Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə6/137
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47444
1   2   3   4   5   6   7   8   9   ...   137

10 
 

 
Vərəmə  yoluxma  ehtimalı  yüksək  olan  şəraitlərin  müəyyənləşdirilməsi  və  infeksiya 
əleyhinə effektiv tədbirlərin görülməsi.  

 
Vərəmlə mübarizə sahəsində əsas göstəricilərin monitorinqi və qiymətləndirilməsi.  
Bura  həmçinin  vərəmlə  xəstələnməyə  yüksək  riskli  xüsusi  əhali  qruplarının  dəqiq 
müəyyənləşdirilməsi  və  onların  arasında  aşkarlanma,  profilaktika  və  müalicə  tədbirlərinin 
aparılması əlavə olunmalıdır.  
             
Vərəmin aşkarlanma strategiyası  
Vərəmin aşkarlanmasının iki əsas strategiyası mövcuddur: passiv və aktiv.  
   Passiv aşkarlanma xəstənin müraciəti ilə bağlıdır və xəstələrin  
müraciət etdikləri poliklinikalarda, xəstəxanalarda və digər müalicə müəssisələrində aparılır.  
Aktiv  aşkarlanma  iki  əsas  hissədən  ibarətdir:  vərəm  infeksiyası  ocağındakı  şəxslərin 
(kontaktların) müayinəsi və risk qrupuna aid əhalinin profilaktik müayinəsi.  
 
         Vərəmin passiv aşkarlanması və diaqnostikası (müraciət zamanı)  
Aşağıdakı  simptomlar  və  ya  onların  kombinasiyaları  ilə  bütün  xəstələrdə  vərəmə  şübhə 
yaranmalıdır.  
Ümumi simptomlar: qızdırma, zəiflik, çəki itkisi, iştahasızlıq  
Yerli simptomlar: öskürək, təngnəfəslik, döş qəfəsində ağrılar  
Dəri əlamətləri: tərləmənin artması (gecə tərləmələri), dəri örtüyünün solğunluğu  
Vərəmə şübhəli olan bütün xəstələrdən aşağıdakı məlumatlar toplanılmalıdır:  

 
Vərəm xəstəsi ilə təmas ehtimalı  

 
Vərəmin yaranması üçün xəstənin risk qrupuna mənsubluğu  

 
Tibbi  risk  faktorları:  İİV-infeksiyası,  alkoqolizm,  narkomaniya,  siqaretçəkmə,  şəkərli 
diabet,  kortikosteroidlərlə  müalicə,  üzvlərin  transplantasiyası,  onkoloji  xəstəliklər,  böyrək 
çatışmazlığı və s.  

 
Peşə:  tibb  işçiləri  (pulmonologiya,  cərrahiyyə,  travmatologiya,  infeksion  xəstəliklər), 
hərbçilər,  polis  və  penitensiar  sistem  işçiləri,  sosial  işçilər,  toz  çirklənməsi  ilə  bağlı  peşələr 
(inşaatçılar, şaxtaçılar, kimya sənayesi), heyvandarlıq  

 
Davranış: siqaretçəkmə, alkoqolizm, narkomaniya  

 
Sosial  risk  qrupları:  imkansız  ailələrdən  olan  şəxslər,  evsizlər,  qaçqınlar,  miqrantlar, 
yataqxanalarda qalanlar,  həbsxanalardan buraxılanlar və  kriminal  mühitdən olan şəxslər, böyük 
şəhərlərin sakinləri, 5 yaşadək uşaqlar, yaşlılar  

 
Uşaqlıqda BSJ peyvəndi və güclü postvaksinal reaksiya (postvaksinal çapığın olması və 
onun ölçüləri)  

 
Aparılmış tuberkulin sınaqları haqqında məlumat  

 
Keçmişdə aparılmış vərəmin kimyəvi profilaktikası haqqında məlumat  

 
Keçmişdə keçirilmiş və ya hazırda olan xəstəliklər  

 
Həmin xəstənin tibbi anamnezi:  

 
İlk simptomların yaranma tarixi  

 
Tibb müəssisəsinə ilk müraciətin tarixi  

 
Xəstə nə vaxtsa 2-ci sıra dərman vasitəsi daxil olmaqla, vərəm əleyhinə dərman vasitələri 
alıbmı: kanamisin, amikasin, kapreomisin, ftorxinolonlar (sipro-, oflo-, levo-, moksifloksasin)  

 
Keçmişdə hormonlar, sitostatiklər, şişin nekrozu faktorunun inhibitorları ilə müalicə  
Aşağıdakıların mövcudluğu vərəmə şübhəni müəyyən edir:  


11 
 

 
2 həftədən çox davam edən öskürək, gecə tərləmələri və çəki itkisi əsas olmaqla, vərəmin 
yerli və ümumi simptomları  
və/və ya  

 
Vərəmin yaranması üçün tibbi, peşə, davranış və sosial risk faktorlarının kombinasiyası  
 
Vərəmə şübhə olduqda istifadə olunan diaqnostik prosedurlar 
   İnstrumental müayinə  
Ağciyərlərin  rentgenoqrammı  (ağciyər  və  ağciyərdən  kənar  vərəmə  şübhəli  olan  bütün 
xəstələrə).  
Bakterioloji müayinə  
Rentgenoqramda  patologiya  mövcud  olduqda  –  bəlğəmin  mikroskopiyası,  bəlğəmin 
yığılması, əkilməyə və dərman həssaslığının müayinəsinə göndərilməsi.  
İlkin  səhiyyə  xidməti  səviyyəsində  müayinədən  sonra  növbəti  müayinə,  qeydiyyat  və 
kimyəvi  terapiyanın  rejimi,  müalicənin  yeri  haqqında  qərarın  qəbulu  üçün  vərəm  əleyhinə 
dispanserə göndəriş.  
 
  Vərəmin aktiv aşkarlanması 
Passiv  aşkarlanmadan  fərqli  olaraq,  fəal  aşkarlanma  xəstədə  öz  təşəbbüsü  ilə  tibbi  yardım 
üçün müraciət etmək qərarının yaranmasından əvvəl baş verir. Belə yanaşmada aşkar edilənlərin 
sayının artması ilə yanaşı, xəstələrin bir çoxunda xəstəlik daha erkən mərhələdə prosesin geniş 
inkişaf  etməsinədək  aşkar  olunur.  Beləliklə,  fəal  aşkarlanma  bakteriyaların  ifraz  olunması 
müddətini  qısaltmağa,  müalicəni  daha  erkən  başlamağa,  daha  yaxşı  nəticələr  əldə  etməyə  və 
dərmanlara qarşı rezistent olan VM-nin yaranmasının qarşısını almağa imkan verir. 
   Aktiv  aşkarlanma  iki  əsas  hissədən  ibarətdir:  vərəm  infeksiyası  ocağındakı  şəxslərin 
(kontaktların) müayinəsi və risk qrupuna aid əhalinin profilaktik müayinəsi.  
Vərəmin passiv aşkarlanması və diaqnostikası (müraciət zamanı)  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İlkin səhiyyə xidməti səviyyəsində vərəm xəstələrinin  
aşkarlanması üçün alqoritmin sxemi (müraciət etdikdə) 
 
 
Vərəmə şüb yaradan simptomlarla (yerli və ya ümumi) və/və ya risk qrupuna aid XƏSTƏ 
 
Ağciyərlərin rentgenoqrammı 
Rentgenoloji dəyişikliklər yoxdur 
Tuberkulin sınağı 
Rentgenoloji dəyişikliklər var 
Vərəmin rentgenoloji 
əlamətləri aydın
 deyil 
Fəal vərəmin aydın 
rentgenoloji əlamətləri  


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə