Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə7/137
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47444
1   2   3   4   5   6   7   8   9   10   ...   137

12 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
 
 
 
 
Fəal vərəm xəstələri ilə təmasda olmuş və ya olan şəxslərin müayinəsi  

 
Fəal  vərəm  ilə  xəstənin  aşkarlanmasından  və  qeydiyyatından  sonra  infeksiya  ocağında 
müayinənin  aparılmasına  olan  ehtiyacı  və  onun  planını  müəyyənləşdirmək  məqsədilə  bu  işdə 
maraqlı tibb müəssisələrinə (poliklinika, GEM) müvafiq bildiriş göndərilməlidir 

 
Xəstə  ilə  uzunmüddətli  (8  saatdan  çox)  və  sıx  (qapalı  məkanda)  təmasda  olmuş  şəxslər 
müəyyənləşdirilməlidirlər: ailə üzvləri, məişətdə və işdə  yaxın  yoldaşlar, xəstənin bir neçə dəfə 
olduğu və insanların toplaşdığı yerlərə gələnlər (kafe, bar, restoran, rəqs klubu, idman bölməsi və 
s).  

 
Digər kontaktlar təsadüfi sayılır və müayinə planının hazırlanmasında prioritet sayılmır 

 
Tibb  işçiləri  vərəm,  onun  keçmə  yolları,  müalicəsi  və  profilaktikası  haqqında  biliklərin 
artırılması məqsədilə xəstə və kontakt şəxslər arasında daim maarifləndirmə işi aparmalıdırlar.  

 
Vərəmin  istənilən  fəal  forması  aşkar  olunanda,  kontaktların  müayinəsi  aparılmalıdır: 
mikroskopiyanın müsbət və mənfi nəticələri ilə ağciyər və ağciyərdən kənar formalarında 


13 
 

 
Xəstədə  vərəmin  fəal  forması  davam  edənədək  hər  6  aydan  bir,  həmçinin  xəstənin 
sağalmasından, çıxışından və ölümündən sonra 1 il ərzində kontaktların müayinəsi aparılmalıdır 

 
Kontakt  şəxsdə  keçmişdə  müsbət  Mantu  sınağı  və  ya  fəal  vərəm  olmuşdursa,  müayinə 
ağciyərin rentgenoqrammından və ya geniş formatlı rəqəmli flüoroqrafiyadan başlanılmalıdır.  
 
Risk qruplarının müayinəsi  
Kontakt  şəxslərin  müayinəsi  ilə  yanaşı,  fəal  aşkarlanma  üsullarına  həmçinin  vərəmin 
yaranmasına  yüksək  riskli  əhali  kateqoriyalarının  müayinəsi  aiddir.  Adətən,  fəal  vərəmin 
yaranma tezliyi infeksiyalaşma (latent vərəm) səviyyəsi ilə korrelyasiya olunur.  
Şübhəsiz,  hər  bir  ölkənin  özünəməxsus  risk  qrupları  mövcuddur.  Bundan  əlavə,  onların 
tərkibi  və  xüsusiyyətləri  zamanla  dəyişir.  Məsələn:  sülh  dövründə  fəal  vərəmin  yaranma  riski 
müharibə və yiqtisadi böhran zamanı ilə müqayisədə nəzərəçarpacaq dərəcədə aşağıdır. Yuxarıda 
qeyd  olunduğu  kimi,  İİV-infeksiyası,  şişlərin  nekroz  faktorunun  (ŞNF-α)  inhibitorları  və  ya 
interleykin-1 ilə müalicə kimi yeni risk faktorları nisbətən yaxın vaxtlarda yaranmışdır.  
Bu  mövzuya  dair  dərc  olunmuş  ədəbiyyatın  son  icmallarının  birində  müəlliflər  vərəmlə 
xəstələnmədə  müxtəlif  risk  faktorlarının  xüsusi  çəkisi  (population  attributable  fraction  –  PAF) 
haqqında  məlumat  vermişdirlər.  Bu  modelə  görə,  zəif  qidalanma  (PAF–27%),  siqaretçəkmə 
(PAF–23%),  İİV-infeksiyası  (PAF–19%),  şəkərli  diabet  (PAF–6%),  alkoqolizm  (PAF–13%)  və 
havanın çirklənməsi (toz, qazlar) (PAF–26%) vərəmlə xəstələnmənin əsas risk faktorlarındandır.  
Bütün mümkün risk qruplarının müəyyənləşdirilməsi genişmiqyaslı və bahalı təhqiqatların 
aparılmasını tələb edən çətin işdir. Buna görə də digər ölkələrin məlumatlarından istifadə edərək
onları empirik təcrübə əsasında həmin ölkənin indiki vaxtına və konkret şəraitinə tətbiq edilməsi 
məcburiyyəti yaranır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Vərəm ocaqlarından kontaktların müayinəsi üçün alqoritm sxemi 


14 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Vərəmlə xəstələnmənin tibbi risk faktorları 
 
Kontakt 
şəxslərin 
müayinəsi  ilə 
yanaşı,  fəal 
aşkarlanma  üsullarına  vərəmin 
Hesablanmış 
risk
∗ 
İstinad 
edilmiş mənbələr 
Kontakt şəxs 
Tuberkulin (Mantu sınağı) 
Nəticə: 

 
mənfi (0-1mm) 
şübhəli (2-4mm) 
və ya  

 
ancaq istənilən 
ölçüdə 
hiperemiya  
 
Nəticə: 

 
zəif müsbət (5-9mm) 

 
orta dərəcəli (10-14 mm) 

 
güclü (15-16 mm) 

 
hiperemiya (uşaqlarda  > 17 mm, 
böyüklərdə >21 mm, vezikulyar-nektorik 
reaksiyalar) 
Əlavə 
müayinə 
tələb 
olunmur 
İmmun-
çatışmazlığı 
əlamətləri 
(anergiya) 
Fəal vərəmin əlamətlərinə 
görə müayinə: 
Rentgenoqramm 
Müşahidə: 

 
6 aydan sonra 
tuberkulin sınağını 
təkrar etmək 

 
hər 6 aydan bir 
həkim baxışı 

 
əlamətlər 
yarananda – 
rentgen müayinəsi 

 
xüsusi göstərişlərə 
vaksinasiya 
Patologiya aşkar 
İnfeksiyalaşmanın 
postvaksinal 
immunitet ilə 
differensial 
diaqnostikasıolunm
adı 
Patologiya aşkar 
olundu 

 
İnfeksiyalaşmanın 
postvaksinal 
immunitet ilə 
differensial 
diaqnostikası 
 

 
Fəal vərəmin 
yaranma riski yüksək 
olan şəxslərdə 
kimyəvi profilaktika 
 
Bəlğəmin 
mikroskopiyası 
Bəlğəmin əkilməsi 

 
Diaqnozun yekun 
təsdiqi 

 
VM-nin dərmanlara 
həssaslığının 
müəyyənləşdirilməsi 

 
Müalicə 

 
 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə