Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə11/137
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47444
1   ...   7   8   9   10   11   12   13   14   ...   137

23 
 
M.tuberculosis  və  M.bovisdən  və  şərti-patogen  mikobakteriyalarından  fərqli  olaraq  nikotin 
turşusu (niasin) əmələ gətirir. İzoniazidə davamlı ştammlar niasin sintez etmirlər. M.tuberculosis 
M.bovis-dən fərqli olaraq nitratları nitritlərə reduksiya edir. 
  Mikobakteriyaların  tərkibinə  lipidlər,  proteinlər  və  karbohidratlar  daxildir.  Lipidlərin 
tərkibi  mikol  turşularından  (uzun  zəncirli  -  C78-C90  yağ  turşularından),  mumlardan  və 
fosfatidlərdən  ibarətdir.  Virulentli  mikobakteriyalarda  lipidlərin  miqdarı  daha  çoxdur.  Lipidlər 
mikobakteriyalara turşuyadavamlılıq xüsusiyyəti verir. 
  Peptidoqlikanın  tərkibindəki  muramil  dipeptidlə  kompleksdə  olan  mikol  turşuları 
toxumalarda vərəm spesifik iltihabının-qranulomanın formalaşmasında iştirak edir, fosfolipidlər 
isə kazeoz nekroz törədir. 
  Virulentli  mikobakteriyalarda  mikol  turşusunun  karbohidratlarla  xüsusi  birləşməsinin 
(trehaloza-6,6-dimikolat)  -  "kord"  faktorun  olması  nəticəsində  mikro-kulturada  vərəm 
törədiciləri  biri-birilə  yapışaraq  kəndir,  yaxud  hörük  şəklində  yerləşir.  "Kord"  faktor 
mikobakteriyaların  virulentlik  amillərindən  olaraq  leykositlərin  miqrasiyasını  zəiflədir,  xroniki 
qranuloma törədir və immunoloji adyuvant rolunu oynayır. 
   Proteinlər yüksək toksikliyə malikdir, mikobakteriyalara antigenlik xassəsi verir, ləng tipli 
yüksək həssaslıq reaksiyasının inkişafına və anticisimlərin produksiyasına səbəb olur.  
   Polisaxaridlər  xəstəliyin  patogenezində  əhəmiyyətli  rola  malik  olmasalar  da,  orqanizmdə 
ləng tipli yüksək həssaslıq reaksiyasına və anticisimlərin produksiyasına səbəb olur. 
   Vərəmin törədicilərindən başqa atipik mikobakteriyalar adlandırılan bakteriyalar da vardır. 
İnsanlarda  mikobakteriozlar  adlandırılan  xəstəliklər  törədirlər.  Atipik  mikobakteriyalar  öz 
xüsusiyyətlərinə  görə  vərəmin  törədicilərinə  oxşardırlar,    lakin  vərəm  əleyhinə  dərmanların 
əksəriyyətinə  davamlıdırlar.  Atipik  mikobakteriyaları  Ranon  təsnifatı  daha  çox  istifadə  edilir. 
Burada mikobakteriyalar əsasən piqment əmələ gətirməsinə və inkişaf sürətinə görə təsnif edilir. 
Bu təsnifata əsasən atipik mikobakteriyalar 4 qrupa ayrılır: 
    1.  Fotoxromogen  mikobakteriyalar  (M.kansasii,  M.marinum,  M.simiae  və  s.)  -  işıqda 
piqment əmələ gətirir, qaranlıqda isə əmələ gətirmir. 
    2.  Skotoxromogen  mikobakteriyalar  (M.scorfulaceum,  M.szungai,  M.flavescens, 
M.gordonae və s.) - qaranlıqda piqment əmələ gətirir, işıqda isə əmələ gətirmir. 
    3. Qeyri-xromogen mikobakteriyalar (M.avium complex, M.xenopi, M.ulserans, M.gastri, 
M.celatum və s.) - piqment əmələ gətirmir. 
    4.  Tez  inkişaf  edən  mikobakteriyalar  (M.chelonei  qrupu,  M.fortuitum  qrupu, 
M.smeqmatus,  M.phlei  və  s.)  -  bərk  qidalı  mühitdə  7  gündən  az  müddət  ərzində  adi  gözlə 
görünən kaloniyalar əmələ gətirməklə inkişaf edirlər. 
    Hal-hazırda vərəmin laborator diaqnostikası aşağıdakı istiqamətlərdə inkişaf etdirilir: 
    1.  Molekulyar  epidemioloji  istiqamətində.  Bunu  MİRU-VNTR-DNT-də  təkrarlanan 
fraqmentlərə  əsasən törədicinin  genomunun tipləşdirilməsinə əsaslanır.  Belə  müayinələr  hələlik 
Kanada  və  Amerika  Birləşmiş  Ştatlarında  aparılır.  Bundan  başqa  rifampisinə  və  izoniazidə 
davamlılığa  əsasən  yaranmış  müxtəlif  mutasiyalara  əsasən  genlərin  tipləşməsi-bunu  hazırda 
demək olar ki, çox ölkələrdə aparır. Bu işi BST dəstəkləyir.  
    2.  Atipik  mikobakteriyaların  öyrənilməsi  -  bu  istiqamətdə  ən  çox  inkişaf  etmiş  ölkələr 
məşğul olur. 
    3. Ölmuş üsulların daha da təkmilləşdirilməsi və onların inkişafda olan ölkələrdə tətbiqi. 
    4.  Vərəmin  diaqnostikasında  immunoloji  metodların  tətbiqi-  QuantiFeron-TB  Gold,  İn-
Tube, T-Spot-İGRAs induksiyası, sitokinlərin təyini. 


24 
 
    5.  Kalorimetrik  üsul,  Bakteriofaqın  istifadəsi  (Amerika),  Vərəm  biomarkerinin 
aşkarlanması. 
    6. Vərəm əleyhinə dərmanların farmakokinetikası-dərmanların dozalaşdırılması. 
    7.  Laborator müayinələrin keyfiyyəti. Müxtəlif  üsulların eyni  vaxtda tətbiq etməklə  eyni 
nəticələrin alması. 
    8. Laborator müayinələrin proqramlaşdırılması –Hər ölkə üçün tək bir DATA BAZA-nın 
olması. 
    9.  Milli  vərəm  proqramlarının  yerinə  yetirilməsinin  epidemioloji  təhlili  və 
qiymətləndirilməsi.  
 
Bəlğəm yaxmasının mikroskopiyası 
  Bəlğəm  yaxmalarının  mikroskopiyası  sadə  və  bahalı  olmayan  metoddur  və  ağciyər 
vərəminin  əksər  hallarının  aşkar  edilməsi  üçün  səmərəlidir.  Universal  tətbiqi  üçün,  bəlğəm 
yaxmalarının  mikroskopiyası  diaqnostik  metodun  ən  yaxşı  seçimidir.  Lakin,  turşuya  davamlı 
boyanma ilə birbaşa yaxma mikroskopiyası kultura üsulu ilə müqayisə edildikdə nisbətən qeyri-
həssas  metoddur  (25-80%).  Birbaşa  mikroskopiyanın  müsbət  olması  üçün  1  ml  bəlğəm  üçün 
5000-10000  çöp  tələb  edilir.  Digər  tərəfdən,  turşuya  davamlı  mikobaktiriyanın  mikroskopiyası 
M. tuberculosisi qeyri-vərəm mikobakteriyasından (NTM), canlını qeyri-canlı orqanizmlərdən və 
ya  dərmana  həssas  mikobakteriyanı  dərmana  davamlıdan  fərqləndirə  bilməz.  Buna  görə, 
dərmana  davamlı  vərəmin  idarə  edilməsi  üçün  mikroskopiyanın  əsas  istifadəsi  xəstələrin  ilkin 
infeksiyalılığının qiymətləndirilməsi, nümunələrin müxtəlif diaqnostik alqoritmlərə çeşidlənməsi 
və qidalı mühitdə yetişən orqanizmlərin kontaminant deyil, mikobakteriya olmasının təsdiqi ilə 
məhduddur.  
Bəlğəm  nümunələrinin  birbaşa  Sil-Nelson  (SN)  mikroskopiyası  əsas  ambulator  poliklinika 
müəssisələrində  yerləşən  laboratoriyalar  və  ya  rayon  xəstəxanaları  üçün  münasibdir.  Turşuya-
davamlılıq  xüsusiyyəti  mikobakteriyanın  hüceyrə  divarında  mikol  turşusunun  varlığına 
əsaslanıb. İlk boya (fuksin) hüceyrə divarının mikol turşusuna birləşir. İntensiv rəngsizləşdirmə 
(güclü turşu və ya turşu/alkohol) hüceyrə divarından ilk boyanı çıxara bilmir və mikobakteriya 
fuksinin  qırmızı  rəngini  saxlayır  -  beləliklə  o  turşuya  davamlıdır.  Kontrast-boyama  (metilen 
göyü ilə) kontrast fonu təmin edir.  
  Mikobakteriya  TDM  olduğu  halda,  digər  bakteriyaların  cüzi  bir  qismi  turşuya-davamlılıq 
xüsusiyyətinə  malikdir  və  hətta  o  da  zəifdir  (məs.  Nocardia).  Vərəm  göstəricisi  yüksək  olan 
ölkələrdən olan xəstələrin respirator nümunələrində tapılan TDM həmişə vərəm basilidir. Qeyri-
vərəm  mikobakteriyaları,  daha  çox,  vərəm  göstəricisi  aşağı  olan  ölkələrdə  tapılır.  Yüksək 
göstəricili  ölkələrdə ÇDD-vərəm  olduğu  güman  edilən xəstələrin bəzisində xəstəlik,  həqiqətən, 
qeyri-vərəm  mikobakteriyaları  tərəfindən  törədilə  bilər.  Ekstrapulmonar  nümunələrdə,  xüsusilə 
mədə yuyuntusunda, nəcis və ya sidikdə, aşkar olunmuş TDM heç bir zaman avtomatik olaraq 
vərəm basili kimi qiymətləndirilməməlidir.  
Rənglənmiş  yaxmada  300  mikroskopik  görmə  sahəsi  tədqiq  edilir.  Aşkarlama    100  g. 
sahəsində 1-9 TDM, 100 g.sahəsində 10-99 TDM  (+)   Hər g.sahəsində 1-10 TDM -ən az 50 
sahə  sayılır  (  ++),  Hər  g.sahəsində  10-dan  çox  TDM  -ən  az  20  sahə  sayılı  (  +++)  Ən  az  300 
görmə sahəsində heç TDM tapılmadı neqativ qeyd olunur.  
 
Flüoresent boyama 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə