Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə3/137
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47444
1   2   3   4   5   6   7   8   9   ...   137


 
UNAIDS 
Birləşmiş Millətlər Təşkilatının İİV/QİÇS üzrə Birləşdirilmiş 
proqramı – the Joint United Nations Programme on HIV/AIDS 
USAID 
Beynəlxalq  inkşaf  üzrə Amerika Agentliyi  -  ingl. US Agency for 
International Development) 
USM 
 
 
Ultrasəs müayinə 
ÜST 
 
 
Ümümdünya Səhiyyə Təşkilatı 
v/d 
 
 
Venadaxili 
VƏDV    
 
Vərəm əleyhinə dərman vasitələri 
VƏP 
 
 
Vərəm əleyhinə preparatlar 
VƏRƏM/İİV 
 
Vərəm İİV infeksiyası ilə müştərək 
VMB 
 
 
Vərəm mikobakteriyası 
VYRYZ    
 
Vərəmə yoluxma riski yüksək olan zonalar 
XBT-10   
 
Xəstəliklərin Beynəlxalq Təsnifatı, 10-cu baxış 
XDİ  
 
 
Xəstəxanadaxili infeksiya 
YAART    
 
Yüksək aktivli antiretrovirus terapiyası 
YT  
 
 
Yanaşı təsir 
Z   
 
 
Pirazinamid 
 



 
GİRİŞ 
Hazırda  dünyada  vərəm  xəstəliyinin  spesifik  dərmana  davamlı  formalarının  artması 
xəstəliyin  epidemioloji  gərginliyinə  səbəb  olmuşdur.  Epidemik  vəziyyətin  əsas  səbəblərinə 
vərəm  mikrobakteriyalarının  spesifik  dərmanlara  həssaslığının  və  ya  davamlılığının  təyin 
edilmədən  xəstələrə  müalicənin  aparılmasıdır.  Digər  səbəbi  isə  xəstələrə  spesifik  dərmanların 
düzgün olmayan dozada və kombinasiyada tətbiq edilməsidir. Sözsüz müalicə olunan xəstələrin 
sosial  vəziyyəti  və  həyat  tərzi,  buna  müvafiq  olaraq  müalicə  prosesində  onların  yayınması  da 
əhəmiyyət  kəsb  edir.  İnsan  immunçatışmazlığı  faktorunun  dünyada  artması  da  sözsüz  vərəmə 
görə epidemik vəziyyətin yaranmasında mühüm rol oynayır. Bütün bunların nəticəsində son illər 
dünyada  olduğu  kimi  Cənubi  Qafqaz  respublikalarında  da,  o  cümlədən  Azərbaycanda  ilkin 
xəstələr  arasında  müalicə  kursunun  sonuna  çatdıran,  müalicənin  effektliyi-dağılma  boşluğunun 
bağlanması, və mikrobakteriyaların ifrazının kəsilməsi uyğun olaraq 75-95% təşkil edir. Spesifik 
dərmanlara  davamlı  xəstələrin,  xüsusən  multirezistent  formaların  müalicəsi  zamanı  klinik 
sağalma 50-55% müşahidə olunur.  
 
VƏRƏMİN EPİDEMİOLOGİYASI 
Vərəm  xəstəliyinin  mənbəyi  xəstə  insanlar,  heyvanlar  və  quşlardır.  Epidemioloji  cəhətdən 
ən qorxulu olanlar bəlğəmlə küllü miqdarda mikobakteriyaları xaric edən xəstələrdir. 
Bir xroniki vərəmli xəstə sutka ərzində 7 milyarda qədər vərəm çöpləri xaric edir. Belə xəstə 
1 dəfə öskürərkən havaya 60 minə yaxın tüpürcək dənəcikləri püskürür. Bir açıq formalı vərəmli 
xəstə il ərzində 8-12 yeni sağlam şəxsin vərəmə tutulmasına və 150-200-ə yaxın sağlam şəxsin 
vərəmə  yoluxmasına səbəb ola bilər.Vərəm mikobakteriyaları təkcə bəlğəmlə deyil sidik, nəcis 
və irinlə də xaric olunurlar. 
Vərəm  xəstəliyinin  epidemioloji  vəziyyətini  bir  sıra  statistik  göstəricilər  müəyyənləşdirir. 
Onlar yoluxma, xəstələnmə, xəstəlik halları və ölümdür. 
Yoluxma - tuberkulinə müsbət cavab vermiş şəxslərin (allergiyalı şəxsləri çıxmaq şərti ilə) 
bütün müayinə olunanlara faiz nisbətidir. 
Xəstələnmə - hər 100 min nəfər əhali arasında ilk dəfə aşkar olunmuş aktiv formalı vərəmli 
xəstələrin 1 il ərzində sayıdır. 
Xəstəlik  -  hər  100  min  nəfər  əhali  arasında  ilin  axırında  qeydiyyatda  olan  aktiv  formalı 
vərəmli xəstələrin ümumi sayıdır. 
Ölüm  -  hər  100  min  nəfər  əhali  arasında  il  ərzində  vərəm  xəstəliyindən  ölmüş  xəstələrin 
sayıdır. 
Bu göstəricilər dünyanın müxtəlif ölkələrində müxtəlif saydadırlar. İnkişaf etmiş ölkələrdə 
bir  qədər  az,  inkişaf  etməkdə  olan  ölkələrdə  çox,  iqtisadi  vəziyyəti  ağır  olan  ölkələrdə  isə 
göstəricilər daha yüksək olur. Bununla belə, bəzi ölkələrdə statistik rəqəmlərin dəqiq öyrənilməsi 
mümkün  olmadığına  görə  bu  rəqəmlər  dəyişir  və  vərəmin  dünyada  həqiqi  epidemioloji 
vəziyyətini  olduğu  kimi  aşkar  etmək  xeyli  çətinliklər  törədir.  Ancaq  Ümumdünya  Səhiyyə 
Təşkilatının,  Beynəlxalq  Vərəm  və  Ağciyər  Xəstəliklərinə  Qarşı  Mübarizə  İttifaqının  birgə  işi 
vərəm haqda ümumi təsəvvür yaratmağa imkan verir. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi 
məlumata görə dünyada hər il 10 milyona yaxın insan vərəm xəstəliyinə tutulur.  
Hər  il  3  milyona  qədər  insan  vərəm  xəstəliyindən  dünyasını  dəyişir.  20  milyondan  artıq 
batsilyar  xəstə  var.  Bütövlükdə  dünya  əhalisinin  üçdə  birinə  qədəri  vərəmə  yoluxmuşdur.  Son 



 
illərdə dünyanın bir sıra ölkələrində vərəm xəstəliyi artmağa meyillidir. Bunun bir neçə səbəbi 
var:  sosialist  sisteminin  dağılması  ilə  bağlı  dünyada  miqrasiyanın  artması,  dünya  iqtisadi 
durumunun kəskin sürətdə dəyişməsi və pisləşməsi, son 15-20 il-də dünyada QİÇS xəstəliyinin 
geniş  yayılması.  Ümumiyyətlə,  dünyada  kasıbların  sayı  artdıqca,  iqtisadi  problemlərin 
coğrafiyası genişləndikcə vərəm xəstəliyinin yayılması və artması da müşahidə olunacaq. 
Vərəm  xəstəliyinin  geniş  yayılmasına  bu  gün  dünyada  vərəm  mikobakteriyalarının 
rezistentliyinin  artması  və  çoxalması  da  bir  səbəbdir.  Vərəm  xəstəliyindən  ölənlərin  sayı  digər 
yoluxucu  xəstəliklərdən  ölənlər  arasında  yenə  də  öndə  gedir.  Vərəmə  yoluxanların  sayının 
artması  əhali  arasında  vərəm  rezervuarının,  yəni  yoluxmanın  əsas  səbəbkarı  olan  açıq  formalı 
vərəmli  xəstələrin  sayının  hələ  çox  olmasına  dəlalət  edir.  Vərəm  xəstəliyinin  artmasında 
vərəmdən  sonra  qalıq  dəyişiklərdə  endogen  reaktivasiyanın  da  böyük  rolu  vardır.  Hal-hazırda 
böyüklər arasında vərəm xəstəliyinin sayının artmasında bu səbəb mühüm rol oynayır. Beləliklə, 
endogen reinfeksiyanın və yenidən yoluxmanın sayı artdıqca vərəm xəstəliyinin yaxın dövrlərdə 
azalması, yaxud da ləğv olunması haqqında proqnozlar söyləmək olduqca mümkünsüzdür. 
Vərəmin  epidemiologiyası  ftiziatriyanın  əsas  sahələrindən  biri  olaraq  vərəmə  yoluxma 
mənbələrini,  infeksiyanın  keçmə  yollarını  və  onun  bir  yoluxucu  xəstəlik  kimi  əhali  arasında 
yayılmasını  və  əhalinin  risk  qrupunun  vəziyyətini  öyrənir.  Vərəm  təkcə  insan  orqanizmi  ilə 
xəstəlik  törədicisi  arasında  olan  tibbi-bioloji  problem  deyil,  həm  də  sosial  problemdir,  çünki 
sosial faktorlar insan sağlamlığına təsir edən faktorlardır. Konkret olaraq həyatın maddi-texniki 
bazası, sanitar mədəniyyəti, məşğulluğun növü, yaşayış, mənzil şəraiti, tibbi xidmətlə təminat və 
s. insan sağlamlığında böyük rol oynayır. 
Vərəm öyrənilərkən epidemioloji nöqteyi-nəzərdən demoqrafik xüsusiyyətlər, yəni əhalinin 
yaşı,  uşaqların  əhali  arasında  xüsusi  çəkisi,  cinsi,  kişi  və  qadınların  say  münasibəti,  yaşlıların 
sayı,  əhalinin  sıxlığı  və  s.  məsələlər  nəzərə  alınmalıdır.  Sözsüz  ki,  vərəm  xəstəliyinin  əsas 
mənbəyi  vərəm  xəstəliyinə  tutulmuş
 
vərəm  mikobaktrriyası  ifraz  edən  xəstələrdir.  Daha  çox 
təhlükə  törədən  xəstələr  daimi  olaraq  və  küllü  miqdarda  vərəm  mikobakteriyalarını  ifraz 
edənlərdir. Ancaq azsaylı vərəm mikobakteriyaları ifraz edən xəstələr də, əgər sıx kontakt olarsa, 
təhlükəli sayılır. Ağciyərdən başqa vərəm mikobakteriyaları xaric edən digər orqanların vərəmi 
olan xəstələr də ətrafdakılar üçün yoluxma təhlükəsi yaratdıqlarına görə qorxuludurlar. Belə ki, 
böyrəklərin,  sidik-tənasül  yollarının,  irin  axarları  olan  sümük  və  oynaqların,  periferik  limfa 
düyünlərinin və digər orqanların vərəmi buna misal ola bilər. Söhbət zamanı öskürək, asqıraqla, 
öpüşərkən selik damcıları ilə və sairə yollarla vərəmə yoluxma mümkündür. 
Uzun  zamanlar  vərəmə  yoluxmanın  əsas  yolu  hava-damcı  yolu  sayılırdı.  Ancaq  birbaşa 
kontakt  olmadan  da  vərəm  mikobakteriyaları  olan  bəlğəm,  yaxud  başqa  möhtəviyyatla 
çirklənmiş müxtəlif əşyalar ilə yoluxma mümkündür. 
Vərəm  mikobakteriyalarının  ətraf  mühitə  təsirinə  qarşı  yüksək  davamlılığını,  onların  uzun 
aylar  və  illərlə  həyat  fəaliyyətini  və  patogenliyini,  qaranlıqda,  torpaqda,  axar  sularda,  aşağı 
temperaturda dözümlülüyünü və bir sıra dezinfeksiyaedici maddələrə qarşı davamlılığını nəzərə 
alsaq hava-toz yolunun yoluxmada xüsusi rol oynadığını qeyd etməliyik. Vərəmə yoluxma eyni 
qab-qacaqdan  istifadə  edərkən  alimentar  yolla  da  baş  verə  bilir.  Mahiyyət  etibarı  ilə  ikinci 
dərəcəli  yoluxma  mənbəyi  vərəm  xəstəliyinə  tutulmuş  iri  buynuzlu  mal-qaradır.  Bu  zaman  ən 
çox  qorxu  törədən  heyvandarlıqla  məşğul  olan  şəxslərin  vərəmli  heyvanlarla  kontaktı 
məsələsidir.  Bu  halda  da  hava-damcı  və  hava-toz  vasitəsilə  yoluxma  baş  verir.  Bundan  başqa 
belə  heyvanların  qaynadılmamış,  termik  zərərsizləşdirməyə  məruz  qalmamış  məhsulları, 
pasterizə olunmamış südü və bu süddən hazırlanmış məhsullar yoluxma mənbəyi ola bilər. Buna 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə