VəLİyev dünyamali əMİr oğLU



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə38/173
tarix14.04.2018
ölçüsü3,58 Kb.
#38395
1   ...   34   35   36   37   38   39   40   41   ...   173

 
70 
Ölkədə  mövcud  olan  İnzibati-amirlik  sisteminin  əsaslarının  sarsıdılmasına  da  cəhd  edilmişdir. 
Belə  ki,  qanunun  əsas  bölmələrindən  biri  iqtisadiyyatın  dövlət  tərəfindən  tənzimlənməsi  bölməsidir. 
Burada  ölkənin  təsərrüfat  kompleksinin  bazar  mühitində,  istehlak  malları,  əhaliyə  xidmət,  istehsal 
vasitələri,  kapital,  iş  qüvvəsi,  valyuta  və  qiymətli  kağız  bazarlarının  mövcudluğu  şəraitində  inkişafı 
yolları  müəyyən  edilir.  Bazar  münasibətlərinin  əsasını  əmtəə-pul  münasibətləri,  sərbəst  qiymətqoyma 
və  sahibkarlıq  əsasında  satıcı  ilə  alıcı  arasında  razılaşma  yolu  ilə  formalaşan  müqavilə  və  bazar 
qiymətləri təşkil edir. Sahibkarlar  üçün bərabər iqtisadi şərait yaradılır və bərabər hüquqi təminatlar 
müəyyən edilir. (Maddə 7) 
Dövlət  hakimiyyəti  və  idarəetmə  orqanları  Azərbaycan  Respublikasının  qanunvericiliyində 
xüsusi  nəzərdə  tutulmuş  hallardan  başqa,  dövlət  müəssisələrinin  təsərrüfat  fəaliyyətinə  bilavasitə 
qarışmırlar.  
Həmin  qanunda  nəzərdə  tutulmuşdur  ki,  Azərbaycan  Respublikasında  iqtisadiyyatın  dövlət 
tərəfindən tənzimlənməsi aşağıdakı funksiyaları yerinə yetirir:  
-  istehsal-iqtisadi  potensialdan  istifadənin  ən  səmərəli  üsullarını  müəyyən  edir,  iqtisadiyyatın 
struktur  dəyişikliklərinə  kömək  göstərir,  əsas  bazar  strukturlarını  yaradır,  intellektual  mülkiyyət 
münasibətlərini tənzimləyir; 
-  milli  gəlirdən  istifadə  proporsiyalarını  müəyyən  edir,  iqtisadi  və  sosial  inkişaf,  Azərbaycan 
xalqının  mənəvi  dirçəlişi  proqramlarını  hazırlayır  və  bunların  həyata  keçirilməsinə  kömək  göstərir, 
ayrı-ayrı sahələrin və regionların inkişafı üçün xüsusi fondlar yaradır; 
- başqa dövlətlərlə münasibətlərdə Azərbaycan Respublikasının mənafeyini qoruyur; 
-  Azərbaycan  Respublikasının  milli,  sosial,  iqtisadi,  ekoloji  və  mədəni  mənafeyinə  zidd  olan 
fəaliyyətin qarşısını alır, inhisarların amirliyinə qarşı tədbirlər görür; 
-  ölkənin  əmək  ehtiyatlarından  səmərəli  istifadə  olunmasını,  sağlam  və  təhlükəsiz  əmək  şəraiti 
yaradılmasını təmin edir; 
- vətəndaşların dolanacaq minimumunun təminatlarını, sosial təminat və sığortalama üçün digər 
zəruri hüquqi təminatları həyata keçirir; 
-  əhalinin,  müəssisələrin  və  təşkilatların  təbii  fəlakətlərdən,  istehsal  qəzalarından  və  başqa 
fövqəladə hadisələrdən və vəziyyətlərdən qorunması və bunların nəticələrinin ləğv edilməsi üçün lazımi 
tədbirlər sistemi yaradır. (Maddə 8) 
18 oktyabr 1991-ci ildə Azərbaycanın müstəqilliyinin prinsipləri haqqında Konstitusiya aktının 
qəbulu ölkənin tarixində yeni eranın başlanmasına yol açdı.  
Müstəqillik  yollarının  ilk  addımları  qeyri-adi  bir  şəraitdə  keçir  və  ciddi  imtahanlarla  müşaiyət 
edilirdi.  
Lakin  Akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi: “Bu dövrdə daxili siyasi inkişafın dəqiq 
konsepsiyasının  olmaması,  birqütblü  dünyaya  qovuşmaq  niyyəti  ilə  şərtlənən  xarici  siyasətin  müasir 
reallıqlara uyğun gəlməməsi, siyasətdə, iqtisadiyyatda, cəmiyyət və fərdin həyatının ənənəvi sahələrində 
sovet  irsindən  nümayişkaranə  imtina  edilməsi  -  bütün  bunlar  milli  müstəqilliyin  və  dövlətçiliyin 
möhkəmlənməsinə son dərəcə mənfi təsir göstərirdi”. [76. s. 51] 
1920-ci  ildə  Azərbaycan  Xalq  Cumhuriyyətinin  ləğvindən  sonra  ölkədə  müstəqil  dövlətçilik 
təcrübəsinin  olmaması  da  bu  tarixi  vəzifələrin  yerinə  yetirilməsini  xeyli  çətinləşdirirdi.  Üstəlik  həmin 
hadisələr bir növ qəfildən baş vermişdi və ölkə qısa bir müddət ərzində onları həyata keçirməyə hazır 
deyildi.  
Akademik  Asəf  Nadirovun  qeyd  etdiyi  kimi  Sovetlər  İttifaqı  gözlənilmədən,  birdən-birə  çox 
sürətlə  parçalandı  və  bu  zaman  respublikada  azadlıq  uğrunda  hərəkət  xeyli  güclü  şəkildə  cərəyan 
etməkdə idi. Belə bir şəraitdə suveren dövlətin nə aydın, ardıcıl inkişaf strategiyasına malik mütəşəkkil 
ümumi milli təşkilati qüvvəsi var idi, nə də müstəqil ölkə kimi hadisələrin gedişi prosesində dərhal onun 
necə idarə olunması məsələlərini müəyyən etmək barədə düşünməyə vaxt və imkanı yox idi.  
Obyektiv  səbəblər  ilə  yanaşı  bir  sıra  subyektiv  səbəblər  də  mövcud  idi.  Yüksək  idarəetmə 
aparatına  çoxlu  səriştəsiz  və  məsuliyyətsiz  kadrlar  irəli  çəkilmişdi.  Xalq  cəbhəsinin  hakimiyyəti 
dövründə  iqtisadi  idarəetmə  alətləri  heç  bir  iqtisadi  təhsili  olmayan  Dövlət  katibinin  əlində 
cəmlənmişdi.  İstər  Nazirlər  Kabineti,  istərsə  də  bütün  nazirliklərdə  onun  icazəsi  olmadan  heç  bir 
əhəmiyyətli  qərar  qəbul  edilə  bilməzdi.  Bu,  əslində,  inzibati-amirlik  sisteminin  yeni  variantı  idi.  İş  o 
yerə çatmışdı ki, 28 aprel 1993-cü ildə həmin şəxs Baş nazir təyin edilərkən Prezident yanında mövcud 
olan iqtisadiyyat üzrə müşavirlik postunu və onun təcrübəli aparatını tamamilə ləğv etdirdi. Bununla 
da  o,  iqtisadi  həyatda  özünün  təkbaşına  hakimiyyətini  təmin  etmiş  oldu.  Mütləq  hakimiyyət  isə 
demokratiya  ilə  uzlaşmır  və  müsbət  nəticə  verə  bilməzdi.  Azərbaycanın  nefti  üzərində  nəzarəti  uzun 
illər əlində saxlayan digər bir şəxsin Nazirlər kabinetinə müavin təyin edilməsi isə hər ikisinin iqtisadi 


 
71 
həyatda  hökmranlığını  daha  da  möhkəmləndirdi,  qərarların  qəbulunu  onların  istəyindən  asılı  etdi. 
Müşahidəçilər haqlı olaraq göstərirdilər ki, “hakimiyyətdə olanların bir qismi cürbəcür yollarla, hətta 
ölkənin  var-dövlətini,  yaranmış  çox  güclü  istehsal  potensialını  müxtəlif  vasitələrlə  açıq-aydın  talan 
etməklə  bir  müddət  respublikada  sanki  ümumi  soyğunçuluq  mühiti  və  əhval-ruhiyyəsi  yaradaraq, 
iqtisadiyyatda başlanan böhranın daha da dərinləşməsinin sürətlənməsinə imkan verdilər”. [30, s. 65]  
Azərbaycanın  müstəqil  inkişafına  mane  olan  amillər  arasında  xarici  amillər  özünü  daha 
kəskinliklə göstərirdi. 70 il ərzində xaricdən asılı vəziyyətdə olan Azərbaycan iqtisadiyyatı keçmiş sovet 
respublikaları,  ilk  növbədə  Rusiya  ilə  iqtisadi  əlaqələri  kəsildikdən  sonra  əslində  iflic  vəziyyətinə 
düşməyə  başladı.  Azərbaycanın  müstəqilliyini  istəməyən  qonşu  dövlətlər  tərəfindən  bu  əlaqələr  süni 
sürətdə çətinləşdirilir və bəzən də iqtisadi əlaqələrə açıq-aşkar qadağalar qoyulurdu. Dağlıq Qarabağ 
münaqişəsi birmənalı şəkildə Azərbaycanın müstəqilliyinə qarşı yönəldilmişdir. Müşahidələr göstərir ki, 
Azərbaycan  müstəqillik  yolu  ilə  irəlilədikcə  bu  amillərdən  daha  çox  istifadə  edilməyə  çalışılırdı. 
Təcrübəsiz və balanslaşdırılmayan xarici siyasət bu prosesi daha da dərinləşdirirdi.  
İnzibati-amirlik sisteminin bazar iqtisadiyyatı prinsipləri ilə əvəz olunması da ciddi çətinliklərlə 
müşaiyət olunurdu. Mərkəzi hökümətin hökmranlığının ləğvi yerli idarəetmə sisteminin hökmranlığını 
meydana çıxardı. Bazar infrastrukturunun yaranmadığı bir dövrdə bazara keçid, əsas etibarilə, inzibati 
üsullarla  həyata  keçirilirdi.  Çünki  özəlləşdirilmənin  həyata  keçirilmədiyi  və  dövlət  bölməsinin  xüsusi 
çəkisinin yüksək dərəcədə saxlanıldığı bir şəraitdə İnzibati-amirlik  üsullarının bir  çoxu  öz qüvvəsində 
qalırdı. Maliyyə-kredit mexanizmi də bazar prinsiplərindən çox, inzibati-amirlik üsulları əsasında idarə 
edilirdi.  Bu  dövrdə  öz  həllini  gözləyən  ən  ciddi  sosial-iqtisadi  problemlər  arasında  pul  tədavülü 
sahəsində yaranmış dərin pul böhranı özünü daha kəskin şəkildə göstərirdi. Bu böhranın mühüm tərkib 
elementlərindən biri rublun təzyiqi və dünya iqtisadi ədəbiyyatına «pul aclığı» adı altında daxil olmuş 
nəğd pul çatışmazlığı idi ki, onun da varlığını 1992-ci ilin əvvəlindən hər bir Azərbaycan vətəndaşı öz 
üzərində  hiss  edirdi.  Ona  görə  də  pul  siyasəti  sahəsində  ilk  və  əsas  tədbirlər  kimi  Milli  Bankın 
yaradılması  və  tədavülə  milli  valyutanın  buraxılması  vacib  idi.  Haqlı  olaraq  hesab  edilirdi  ki,  milli 
valyutanın olması respublika hökumətinə müstəqil iqtisadi siyasət yeritmək üçün geniş imkanlar verər, 
onun köməyi ilə respublika iqtisadiyyatı tədricən xarici amillərin mənfi təsirindən azad ola bilər. Milli 
valyuta  formalaşmaqda  olan  daxili  bazarın  «rublun  təzyiqindən»  qorunmasında  etibarlı  vasitə  ola 
bilər,  başqa  respublikadan  gələn  möhtəkirlər  axınının  qarşısına  sədd  çəkər.  Bundan  başqa,  böyük 
ümidlər bəslənilən bazar iqtisadiyyatı iqtisadi ədəbiyyata həm də «pul iqtisadiyyatı» adı altında daxil 
olmuşdur.  Bu  isə  iqtisadi  həyatda  pul  siyasətinin  rolunun  yüksəldilməsini,  yəni  inzibati-amirlik  idarə 
sisteminin doğurduğu passiv pul siyasətinin aktiv pul siyasəti ilə əvəz olunmasını tələb edirdi.  
Bir  sözlə,  pul  tədavülü  sahəsində  istər  respublikadan  kənarda,  istərsə  də  respublika  daxilində 
yaranmış vəziyyət, onun dərin sosial iqtisadi kökləri Azərbaycan dövlətini milli valyutanın buraxılması 
işini  olduqca  qısa  müddətdə  həyata  keçirməyə  məcbur  edirdi.  Bu  zaman  məlumdur  ki,  hər  hansı  bir 
dövlətin  beynəlxalq  aləmdə  və  ölkə  daxilində nüfuzu  ciddi  sürətdə  həmin  dövlətin tədavülə  buraxdığı 
pul  sənədlərinin  etibarlılığı  dərəcəsindən  asılıdır.  Ona  görə  də  milli  müstəqilliyin  mühüm 
atributlarından biri və hər hansı bir dövlətin iqtisadi gücünün ifadəsi olan milli valyutanın buraxılması 
sırf maliyyə məsələsi kimi deyil, böyük əhəmiyyətli ictimai-siyasi hadisə idi. O, müstəqil iqtisadiyyatın 
formalaşması mənafeyini sovet rublunun tədavüldən çıxarılmasını və mümkün qədər tez bir zamanda 
milli valyuta buraxılmasını nə dərəcədə zəruri edirsə, eyni dərəcədə də tələb edirdi ki, valyuta yüksək 
dərəcədə etibarlı olsun. Bütün bunlar isə səmərəli pul-kredit və büdcə siyasətinin həyata keçirilməsini 
tələb edirdi.  
Struktur islahatları dövlət bölməsinin inhisarçı vəziyyətinin aradan qaldırılmasını, özəl bölmənin 
yaradılmasını, möhkəmləndirilməsini və inkişafı üçün əlverişli şərait yaradılmasını tələb edirdi. 1991-ci 
ilin  iyun  ayında  xüsusi  mülkiyyət  haqqında  qanun  qəbul  edildi.  1992-ci  ilin  əvvəllərindən  qiymətlər 
liberallaşdırılmağa başlamışdı. Həmin ilin yanvar ayında əlavə dəyər vergisi tətbiq edildi, aprel ayında 
xarici kapital haqqında qanun, avqust ayında isə Milli bank haqqında qanun qüvvəyə mindi və milli 
valyuta tədavülə buraxıldı. 1993-1994-cü illərdə siyasi qeyri-sabitlik iqtisadi islahatların gedişini əslində 
dayandırmışdı və qanunlar kağız üzərində mövcud idi.  
İstehsal  sahəsində  fəaliyyət  göstərən  müəssisələrdə  islahatlar  öz  həllini  gözləyirdi.  Özəlləşdirmə 
haqqında  qanun  1993-cü  ildə  qəbul  edildi.  Sənayedə  özəlləşdirmə  gecikirdi.  Mərkəzdən  planlaşdırma 
sistemi  ləğv  olunsa  da,  strateji  məhsullar  üzərində  dövlət  sifarişi  və  onların  qiymətlərinin  dövlət 
tərəfindən  tənzimlənməsi  sistemi  qalmaqda  davam  edirdi;  mərkəzləşdirilmiş  valyuta  fondu 
yaradılmışdır; müəssisələr strateji əhəmiyyətli məhsullarından əldə etdikləri gəlirləri dövlətin müəyyən 
etdiyi  məzənnə  ilə  həmin  fonda  əvəzsiz  ödəyirdilər  ki,  bu  da  onları  həmin  məhsulların  istehsalını 
artırmağa  maraqlandırmırdı;  iri  dövlət  müəssisələrinin  kiçildilməsi  zəif  aparılırdı  və  antiinhisar 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə