VəLİyev dünyamali əMİr oğLU



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə46/173
tarix14.04.2018
ölçüsü3,58 Kb.
#38395
1   ...   42   43   44   45   46   47   48   49   ...   173

 
85 
bir  şəraitdə  yüksələn  bir  xətlə  cərəyan  edir.  Müəssisələrin  sayı  qeyri-sabitlik  göstərsə  də,  orada 
işləyənlərin sayı və məhsul buraxılışının həcmi dinamik şəkildə artır.  
C
ə
dv
ə
l 4. 3 
 
Azərbaycanda kiçik müəssisələrin inkişafınıəsas göstəriciləri 
 
 
 
İllər 
Fəaliyyət 
göstərən 
müəssisələrin 
sayı, vahid 
İşləyənlərin 
sayı, 
 nəfər 
cəmi 
Orta  
hesabla  
bir 
müəssisədə 
Orta aylıq 
əmək 
haqqı, 
manat 
Məhsulun 
(işlərin, 
xidmətləri) 
həcmi, 
mln. 
manat
 
1990 
4611 
92186 
20 
22, 4 
0, 06 
1995 
7226 
59406 

7, 7 
56, 9 
1996 
13229 
86708 

7, 5 
126 
1997 
16027 
94847 

7, 2 
194, 1 
1998 
16504 
114893 

10, 2 
241, 1 
1999 
19063 
83756 

30, 1 
278, 2 
2000 
24254 
99778 

33, 9 
434, 4 
2001 
25121 
118714 

33, 6 
433, 1 
2002 
24721 
125804 

52, 6 
724 
2003 
21178 
187521 

56, 4 
1083, 9 
2004 
19462 
135831 

73, 9 
1420, 7 
2005 
14410 
105663 

51, 2 
673, 2 
2006 
12232 
90134 

81, 7 
719, 9 
1990-1998-ci illərdə kooperativlər daxil olmaqla 
 
Azərbaycanın Statistik Göstəriciləri, 2007, s. 112-113. 
 
 
 
 
 
 
 
4. 3. Yeni cəmiyyət quruculuğunun möhkəm iqtisadi təməli - qlobal üfüqlərə doğru 
aparan magistral xətdir. 
 
Köklü iqtisadi islahatlar yeni cəmiyyətin və dövlət quruculuğunun möhkəm zəminini təşkil edən 
iqtisadi bazisi formalaşdırmağa başladı. K. Marksın belə bir müddəası bu gün üçün də əhəmiyyətlidir: 
«Cəmiyyətin  müəyyən  ictimai  şüuruna  uyğun  gələn  hüquqi  və  siyasi  üstqurumu  cəmiyyətin  iqtisadi 
strukturu real bazis üzərində yüksəlir». [268, Q. 1, s. 97] 
«İnformasiya  cəmiyyəti:  iqtisadiyyat,  cəmiyyət  və  mədəniyyət»  adlı  fundamental  əsər  yazmış 
amerikan sosioloqu Manuel Kastels də öz tədqiqatlarını həmin ideya əsasında aparır və göstərir: «Yeni 
dünya ikinci minilliyin sonunda formalaşır. O, 60-cı illərin sonu, 70-ci illərin əvvəllərində üç avtonom 
prosesin  tarixi  qovşağında  yaranmışdır:  1.  informasiya  texnologiyasında  inqilab;  2.  kapitalizm  və 
etatizmin  böhranı  və  onların  sonrakı  restruktizasiyası;  3.  libertarianizm,  insan  hüquqları  uğrunda 
mübarizə,  feminizm,  ətraf  mühitin  qorunması  kimi  mədəni-sosial  hərəkətlərin  çiçəklənməsi.  Həmin 
proseslər  arasında  qarşılıqlı təsir  və  onlardan  doğan  reaksiya yeni dominant  sosial  strukturu,  şəbəkə 
cəmiyyətini,  yeni  qlobal  /  informasiya  iqtisadiyyatını  və  yeni  mədəniyyəti  -  real  virtual  mədəniyyəti 
yaratdı.  Həmin  iqtisadiyyatın,  həmin  cəmiyyətin  və  həmin  mədəniyyətin  əsasında  duran  məntiq, 
həmçinin qarşılıqlı əlaqədə olan ictimai hərəkətlərin və sosial institutların əsasını təşkil edir». [188, s. 
492] 
İnkişaf etmiş müasir iqtisadiyyat, modern iqtisadi bazis cəmiyyətin siyasi və sosial strukturunun 
da  modernləşməsinin  vacib  şərtidir.  Belə  ki,  Adam  Przevorski  demokratiyanın  yaranmasını  sosial-
iqtisadi  şəraitlə  siyasi  şəraitin  kəsişmə  nöqtəsində  görür.  M.Duverqer  və  S.  P.  Huntinqton  kimi 
tanınmış politoloqlar demokratiyanı «varlı millətlərin siyasi sistemi» hesab edirlər. Huntinqtona görə, 
«yoxsulluq  demokratiyanın  ən  əsas  maneəsidir»  və  demokratiyanın  gələcəyi  iqtisadi  inkişafın 
gələcəyindən  asılıdır.  İqtisadi  inkişafın  maneələri  demokratiyanın  yayılmasına  mane  olan  amillərdir. 
Duverqer haqlı olaraq hesab edir ki, demokratiya hər kəs üçün, «xalqın hər qrupu üçün» müstəqillik 
deməkdir.  «Bu  da  məlum  bir  yaşayış  səviyyəsini,  məlum  baza  təhsilini,  məlum  sosial  bərabərliyi  və 
məlum bir siyasi tarazlığı» tələb edir. [73, cild II, s. 583] 


 
86 
Beləliklə, Heydər Əliyevin radikal iqtisadi islahatlar strategiyası, İlham Əliyevin iqtisadi inkşafın 
diversifikasiyası  əsasında  sürətli  iqtisadi  yüksəliş  strategiyası  yeni  cəmiyyət  quruculuğunun 
fundamental əsasıdır. Yüksələn xətlə inkişaf edən iqtisadi bazis cəmiyyətin transformasiyasının əsasını 
təşkil etdi; ölkənin qlobal üfüqlərə doğru inamla addımlaması üçün əsaslı zəmin yaradır.  
Bunlar aşağıdakılardan ibarətdir: 
1.   İqtisadi sabitlik təmin olunmuşdur.  
2.   Ölkənin  təbii  sərvətləri  üzərində  milli  hegemonluq  bərpa  edilmiş  və  həyata  keçirilən  uğurlu 
neft  strategiyası  sayəsində  zəngin  neft  ehtiyatları  geniş  miqyasda  mənimsənilməyə  və  ölkənin 
ehtiyaclarının ödənilməsinə yönəldilməyə başlamışdır.  
3.   Köklü  iqtisadi  islahatlar  nəticəsində  bazar  iqtisadiyyatı  prinsiplərinə  əsaslanan  iqtisadi 
strukturun  formalaşması  istiqamətində  ciddi  addımlar  atılmış,  özəl  bölmə  cəmiyyətin  inkişafının 
aparıcı qüvvəsinə çevrilmişdir.  
4.   Torpağın  kəndlilərə  təmənnasız  verilməsi  nəticəsində  kəndlərdə  yeni  istehsal  münasibətləri 
formalaşmağa başlamışdır.  
5.   Azərbaycan dövlətinin sosial yönümlülüyü ciddi şəkildə artmış, «qara qızılın, insan qızılına» 
çevrilməsi üçün genişmiqyaslı tədbirlər sistemi həyata keçirilməyə başlanmışdır.  
6.   Azərbaycan beynəlxalq münasibətlərin bərabərhüquqlu subyektinə çevrilmişdir.  
    Açıq qapı siyasətinin ardıcıl olaraq tətbiq olunması, xarici iqtisadi əlaqələrin genişləndirilməsi 
ölkənin  beynəlxalq  əmək  bölgüsünün  üstünlüklərindən  səmərəli  istifadə  olunması  üçün  yeni  imkanlar 
yaratmışdır.  
Sürətli iqtisadi inkişafın əsas göstəriciləri: ÜDM-un dinamikası.  
Ölkənin  sosial-iqtisadi  inkişaf  səviyyəsinin  müəyyən  edilməsi  üçün  BMT  göstəricilər  kompleksi 
müəyyən  etmişdir.  Bu  göstəricilərə  aşağıdakılar  daxildir:  sənayeləşmə,  şəhərləşmə,  orta  təbəqənin 
genişliyi,  insan  inkişaf  indekslərinin  dinamikası,  ÜDM,  adambaşına  ÜDM,  yaşayışın  keyfiyyəti, 
iqtisadiyyatda qeyri-mütənasiblik səviyyəsi, təhsil, səhiyyə, rabitə və nəqliyyatın vəziyyəti.  
Bu göstəricilər arasında ÜDM və adambaşına milli gəlir göstəriciləri özünəməxsus yer tutur.  
Heydər  Əliyevin  rəhbərliyi  ilə  Azərbaycan  hökumətinin  həyata  keçirdiyi  radikal  iqtisadi 
islahatlar nəticəsində müstəqilliyin ilk illərində ölkədə dərinləşən dərin sosial-iqtisadi böhranın qarşısı 
tam  alınmış  və  sabit  inkişaf  istiqamətində  dönüş  yaradılmışdır.  2003-cü  ildən  ölkə  dinamik  inkişaf 
mərhələsinə daxil olmuşdur. 
C
ə
dv
ə
l 4. 4 
Ümumdaxili məhsul* 
 
İllə
Cəmi 
Adambaşına 
 
mln. manat 
mln. 
ABŞ 
dolları 
manat 
Dollar 
1990 
1, 5 
2443, 3 
207, 8 
346, 3 
1991 
2, 7 
703, 1 
373, 6 
98, 3 
1992 
24, 1 
1309, 8 
3318, 6 
180, 4 
1993 
157, 1 
1326, 9 
21302 
179, 9 
1994 
1873, 4 
1629, 3 
250568 
217, 9 
1995 
2133, 8 
2415, 2 
282, 1 
319, 3 
1996 
2732, 6 
3190, 8 
357, 5 
416, 1 
1997 
3158, 3 
3960, 7 
409, 2 
513, 2 
1998 
3440, 6 
4446, 4 
441, 5 
570, 6 
1999 
3775, 1 
4583, 7 
480, 1 
582, 9 
2000 
4718, 1 
5272, 8 
595, 1 
665, 1 
2001 
5315, 6 
5707, 7 
665, 2 
714, 3 
2002 
6062, 5 
6235, 9 
752, 9 
774, 4 
2003 
7146, 5 
7276 
880, 8 
896, 8 
2004 
8530, 2 
8680, 4 
1042 
1060, 3 
2005 
12522, 5 
13238, 7 
1513, 9 
1600, 4 
2006 
17735, 8 
19852 
2120, 3 
2373, 3 
2007 
25228, 1 
29399, 9 
2980 
3473, 9 
*[44, 2006, s. 365; 41, 43 2008, s. 60] 
 
1991-1995-ci illər ərzində istehsal olunmuş ÜDM hər il 13-20% azalırdısa, bu azalma 1995-ci ildə 
dayandırılmış və 1996-cı ildə onun fiziki həcm indeksi əvvəlki ilə nisbətən 13% artmış və cədvəl № 3. 3. 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə