Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə8/137
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47444
1   ...   4   5   6   7   8   9   10   11   ...   137

15 
 
inkişafına  yüksək  riskli  əhali 
kateqoriyalarının  müayinəsi  də 
aiddir. Risk faktoru  
Yüksək risk 
QİÇS  
110–170 
28,29 
İİV-infeksiyası  
50–110 
30,31 
Üzvlərin 
köçürülməsi 
(immunosupressiv  müalicə  ilə 
bağlı)  
20–74 
32-35 
Silikoz  
30 
36,37 
Xroniki  böyrək  çatışmazlığı  və 
hemodializ  
10–25 
38-41 
Baş  və  boyunun  bədxassəli 
şişləri  
16 
42 
Son 
zamanlarda 
vərəmə 
yoluxma (<=2 il)  
15 
43,44 
Artmış risk 
Kortikosteroidlərlə müalicə  
4.9 
48 
Şişin 
nekroz 
faktorunun 
inhibitorları - TNF-α  
1.5–4 
49-50 
Şəkərli diabet (bütün növlər)  
2.0–3.6 
51-54 
Pis  qidalanma  (normadan  < 
90%;  əksər  hallarda  Bədən-
Çəki İndeksi <=20)  
2–3 
55 
Kiçik  yaşlarda  yoluxma  (0–4 
yaş)  
2.2–5.0 
56 
Siqaretçəkmə (gündə 1 qutu)  
2–3 
57 
Rentgenoqramda  qranulomatoz 
dəyişikliklər  

47,58 
Kiçik risk 
Risk  faktorsuz  və  rentgenoloji 
dəyişikliksiz latent vərəm  

59 
 
Vərəmin inkişafının davranışla bağlı risk faktorları  
Davranışla bağlı risk faktorlarına: 

 
siqaretçəkmə,  

 
narkomaniya,  

 
alkoqolizm aid edilir.  
 
  Vərəmin inkişafının peşə ilə bağlı risk faktorları 


16 
 
Peşə ilə bağlı risk qrupları 
İş yerindən asılı olaraq tibb işçiləri arasında vərəmlə xəstələnmə riski 
İş yeri 
Yeni halların 
yaranma risklərinin 
nisbəti (tədqiq olunan 
qrupdakı riskin 
ümumi əhalidəki riskə 
nisbəti) 
Vərəm xəstəxanaları 
14.6-99.0 
Laboratoriyalar 
78.6 
Ümumi somatik xəstəxanalar 
3.9-36.6 
Qəbul şöbəsi 
26.6-31.9 
Ambulator tibb müəssisələri 
4.2-11.6 
Cərrahi, mama-ginekoloji, əməliyyat, 
inzibati bölmələrin heyəti 
0.2- 8.6 
 
Vərəmin inkişafının sosial risk faktorları  
Üçüncü  minillikdə  bəşəriyyətin  sağlamlıq  problemlərindən  biri  kimi,  vərəmin  ləğv 
olunmasında əsas maneələr sosial-iqtisadi amillərdir.  
Sosial  cəhətdən  ağır  vəziyyətdə  olanlar  arasında  (məs.:  evsizlər,  məhbuslar,  etnik  azlıqlar) 
vərəmin  geniş  yayıldığı  qeyd  olunur.  Əhalinin  müxtəlif  təbəqələri  və  qrupları  ağır  həyat 
şəraitində  ola  bilərlər.  Bu,  iş  yerlərinin  azalması  və  işsizlik,  peşə  təhsilinin  və  sosial 
uyğunlaşmanın  (məsələn,  keçmiş  məhbuslar)  olmaması,  dövlət  tərəfindən  sosial  yardım 
səviyyəsinin aşağı olması və bu kimi digər faktorlar ilə əlaqədardır.  
Nəticədə, sosial rifahın olmaması iki  əsas xüsusiyyət ilə ifadə olunur: pis qidalanma və pis 
yaşayış şəraiti (yaşayış otaqlarında sıxlıq, antisanitar şərait, ventilyasiya və istiliyin çatışmazlığı, 
otaq havasının toz hissəcikləri və zərərli qazlarla çirklənməsi və s). Pis qidalanma immunitetin 
azalmasına,  pis  yaşayış  şəraiti  isə  vərəmxəstəsi  ilə  təmasda  mikobakteriyalarla  massiv 
invaziyaya səbəb olur. Bununla yanaşı, sosial rifahın aşağı düşməsinə bir çox digər faktorlar da 
(məs.:  siqaretçəkmə,  alkoqolizm,  İİV-infeksiyası,  müxtəlif  xroniki  xəstəliklər)  səbəb  olur.  Belə 
risk  faktorları,  adətən,  sosial  baxımdan  nisbətən  yaxşı  vəziyyətdə  olan  əhali  təbəqələri  ilə 
müqayisədə yoxsullar arasında daha geniş yayılıb.  
İlkin səhiyyə işçiləri təcrübələrinə əsaslanaraq, xidmət göstərdikləri əhali arasında yoxsulluq 
ocaqlarını  müəyyənləşdirməyi  bacarmalı  və  vərəmə  görə  həmin  risk  qrupunun  müayinəsi  üzrə 
planlı şəkildə iş aparmağa çalışmalıdırlar.  
 
Əhali arasında risk qruplarının formalaşdırılması üzrə tövsiyələr  
Müasir  vəziyyətə  görə  risk  qruplarının  təxmini  toplusu  kimi  aşağıdakı  əhali  qruplarını 
göstərmək olar:  

 
Tibbi risk faktorları ilə əhali qrupları:  

 
İİV infeksiyası, QİÇS  

 
Xroniki böyrək çatışmazlığı və hemodializ  

 
Yaxın zamanlarda vərəmə yoluxma (2 ildən az)  

 
Uşaqlıq dövründə yoluxma (0-4 yaş)  

 
Keçirilmiş ağciyər vərəmindən sonrakı qalıq əlamətləri (böyük və ya kiçik)  


17 
 

 
Rentgenoqramlarda qranulomatoz dəyişikliklər  

 
Silikoz  

 
Kortikosteroid dərman vasitələri ilə müalicə  

 
Şişlərin nekrozu faktorunun və xemokinlərin inhibitorları ilə müalicə  

 
Üzv  və  toxumaların  köçürülməsi  ilə  əlaqədar  sitostatiklərlə  müalicə  və  ya 
immunosupressiyanın digər növləri  

 
Şəkərli diabet (bütün növlər)  

 
Zəif  qidalanma  (normadan  90%  aşağı;  əksər  hallarda  bədən-çəki  indeksi  20-dən 
aşağıdır)  
Peşə ilə bağlı risk qrupları:  

 
Tibb işçiləri  

 
Vərəm əleyhinə müəssisələr  

 
Bəlğəmin müayinəsini aparan bakterioloji və ümumi klinik laboratoriyalar  

 
Ümumi-somatik xəstəxanalar  

 
Ümumi-somatik xəstəxanaların qəbul şöbələri  

 
Ambulator tibb müəssisələri  

 
Polis və penitensiar sistem işçiləri  

 
Orduya yeni çağırılmış hərbçilər  

 
Tələbələr və internet-klublarının daimi müştəriləri  

 
Havanın güclü çirklənməsi ilə bağlı olan istehsalat işçiləri (dağ-mədən işləri, tikinti 
və s)  
Davranışla bağlı risk qrupları:  

 
Siqaret çəkənlər  

 
Alkoqoliklər  

 
Narkomanlar  
Sosial risk qrupları:  

 
İşsizlər  

 
Evsizlər  

 
Keçmiş məhbuslar  

 
Müəyyən yaşayış yeri olmayan şəxslər  

 
Etnik azlıqlar  

 
Miqrantlar, o cümlədən iş miqrantları  

 
Pis şəraitdə yaşayan və ya təhlükəli istehsalat yerlərində çalışan böyük şəhərlərin sakinləri  
İlkin  səhiyyə  şəbəkəsinin  və  vərəmlə  mübarizə  xidmətinin  rəhbərləri  öz  məsuliyyət 
dairələrində  vərəm  xəstələrinin  aşkarlanması  üzrə  proqramları  tərtib  edərkən,  bu  siyahıdan 
istifadə edə bilərlər.  
 
Risk qrupları arasında vərəmin aşkarlanması üçün alqoritm sxemi 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə