VəLİyev dünyamali əMİr oğLU



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə34/173
tarix14.04.2018
ölçüsü3,58 Kb.
#38395
1   ...   30   31   32   33   34   35   36   37   ...   173

 
62 
zamanda,  beynəlxalq  əmək  bölgüsü  sistemində  ixtisaslaşmanı  dəyişmiş,  beynəlxalq  səviyyədə  yeni 
istehsal  strukturlarının  formalaşması  prosesinə  inteqrasiya  etməyə  başlamışlar.  Onların  sənaye 
cəhətdən  inkişafının  əsas  təmayülü  beynəlxalq  əmək  bölgüsü  sistemində  baş  verən  dəyişikliklərə 
uyğunlaşma prosesidir. Onların inkişafına Sakit okean regionunda, ilk növbədə onun iki mərkəzi ABŞ 
və Yaponiyada gedən proseslərin təsiri kifayət qədər yüksək olmuşdur.  
   Elmi-texniki  tərəqqinin  sürətlənməsi  və  istehsalda  elmin  rolunun  artması,  əmək 
məhsuldarlığının  kəskin  şəkildə  yüksəlməsinə,  yeni  tipli  texnologiyaya  keçilməsini  şərtləndirdi, 
istehsalın  strukturunun  keyfiyyətə  dəyişməsinə  səbəb  oldu.  Bunun  əsas  təzahürü  istehsal  və  istehlak 
təyinatlı  yeni məhsulların  və  yeni  sahələrin  yaranmasında  özünü göstərdi. Onlara olan  tələbin  sürətlə 
artması ictimai istehsalın strukturunda xidmət sahələrinin xüsusi çəkisinin çoxalması və müvafiq olaraq 
digər sahələrin, o cümlədən emaledici sənayenin xüsusi çəkisinin azalması və sonuncunun keyfiyyətcə 
yenidən qurulması ilə nəticələndi. İstehsalın optimallaşdırılması, onun tərkibində elmtutumlu, material 
və resurslara qənaət edən sahələrin xüsusi çəkisinin çoxalması bu ölkələrdən ixracat axının kəmiyyət və 
keyfiyyətcə  artırılmasına  gətirib  çixardı.  TMŞ-lər  həmin  proseslərin  fəal  iştirakçıları  idi.  Onların 
fəaliyyəti beynəlxalq maliyyə-kredit təşkilatları tərəfindən təşviq edilirdi. Təsadüfi deyildir ki, Cənub-
Şərqi  Asiya  ölkələrinin  qlobal  əmək  bölgüsü  sisteminə  yüksək  dərəcədə  inteqrasiya  etməsində,  məhz 
TMŞ-in rolu olduqca yüksəkdir. Daxili və xarici kapital qoyuluşlarının ciddi sürətdə artırılması YSÖ-
nin iqtisadi dinamizminin əsasını təşkil edir. Təcrübədə YSÖ-nin iki modeli mövcuddur: birinci model, 
milli iqtisadiyyatın, əsas etibarilə, xarici bazarlara, ixracata istiqamətlənməsinə, ikinci model isə idxalın 
əvəzolunması siyasətinə əsaslanır. İkinci modeldən ən çox latın Amerikası ölkələri istifadə etmişlər.  
Türkiyədə  beynəlxalq  iqtisadi  inteqrasiya  proseslərinin  maliyyə-kredit  mexanizmi  vasitəsilə 
intensivləşdirilməsi təcrübəsinin də öyrənilməsi vacibdir.  
T.Özal  dövründə  ixracatın  təşviq  olunması  sahəsində  həyata  keçirilmiş  və  olduqca  müsbət 
nəticələr vermiş tədbirlər sistemi keçid iqtisadiyyatı ölkələri üçün örnək ola bilər.  
Bu tədbirləri dörd qrupa bölmək olar: [307, s. 103] 
–  ixracat  miqdarı  və  ya  məbləğindən  asılı  olaraq  birbaşa  subsidiyalar  vasitəsilə  təşviqlər: 
məhsullar  ixrac  olunarkən  ödənilmiş  daxili  vergilərin  geri  qaytarılması,  dəstəkləmə  və  qiyməti 
sabitləşdirmə fondu üzrə verilən subsidiyalar
– ucuz maliyyə mənbəyinin təmin edilməsi yolu ilə təşviq (ucuz ixracat diskont krediti); 
– vergi üstünlüyü verilməsi yolu ilə ixracatçıların təşviqi (bu bir çox vergilər üzrə təşviq edilirdi); 
[Bu halda bax: 143, 142]; 
–  digər  dolayı  imkanlar  yaradan  və  üstünlük  verən  təşviqlər  (ixracat  məhsulları  istehsal  etmək 
üçün  mal  idxalında  gömrük  istisnaları,  idxalat  üçün  valyuta  toplanması,  valyutaların  ölkə  xaricində 
saxlanılmasına icazə verilməsi və s. ) 
Bu  tədbirlər  arasında  məhsul  ixrac  edilərkən  daxildə  ödənilmiş  vergilərin  geri  qaytarılması 
sistemi  xüsusən  təsirli  idi.  İxracatın  yarısına  qədəri  bu  sistemdən  faydalanırdı.  1980-1990-cı  illərdə 
ixracatçılara bu yol ilə 4, 3 mlrd. dollar məbləğində vergi geri qaytarılmışdır [307, s. 104].  
İnflyasiyaya qarşı mübarizə tədbirlərinin həyata keçirilməsində qəribə bir təzad özünü göstərirdi. 
Bir tərəfdən, mövcud izafi tələbi məhdudlaşdırmaq, digər tərəfdən isə büdcə kəsirlərini «adi» (inflyasiya 
yaratmayan) mənbələr hesabına ödəmək üçün vergi gəlirlərinin artırılması istər-istəməz işgüzar fəallığın 
müəyyən  dərəcədə  sönməsi  ilə  nəticələnir.  Həyata  keçirilən  iqtisadi  strategiyanın  məntiqi  isə  əks 
vəziyyəti - işgüzar fəaliyyətin ciddi olaraq canlandırılmasını tələb edirdi.  
T.Özal  ona  görə  də,  özünün  iqtisadi  siyasətində  pul-dəyər  amillərindən  ölkədə  işgüzar  fəallığı 
canlandırmaq  üçün  geniş  istifadə  etməyə  başladı.  Məsələn,  vergi  mexanizmində  ciddi  güzəştlərdən 
istifadə  edilərək  təşəbbüsçülər  təşviq  edilir,  onların  investisiya  fəaliyyəti  istiqamətləndirilməyə 
çalışılırdı.  Xalq  təsərrüfatının  inkişafı  üçün  birinci  dərəcəli  əhəmiyyət  kəsb  edən  sahələrin  inkişafı, 
sosial-iqtisadi tərəqqi baxımından geri qalmış Şərq regionlarının canlandırılmasına cəlb etmək üçün də 
təşəbbüsçülərə  böyük  güzəştlər  nəzərdə  tutulurdu.  Ölkədə  «əsas»  vergi  olan  gəlir  vergisinin  yüksək 
həddi  1985-ci  ildə  63  faizə  (1963-cü  ildə  68  və  1981-ci  ildə  75  faizdən)  endirildi.  Xəzinənin  maliyyə 
ehtiyaclarını ödəmək üçün nəzərdə tutulmuş ən aşağı həddi 10 faizdən 25 faizə qaldırıldı. Son nəticədə 
milli gəlirdə vergilərin xüsusi çəkisi 80-ci illər boyu 20-23 faiz səviyyəsində qalmışdır.  
T.Özalın  iqtisadi  siyasəti  xarici  kapitala  münasibətdə  qarşılıqlı  mənfəət  balansını  əsas  tutur, 
xarici mənbələrdən geniş miqyasda faydalanmağa yönəldilir. Əcnəbi kapital qoyuluşlarını hər vasitə ilə 
təşviq edir.  
Açıq  qapı  siyasəti  çərçivəsində  Türkiyədə  80-ci  illərdə  istehsal  edilən  malların  ixracını 
sürətləndirmək üçün birbaşa maliyyə dəstəyi mexanizmindən də geniş istifadə edildi. Müəyyən edilmiş 
malların ixracında mükafat sistemi tətbiq edilməyə başlandı. Bu sistemdən yararlanan ixrac mallarının 


 
63 
vahidinə və ya fiziki həcminə görə (1 ton ixracat üçün 1-100 dollar arasında) mükafat verilirdi. Bu sis-
tem  türk  mallarının  xarici  bazarlarda  rəqabət  gücünü  artırmaq  məqsədini  güdürdü.  Həmin  sistem 
təxminən 120 məhsul növünə şamil edilmişdir. Ödəmə məbləğləri 1987-ci ildə 19, 5 mlrd. türk lirəsindən 
1990-cı ildə 1290 mlrd. lirəyə çatmışdır.  
İxracatın  təşviqində  kredit  mexanizmi  təsirli  bir  vasitəyə  çevrildi.  İnflyasiya  ilə  monetarist 
mübarizə  üsulu  kimi  sərt  pul-kredit  siyasətinin  həyata  keçirilməsi  kredit  faizlərinin  ciddi  sürətdə 
yüksəlməsinə  gətirib  çıxarmışdır.  Belə  bir  şəraitdə  «kredit  subsidiyaları»  adını  daşıyan  mexanizm 
ixracatın  təşviq  olunmasında  təsirli  bir  vasitə  kimi  istifadə  edildi.  Subsidiyalar  xəzinə  və  qismən  də 
mərkəzi kanalları vasitəsilə ödənilirdi. Bunlar aşağıdakılardan ibarət idi: 
- ixracatçılara aşağı faizlə «ixracata hazırlıq» kreditləri; 
-  ixrac  malları  gömrükdən  çıxdıqdan  sonra  onların  pula  çevrilməsinə  imkan  verən  «vəsiqəli 
sənəd» kreditləri; 
-  tütünün  istehsalçıdan  alınaraq  emal  edilməsi  və  ixracata  hazır  hala  gətirilməsi  üçün  tütün 
ixracatçılarına banklar vasitəsilə Mərkəzi Bank mənbələrindən «tütünü» maliyyələşdirmə kreditləri; 
-  ixracatçılara  möhkəm  valyuta  ilə  ixrac  edilməsi  öhdəliyi  altında  banklar  vasitəsilə  «ixracat 
diskont kreditləri»; 
-  xaricdə  podrat  tikinti  xidmətləri  göstərənlərə  bu  xidmət  müqabilində  valyuta  təmin  etmək 
məqsədilə «xaricdə podrat tikinti xidmətləri diskont» krediti; 
- ildə 100 milyon dollardan çox məhsul ixrac edən xarici ticarət sərmayə şirkətlərinə «özəl ixracat 
diskont krediti»; 
Bunlardan  başqa  ixracatı  təşviq  proqramı  çərçivəsində  ixrac  olunan  mallardan  əldə  edilən 
valyutanın hökmən ölkəyə qaytarılması məcburiyyəti də ləğv edildi.  
Turkiyənin dünya bazarlarında rəqabət gücünün artırılmasının yalnız iri ixracat şirkətləri vasitəsi 
ilə  mümkün olduğu  nəzərə  alınaraq, xarici  ticarət şirkətlərinin  möhkəmləndirilməsi  dövlət  siyasətinin 
mühüm istiqamətlərindən birinə çevrildi.  
Dövlət  siyasətinin  aparıcı  istiqamətinə  çevrilmiş  açıq  qapı  siyasəti  1990-cı  ildən  sonra  da 
dönmədən  həyata  keçirilmiş  beynəlxalq  inteqrasiya  proseslərinin  sürətləndirilməsi  yolunda  ciddi 
addımlar atılmışdır.  
Sovet  imperiyası  1990-cı  ildə  süqut  etdikdən  sonra,  Türkiyə  keçmiş  sosialist  bloku  ölkələri  ilə 
iqtisadi əlaqələri hər vasitə ilə genişləndirilməyə başlamışdır.  
Xarici  ticarətin  liberallaşdırılması  mexanizmi  təkmilləşdirilmiş,  ÜTT-nın  yaradıcısı  olan  və 
beynəlxalq ticarətə yeni normalar gətirən uruqvay Round Nihai Sazişinə imza atmışdır.  
Avropa  Birliyinə  daxil  olmaq  üçün  qarşıya  çıxan  hər  cür  maneələrin  dəf  edilməsi  və  2002-ci  il 
Kopenhagen zirvəsində qoyulan tələblərin yerinə yetirilməsi yolunda qətiyyətli və tarixi addımlar atır. 
İstər  ÜTT-nın,  istərsə  də  AB-nin  şərtləri  daxilində  xarici  ticarət  rejimi  köklü  sürətdə  yenidən 
qurulmuşdur. 
1980-1990-cı  illərdə  ixracatın  təşviqi  sahəsində  həyata  keçirilmiş  geniş  miqyaslı  tədbirlərdə 
radikal dəyişikliklər aparılmışdır; beynəlxalq normalara uyğun olaraq daxildə və xaricdə İşləmə Rejimi 
təsdiq edilmiş, 1995-ci ildən sonra yeni dövlət yardımları tətbiq edilməyə başlanmışdır.  
İxracat  üçün  böyük  əhəmiyyət  kəsb  edən  nəqliyyat,  rabitə  və  digər  infrastruktura  sahələrinə 
investisiya  qoyuluşları  artırılmış;  ixracat  nüfuzlu  məşğuliyyət  sahəsinə  çevrilmişdir.  İxracat  sahəsində 
mövcud  olan  bürokratik  əngəllər  qətiyyətlə  ləğv  olunmaqla  davam  etmişdir;  valyuta  nəzarəti 
təkmilləşdirilmiş,  hər  növ  valyuta  idxalı  tam  sərbəstləşdirilmişdir.  1990-cı  ildə  qəbul  edilmiş  qərarla 
Türk lirəsinin dönərliliyi artırılmış sonralar isə milli valyuta ilə idxal və ixrac sərbəstləşdirilmişdir; 
80-ci  illərdə  irimiqyaslı  «xarici  ticarət  şirkətləri»  təşviq  edilmişdir.  Bu  iş  90-cı  illərdə  daha  da 
genişləndirilmiş, xırda və orta şirkətlərin ixracat sahəsində qüvvələrinin birləşdirilməsi istiqamətində də 
aparılmışdır; 
İxracatçı  firmalar  sərbəst  ixracat  apara  bildikdən  sonra  80-cı  illərdə  onlara  edilən  birbaşa 
maliyyə dəstəyi dayandırılmış və ixracat kredit və sığorta mexanizmi vasitəsilə təşviq edilmişdir.  
Açıq qapı siyasəti çərçivəsində aparılan islahatlar mərkəzdən idarəçilik sistemi getdikcə daha çox 
bazar mexanizmi vasitəsilə əvəz olunmağa başladı. 1981-ci ildə kapital bazarı haqqında Qanun qəbul 
edildi. Qanunun  əsas məqsədi yığımın daha çox qiymətli kağızlara qoyulmasını təmin etmək yolu ilə 
xalqın  iqtisadi  inkişafda  iştirakına  şərait  yaratmaq  idi.  Bir  az  sonra  Türkiyənin  kapital  bazarında 
tənzimləyici  və  nəzarətedici  bir  orqan  yaradıldı.  1986-cı  ildə  isə  İstanbul  Qiymətli  Kağızlar  Birjası 
(İQKB)  işə  başladı  və  ölkənin  iqtisadi  inkişafında  mühüm  rol  oynadı.  Birjanın  rolunun  artmasında 
vergilərin sadələşdirilməsi, xarici investorların kapital bazarında iştirakının sərbəstləşdirilməsi mühüm 
rol oynadı. Həmin birjada 4 bazar fəaliyyət göstərir. Bunlara daxildir: pay sənədləri bazarı, istiqraz və 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə