Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə17/137
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47444
1   ...   13   14   15   16   17   18   19   20   ...   137

35 
 
İlkin kompleks terminini ilk dəfə Ranke təklif etmişdir. Bu terminlə bağlı  о belə təsəvvür 
edirdi  ki,  ağciyərlərdə  ilkin  kompleks,  ağciyər  ocağından,  ağciyər  kökünün  limfa  düyünlərinə 
gedən spesifik limfangit və periferik intratorakal limfa düyünlərinin zədələnməsindən ibarətdir. 
Əksər  hallarda  ilkin  kompleksin  ağciyər  komponenti  sağ  tərəfdə  yuxarı  və  ön  seqmentlərdə 
yerləşir. 
İlkin  vərəm  kompleksinin  formalaşmasının  klassik  şəklini  ilk  dəfə  fransız  alimləri  Parro, 
Kyuss və Qon şərh etmişdirlər. Ancaq Kyussun xidmətlərinin daha böyük olmasına baxmayaraq, 
onun  əsərləri  fransız  dilində  və  az  tirajlı  jurnalda  çap  olunduğundan,  ilkin  effekt  ədəbiyyata 
“Qon ocağı” kimi daxil olmuşdur. Qon özü isə 1912-ci ildə yazdığı monoqrafiyasında vərəmin 
bu formasının Kyuss tərəfındən öyrənildiyini açıqlamış və tarixi ədalətsizliyi etiraf etmişdir. 
İlkin vərəm kompleksinin də daxil olduğu birincili vərəmin  əlamətdar xüsusiyyəti, prosesə 
limfa  sisteminin,  xüsusən  də  döş  qəfəsi  daxili  limfa  düyünlərinin  cəlb  olunmasıdır.  Vərəm 
infeksiyası  əksər  hallarda  limofadenoid  toxumanın  hiperplaziyasını  törədir;  limfa  düyünlərinin 
massiv kazeoz şəkildə zədələnməsi nadir hallarda baş verir, adətən bir qədər kazeoz dəyişikliklər 
əmələ gəlir. 
Müasir  birincili  vərəm  üçün  orqanizmin  tuberkulinə  qarşı  yüksək  həssaslığı  xarakterik 
əlamətdir.  Bununla  belə,  orqanizmin  müdafıə  qüvvələri  artdıqca  spesifık  sensibilizasiyanı 
zəiflədir.  Odur  ki,  ağciyərlərdə  yayılmış  periferik  infiltrasiya,  limfohemotogen  səpələnmə, 
tuberkulinə  yüksək  həssaslıq  və  nəhayət,  dəridə,  selikli  qişalarda  və  digər  orqanlarda  inkişaf 
etmiş paraspesifik dəyişikliklərə az-az hallarda təsadüf olunmağa başlayıb. 
Birincili vərəmin ağırlaşmayan azsaylı əlamətlərlə inkişaf edən formalarına daha çox təsadüf 
olunur. 
İlkin kompleksin ağciyər komponenti əksər hallarda sağ tərəfdə, yuxarı və ön seqmentlərdə 
yerləşir. 
İlkin  vərəm  kompleksinin  yaranmasına  vərəm  xəstəliyinin  başlanğıc  fazası  kimi  baxmaq 
olmaz.  Vərəm  infeksiyasının  orqanizmə  daxil  olma  yolundan  asılı  olmayaraq,  yoluxmadan 
dərhal  sonra  orqanizmdə  birincili  bakteremiya  (bakteriolimfiya)  inkişaf  edir.  Bu  da  öz 
növbəsində  toksemiya,  habelə  müxtəlif  orqan  və  sistemlərdə,  ilk  növbədə  limfa  aparatında, 
qaraciyərdə,  dalaqda  müdafiə  iltihabi  reaksiyaları  əmələ  gətirir.  Əvvəlcə  bu  reaksiyalar 
paraspesifik  xarakterli  olurlar,  yəni  etioloji  cəhətdən  vərəm  mikobakteriyaları  tərəfindən 
törədilsələr də, morfoloji cəhətdən spesifik xarakter əldə etməmiş olurlar. 
Bakteremiya mərhələsi vərəm intoksikasiyası əlamətləri ilə müşahidə oluna bilər. Məhz bu 
dövrdə həmin şəxsdə ilk dəfə müsbət tuberkulin reaksiyasi üzə çıxır. Birincili vərəm infeksiyasi 
bir  xəstəlik  kimi  əksər  hallarda  bu  mərhələdə  başa  çatır.  Ancaq  orqanizm  vərəm 
mikobakteriyalarına  qalib  gəlməyə  bilər  və  о  zaman  bakteremiya  limfa  düyünlərində, 
ağciyərlərdə,  bəzən  böyrəklərdə,  sümüklərdə  və  digər  orqanlarda  spesifik  morfoloji  ocaqların 
yaranması  ilə  nəticələnə  bilər.  Bu  dəyişiklik  ilkin  vərəm  kompleksi  hallarında  müayinələr 
nəticəsində aşkar olunur. 
Xəstəlik vərəm mikobakteriyalarının orqanizmə daxil olduğu yerdə ilkin kompleksin inkişafı 
ilə  başlayır.  Əgər  vərəm  çöpləri  tənəffüs  yollarına  daxil  olursa,  tənəffüs  yollarınn  ilkin  vərəm 
kompleksi  inkişaf  edir.  Bakteriyalar  alimentar  yolla  daxil  olursa,  bağırsağın  ilkin  vərəm 
kompleksi  inkişaf  edir.  Vərəm  çöpləri  dəriyə,  badamcıqlara  və  yaxud  gözün  konyuktivasına 
daxil olursa, infeksion proses bu toxumalarda inkişaf edir. İlkin vərəm kompleksi 95% hallarda 
ağciyərdə yerləşir. 


36 
 
İlkin vərəm kompleksi insanlarda, adətən aerogen yolla baş verir. Nəfəsalma zamanıı hava 
ilə infeksiya ağciyər toxumasma düşərək periferiyada ağciyərin daha geniş açılmış, adətən 3-cü 
seqmentində,  plevranm  altında  qorar  tutur.  Vərəm  mikobakteriyaları  daha  çox  sağ  ağciyərə 
düşürlər.  Mikobakteriyalar  ağciyər  alveollarmda  yerləşərək  çoxalmağa  başlayırlar  və  iltihabi 
proses törədərək ilkin ağciyər affektini formalaşdırmağa başlayırlar. Onun subplevral (plevranm 
altmda)  yerləşməsi  nəticəsində  həmişə  plevrada  müəyyən  qıcıqlanma  baş  verir  ki,  bu  da  sonra 
iltihaba  keçir  və  bəzən  spesifik  xarakter  alır.  Affektin  yarandığı  ilk  anlarda  iltihab  bir  neçə 
alveolu  əhatə  edir.  Affektin  bu  başlanğıc  formalaşma  fazası  alveollit  adlanır.  Sonra  iltihabi 
prosesə təkcə alveollar deyil, yaxındakı bitişik bronxiollar da qoşulur və buna bronxiolit deyilir. 
Bununla belə, əsas və başlanğıc proses alveoldaxili inkişaf edir. Beləliklə, ilkin ağciyər affekti 
həmişə sətəlcəm fokusundan ibarət olur. Bəzən prosesə bir neçə alveol qoşulur və sətəlcəm ocağı 
darı dənəsi boyda olur. 
Tez-tez  rast  gəlinən  başqa  hallarda  alveolit  30-60  və  daha  çox  alveolanı  əhatə  edir.  Bu 
zaman sətəlcəm asinoz və paycıq xarakteri alır. Nəhayət sətəlcəm sahəsi bütöv bir payı tuta bilər. 
İlkin  alveolitin  yayılma  dərəcəsi  vərəm  mikobakteriyaların  sayından  asılıdır,  onlar  az 
olduqda ocaq da kiçik olur. Şübhəsiz ki, alveolit ocağı (sətəlcəm) inkişafının ilkin mərhələsində 
spesifik xarakterli olmur və təəssüf ki, hətta morfoloqlar onun inkişafının erkən mərhələsini tuta 
bilmirlər.  Erkən  qeyri-spesifik  faza  olduqca  sürətlə  spesifik  fazaya  keçir,  kosmikvari  nekroz 
inkişaf edir. 
İlkin  zədələnmə  ocağı  kazeoz  sətəlcəmdən  ibarətdir  və  özündə  müxtəlif  sayda  ağciyər 
asinusu və yaxud paycıqları birləşdirir. Odur ki, bu kəsmikvari sətəlcəm sahəsi asinoz, lobulyar 
və  hətta  lobar  ola  bilər.  Bu,  adətən  şişkin  ağciyər  toxuması  zonası  ilə  əhatə  olunur  (perifokal 
iltihab). Plevra bütün hallarda prosesdə iştirak edir və onun səthində fibrin əmələ gəlir və sonra 
bu,  formalaşır,  yəni  plevranın  fibrin  səthi  əmələ  gəlir.  Vərəm  mikobakteriyaları  limfatik 
düyünlərə  yayılan  zaman  ilkin  affektdə  artıq  perifokal  iltihab  azalır  və  toxuma  reaksiyasının 
produktiv  növü  üstünlük  təşkil  etməyə  başlayır.  Periferik  limfatik  düyünlərdə  spesifik  proses 
inkişaf  edərkən,  əvvəlcə  qeyri-spesifik  iltihabi  proses  yaranır.  Ekssudativ  fazanın  arxasınca, 
vərəm qranulyasiyasının yaranmasını yan keçərək, tez bir zamanda nekroz əmələ gəlir. Bir sıra 
hallarda bu erkən nekroz bütün limfa düyününü əhatə edə bilir. Vərəm üçün istər kliniki, istərsə 
də  morfoloji  cəhətdən  dalğavari  gediş  xarakterik  olduğu  üçün  ilkin  kompleks,  adətən 
“çoxtəbəqəli” formada olur: eksudativ dəyişikliklər nekroz qranulyasiya valı ilə əvəz olunurlar. 
Sonra yenidən ekssudasiya və sonra nekroz yaranır. İlkin vərəm kompleksinin geriyə sorulması 
perifokal  iltihabi  zonaların  yox  olması  ilə  xarakterizə  olunur,  eksudativ  reaksiyanın  produktiv 
reaksiya  ilə  əvəz  olunması  və  inkapsulyasiyanının  inkişafı  baş  verir.  İlkin  ocaq  qalın  fibroz 
kapsul ilə ətraf ağciyər toxumasından yaxşı təcrid olunur. Həmin ocaqda kalsium duzları yığılır, 
bəzi hallarda isə prosesin tam geriyə sorulması nəticəsində sümük toxuması  əmələ  gəlir. Limfa 
düyünlərində prosesin geriyə inkişafı çox zəif gedir, ancaq zaman keçdikcə bunlarda da hialinoz 
və kalsinasiya inkişaf etməyə başlayır. İlkin kompleksə müxtəlif yaş qruplarında rast gəlinir, bu, 
daha çox uşaq yaşlarında olur. Lakin son zamanlar əhalinin həyat tərzinin zəifləməsi ilə əlaqədar 
olaraq  vərəmlə  xəstələnmənin  çoxalması  uşaqlar  arasında  ilkin  vərəm  komleksinin  artması  ilə 
müşahidə  olunur.  Müxtəlif  müəlliflərin  göstərişlərinə  görə  son  illər  ərzində  bu  hal  5-6  dəfə 
artmışdır.  Buna  səbəb,  əsas  etibarilə,  bu  gün  həkimlərə  və  vərəm  əleyhinə  dispanserlərə 
xəstələrin  bir  qisminin  məlum  olmaması,  yəni  bu  xəstələrin  əhali  arasında  müalicəsiz  və 
diaqnozsuz  qalması,  bir  sıra  hallarda  vaksinasiyanın  aparılmaması  və  yaxud  da  onun 
effektsizliyidir. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə