VəLİyev dünyamali əMİr oğLU



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə39/173
tarix14.04.2018
ölçüsü3,58 Kb.
#38395
1   ...   35   36   37   38   39   40   41   42   ...   173

 
72 
qanunvericiliyi  yox  idi.  Bir  sözlə,  iqtisadiyyatın  dövlət  tənzimlənməsinin  hüquqi  bazası  yenicə 
yaradılmağa başlanmışdı. Bank sistemində anarxiya mövcud idi.  
Ona görə də inflyasiya əleyhinə həyata keçirilən sabitləşdirmə tədbirləri, nəinki öz məqsədlərinə 
çatmadı,  əksinə  inflyasiyanı  daha  da  sürətləndirdi.  İnzibati-amirlik  sistemi  istehsal  amillərinin 
yerləşdirilməsi  və  inkişafını,  istehsal və  bölgünü  istehlak  tələbinin təsirindən  təcrid  etmişdi.  Bu  vəzifə 
uzun  illər  boyu  mərkəzi  və  yerli  plan  və  inzibati  orqanlara  tapşırılmışdı.  Belə  bir  sistem  daxilində 
istehsal  edilən  məhsulların  texniki-iqtisadi  göstəriciləri  və  keyfiyyəti  daxili  bazarın  tələblərinə  cavab 
vermirdi  və  dünya  standartlarından  çox  aşağı  idi.  Bütün  bunların  nəticəsində  iqtisadi  potensial, 
istehsal-texniki  fondlar  uzun  illər  ərzində  köhnəlmişdir.  İnzibati-amirlik  sisteminin  çökməsi  ilə  bazar 
iqtisadiyyatının prinsiplərinə cavab verməyən bütün sistem süquta məhkum idi.  
1992-1994-cü illərdə makroiqtisadi proseslər çox ağırlaşmışdı. 80-ci illərin ikinci yarısında və 90-
cı  illərin  başlanğıcında  Sovet  dövlətinin  süqutu  ərəfəsində  Azərbaycanda  başlanan  iqtisadiyyatın 
tənəzzülü  və  deformasiya  prosesi  1992-1994-cü  illərdə  yuxarıda  göstərilən  problemlər  kompleksi  ilə 
əlaqədar olaraq müstəqillik dövründə daha da dərinləşdi və genişləndi.  
Cədvəl № 3. 2 məlumatlarından göründüyü kimi 1990-cı ildə ÜDM özündən əvvəlki ilə nisbətən 
11, 7%, 1992-ci ildə 22, 6%, 1993-cü ildə 23, 1% və 1994-cü ildə isə 19, 7% aşağı düşmüşdür 
 


 
73 
C
ə
dv
ə
l 3. 2 
1990-1994-cü illərdə makroiqtisadi göstəricilə
(əvvəlki ilə nisbətən faizlə
 
 
İqtisadiyyatın bütün sahələrində tənəzzül özünü göstərirdi. Sənaye və kənd təsərrüfatı istehsalı da 
təxminən  eyni  sürətlə  geriləyirdi.  Sənaye  istehsalı  həm  də  ciddi  deformasiyaya  uğrayırdı.  Sənaye 
məhsulunun ümumi həcm indeksi 1990-cı ilə nisbətən 1994-cü ildə 38%-ə, o cümlədən emaledici sənaye 
sahəsində 31%-ə enmişdir. 1990-cı ildə sənaye məhsulunun cəmi 15, 8%-i elektroenergetika və yanacaq 
sahələrindən  ibarət  idisə,  1994-cü  ildə  həmin  sahələrin  xüsusi  çəkisi  65,4%-ə  yüksəlmişdi.  Bu  proses 
göstərilən sahələrdə istehsalın artımı hesabına deyil (belə ki, hasilat sənayenin həcm indeksi 1990-cı ilə 
nisbətən  1994-cü  ildə  72  faiz  olmuşdur),  tənəzzülün  digər  sənaye  sahələrində  daha  dərin  olmasının 
nəticəsi idi. (Bax, cədvəl 3. 3)   
C
ə
dv
ə
l 3. 3  
Sahələüzrə sənaye məhsulunun ümumi 
həcm indeksi (1990=100)* 
 
  
1991 
1992 
1993 
1994 
Bütün sənaye  
91 
63 
51 
38 
Yanacaq-energetika kompleksi  
87 
72 
64 
60 
Elektroenergetika  
99 
81 
76 
67 
Yanacaq sənayesi  
83 
68 
59 
56 
Metallurgiya kompleksi  
90 
63 
39 
10 
Qara metallurgiya  
84 
58 
35 

Maşınqayırma kompleksi  
82 
50 
43 
23 
Kimya və neftkimya sənayesi  
103 
43 
32 
17 
Yüngül sənaye  
88 
63 
53 
38 
Yeyinti sənayesi  
93 
66 
48 
31 
*[31, 1996, с. 156] 
 
Tənəzzül  özünü  ən  çox  metallurgiya  kompleksində,  qara  metallurgiya,  maşınqayırma 
kompleksində,  kimya  və  neftkimya,  yüngül  və  yeyinti  sənaye  sahələrində  göstərmişdir.  Əmək 
məhsuldarlığı  1990-cı  ilə  nisbətən  1994-cü  ildə  metallurgiya  kompleksində  15%,  kimya  sənayesində 
33%, yüngül sənayedə 80%, yeyinti sənayesində 42%-ə qədər azalmışdır. [44, 1996, s. 167]. Fond verimi 
isə,  (1990=100)  bütün  sənayedə  37%-ə  enmişdir.  [44,  1996,  s.  171].  Kənd  təsərrüfatı  sahələrində, 
xüsusən,  acınacaqlı  vəziyyət  yaranmışdır.  Bütün  təsərrüfat  kateqoriyaları  üzrə  kənd  təsərrüfatı 
  
1990 
1991 
1992 
1993 
1994 
Ümumi daxili məhsul  
88, 3 
99, 3 
77, 4 
76, 9 
80, 3 
Sənaye istehsalı  
93, 7 
104, 8 
76, 3 
93 
77 
İstehlak mallarının 
istehsalı  
104, 6 
107, 9 
78, 4 
83, 9 
76, 7 
Kənd təsərrüfatı 
məhsulları  
101 
107, 9 
78, 4 
83, 9 
76, 7 
o cümlədən: bitkiçilik 
məhsulları  
106 
102 
74 
84 
83 
Heyvandarlıq 
məhsulları  
94 
97 
81 
86 
93 
Kapital qoyuluşu  
96 
79, 2 
59, 7 
60, 9 
52 
İqtisadiyyatda mənfəət  
98, 6 
171, 5 
11, 2 
9, 7 
9, 9 
Əhalinin pul gəlirləri  
120, 8 
206, 9 
4, 7 
8, 9 

Əhalinin pul xərcləri  
121, 3 
201, 7 

7, 2 
10 


 
74 
məhsullarının  həcm  indeksi  (1990=100)  1994-cü  ildə  56,  4  faiz  təşkil  etmişdir.  Başqa  sözlə,  aqrar 
bölmədə məhsul istehsalı, demək olar ki, yarıbayarı azalmışdır. Bu sahədə istehsal əsas etibarı ilə ailə 
təsərrüfatları  hesabına  müəyyən  dərəcədə  qorunub  saxlanılmışdır.  Qeyri-müəyyənlik  şəraitində 
fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələrində isə istehsal həmin dövrdə 71,5% azalmışdı. [44, 1996, 
s. 175]. Həmin dövrdə taxıl istehsalı 26, 5%, pambıq istehsalı 48%, tütün istehsalı 60%, üzüm istehsalı 
plantasiyaların  ləğv  edilməsi  nəticəsində  74%  azalmışdı.  [44,  1996,  s.  180].  Ət  istehsalı  da  yarıbayarı 
azalmışdı.  
İnzibati-amirlik  sistemində  mövcud  olmuş  maliyyə-büdcə  sisteminin  tam  iflasa  uğraması 
nəticəsində maliyyə sektorunu daha ağır böhrana məruz qoymuşdur. Dövlət büdcəsinin gəlirləri 1990-cı 
ildə  ÜDM-a  nisbətən  39,  1%-dən  1994-cü  ildə  14,  8%-ə,  xərcləri  isə  36,  1%-dən  25,  1%-ə  enmişdir. 
Dövlət büdcəsinin kəsiri 1994-cü ildə 193, 3 milyard manata qədər yüksəlmişdir. Bu ÜDM-un 10, 3%-ni 
təşkil edirdi. İqtisadiyyata yönəldilən büdcə xərcləri iki dəfəyə qədər azalmışdı. [42, cədvəl № IV].  
Həyata  keçirilən  antiinflyasiya  tədbirlərinə  baxmayaraq  hiperinflyasiya  dərinləşir,  qiymətlər 
tüğyan edirdi (bax: cədvəl 3. 4).  
 C
ə
dv
ə
l 3. 4 
İstehlak qiymətlərinin indeksi 
(əvvəlki ilə nisbətən, faizlə
 
  
1992 
1993 
1994 
Cəmi mallar və xidmətlər  
1012 
1229 
1764 
Ərzaq məhsulları, içkilər, tütün  
1075 
1386 
1793 
Xidmətlər  
906 
955 
1673 
Qeyri-ərzaq malları  
993 
875 
1186 
             
Mal və xidmətlərin qiymət artımı ildə 1000%-i keçmiş, 1994-cü ildə rekord səviyyəyə (1764%-ə) 
çatmışdır.  
Bu  dövrdə  Azərbaycanda  özünü  göstərən  dərin  böhran  klassik  dərsliklərdən  məlum  olan  ifrat 
istehsal  böhranı  deyil,  məhsul  qıtlığı  böhranı  idi.  İş  şəraiti  pisləşir,  işsizlik  artır,  əmək  haqqı  aşağı 
düşürdü.  Respublika  üzrə  orta  aylıq  əmək  haqqı  ABŞ  dolları  hesabı  ilə  1990-cı  ildə  32,  5  dollardan 
1994-cü ildə 12, 7 dollara qədər azalmışdır. Başqa sözlə, real əmək haqqı 1990-cı ildə 100% götürülərsə 
1994-cü ildə 17 faizə qədər aşağı düşmüşdür. [42, cədvəl III].  
Dünya  bankının  hesablamalarına  görə,  1985-1995-ci  illərdə  ÜMM  Azərbaycanda  hər  il  orta 
hesabla, real olaraq 16,3% azalmışdır. Nəticədə adambaşına ÜMM 1987-ci ildə Azərbaycanda ABŞ-ın 
eyni  göstəricisinə  nisbətən  21,  8%  təşkil  edirdisə,  bu  göstərici  1995-ci  ildə  5,  4%-ə  qədər  azalmışdır. 
[216, s. 250]  
   
 
3. 3. Azərbaycanda siyasi-iqtisadi sabitliyin təmin olunması və müstəqil dövlətçiliyin 
təməlinin qoyulması – HeydəƏliyevin misilsiz tarixi xidmətidir 
 
Biz respublikam
ı
zda h
ü
quqi - demokratik d
ö
vl
ə
t  qurmaq yolu il
ə
 gedirik. 
Bu,  d
ö
vl
ə
t  quruculu
ğ
unda,  siyasi  sah
ə
d
ə
  strateji  yolumuzdur.  Bununla 
ç
ox  s
ı

ə
laq
ə
d
ə
 olan ikinci sah
ə
 iqtisadiyyat
ı
n  demokratik yollarla idar
ə
 edilm
ə
sidir, y
ə
ni 
iqtisadiyyatda  demokratik  islahatlar  apar
ı
lmas
ı
,  bazar  iqtisadiyyat
ı
  yoludur. 
B
ü
t
ü
n  bunlar  kompleks 
şə
kild
ə
  respublikam
ı
z
ı
  g
ə
l
ə
c
ə
y
ə
  aparan  yollar, 
istiqam
ə
tl
ə
rdir. 
HeydəƏLIYEV 
 
Zəngin təbii və iqtisadi sərvətlərə malik olan ölkələrdə müstəqilliyin qorunub saxlanılması bəzən 
onun  əldə  edilməsindən  daha  çətin  və  mürəkkəbdir.  Düşmən dövlətlərlə əhatə  olunmuş  və  təcrübəsiz 
dövlət  rəhbərləri  ilə  idarə  olunan  Azərbaycanda  bu  daha  da  çətin  idi.  Ölkəmiz  yalnız  dövlət 
müstəqilliyini itirmək təhlükəsi ilə deyil, eyni zamanda, real olaraq onun ərazi bütövlüyünə qəsd edilmiş 
və üstəlik, daxildən də parçalanmaq təhlükəsi ilə qarşı-qarşıya qalmışdı.  
Müstəqilliyimiz  düşmən  dövlətlər  tərəfindən  açıq-aşkar  hərbi  təcavüz  və  siyasi  təzyiqlərlə 
boğulmağa çalışılırdı. Həm də xalqımız iqtisadi sarsıntılar, çətinliklər girdabına düşmüşdür. Bunun isə 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə