Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə15/137
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47444
1   ...   11   12   13   14   15   16   17   18   ...   137

31 
 

 
Görünən  qida  hissəcikləri  və  ya  digər  bərk  hissəciklər  olunan  nümunələri  qəbul 
etməyin. 
 
Nəticələr  ölçülən  flüoressent  siqnallar  və  daxil  edilmiş  hesablama  alqoritmləri  əsasında 
GeneXpert  Dx  System  tərəfindən  şərh  edilir  və  sonra  “View  Results”  pəncərəsində  göstərilir. 
Daha aşağı Ct göstəricisi DNT matriksinin başlanğıc konsentrasiyasının daha yüksək olduğunu; 
daha yüksək Ct göstəricisi isə DNT matriksinin konsentrasiyasının daha aşağı olduğunu göstərir. 
MTB hədəf DNT-si təyin olunur. 
-  MTB  aşkar  olunub-  MTB  nəticəsi,  nümunədəki  MTB  hədəfinin  Ct  göstəricisindən  asılı 
oaraq,  Yüksək  (high),  Orta  (medium),  Aşağı  (low)  və  Çox  aşağı  (very  low)  kimi  veriləcək. 
Cədvəl 1-də bu MTB nəticələri üçün Ct göstərici diapazonları verilir. 
-  Rif  Davamlılıq  AŞKAR  OLUNUB  (DETECTED),  Rif  Davamlılıq  AŞKAR 
OLUNMAYIB  (NOT  DETECTED),  və  ya  Rif  Davamlılıq  QEYRİ-MÜƏYYƏNDİR 
(INDETERMINATE)–  yalnız  MTB  AŞKAR  OLUNUB  (DETECTED)  nəticələrində  təsvir 
olunacaq və MTB AŞKAR OLUNUB(MTB DETECTED) nəticəsindən ayrı sətirdə olacaqdır. 
- Rif Davamlılıq AŞKAR OLUNUB (DETECTED); rpoB genindəki mutasiya aşkar olunub 
və o mümkün delta Ct göstəricilər diapazonuna düşür. 
-  ya  Rif  Davamlılıq  QEYRİ-MÜƏYYƏNDİR;  MTB  konsentrasiyası  çox  aşağıdır  və 
davamlılıq təyin oluna bilmir(INDETERMINATE). 
- Rif Davamlılıq AŞKAR OLUNMAYIB (NOT DETECTED); rpoB genində mutasiya aşkar 
olunmayıb. 
-  NİN  -  ŞE  (şamil  edilmir);  NİN  siqnal  tələb  olunmur,  belə  ki,  MTB  amplifikasiyası  bu 
nəzarətlə bitə bilər. 
- Zond Yoxlama- PASS; zond yoxlamasının bütün nəticələri keçir. 
                             
CAPILA® TB 
Capila  test  kultivasiya  edilmiş  pozitiv  MAİF-də  (mikobakteriyanın  artımı  üçün  indikator 
flakonu)  və  ya  LY/Oqava  qidalı  mühitində  M.tuberculosis  kompleksinin  Capilia®  TB  testi  ilə 
laborator üsulla təyinini izah edir. 
Bu prosedurlar təlim almış və bu üsulla işləmək üçün səlahiyyət verilmiş personal tərəfindən 
həyata keçirilməlir. 
   Capilia testnin mahiyyəti dəstində spesifik olaraq Mtb. kompleksi üzvlərinin sintez etdiyi 
MPB64  antigenin  təyini  üçün  immunoloji  əsaslı  üsul  tətbiq  olunur.  Kolloid  qızıl  hissəciklərlə 
nişanlanmış  anticisimlər  MPB64  antigeni  ilə  reaksiyaya  girərək  antigen-anticisim  kompleksi 
əmələ  gətirirlər.  Bu  kompleks  filtr  kağızı  kimi  xromotoqrafik  daşıyıcıdan  keçir  və  sonra  test 
kartridcinin ortasında yerləşdirilmiş ikinci fiksasiyalı anticisim tərəfindən tutulur. 
Pozitiv MGİT kulturası ( TDM yaxma hazırlanarkən çirklənmə olmadan TDM pozitiv kimi 
təsdiqlənmiş).  Təsdiq  olunmuş  Mycobacterium  sp.  bakterial  suspenziyaları  (TDM  yaxma  və 
koloniyanın morfologiyası ilə təmiz izolyatlar kimi təsdiqlənmiş) Capilia testinin pozitiv MGİT 
və ya Middlebrook 7H9 kimi digər pozitiv bulyon kulturaları ilə aparılır. 
Maye  bulyon  kulturalarını  (Middlebrook  və  s.)  37°S-də  2  həftədən  4  həftəyə  kimi  maye 
mühit bulananadək inkubasiya edin. MGİT üçün, Capilia testini cihaz (MGİT 960 və ya manual 
MGİT istifadə edilirsə vud lampası) tərəfindən pozitiv kimi işarələnmiş kulturalarda aparın. 
   
Keyfiyyət kontrolu 


32 
 
Pozitiv  və  neqativ  kontrol  xəstə  izolyatının  hər  dəsti  üçün  bu  mikroorqanizmlərlə 
hazırlanmalıdır:  M.tb  kompleksinin  etalon  və  ya  digər  yaxşı  xarakterizə  olunmuş  ştamları, 
M.avium kompleksinin etalon və ya digər yaxşı xarakterizə olunmuş ştamları. 
  Nəticələrin şərhi  
1.    Pozitiv:  kartridcdə  T  və  C  kimi  nişanlanmış  oxunma  zonasında  bənövşəyidən    
qırmızıyadək xəttin əmələ gəlməsi. 
 2. Neqativ: kartridcdə C kimi nişanlanmış oxunma zonasında bənövşəyidən   qırmızıyadək 
xəttin əmələ gəlməsi, lakin T-də yox.  
3.  Etibarsız  (invalid)  əgər  oxunma  zonasında  heç  bir  xətt  müşahidə  olunmursa,  deməli 
texniki xəta və ya zədə baş vermişdir. Bu halda, test etibarsız sayılmalı və yeni kartridclə təkrar 
edilməlidir. 
Bu metodun aşağıdakı məhdudiyyətləri vardır: 
Bu  məhsul  bəlğəm,  bədən  mayeləri,  bronxial  lavaj  və  ya  digər  kliniki  nümunələrin 
müayinəsində  istifadə  edilmək  üçün  nəzərdə  tutulmayıb.  Bəzi  M.bovis  BCG  subştamları,  MPB 
64 sintez etmədiyindən,neqativ kimi şərh olunur.M.marinum MPB 64 sintez etmir; lakin içində 
bu  bakteriya  olan  kulturalar  Capilia  testi  ilə  pozitiv  reaksiya  verə  bilər.  Bu  test  M.tb 
kompleksinin  üzvlərini  (M.tb,M.bovis,  M.africanum  və  M.microti)  differensiasiya  etmir;  Əgər 
Capilia  testinin  nəticəsi  pozitiv  kimi  şərh  olunursa,  o  zaman  M.tb  varlığı  ciddi  sübut  olunur. 
Lakin  burada  M.tb  ilə  QVM  (qeyri  vərəm  mikobakteriyası)  qarışıq  populyasiyalarının  olma 
ehtimalı  var  və  QVM  infeksiyası  inkar  olunmur.  Mikroorqanizmlərin  A  protein  sintez  edən 
ştamları, məs S.aureus, yanlış pozitiv nəticə verə bilər. 
Pozitiv nəticə -15 dəqiqədən sonra (60 dəqiqəni keçməməli) hər iki T və C oxunma 
zonasında bənövşəyi/qırmızı xətt müşahidə olunur. Neqativ nəticə isə 15 dəqiqədən sonra (60 
dəqiqəni keçməməli) C oxunma zonasında bənövşəyi/qırmızı xətt müşahidə olunur, T zonasında 
isə müşahidə olunmur. Bundan başqa bəzən Etibarsız (invalid) nəticə də müşahidə olunur. 
TƏNƏFFÜS ORQANLARININ VƏRƏMİ
 
 
BİRİNCİLİ VƏRƏM 
İnsanlarda  birincili  vərəm  mikobakteriyaları  ilə  ilk  dəfə  yoluxduqda  baş  verir  və  limfa 
düyünlərinin  zədələnməsi,  infeksiyanın  limfohematogen  səpələnməsi  və  orqanizmin  xəstəlik 
törədiciyə qarşı yüksək reaktivliyi ilə xarakterizə olunur. 
Birincili vərəmlə, əsas etibarilə uşaqlar,  yeniyetmələr və cavan insanlar xəstələnirlər. Əgər 
uşaqlarda  birincili  vərəm  vərəmin  əsas  forması  kimi  təzahür  edirsə,  yeniyetmələrdə  və  cavan 
şəxslərdə  bu  15-20%  hallarda  təsadüf  olunur.  Tənəffüs  orqanlarının  birincili  vərəmi  ilk  dəfə 
aşkar  olunmuş  vərəmli  xəstələr  arasında  0,5  və  1%-ə  qədər  təsadüf  olunur.  Bəzən  birincili 
vərəmlə  yaşlı və qoca insanlar da xəstələnirlər. Belə hallarda buna uşaqlıqda sağalmış birincili 
vərəmin  residivi  kimi  baxırlar.  Birincili  vərəmin  kliniki  formalarının  yarıdan  çoxunda  döş 
qəfəsidaxili  limfa  düyünlərinin  vərəmi,  bundan  xeyli  az  ilkin  vərəm  kompleksi,  vərəm 
intoksikasiyası,  plevrit  və  s.  təsadüf  olunur.  Birincili  vərəmdən  ölüm  halları  ancaq  bu  xəstəlik 
vaxtında  aşkar  olunmadıqda,  meningit  və  kəskin  miliar  vərəmlə  ağırlaşmalar  nəticəsində  baş 
verə bilər. 
Ana bətnində döl  çox nadir hallarda vərəmə  yoluxur. Bu ancaq о zaman  baş verə bilir ki, 
hamilə qadında inkişaf etməkdə olan, xüsusilə də qadının tənasül  orqanlarında  yayılmış vərəm 
xəstəliyi olsun ki, bu zaman infeksiya plasenta vasitəsilə dölə keçə bilir. Belə uşaqlar adətən çox 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə