VəLİyev dünyamali əMİr oğLU



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə45/173
tarix14.04.2018
ölçüsü3,58 Kb.
#38395
1   ...   41   42   43   44   45   46   47   48   ...   173

 
83 
olunmasına  nəzarəti  əhatə  edir.  Hal-hazırda  özəlləşdirmə  üsulu  olaraq  investisiya  müsabiqələri 
vasitəsilə  özəlləşdirməyə  daha  çox  üstünlük  verilir.  Belə  ki,  2006-cı  ildə  14  investisiya  müsabiqəsi 
keçirilmiş və onlardan 12-si üzrə qalib şirkətlər müəyyənləşdirilərək onlarla qanunvericiliyə uyğun alqı-
satqı  müqavilələri  imzalanmışdır.  Həmin  müqavilələrə  görə  müəssisələrə  qoyulması  nəzərdə  tutulan 
investisiyaların həcmi 454 milyon ABŞ dolları olmuşdur ki, bu da 2006-cı ilədək keçirilmiş investisiya 
müsabiqələri  nəticəsində  müəssisələrə  qoyulması  nəzərdə  tutulan  investsiyaların  ümumilikdə 
həcmindən 49 faiz çoxdur.  
Onu  da  qeyd  edək  ki,  strateji  sahələrdə,  o  cümlədən  maşınqayırma,  neft-kimya,  rabitə, 
metallurgiya sənayesində islahatların həyata keçirilməsi və dövlətsizləşdirmənin daha sürətlə aparılması 
məqsədilə son illər züruri işlər görülmüşdür. İlk növbədə, özəlləşdirmək üçün açıq elan edilmiş müəssisə 
və  təşkilatlarda  dövlət  əmlakının  qorunub  saxlanılması,  onlardan  səmərəli  istifadə  olunması,  o 
cümlədən qeyri-qanuni istifadəyə və icarəyə verilməsi hallarının aradan qaldırılması istiqamətində işlər 
həyata keçirilmişdir. [Xalq qəzeti, 24. VIII. 2007] 
Ümumilikdə  2007-ci  il  ərzində  30-dan  çox  normativ  hüquqi  xarakterli  sənədlərin  layihələri 
hazırlanmışdır.  
“Dövlət  əmlakının  qorunub  saxlanılması  və  səmərəli  istifadə  edilməsinin  təkmilləşdirilməsi 
haqqında ” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə bu 
sahədə  normativ  hüquqi  bazanın  təkmilləşdirilməsinin  və  müasir  dövrə  uyğunlaşdırılmasının  əsası 
qoyulmuşdur.  Həmin  Fərmanla  “Azərbaycan  Respublikasında  dövlət  əmlakının  idarə  edilməsinin 
təkmilləşdirilməsi  üzrə  Dövlət  Proqramı  ”,  “Özəlləşdirilən  və  idarəetməyə  verilən  müəssisələrdə 
investisiya  qoyuluşları  üzərində  nəzarətin  həyata  keçirilməsi  Qaydaları”,  “Dövlət  müəssisələrinin 
özəlləşdirilmə  qabağı  sağlamlaşdırılması  və  restrukturizasiyası  Qaydaları”  və  “Özəlləşdirilən  dövlət 
əmlakının qiymətləndirilməsi haqqında Əsasnamə ” təsdiq edilmişdir.  
“Kapital  Bank”  Açıq  Səhmdar  Cəmiyyətinin  dövlətsizləşdirilməsi,  “Sumqayıtelektrikşəbəkə” 
Açıq  Səhmdar  Cəmiyyətinin  və  “Şəki  Regional  Enerji  Təchizat”  Məhdud  Məsuliyyətli  Cəmiyyətinin 
idarəetməyə  verilməsi,  “Azərbaycan  Resrublikasında  dövriyyəyə  buraxılmış  dövlət  özəlləşdirmə 
paylarından  (çeklərindən)  özəlləşdirilmə  prosesində  istifadənin  təmin  olunması  sahəsində  əlavə 
tədbirlər  haqqında”  Azərbaycan  Respublikası  Prezidentinin  müvafiq  fərman  və  sərəncamları 
imzalanmışdır.  
Özəlləşdirilən  kiçik  müəssisələrin  sayı  aşağıdakı  kimi  olmuşdur:  2001-2474,  2002-3324,  2003-
1677,  2004-1954  və  2005-ci  ildə  2463  [DSK,  2006,  s.  126],  2007-ci  ildə  isə  2148  kiçik  müəssisə 
özəlləşdirilmişdir. Özəlləşdirmədən büdcəyə daxil olan vəsait illər üzrə aşağıdakı məbləğlərlə olmuşdur 
(min man. ): 1995-87, 5, 2000-7638, 2001-18724, 2002-20072, 2003-19317, 2004-31386, 2005-20005 və 
2007-ci ildə 44531, 2 min AZN təşkil etmişdir.  
Məlum  olduğu  kimi  özəlləşdirmə  məqsəd  deyil,  70  il  mövcud  olmuş  israfçı  iqtisadi  sistemi 
dəyişdirmək,  mülkiyyətin  müxtəlifliyini  və  sahibkarlığın  inkişafını  təmin  etməklə  səmərəli  iqtisadi 
sistemə keçmək vasitəsidir.  
Ümummilli  lider  Heydər  Əliyev  hələ  1999-cu  ildə qətiyyətlə  qeyd  edirdi:  «Sahibkarlığın  inkişaf 
etdirilməsi,  sərbəst  iqtisadiyyata  yol  verilməsi,  bazar  iqtisadiyyatının  yaradılması  bizim  strateji 
məqsədimizdir».  1994-cü  ildə  Bakıda  «Sahibkarlıq  strategiyası  və  iqtisadi  yenidənqurma»  adlı 
beynəlxalq  konfransın  keçirilməsi  sahibkarlığın  inkişafına  böyük  əhəmiyyət  verildiyinin  yalnız  bir 
göstəricisi idi.  
1995-2007-ci illər ərzində dövlət əmlakının özəlləşdirilməsi nəticəsində 120 mindən çox səhmdar 
meydana gəlmiş, kiçik dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi yolu ilə 300 min nəfərdən çox 
insanı  əhatə  edən  mülkiyyətçilər  təbəqəsi  formalaşmışdır.  [73,  cild  II,  s.  721].  Sahibkarlığın  inkişafı 
sahəsində  qəbul  olunmuş  Dövlət  Proqramlarının  bu  sahənin  inkişafında  xüsusi  rolu  olmuş,  kiçik  və 
orta  sahibkarlığın  inkişafı  üzrə  dövlət  tədbirlərini  Azərbaycan  dövlətinin  iqtisadi  siyasətinin  prioritet 
istiqamətlərindən birinə çevirmişdir.  
Bu  Dövlət  Proqramları  çərçivəsində  iqtisadiyyatın  və  sahibkarlığın  tənzimlənməsi  sahəsində 
mühüm  tədbirlər  həyata  keçirilmiş,  sahibkarlara  dövlət  maliyyə  köməyi  sistemi  formalaşdırılmışdır. 
Sahibkarlıq  infrastrukturunun  formalaşdırılması  istiqamətində  əhəmiyyətli  addımlar  atılmış, 
sahibkarlara zəruri texniki yardım göstərən struktur formalaşmışdır. Sahibkarlar üçün vergi yükünün 
azaldılması istiqamətində müəyyən adımlar atılmışdır. Belə ki, mənfəət və əlavə dəyər vergisi dərəcələri
məcburi  sığorta  haqqı  aşağı  salınmış,  kiçik  sahibkarlıq  subyektlərinin  bir  qisminə  vahid  vergi  tətbiq 
edilməyə başlanmışdır.  
Sonrakı  illərdə  iqtisadi  və  dövlət  idarəetmə  aparatında  aparılan  struktur  islahatları  ölkədə 
iqtisadiyyatın bütün sahələrinin, o cümlədən, sahibkarlıq sektorunun inkişafına güclü təkan vermişdir. 


 
84 
Belə ki, 2001-ci ildə İqtisadi İnkişaf Nazirliyinin yaradılması sahibkarlığın inkişafına dövlət köməyi və 
onun dövlət tənzimlənməsi tədbirlərinin vahid qurumda birləşdirilməsinin və idarə edilməsinin əsasını 
qoymuşdur. Bu illər ərzində sahibkarlığın inkişafı üçün əlverişli mühitin yaradılması məqsədilə ölkədə 
biznes fəaliyyətinin hüquqi bazası dünya təcrübəsi əsasında təkmilləşdirilmişdir və təkmilləşdirilməkdə 
davam edir.  
2002-ci ili sahibkarlığın inkişafında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirmək mümkündür.  
Bu  mərhələ  Azərbaycan  Respublikası  Prezidenti  cənab  Heydər  Əliyevin  yerli  və  xarici  iş 
adamları  ilə  aprel-may  aylarında  keçirilmiş  görüşləri  ilə  başlamışdır.  Ölkədə  sahibkarlıq  mühitinin 
daha da yaxşılaşdırılması məqsədilə avqust-sentyabr aylarında imzalanmış bir sıra mühüm Fərman və 
Sərəncamlar ölkədə sahibkarlığın inkişafında yeni mərhələnin əsasını qoymuşdur.  
Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 17 avqust 2002-ci il tarixli Fərmanı ilə təsdiq 
edilmiş «Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)» bu 
istiqamətdə həyata keçirilməli olan dövlət tədbirləri sisteminin yaradılmasında mühüm rol oynayaraq 
ölkədə  sahibkarlığın  inkişafına  təkan  verməyə  başlamışdır.  Belə  ki,  kiçik  və  orta  sahibkarlığın 
inkişafının əvvəlki Dövlət Proqramları ölkədə əsasən KOS sektorunun təşəkkülü ilə əlaqədar tədbirləri 
əhatə  edirdisə,  hazırki  Dövlət  Proqramı  artıq  təşəkkül  tapmış  bu  sektorda  ölkə  iqtisadiyyatının 
potensialının  daha  da  səmərəli  reallaşdırılması  baxımından  struktur  dəyişikliklərinin  həyata 
keçirilməsinə, bu bölmənin inkişafının çeşidli mexanizmlərinin yaradılmasına istiqamətlənmişdir.  
Layiqli  varislik  özünü  bu  sahədə  də  aydın  şəkildə  büruzə  verdi.  Azərbaycan  Respublikasının 
Prezidenti  cənab  İlham  Əliyevin  2003-cü  ildən  başlayaraq  həyata  keçirdiyi  məqsədyönlü  və 
genişmiqyaslı  tədbirlər  sistemi  kiçik  sahibkarlığın  sürətli  inkişafı  sahəsində  yeni  imkanlar  və 
perspektivlər  yaratmışdır.  Bu  tədbirlər  arasında  24  noyabr  2003-cü  ildə  qəbul  edilmiş  «Azərbaycan 
Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında» və 11 fevral 2004-cü ildə 
imzalanmış  «Azərbaycan  Respublikası  regionların  sosial-iqtisadi  inkişafı  (2004-2008-ci  illər)»  Dövlət 
Proqramı müstəsna əhəmiyyətə malikdir. Cənab İlham Əliyevin sahibkarlarla tez-tez keçirdiyi görüşlər 
bu sahənin inkişafında çevik və realist dövlət siyasətinin formalaşmasının əsasını təşkil edir. O, xüsusi 
vurğulayır ki, «Sahibkarlığın inkişafı bizim siyasətimizin  ən vacib istiqamətlərindən biridir». Son beş 
ildə Azərbaycanda sahibkarlıqla məşğul olanların sayı xeyli dərəcədə artmışdır.  
İqtisadiyyatda liberallaşdırma tədbirləri davam etdirilir, sahibkarlara dövlət büdcəsindən güzəştli 
kreditlər verilir. Müasir standartlara cavab verən infrastrukturun yaradılması sahibkarlığın inkişafına 
ciddi təkan verəcəkdir.  
C
ə
dv
ə
l 4. 2 
ÜDM-da qeyri-dövlət bölməsinin payı, faizlə
 
  
1995 
2000 
2001 
2002 
2003 
2004 
2005 
2006 
ÜDM 
30, 3 
70, 8 
71, 8 
73 
73, 3 
73, 5 
76 
81 
o cümlədən 
Sənaye 
5, 5 
48, 4 
51, 2 
61 
66, 7 
68, 5 
79, 1 
87, 3 
Tikinti 
79 
63, 5 
60, 4 
95, 8 
97 
97, 6 
90, 2 
69, 7 
Kənd 
təsərrüfatı 
61, 5 
99 
99 
98 
99, 3 
98, 4 
97, 7 
98, 9 
Ticarət və 
restoranlar 
82, 4 
98, 3 
98, 4 
98, 9 
98, 5 
97, 8 
98, 3 
98, 6 
Nəqliyyat 
4, 6 
62, 6 
63, 6 
60, 3 
36, 7 
42, 1 
42, 1 
63, 5 
Rabitə 
10 
57, 8 
62, 8 
71, 4 
90, 9 
81, 7 
81, 5 
74, 8 
Sosial və sair 
xidmətlər 
24, 1 
78, 8 
84, 2 
59 
52 
47, 7 
32, 7 
32, 7 
*[44, 2007, s. 365] 
 
Cədvəl  4.  2  məlumatlarından  göründüyü  kimi  görülən  tədbirlər  nəticəsində  iqtisadiyyatda  özəl 
bölmənin  payı  durmadan  artır  və  2005-ci  ildə  ÜDM-un  2/3  hissəsi  qeyri-dövlət  sektorunda 
yaradılmışdır. Həmin nisbət 2006-cı ildə artıq 81%, 2007-ci ildə isə 84% təşkil etmişdir.  
Özəl bölmənin xüsusi çəkisi kənd təsərrüfatında, tikintidə, xidmət sahələrində xüsusilə yüksəkdir.  
Sovet dövlətinin 70 il ərzində sıradan çıxardığı iqtisadi sistem Azərbaycanda müstəqillik illərində 
cəmi 15 il ərzində bərpa olundu. Sahibkarlığın cəmiyyətdə rolu xeyli möhkəmlənmişdir və bu təbəqənin 
ictimai həyatda aparıcı rolu hamı tərəfindən qəbul olunur. Bazar münasibətləri insanların öz uğurları, 
öz ziddiyyətləri və çətinlikləri ilə düşüncə tərzində də inqilabi dəyişikliklərə yol açmışdır.  
Ölkəmizdə kiçik biznesin inkişafı cədvəl 4. 2 və 4. 3 məlumatlarından göründüyü kimi mürəkkəb 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə