  deyildir.  Ölkə  taxıl 
bitkilərinin  geniş  çeşidlərini  yetişdirmək  üçün  zəngin  bazaya  malikdir.  Torpaqlar  kifayət  qədər 
münbitdir (Bakı ətrafındakı şoran torpaqlar nəzərə alınmasa).  
Azərbaycan  150  ildən  çox  bir  müddət  ərzində  Rusiya  imperiyasının  tərkibində  olmuş  və  onun 
qanunları əsasında yaşamışdır. XX əsrdə onun müqəddəratına üç mühüm hadisə təsir göstərmişdir: 
1.
 
1920-ci  ildə  müstəqil  Azərbaycan  Xalq  Cumhuriyyətinin  Qızıl  Ordu  tərəfindən  işğal 
edilməsi və ölkənin milli müstəqilliyinin ləğvi
2.
 
İşğal  olunduqdan  sonra  SSRİ-nin  tərkib  hissəsi  kimi  mövcud  iqtisadi  sistemin  təbii 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə