VəLİyev dünyamali əMİr oğLU



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə33/173
tarix14.04.2018
ölçüsü3,58 Kb.
#38395
1   ...   29   30   31   32   33   34   35   36   ...   173

 
60 
müsbət  iqtisadi  təcrübəsindən  bu  dəyərlərə  uyğun  sürətdə  maksimum  istifadə  edilməsi  və  iqtisadi 
potensialın,  ilk  növbədə,  daxili  bazarın  tələblərinin  ödənilməsinə  yönəldilməsi  təşkil  edirdi.  İstehsal 
imkanlarının  daxili  bazarın  ehtiyaclarına  istiqamətləndirilməsi  isə  bu  bazarın  formalaşdırılması  və 
əhalinin  alıcılıq  qabiliyyətinin  yüksəldilməsi  üçün  əmək  haqqının  ciddi  olaraq  artırılmasını  zəruri 
etmişdir.  
Dünya  bazarı  ilə  iqtisadi  inteqrasiya  strategiyası  müəyyənləşdirilərkən  dünyada  iqtisadi 
proseslərin  inkişaf  təmayüllərinin  müasir  xüsusiyyətləri  diqqətlə  öyrənilib  nəzərə  alınmalıdır.  Məlum 
olduğu  kimi,  elmi-texniki  tərəqqi  inkişaf  edib  dərinləşdikcə  Qərbdə  istehsalın  təmərküzləşməsi  və 
mərkəzləşdirilməsi, kapitalın inhisarlaşması öz yüksək həddinə çatmışdır. Dünya iqtisadiyyatı üzərində 
nəzarət  nəhəng  Transmilli  şirkətlərin  əlində  cəmlənmişdir.  Beynəlxalq  iqtisadi  əlaqələrdə  də  onlar 
həlledici rol oynayır. Respublikamızda özəlləşdirmə siyasəti ardıcıl olaraq keçirildiyi bir şəraitdə dünya 
iqtisadiyyatının göstərilən cəhəti nəzərə alınmalıdır. Heç kəs üçün sirr deyildir ki, respublikamızda iri 
kapital  yığımının  həyata  keçmədiyi  bir  şəraitdə  təsərrüfat  obyektlərinin  həddən  artıq  "xırdalanması" 
TMŞ-lərin ölkəmizdə şəriksiz hökmranlığına gətirib çıxara bilər. Ona görə də respublikamızda vaxtilə 
sahə  prinsipi  üzrə  yaradılmış  şirkətlərin  özəlləşdirmə  prosesində  "xırdalanmasına" yol  vermək olmaz. 
Bu baxımdan bankların birləşdirilərək BUS Bankın yaradılması özünü doğruldur.  
Ümumiyyətlə, istər daxili, istərsə də beynəlxalq iqtisadi problemlərin həllində milli kapitalın milli 
sahibkarlığın  formalaşması  və  inkişaf  etdirilməsi  respublikanın  strateji  məqsədlərindən  biri  hesab 
edilir.  Yalnız  bir  tarixi  faktı  yada  salmaq  kifayət  edər  ki,  XIX  əsrin  axırları,  XX  əsrin  əvvəllərində 
ölkəmizdə  tikilən  iqtisadi  və  digər  obyektlərin  böyük  əksəriyyəti  milli  kapital  tərəfindən  həyata 
keçirilmişdir.  
Təsərrüfat həyatının beynəlmiləlləşməsi və respublikamızda ardıcıl olaraq "açıq qapı" siyasətinin 
həyata  keçirilməsi  istər  xaricdə,  istərsə  də  ölkə  daxilində  məhsulların  yüksək  rəqabətqabiliyyətli 
olmasını  tələb  edir.  Respublika  daxilində,  demək  olar  ki,  artıq  bütün  məhsul  növləri  üzrə,  yerli  və 
əcnəbi  məhsullar  üzrə  yüksək  rəqabət  gedir.  Yerli  istehsalçılara  istehsalı  təşkil  etmək  və  onu  inkişaf 
etdirmək  sahəsində  tədbirlər  sistemi  həyata  keçirilir.  İdxalata  tarif  və  qeyri-tarif  tənzimləmələri 
vasitəsilə daha çox məhdudlaşdırıla bilər. Lakin bu, uzun müddət davam edə bilməz və bu tədbirdən 
beynəlxalq müqavilələrə uyğun olaraq artıq geniş istifadə etmək mümkün deyildir.  
Ona görə də, yerli istehsalın dirçəldilməsi üçün emal olunan məhsulların keyfiyyətinin və müvafiq 
olaraq  onların  rəqabət  qabiliyyətinin  yüksəldilməsi  ölkə  iqtisadiyyatının  strateji  məqsədlərindəndir. 
Daxili bazar da, xarici bazar da bunu tələb edir.  
Beynəlxalq əmək bölgüsünün üstünlüklərindən səmərəli istifadə etməklə iqtisadi tərəqqinin təmin 
edilməsi əhəmiyyətli dərəcədə idxal və ixracın strukturundan asılıdır. Məhz bu cəhət ölkəmizin iqtisadi 
inteqrasiyasının dünya birliyi ilə bərabər hüquqlu və qarşılıqlı fayda prisnipi əsasında aparıldığını və ya 
onun  dünya  bazarının  xammal  əlavəsinə  çevrilmiş  olub-olmadığını  müəyyən  edir.  İxrac  potensialının 
hərtərəfli inkişaf etdirilməsi, onun  çoxçeşidliliyinin artırılması, istehsalın hazır məhsul emalına doğru 
istiqamətləndirilməsi, satışa çıxarılan malların əmtəə görkəminin yaxşılaşdırılması ölkəmizə lazım olan 
valyuta  ehtiyatlarının  yaradılması  üçün  həlledici  əhəmiyyət  kəsb  edir.  Bu  məqsədlə  xarici  ticarətdə 
liberallaşma siyasətinin ardıcıl yeridilməsi və təsərrüfat obyektlərinin bilavasitə xaricə çıxmasını təmin 
edilməsi olduqca vacibdir.  
Qlobal proseslərə səmərəli şəkildə inteqrasiya olunmasında Çin təcrübəsi çox əhəmiyyətlidir. Son 
30  ildən  artıq  bir  dövrdə  Çin  iqtisadiyyatı  yüksələn  xətlə  tərəqqi  edir.  Bu  dövr  Çinin  xarici  dünyaya 
açılması  dövrü  kimi  xarakterizə  edilir.  Bu  müddət  ərzində  Çinin  universallaşması  və  qloballaşması 
sürətlə  genişlənmişdir.  Bu  genişlənmə  prosesində  ənənəvilik  və  bəşəri  universallığın  (qloballaşmanın) 
optimal sintezi mühüm rol oynamışdır. Təsadüfi deyildir ki, Çin bir çox baxımdan dünya təsərrüfatının 
dinamik  inkişaf  edən  liderləri  sırasına  daxil  olmuş  və  iqtisadi  qloballaşmanın  ən  uğurlu 
iştirakçılarından biri hesab edilir [96, s. 70-71].  
Çin iqtisadi möcüzəsinin mahiyyəti və əsas istiqamətləri Akademik Ziyad Səmədzadənin «Dünya 
iqtisadiyyatı.  Çin  iqtisadi  möcüzəsi»  (Bakı,  2001)  adlı  monoqrafiyasında  hər  tərəfli  şərh  edilmişdir. 
Araşdırmalar göstərir ki, Çin sənayesi, elm və texnikasının nailiyyətləri onun qlobal proseslərə uğurlu 
inteqrasiyasının  vacib  şərtidir.  Bununla  yanaşı,  ölkə  sivilizasiyasının  nailiyyətləri  bir  çox  baxımdan 
aqrar  bölmə  ilə  əlaqədardır.  Amerika  sosioloqu  R.  Merfinin  göstərdiyi  kimi  Çində  şəhər  və  kənd 
dünyası arasında «Qərbdə formalaşmış olduğu kimi dərin fərq yoxdur… orada kənd ənənə və dəyərləri 
ləkələnməyibdir, əksinə şəhərlilərin çoxu kəndlər üçün darıxır və qocalığını qayıdıb orada keçirirlər». 
[96, s. 73] 
Çin islahatlarının mahiyyəti ondan ibarətdir ki, iqtisadi struktur unifikasiya edilərək vahid şəkilə 
salınmamışdır. Çin dövləti ictimai kollektiv mülkiyyətlə yanaşı, yeni təsərrüfat formalarını (fərdi, ailə, 


 
61 
özəl, qarışıq təsərrüfatları) stimullaşdıraraq, ukladlar, siniflər və təbəqələr, müxtəlif regionlar, maraqlar 
qrupu  arasında  münasibətlərdə  arbitr  və  tənzimləyici  funksiyasını  öz  üzərinə  götürmüşdür.  Onun 
mühüm  funksiyalarından  biri  də,  ənənəvi  və  müasir  «iki  sivilizasiyanın»  sintezini  təmin  etməkdir. 
Köhnə dəyərlərdən, tarixi təcrübədən maksimum istifadə edilməsi müasir Çin sivilizasiyasının mühüm 
fərqləndirici cəhətlərindən biridir. Lakin mütəxəssislərin fikrinə görə, ənənəvilik və müasirlik müqayisə 
edildikdə, ənənəviliklə sintez edilmiş müasirliyin aparıcı xətt təşkil etdiyi məlum olur. [96, s. 72] 
Çinin informasiya erasına adaptasiyasını kompyuterləşmə çox asanlaşdırır. Çin mədəniyyəti üçün 
ənənəvi olan biliyə yiyələnmə ənənəsi kompyuter kimi yeni alət əldə etmişdir. Ölkə çox yüksək səviyyəli 
informasiya - analitik bazaya malikdir, kütləvi şəkildə tərcümə işləri aparılır.  
Çinin inkişaf mexanizmində xarici dünya ilə bütöv qarşılıqlı əlaqə sistemi yaradılmışdır. Bu ölkə 
adətən  regional  derjava  adlandırılır.  Onun  siyasətində  regionallaşma  qloballaşmaya  nisbətən  açıq-
aşkar üstünlük təşkil edir. Çin rəhbərliyi coğrafi cəhətdən uzaq ölkələrdən çox, yaxın qonşularına daha 
böyük əhəmiyyət verir.  
ÜTT və Çin təcrübəsi. ÇXR-nin ÜTT-na daxil olması prosesi 15 il davam etmişdir. Bu müddət 
ərzində milli qanunvericilik həmin təşkilatın çox saylı qaydalarına uyğunlaşdırılmışdır. QATT ÜTT-na 
çevrildikdən  sonra  danışıqlar  xarici  şirkətlərin  xidmət  (maliyyə,  bank,  sığorta,  distrübitor  fəaliyyəti, 
informasiya  texnologiyası,  nəqliyyat  xidməti  və  s.  )  sahəsində  fəaliyyətinin  liberallaşdırılmasını  da 
əhatə  etmişdir.  Çin  qarşısında  milli  maraqların  ÜTT-nin  və  ayrı-ayrı  iştirakçı  ölkələrin  tələbləri  ilə 
uyğunlaşdırılması  kimi  taleyüklü  məsələ  dururdu.  Çoxsaylı  danışıqlardan,  ikitərəfli  və  çoxtərəfli 
razılaşmalardan  sonra  ÇXR-ı  2001-ci  ilin  noyabrından  ÜTT-nın  tam  hüquqlu  üzvü  qəbul  edildi.  Bu 
zaman ÇXR ona müvafiq üstünlüklər verən «inkişaf etməkdə olan ölkə statusu» almağa müvəffəq oldu. 
Bu, ona imkan verir ki, xarici iqtisadi fəaliyyəti mərhələ-mərhələ liberallaşdırsın, milli qanunvericiliyin 
ÜTT-nin  tələblərinə  uyğunlaşdırılmasında  vaxt  qazansın,  iqtisadiyyatın  dövlət  tərəfindən 
tənzimlənməsində, subsidiyalar verilməsində müəyyən güzəştlər əldə etsin.  
ÇXR  hakimiyyətin  və  əhalinin  ÜTT-nin  prinsip  və  vəzifələri  haqqında  geniş  məlumatlar 
almasına  şərait  yaradır.  KİV-lər  onun  fəaliyyətini  daim  geniş  işıqlandırır.  Minlərlə  hüquqşünas  və 
iqtisadçılar  ÜTT-nın  qaydaları  və  proseduraları  üzrə  xüsusi  hazırlıq  keçirlər.  Çin  tərəfi  ÜTT-ı 
qarşısında  öz  üzərinə  götürdüyü  öhdəlikləri  yerinə  yetirməklə  həmin  təşkilatın  verdiyi  hüquq  və 
üstünlüklərdən  geniş istifadə  etməyə çalışır.  Əsas  diqqət  Çin malları  üçün yeni  bazarların  açılmasına, 
Çin  mallarının  ixracının  genişləndirilməsinə  və  keyfiyyətinin  artırılmasına  yönəldilir.  Xarici  kapitalın 
cəlb  edilməsi  sahəsində  əsas  diqqət  həmin  kapitalın  strukturunun  optimallaşdırılmasına  (qabaqcıl 
texnologiya axınının artırılmasına) verilir. [326, 2003, №6, s. 14-22] 
Qloballaşmanın verdiyi üstünlüklərdən uğurla istifadə olunmasında Cənubi-Şərqi Asiyanın Yeni 
sənaye ölkələrinin (YSÖ) təcrübəsi keçid iqtisadiyyatı ölkələri üçün əhəmiyyətlidir. Qloballaşma İEOÖ-
in ümumi strukturunda da köklü dəyişikliklərə yol açdı. YSÖ həmin qrup ölkələrini tərkibindən bir çox 
parametrlərə görə ayrılaraq, İEÖ-lər qrupuna yaxınlaşdılar. Bir sıra cəhətlər YSÖ-ni həm İEOÖ-dən, 
həm  də  İEÖ-dən  əhəmiyyətli  dərəcədə  fərqləndirir.  Bu  xarakterik  xüsusiyyətlər  yenisənayeləşmə 
modelinin  yarandığını  söyləməyə  imkan  verir,  həm  iqtisadiyyatın  daxili  dinamikası,  həm  də  xarici 
iqtisadi fəaliyyət baxımından həmin  ölkələrin təcrübəsi Üçüncü dünya  ölkələrində bir nümunə rolunu 
oynayır.  YSÖ  qrupuna  daxil  edilmək  üçün  BMT-nin  müəyyən  etdiyi  metodikaya  əsasən  aşağıdakı 
meyarlar əsas götürülür: 
1. adambaşına ÜDM-un miqdarı; 
2. onun orta illik sürəti
3. ÜDM-da emaledici sənayenin xüsusi çəkisi 20%-dən az olmamalıdır; 
4. sənaye məhsullarının ixracına həcmi və ümumi ixracatda xüsusi çəkisi
5. xaricə birbaşa kapital qoyuluşlarının həcmi [124, s. 306]. 
Həmin göstəricilərə görə YSÖ İEOÖ qrupundan yüksəkdə durur. XX əsrin 70-80-cı illərində bu 
ölkələrdə  sənayenin  köklü  sürətdə  yenidənqurulması  nəticəsində  onun  məhsuldar  qüvvələrinin 
formalaşması  və  inkişafı  iqtisadi  tərəqqinin  dinamikasını  əhəmiyyətli  dərəcədə  sürətləndirmiş,  yığım 
kütləsi və  normasının  artırılmasına,  investisiyaların  və  məşğulluğun  strukturunun transformasiyasına 
səbəb olmuşdur. Resurs-xammal və inventisiya bazasının məhdudluğu və qloballaşmanın genişləndiyi 
bir  şəraitdə  həmin  ölkələr  iqtisadi  inkişafın  xarici  ticarət  və  maliyyə  aspektlərinə  xüsusi  əhəmiyyət 
verməyə  başladılar.  İxracat  potensialarının  genişləndirilməsi  iqtisadi  inkişaf  strategiyasının  aparıcı 
xəttini  təşkil  etdi.  Nəticədə  Cənub-Şərqi  Asiya  ölkələrinin  ümumdünya  təsarrüfat  əlaqələrində  rolu 
durmadan artır, həmin ölkələr beynəlxalq təsarrüfat subyektləri üçün intensiv sənaye, ticarət, texnoloji 
və valyuta-maliyyə fəaliyyəti üçün əlverişli zonaya çevrilmişdir. Həmin ölkələr qısa tarixi dövr ərzində, 
yalnız  özlərinin  sənaye  məhsulları  üzrə  ixracatını  durmadan  artırmaqla  kifayətlənməmiş,  eyni 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə