VəLİyev dünyamali əMİr oğLU



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə31/173
tarix14.04.2018
ölçüsü3,58 Kb.
#38395
1   ...   27   28   29   30   31   32   33   34   ...   173

 
56 
beynəlxalq əməkdaşlığa, başqa firmalarla birləşməyə və yaxud müştərək müəssisələr yaratmağa vadar 
edir. Firmalar bu yol ilə texnoloji yenilikləri əldə etməyə və digər iqtisadi göstəriciləri yaxşılaşdırmağa 
çalışırlar.  
Bir sıra firmalar dünya bazarında yer tuta bilmək üçün təşkilati strukturlarını dəyişdirərək qlobal 
kimlik əldə etdikləri halda, digər firmalar da milli kimliyini qoruyub saxlamağa çalışırlar.  
Qloballaşma iki növ şirkət yaradılmasına gətirib çıxarır: 
1.
 
Birdən çox ölkədə fəaliyyət göstərən hər hansı bir firmanın rəqabəti qarşısında yerli firmalar 
öz  aralarında  birləşirlər.  Bu  zaman  məqsəd  xarici  rəqabətə  davam  gətirə  bilmək  və  öz  fəaliyyətlərini 
xaricdə də həyata keçirməkdir. Bu məqsəd yerli firmaları birləşməyə vadar edir. Bu halda milli dövlət 
vəziyyəti araşdırır.  
2.
 
Birdən  çox  ölkədə  fəaliyyət  göstərən  firmalar  öz  aralarında  birləşirlər.  Sərhədləri  aşan 
birləşmələr fərqli milli bazarlarda fərqli nəticələr əldə edə biləcəkləri üçün birdən çox rəqabət orqanının 
icazəsini almalıdırlar. Bu zaman həmin orqanlar yerli qanunvericiliyi nəzərə alaraq fərqli qərarlar verə 
bilərlər.  
Əsas  məqsəd  firmalar  tərəfindən  rəqabət  prinsiplərinin  pozulmasına  yol  verməməkdir. 
Firmalararası  razılaşmalarda  həmin  prinsipin  qorunması  diqqət  mərkəzində  olmalıdır.  Milli  rəqabət 
orqanları  xarici  firmaların  digər  ölkələrdə  fəaliyyətində  rəqabətə  zidd  hərəkətlərini  də  nəzərə 
almalıdırlar.  Bele  problemlər  meydana  çıxdıqları  hallarda  onlar  beynəlxalq  əməkdaşlıq,  ilkin 
razılaşmalar və ya bərabərlik və şəffaflıq prinsipləri əsasında OƏCR və ya ÜTT çərçivəsində çoxtərəfli 
razılaşmalar yolu ilə həll edilə bilər. [279, s. 55] 
Qloballaşma  dövründə  qabaqcıl  dünya  dövlətlərində  kiçik  biznesin  təşkili  təcrübəsi  də 
Azərbaycan üçün olduqca əhəmiyyətlidir.  
İnkişaf etmiş sənaye ölkələrində ictimai həyatda iri inhisarçı şirkətlərin hegemonluğu şəraitində 
kiçik sahibkarlıq da öz mövqeyini qoruyub saxlaya bilmişdir. Hal – hazırda bu ölkələrdə ÜDM – in və 
məşğul  əhalinin  yarısı,  ixracat  və  investisiyaların  isə  üçdə  biri  kiçik  biznesin  payına  düşür.  Təcrübə 
göstərir ki, kiçik müəssisələrə investisiya qoyuluşları sərfəlidir, çünki iri müəssisələrdən fərqli olaraq bu 
sahəyə  qoyulan  investisiya  qısa  müddət  ərzində  geri  qayıdır.  Bazarların  mal  ilə  təchizatında, 
məşğulluğun artırılmasında, şəxsi gəlirlərin artırılmasında onlar daha müsbət rol oynayırlar. İnhisarçı 
mühitdə  fəaliyyətini  davam  etdirə  bilməsi  dar  ixtisaslaşması,  kiçik  partiyalarla,  məhdud  çeşiddə  mal 
buraxımları,  çeviklik  göstərmələri,  konyuktura  dəyişmələrinə  cəld  reaksiya  vermə  qabiliyyətləri  ilə 
əlaqədardır.  
ABŞ–da  kiçik  müəssisələr  intensiv  olaraq  artmaqda  davam  edir.  Orda  kiçik  sahibkarlığın 
inkişafında dönüş nöqtəsi 70-ci illər oldu. Həmin dövrdə “kiçik gözəldir” şüarı altında nəhəng firmalar 
öz  istehsallarını  kiçik  təsərrüfatlara  bölməyə  başladılar  və  onlara  mümkün  qədər  çox  hüquq  və 
məsuliyyətlər  verdilər.  ABŞ–ın  təcrübəsi  göstərir  ki,  kiçik  biznes  çox  yüksək  mənfəət  gətirən  kapital 
qoyuluşu  sahəsidir.  Təsadüfi  deyildir  ki,  həmin  ölkədə  80-ci  illərdə  hər  il  600  min  kiçik  müəssisə 
yaradılırdı.  90-cı  illərdə  yeni  yaradılan  müəssisələrin  sayı  artıq  700  minə  çatmışdır.  90-cı  illərin 
axırlarında  bu  ölkədə  20  mln.  kiçik  müəssisə  (kənd  təsərrüfatı  daxil  deyil)  mövcud  idi,  orada 
işləyənlərin sayı isə 90 mln. nəfər idi. [129, s. 8-10] 
ABŞ–da kiçik müəssisələr mürəkkəb və müasir texnika ilə yaxşı təchiz edilmişdir. Onların demək 
olar ki, hamısı bu və ya digər dərəcədə federal hökümətin, TMŞ – in və özəl firmaların sifarişi əsasında 
işləyir.  Onlar  elmi-tədqiqat  işləri,  mühəndis  axtarışları  aparır,  yeniliklərin  reallaşdırılması  ilə  məşğul 
olurlar. Hesablamalar göstərir ki, onlar hər 1 dollar xərcə şirkətlərə nisbətən 24 dəfə çox kəşf edirlər 
[129,  s.  8-10].  Ona  görə  də  yeni  ideya  və  innovasiya  məhsullarının  böyük  bir  hissəsi  onların  payına 
düşür. Təsadüfi deyildir ki, kompyuter yaradılması ideyası və həmin ideyanın həyatda reallaşması da 
ilk dəfə kiçik biznesə məxsus olmuşdur.  
Yaponiyada da davamlı və sürətli iqtisadi inkişafın əsasını kiçik sahibkarlıq təşkil edir. Bu ökədə 
əmtəəlik  məhsulun  55%  -  i,  topdansatış ticarətinin  60%  -  i,  pərakəndə  satış  ticarətinin  isə  80%  -  dən 
çoxu kiçik müəssisələrin payına düşür. [308, s. 111] 
Avropa Birliyi ölkələrində də davamlı iqtisadi inkişafın əsasında kiçik biznesin səmərəli fəaliyyəti 
dayanır. AB çərçivəsində kollektiv razılaşmalar kiçik biznesin də sürətli inkişafına yol açdı. Bu birlikdə 
kiçik  sahibkarlıq  fəaliyyəti  ölkə  sərhədlərini  aşaraq  regiona  –  dövlətlərarası  səviyyədə  fəaliyyət 
göstərməyə başlamışdır. Bunun üçün AB çərçivəsində əmtəə, kapital və işçi qüvvəsinin sərbəst hərəkəti 
haqqında dövlətlərarası razılaşmalar əlverişli şərait yaratmışdır.  
Çinin  dünyada  aparıcı  hegemon  dövlətə  çevrilməsində  kiçik  sahibkarlığın  inkişafının  rolu 
xüsusən  böyükdür.  SSRİ–nin  siyasi  və  iqtisadi  iflası  Çin  rəhbərliyini  vadar  etdi  ki,  ölkədə  iqtisadi 
inkişaf mexanizminə yenidən baxsın, iqtisadi həyatın liberallaşdırılmasına yol versin. Belə bir şəraitdə 


 
57 
Çinin  bazar  iqtisadi  sistemində  kiçik  biznesə  xüsusi  yer  verilir.  Görülən  tədbirlər  nəticəsində  ölkədə 
tikinti  materiallarının  təxminən  yarısını,  kömür  çıxarılmasının  55%  -  ni,  ipək  məmulatları,  paltar, 
ayaqqabı istehsalının 50% - dən çox hissəsini kiçik sahibkarlıq verir.  
Bu ölkədə kənd təsərrüfatının sürətli inkişafında kiçik biznes xüsusən böyük rol oynayır.  
Yeni  sənaye  ölkələrinin  dünyanın  iqtisadi  meydanında  ön  plana  çıxmasında  da  kiçik 
sahibkarlığın rolu böyükdür. Bu ölkələr qısa tarixi dövr ərzində sənayecə inkişaf etmiş ölkələrin sırasına 
daxil  oldular  və  özlərinin  yüksək  keyfiyyətli  məhsulları  ilə  dünya  bazarlarını  fəth  etməyə  başladılar. 
Onların  durmadan  artan  ixracatında  kiçik  biznes  mühüm  rol  oynayır.  Ona  görə  də  mütəxəssislər 
birmənalı  olaraq  qeyd  edirlər  ki,  Şərqi  Asiyanın  yeni  sənaye  ölkələrinin  sənayesinin  strukturunun 
mühüm səciyyəvi cəhəti kiçik və orta sahibkarlığın xüsusi çəkisinin yüksək olmasıdır. [182, s. 74] 
Yeni sənaye ölkələrinin hamısında kiçik sahibkarlıq yaxşı təşkil edilmişdir və sürətlə inkişaf edir. 
Kiçik  biznesin  inkişafı  sahəsində  əhəmiyyətli nailiyyətlər əldə  etmiş  Tayvanın  təcrübəsi  xüsusi maraq 
doğurur. Təsadüfi deyildir ki, Asiya–Sakit okean iqtisadi  əməkdaşlıq Təşkilatı “ATES” – in müxtəlif 
inkişaf mərhələlərində kiçik və orta biznesin maliyyələşdirilməsi mexanizminin təkmilləşdirilməsi üzrə 
qabaqcıl  təcrübənin  istifadə  edilməsinin  əsas  istiqamətləri  haqqında  birinci  simpoziumu  məhz 
Tayvanda təşkil edilmişdir. [324, 2004, №9, s. 123] 
Hal – hazırda Tayvanda ÜDM–un 45% - ni, məşğulluğun isə 78% - ni kiçik və orta sahibkarlıq 
təşkil edir və onlar iqtisadiyyatın lokomotivinə çevrilmişlər. Bu  ölkədə kiçik və orta sahibkarlığın 58 
illik tarixi vardır. Onun inkişafını mütəxəssislər 7 mərhələyə bölürlər.  
1.
 
1940-cı ilin axırları – 50- ci ilin əvvəlləri – islahatlar dövrü.  
2.
 
1950-ci illər – idxalıəvəzetmə siyasətinin birinci mərhələsi.  
3.
 
1960-cı illər – ixracat potensialının sürətli artımı dövrü.  
4.
 
1970-ci illər – xüsusən yüngül sənaye sahəsində idxalıəvəzetmə siyasətinin ikinci mərhələsi.  
5.
 
1980-ci illər – yüksək texnologiya sənayesinin meydana gəldiyi dövr.  
6.
 
1990-cı illər sənayenin strukturunda dəyişiklik dövrü.  
7.
 
XXI əsrin əvvəllərində - çağırış planının reallaşmağa başladığı dövr.  
2002-ci ildə ÇXR – in sürətli inkişafına və qloballaşmanın çağırışına cavab olaraq Tayvanda milli 
inkişaf planı hazırlandı. Kiçik və orta sahibkarlıq sahəsində plan xarici innovasiyanın cəlb olunması və 
elmi-tədqiqat və konstruksiya işləri alt proqramı, habelə istehsal edilən sənaye məhsulunun dəyərinin 
artması proqramını nəzərdə tutur. Plan çərçivəsində kiçik və orta sahibkarlığın inkişafına 30. 2 mlrd. 
ABŞ dolları, o cümlədən, onun innovasiya fəaliyyətinin və elmi-tədqiqat işlərinin stimullaşdırılmasına 
1.  5  mlrd.  ABŞ  dolları  ayrılmışdır.  Kiçik  və  orta  sahibkarlıq  üçün  məsləhət  şəbəkələrinin 
formalaşdırılması, sahibkarın hazırlanması və yenidən hazırlanması, sərgilərin təşkili xətləri üzrə işlər 
təşkil  olunmuşdur.  Planın  əsas  məqsədi  –  Tayvanın  dünya  bazarlarında  rəqabət  gücünü  artırmaqdır. 
Tayvanın 2003-cü ildə Asiya – Sakit okean regionunda innovasiya biznesi sahəsində mərkəzə verilməsi 
nəzərdə tutulmuşdur.  
Tayvanda  kiçik  və  orta  sahibkarlığın  dəstəklənməsi  üçün  səmərəli  şəbəkə  yaradılmışdır.  Bu 
sahədə 5 əsas istiqamət mövcuddur: 
1.
 
Tayvan  höküməti  kiçik  və  orta  sahibkarlığın  dəyişən  mühitdə,  yəni  ÜTT  –yə  daxil  olma 
prosesində  inkişafı  üçün  onun  fəaliyyətinin  hüquqi  bazasını  yaratmışdır.  Çünki  bu  hüquqi  baza 
beynəlxalq  təcrübəyə  və  standartlara  zidd  olmamalıdır.  İntellektual  mülkiyyətin  də  ciddi  qorunması 
nəzərdə tutulur. Biznes üçün yeni imkanlar axtarılması sahəsində yardım həyata keçirilir. Hər il “Kiçik 
və orta biznes haqqında ağ kitab” çap edilir.  
2.
 
Hakimiyyət  sahibkarların  və  onların  innovasiya  fəaliyyətinin  dəstəklənməsi  mexanizmini 
təkmilləşdirir. Yeni biznes və innovasiya kolleci yaradılmışdır, müxtəlif mənbələrdən maliyyələşmənin 
və marketinqin planlaşdırılması sahəsində yardım göstərilir.  
3.
 
İnformasiya  texnologiyalarının  tətbiqi  imkanların  genişləndirilməsi  üçün  kiçik  sahibkarlara 
elektron ticarət sahəsində dəstək verilir. Bu məqsədlə mərkəz yaradılmışdır.  
4.
 
Müəssisələrdə  idarəçiliyin  səmərəliliyinin  artırılması  üçün  yerli  xüsusiyyətlərin  nəzərə  
alınmasına diqqət verilir.  Hakimiyyət xammal axtarışında onlara yardım edir. İdarəçilik üzrə kurslar 
təşkil edilir.  
5.
 
Kiçik  sahibkarlara  hər  cür  xidmət  göstərilməsi  üzrə  şəbəkə  yaradılır.  KİV  –  lərdə  kiçik 
sahibkarların müsbət imicinin formalaşması sahəsində xidmət göstərilir.  
Beləliklə,  müasir  dövrdə  bütün  ölkələrdə  iqtisadiyyatın  inkişafında,  işsizliyin  aradan 
qaldırılmasında,  regional  tarazlı  inkişafın  təmin  olunmasında  kiçik  biznesə  böyük  əhəmiyyət  verilir. 
Qloballaşmanın bütün dünyada yayılması adı çəkilən məsələlərdə kiçik sahibkarlığın rolunu daha da 
artırmışdır. Qlobal iqtisadi mühit və texnoloji inqlablar xarici bazarlara girmək və maya dəyərini aşağı 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə