VəLİyev dünyamali əMİr oğLU



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə42/173
tarix14.04.2018
ölçüsü3,58 Kb.
#38395
1   ...   38   39   40   41   42   43   44   45   ...   173

 
77 
manatın ABŞ dollarına nisbətən məzənnəsi isə devalvasiyaya uğramamış, sabit olaraq qalmışdır. [46, 
1998, s. 14]  
İstehlak  qiymətlərinin  indeksi  kəskin  şəkildə  azaldılmağa  başladı.  Belə  ki,  mallar  və  xidmətlər 
üzrə qiymət indeksi 1994-cü ildə özündən əvvəlki ilə nisbətən 1763, 5%, 1995-ci ildə 511, 8%, 1996-cı 
ildə 119, 9%, 1997-ci ildə 103, 7% və 1998-ci ildə isə 99, 2% təşkil etmişdir. [44, 1999, s. 258]  
1995-96-cı illərdə yaranmış əlverişli makroiqtisadi sabitlik şəraitindən istifadə edərək 1997-1998-
ci  illərdə  ölkədə  iqtisadi  islahatların  yeni  mürəkkəb  mərhələsinə  -  struktur  islahatlar  mərhələsinə-
başlandı.  Xüsusi  Dövlət  proqramına  uyğun  olaraq  ölkədə  genişmiqyaslı  özəlləşdirməyə  başlanmış, 
iqtisadiyyatın əsas sahələrindən olan aqrar sferada torpağın xüsusi mülkiyyətə verilməsi istiqamətində 
radikal islahatlar aparılmış, yeni iqtisadi tələblərə cavab verən maliyyə sektorunun, onun vacib hissəsi 
olan  bank  sisteminin  formalaşdırılması,  dövlət  banklarının  yenidən  qurulması  istiqamətində  radikal 
addımlar atılmışdır.  
İqtisadi  islahatların  mühüm  istiqamətləri  kimi  ölkədə  özəlləşdirmə  proqramının  həyata 
keçirilməsi  azad  sahibkarlığın  və  şəxsi  təşəbbüskarlığın  inkişafına  şərait  yaratmışdır.  Qeyd  etmək 
lazımdır  ki,  bu  1998-ci  ilə  qədər  28  mindən  çox  kiçik  müəssisə  özəlləşmiş  və  demək  olar  ki,  kiçik 
özəlləşdirmə  başa  çatmışdır.  1997-ci  ildən  başlayaraq  özəlləşdirmədə  həlledici  mərhələ  olan  böyük 
özəlləşdirməyə  -  orta  və  iri  dövlət  müəssisələrinin  səhmdar  cəmiyyətlərinə  çevrilməsi  prosesinə 
başlanmışdır.  Təkcə  1998-ci  ildə  800-dən  çox  orta  və  iri  dövlət  müəssisələri  səhmdar  cəmiyyətlərə 
çevrilmişlər.  
Beləliklə,  ölkədə  makromaliyyə  sabitliyinin  təmin  edilməsinin,  bazar  münasibətlərinn 
formalaşdırılmasının  əsas  şərti  olan  iqtisadiyyatın  idarə  olunmasının  bütün  istiqamətlərdə 
liberallaşdırılmasının,  bazar  iqtisadiyyatının  bütün  atributlarının  yetişməsinə  iqtisadi  və  hüquqi 
islahatlar  aparılması  yolu  ilə  zəruri  mühitin  yaradılmasının  və  əsaslı  struktur  islahatlarının 
aparılmasının məntiqi nəticəsi olaraq 1989-cu ildən sonra davam edən iqtisadi tənəzzül dayandırıldı və 
Ümumi Daxili Məhsulun həcminin aşağı düşməsinin qarşısı alındı.  
C
ə
dv
ə
l 3. 5 
 
MDB ölkələrində ÜDM-ün fiziki həcm indeksi 
(sabit qiymətlərlə əvvəlki ilə nisbətən faizlə)* 
 
 
1995 
1996 
1997 
1998 
1999 
Azərbaycan 
88, 2 
101, 3 
109, 8 
110 
107, 4 
Ermənistan 
106, 9 
105, 9 
103, 3 
107, 3 
103, 3 
Belarus 
89, 6 
102, 8 
111, 4 
108, 4 
103, 4 
Gürcüstan 
102, 6 
111, 2 
110, 7 
102, 9 
103 
Qazaxıstan 
91, 8 
100, 5 
101, 7 
98, 1 
101, 7 
Qırğızıstan 
94, 6 
107, 1 
109, 9 
102, 1 
103, 6 
Moldova 
98, 1 
94, 1 
101, 6 
93, 5 
95, 6 
Rusiya 
95, 6 
96, 6 
100, 9 
95, 1 
103, 2 
Tacikistan 
87, 6 
83, 3 
101, 7 
105, 3 
103, 7 
Türkmənistan 
… 
… 
… 
… 
… 
Özbəkistan 
99, 1 
101, 7 
105, 2 
104, 4 
104, 4 
Ukrayna 
87, 8 
90 
97 
98, 1 
99, 6 
MDB üzrə orta 
göstərici 
94, 7 
96, 8 
101 
96, 4 
102, 9 
* [238, 2000, s. 18] 
   
Cədvəldən  (3.  5)  göründüyü  kimi  iqtisadi  tənəzzülün  qarşısı  nəinki  alınmış,  hətta  1996-cı  ildə 
onun artımına nail olunmuşdur. 1996-cı ildən 1, 3% olan iqtisadi artım 1997-ci ildə 5, 8%-ə çatmışdır. 
Real  sektordakı  bu  canlanma  Cənubi-Şərqi  Asiyada  və  qonşu  Rusiyada  baş  vermiş  dərin  maliyyə 
böhranına  baxmayaraq  1998-ci  ildə  daha  da  inkişaf  etmişdir.  1998-ci  ilin  yekunları  respublikanın 
sosial-iqtisadi  inkişafında  müsbət  meyllərin  ildən-ilə  möhəmləndiyi,  bu  prosesin  dönməz  xarakter 
almasını  göstərir.  Az  bir  zamanda  Azərbaycan  iqtisadi  inkişafın  artım  sürətinə  görə  possovet 
respublikaları arasında qabaqcıl mövqeni tutmağa və lider olmağa başladı. (bax: cədvəl 3. 5)  
  Azərbaycanda iqtisadi artım sürəti 1995-ci ildən başlayaraq MDB üzrə orta göstəricidən xeyli 
yüksək olmuşdur.  
Beləliklə, Azərbaycan Respublikasınlın Prezidenti İlham Əliyevin göstərdiyi (10 may 2004-cü il) 
kimi: “Ümumilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan beynəlxalq təcriddən 


 
78 
çıxdı. Bu gün Azərbaycan beynəlxalq aləmdə çox görkəmli yer tutur, beynəlxalq təşkilatların üzvüdür, 
onlarda  fəal  iştirak  edir.  Bütün  dövlətlər  tərəfindən  tanınır.  Azərbaycanın  böyük  hörməti  var.  Artıq 
demək olar ki, regional məsələlərdə Azərbaycanın sözü həlledici sözdür. Azərbaycanın iştirakı olmadan 
bölgədə heç bir regional layihə keçirilə bilməz. Beləliklə, Azərbaycan region üçün mərkəzə çevirilibdir. 
Bizim nüfuzumuz artır, gücümüz artır. Bu, bizə imkan verəcək ki, qarşımızda duran bütün məsələləri öz 
xeyrimizə həll edək. Bütün bunlar Heydər Əliyevin xidmətləridir”.  
 
 
 
 
 
 
 


 
79 
  
 
İQTİSADİ SİSTEMİN TRANSFORMASİYASI –  
HEYDƏƏLİYEV VƏ İLHAM ƏLİYEVİİNKİŞAF 
STRATEGİYASININ APARICI XƏTTİDİ
 
 
B
iz yaln
ı
z m
ü
st
ə
qilliyi b
ə
rpa ed
ə
nd
ə
n sonra siyasi islahatlara ba
ş
lam
ışı
q v
ə
 
tarix  bax
ı
m
ı
ndan 
ç
ox  q
ı
sa  m
ü
dd
ə

ə
rzind
ə
  b
ü
t
ü
n  laz
ı
m
ı
  t
ə
dbirl
ə
r  g
ö
rm
üşü
k. 
Az
ə
rbaycanda  siyasi  sistem  yarad
ı
l
ı
b,  siyasi  t
ə
sisatlar  yarad
ı
l
ı
b  v
ə
 
m
ö
hk
ə
ml
ə
nib,  Az
ə
rbaycan  beyn
ə
lxalq  t
əş
kilatlarla 
ç
ox  u
ğ
urlu  v
ə
  qar
şı
l
ı
ql
ı
 
h
ö
rm
ə

ə
sas
ı
nda 
ə
m
ə
kda
ş
l
ı
q edir.  
 İlham ƏLIYEV 
Az
ə
rbaycan Respublikas
ı
n
ı
n Prezidenti 
 
 
4. 1. Mülkiyyət münasibətlərinin yenidən qurulması–iqtisadi islahatların təməlidir. 
 
U
lu öndər Heydər Əliyev iqtisadi inkişaf strategiyasını formalaşdırmağa və inkişaf etdirməyə 
iqtisadi islahatların və idarəçiliyin təməl prinsiplərindən başladı. O 1993-cü ildə bütün dünyaya bəyan 
etmişdir ki: “Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin 
bərqərar olması və bazar iqtisadiyyatı, sahibkarlıq yoludur”.  
Azərbaycanda dövlət müstəqilliyyinin strateji kursunun hazırlanmasında mühüm xidmətləri olan 
Akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi “Azərbaycanın uğurlu iqtisadi siyasəti iqtisadi inkişafın 
üç  ümdə  prinsipinə  əsaslanır:  1)  bazar  rəqabəti;  2)  iqtisadiyyatın  idarə  edilməsinin  bütün  sahələrinin 
(valyuta  bazarı,  ticarət  əlaqələri  və  münasibətləri,  bank-maliyyə  bazarı  və  s.  )  liberallaşdırılması; 
3)bütün  mülkiyyət  formalarının  pluralizmi.  Uğurlu  iqtisadi  siyasət  aparılmasında  sənayenin  müxtəlif 
sahələrinə  sərmayə  qoyuluşlarının  təmin  olunması,  əhalinin  ödəmə  qabiliyyətinin  yüksəldilməsi  və 
xarici  borcların  yenidən  strukturlaşdırılması  mühüm  rol  oynayır.  İqtisadiyyatdakı  bütün  bu  yeni 
meyllər güclü və səmərəli dövlətçiliyin qurulmasına da kömək etmişdir”. [76, s. 271] Mülkiyyət - bütün 
ictimai  münasibətlər  sisteminin  təməlidir.  Cəmiyyətdə  bölgü,  mübadilə  və  istehlak  mülkiyyət 
formasından  birbaşa  asılıdır.  Sovet  İttifaqında  istehsal  vasitələri  üzərində  formalaşmış  total  ictimai 
(dövlət)  mülkiyyət  və  onun  əsasında  fəaliyyət  göstərən  inzibati-amirlik  sistemi  tam  iflasa  uğradı. 
Müstəqillik  illərində  iqtisadi  sistemin  səmərəliliyinin  və  sürətli  iqtisadi  inkişafın  təmin  olunması, 
müxtəlif  əhali  qrupları  arasında  ictimai  və  iqtisadi  maraqların  daha  optimal  nisbətinin  yaradılması 
bazar iqtisadiyyatına keçilməsini və mülkiyyətin müxtəlifliyini tələb edirdi. Çünki cəmiyyətdə mülkiyyət 
formalarının  müxtəlifliyi  məhsul  istehsalı,  onun  istehlakçıya  çatdırılması  prosesində  rəqabətin 
yaranmasına və bunun vasitəsilə məhsulun keyfiyyətinin yaxşılaşdırılmasına şərait yaradır. Məhz buna 
görə  də  müstəqillik  əldə  edildikdən  dərhal  sonra  mülkiyyət  münasibətlərinin  dəyişdirilməsi 
Azərbaycanda  iqtisadi  islahatların  aparıcı  xəttini  təşkil  etməyə  başladı.  9  noyabr  1991-ci  ildə  qəbul 
edilmiş Mülkiyyət haqqında Azərbaycan Respublikasının Qanunu ölkəmizdə iqtisadi münasibətlərin və 
yeni iqtisadi sistemin formalaşmasının əsasını qoydu. Onun qiymətli cəhəti ondan ibarətdir ki, ölkədə 
mülkiyyətin  95  faizindən  çoxunun  dövlətə  mənsub  olduğu  bir  dövrdə  qəbul  edilmiş  və  xüsusi 
mülkiyyətin  dövlət  mülkiyyəti  ilə  yanaşı  fəaliyyət  göstərmək  hüququ  rəsmiləşdirilmişdir.  [89,  19] 
Qanunda  mülkiyyət  hüququ,  mülkiyyət  hüququnun  obyektləri,  mülkiyyət  hüququnun  subyektləri, 
mülkiyyət formaları, əşya hüququ kimi maddələr verilmişdir.  
Ümummilli  lider  Heyder  Əliyevin  rəhbərliyi  ilə  1995-ci  ildə  qəbul  edilmiş  Azərbaycan 
Respublikasının  Konstitusiyasında  mülkiyyətin  müxtəlifliyi  Konstitusiya  hüququ  səviyyəsinə 
yüksəldilmişdir. Konstitusiyada birmənalı olaraq təsbit edildi: 
I.   Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.  
II.  Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.  
III.  
Mülkiyyətdən  insan  və  vətəndaş  hüquqları  və  azadlıqları,  cəmiyyətin  və  dövlətin 
mənafeləri şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.  
Mülkiyyət  hüququ  cəmiyyətin  ən  mühüm  konstitusiya  hüququ  kimi  Konstitusiyada  öz  əksini 
tapmış və qəbul edilmiş bir çox qanunlarla onun hüquqi bazası yaradılıb inkişaf etdirilmişdir.  
Mülkiyyət hüququnun reallaşdırılması, özəl təşəbbüskarlığın və sahibkarlığın ictimai həyatda öz 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə