Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə14/137
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47444
1   ...   10   11   12   13   14   15   16   17   ...   137

29 
 
ştamda  olan  davamlı  basilin  proporsiyasını  hesablayır.  Müəyyən  proporsiyadan  aşağı  olduqda 
ştam həssas kimi , bu proporsiyadan yuxarıı olduqda isə davamlı kimi təsnif olunur. Tərkibində 
təyin  edilmiş  konsentrasiyada  (kritik  konsentrasiyada)  dərman  olan  qidalı  mühitdəki  artım 
inokulyantın müəyyən proporsiyasını (kritik proporsiya) keçirsə, ştamın davamlı olması güman 
edilir.  
Kritik  konsentrasiya  vərəm  basili  artımının  kliniki  əhəmiyyətə  malik  davamlılıq  göstərdiyi 
qidalı mühitdəki vərəm əleyhinə preparatın ən az konsentrasiyasıdır.  
Kritik  proporsiya,  tərkibində  kritik  konsentrasiyada  vərəm  əleyhinə  preparat  olan  qidalı 
mühitdə,  artımı  bu  preparatın  kliniki  effektsizliyini  göstərən  vərəm  basilinin  inokulyantdakı 
faizidir. 
Artım  kontrolu-Qeyri-məhdud  artım  nümayiş  etdirməsi  məqsədilə,  vərəm  basilinin 
tərkibində heç bir dərman olmayan bərk qidalı mühitə əkilməsindən sonra alınmış kulturadır. 
Prinsipi-Proporsiya  üsulu  (Canetti  və  digərləri  tərəfindən  modifikasiya  olunmuş)  ilə 
müəyyən  inokulyantın  dərmansız  kontrol  mühitdəki  artımının  (koloniyaların  sayı)  tərkibində 
kritik konsentrasiyada vərəm əleyhinə preparat olan qidalı mühitdəki artıma nisbəti təyin olunur. 
Kritik  dərman  konsentrasiyası,  həmçinin,  davamlı  koloniyaların  kritik  proporsiyası  klinik 
məlumatlardan hesablanmışdır.  
  Əkilmiş  mühit  inkubasiyadan  1  həftə  sonra  kontaminasiyaya  görə,  DHT  şərhi  üçün  isə 
inkubasiyanın 21-ci və 28-ci günlərində müayinə olunur. DHT üçün hazırlanmış dərmanlı qidalı 
mühitin hər yeni dəsti keyfiyyət yoxlamasından keçməlidir. 
                
Molekulyar test 
Mikobakteriyaların  kliniki  nümunələrdən  izolyasiyası,  M.  tuberculosis  kompleksinin 
identifikasiyası  və  vərəmə  qarşı  dərmanlara  ştamm  təsirliliyinin  laborator  şəraitdə  sınağı  üçün 
kultura və DHT üçün adi metodlar ardıcıl prosedurlar tələb edir. Bu vaxt ərzində xəstələr qeyri-
müvafiq müalicə ala bilər, dərmana davamlı ştammlar yayılmağa davam edə bilər və davamlılıq 
artması baş verə bilər. Buna görə də, vərəmə qarşı dərmana davamlılığın çevik aşkarlanması üzrə 
yeni  texnologiyalar vərəmlə  bağlı araşdırılması  hal-hazırda üstünlüyə  çevrilmişdir. Rifampisinə 
davamlılığın  (tək  və  ya  izoniazidlə  birgə)  çevik  aşkarlanmasına  fokuslanan  molekular  xətt 
yoxlanışı  sınaqları  (LPA-lar)  ölkə  səviyyəsində  onun  tətbiqi  üçün  təfərrüatlı  istiqamət  sənədi 
ÜST tərəfindən 2008-ci ildə təsdiq edilmişdir. 
   ÇDD  vərəmin  çevik  aşkarlanması  üçün  LPA-ların  qəbul  edilməsi  adi  kultura  və  DHT 
imkanına ehtiyacı aradan qaldırmır, belə ki, hazırda mövcud LPA-lar yalnız bəlğəm yaxmasının 
müsbət nümunələri və adi kultural metodları ilə yaxmaya mənfi nümunələrdən  yetişdirilmiş M. 
tuberculosis izolyatları üzrə istifadə edilmək üçün nəzərdə tutulub. 
 
HAİN GenoType MTBDRplus test, Version 2.0 
   GenoType 
MTBDRplus 
test, 
Version 
2.0 
(Hain 
Lifesciences)-nin 
köməyilə 
Mycobacterium  tuberculosis  pozitivliyini  və  rifampisin/izoniazid  davamlılığının  təyini 
prosedurunu,  eləcə  də  GenoLyse  proseduru  ilə  DNT  ekstraksiyasını  izah  edir.  Ənənəvi 
mikroskopiya  üsulu  ilə  vərəm  diaqnozunun  təyini  üçün  həftələr  lazımdır,  adi  dərman 
həssaslığının  təyini  üçün  isə  əlavə  vaxt  tələb  olunur.  Test  kulturadan  ayrılmış  DNT  üzərində, 
eləcə  də,  birbaşa  pozitiv  yaxmalı  xəstədən  alınan  material  üzərində  aparıla  bilər.  Genotype 
MTBDRplus  müayinəsi  PZR  vasitəsilə  amplifikasiya  və  amplikonların  membran  zolaq 


30 
 
üzərindəki  immobilizə  olunmuş  spesifik  oliqonukleotid  zondlara  birləşməsi  prinsipi  ilə  işləyən 
xətti zond testi (XZT) texnologiyasına əsaslanıb. 
  
GeneXpert® MTB/RİF Testi. İşin prinsipi və məqsədi 
Cepheid GeneXpert® System ilə işləyən Xpert MBT/RİF testi real zaman rejimində daxili 
praymerli  PZR  in-vitro  diqanostik  yarımkəmiyyət  testi  olub:  1)  bəlğəm  nümunələrində  yaxud 
hayxırmaqla  alınmış  bəlğəmdən  hazırlanmış,  TDM  pozitiv  və  ya  neqativ  olan  konsentrasiyalı 
çöküntülərdə Mycobacterium tuberculosis kompleksinin DNT-sinin təyini üçün və 2) rifampinə 
davamlılıq  riski  olan  xəstələrin  nümunələrində  rpoB  geninin  mutasiyası  ilə  əlaqədar  rifampinə 
davamlılığın təyini üçün aparılır. Nəticə 2 saat müddətində əldə edilir. 
GeneXpert Dx sistemi  nümunələrin işlənməsi, nuklein turşuların  amplifikasiyası  və tək və 
ya  kompleks  nümunələrdə  hədəf  ardıcıllığının  təyinini  real-zaman  PZR-i  və  əks  transkriptaza 
PZR-indən  istifadə  etməklə  həyata  keçirir  və  avtomatlaşdırır.  Sistem  cihazdan,  personal 
kompüterdən,  ştrix-kod  skanerindən  və  toplanmış  nümunələr  üzərində  testin  aparılması  və 
nəticələrin  nəzərdən  keçirilməsi  üçün  yüklənmiş  proqram  təminatından  ibarətdir.  Sistem, 
üzərində  PZR  reagentləri  olan  və  PZR  prosesi  gedən  birdəfəlik  GeneXpert  kartridclərindən 
istifadə etməyi tələb edir. Kartridclər müstəqil olduğundan nümunələr arasında çarpaz-çirklənmə 
ehtimalı aradan qalxır.  
Xpert  MTB/RİF-ə  vərəm  və  RİF  davamlılığını  təyini  üçün  reaktivlər,  həmçinin,  hədəf 
bakteriyanın  adekvat  işlənməsinə  nəzarət  etmək  üçün  və  PZR  reaksiyasında  inhibitorların 
varlığının monitorinqi üçün nümunə işləminə nəzarət  ( NİN) daxildir. Zond Yoxlama Nəzarəti 
(ZYN)  reaktivlərin  rehidratasiyasını,  kartridcdə  PZR  borusunun  doldurulmasını,  zondun 
tamlığını və boyanın stabilliyini yoxlayır. Hər bir testə Nümunə İşləminə Nəzarət (NİN) və Zond 
Yoxlama Nəzarəti (ZYN) daxildir. 
Nümunə İşləminə Nəzarət (NİN)-nümunənin düzgün işlənməsini təmin edir. NİN MTB-nin 
adekvat işləmini təsdiq etmək üçün hər bir kartridcdə olan quru spor çöküntüsü şəklində qeyri-
infeksion  sporlardan  ibarətdir.  NİN,  əgər  MTB  lizisi  gedibsə,  mikrooorqanizmlərin  varlıgını 
göstərir  və  sübut  edir  ki,  nümunə  işləmi  adekvat  aparılmışdır.  Bundan  əlavə,  bu  kontrol  real-
zaman PZR müayinəsinin nümunə ilə assosiasiyalı inhibisiyasını təyin edir. Neqativ nümunədə 
NİN  pozitiv,  pozitiv  nümunədə  isə  neqativ  olmalıdır.  NİN  münasiblik  meyarlarına  cavab 
verdikdə baş tutur. Əgər NİN negativ testdə təyin olunmursa testin nəticəsi “Etibarsız” (invalid) 
olacaq. 
Zond  Yoxlama  Nəzarəti  (ZYN)  -  PZR  reaksiyasına  başlamazdan  əvvəl,  GeneXpert  Dx 
System  diyircəyin  (Bead)  rehidratasiyasını,  borunun  dolma  reaksiyasını,  zondun  tamlığını  və 
boyanın  stabilliyinin  monitorinqi  üçün  zondların  verdiyi  flüoresent  siqnalı  ölçür.  Əgər  təyin 
edilmiş münasiblik meyarlarına cavab verirsə, Zond Yoxlaması məqbul hesab edilir. 
Xpert  MTB/RİF  testindəki  praymerlər  rpoB  geninin  “nüvə”  regionun  81  nuklein  əsası 
cütlüyündən ibarət olan hissəsini amplifikasiya edir. 
Adekvat nümunə əldə etmək üçün, bu bölmədəki təlimatları diqqətlə izləmək lazımdır: 

 
Hər  nümunə  üçün  minimum  1ml  bəlğəm  toplayın.  Xəstə  oturmuş  və  ya  ayaq  üstə 
durmuş vəziyyətdə olmalıdır. 

 
Nümunələr  istifadədən  əvvəl  imkan  daxilində  2-8°S-də  saxlanılmalıdır.  Lakin, 
ehtiyac olarsa, nümunələr maksimum 35 °S-də ≤ 3 gün və 4°S-də 4-10 gün saxlanıla 
bilər. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə