Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə9/137
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47444
1   ...   5   6   7   8   9   10   11   12   ...   137

18 
 
 
 
 
 
 
 
 
 
 
 
DİASKİN TEST 
Diaskintest  –  rekombinə  edilmiş  vərəm  allergenin  standart  məhluludur.  Genetik 
modifikasiya  olunmuş  E.coli  BL21(DE3)/pCFP-ESAT  tərəfindən  ifraz  olunan,  konservant 
(fenol)  əlavə  edilmiş  steril  izotonik  fosfat  bufer  məhlulunda  həll  edilmiş  və  dəri-içi  yeridilmə 
üçün nəzərdə tutulan rekombinat zülaldır.  
Diaskintestin tərkibi iki antigendən (sintetik zülallar ESAT6/CFP10) ibarətdir. Bu virulent 
Mycobacterium  tuberculosis  ştamlarında  mövcud,  lakin  KJB  vaksin  ştamında  isə  rast 
gəlinməyən zülallardır.  
Diaskintest  Rusiya  Federasiyasının  İ.M.Seçenov  adına  Elmi  Təhqiqat  Moskva  Tibb 
Akademiyasında  2008-ci  ildə  hazırlanıb.  Preparat  bütün  uyğunluq  sınaqlarından  keçirilib  ( 
uyğunluq,  sterillik,  pirogenlik,  toksiklik,  spesifik  təhlükəsizlik  (anafilaktik  şok  reaksiyası)), 
həmçinin  tərkibindəki  zülali  maddənin  miqdarı  və  molekulyar  çəkisi  müəyyən  edilib.  Gen 
mühəndisliyi məhsulu olduğu üçün ştam-produsientin (ifraz edən) sabitliyi təsdiq edilib. Preparat 
Rentgenoloji müayinə  
(irikadrlı rəqəmli flüoroqrafiya daha üstündür) 
Rentgenoqramda 
“patologiya” olarsa 
Rentgenoloji dəyişiklikər yoxdur 
Bəlğəmin  mikroskopiyası 
(flüoresent mikroskopiya 
daha üstündür) 
Müşahidə 
İldə 1 dəfə müayinə 
Kultural müayinə 
(Maye mühitlər daha 
üstündür) 
Vərəm mikobakteriyasının dərmanlara 
həssaslığının müayinəsi (o cümlədən  
molekulyar diaqnostika  
üsullarının istifadəsi ilə) 


19 
 
toksik deyil, sensibilizasiya yaratmaq qabiliyyətinə malik deyil, təhlükəsizdir. Spesifikdir və bu 
səbəbdən də geniş klinik tətbiq üçün tövsiyə edilir. 
İstifadəyə göstərişlər 
Vərəmin diaqnostikası üçün hazırda istifadə olunan dəri içi müayinə üsulları (Mantu sınağı 
və daskintesti) eyni prinsip əsasında təsir göstərir.  
Diaskintestinin təsir mexanizmi orqanizmdə vərəm mikobakteriyasına qarşı mövcud 
spesifik hüceyrə immun reaksiyasına əsaslanır. Vərəm infeksiyası olan şəxslərdə Diaskintestin 
yeridilməsi spesifik dəri reaksiyasına səbəb olur ki, bu da LTHH-nin təzahürüdür.  
Diaskintest bütün  yaş qruplarından olan pasiyentlər arasında vərəmin diaqnostikası, vərəm 
prosesinin  aktivlik  dərəcəsi  və  yüksək  risk  qrupuna  aid  olan  xəstələr  arasında  aktiv  vərəmin 
inkişaf riskini qiymətləndirmək üçün istifadə olunur.  
Diaskintest  -  vərəmin  diferensial  diaqnostikası,  infeksion  və  postvaksinal  allergik 
reaksiyanın  (ləng  tipli  hiper  həssaslıq  reaksiya),  həmçinin  vərəm  əleyhinə  müalicənin 
effektivliyinin digər üsullarla birgə kompleks qiymətləndirilməsində istifadə olunur. 
Buraxlış forması: 1,2 ml (12 doza) və ya 3 ml (30 doza) olmaqla, rezin qapaqla bağlanmış, 
üzəri  ilk  istifadəyə  nəzarət  üçün  aliminium-plasit  üzlüklə  örtülmüş  şüşə  flakonlarda  istehsal 
olunur.  Qutuda  1  və  ya  5  flakon,  xanəli  qablaşmada,  istifadəyə  dair  təlimatla  birgə  istehsal 
olunur. 
Diaskintest aşağıdakı hallarda istifadə oluna bilər: 

vərəm  əleyhinə  müəssisələrə  daha  ətraflı  müayinə  üçün  yönəldilmiş  xəstələrdə  spesifik 
prosesin mövcudluğunu təyin etmək üçün;  

vərəmə münasibətdə epidemioloji, tibbi və sosial faktorlara əsasən yüksək risk qrupuna aid 
olan şəxslərdə vərəmin diaqnostikası məqsədilə;  

kütləvi tuberkulindiaqnostika nəticələrinə əsasən ftiziatra əlavə müayinə üçün yönəldilmiş 
xəstələrdə istifadə olunur.  
Testin aparılma qaydaları 
Diaskintest  üçün  inyeksiya  Mantu  sınağında  olduğu  kimi,  yalnız  dəri  içi,  saidin  orta  üçdə 
birinə, nazik inynə ilə aparılır. Tərkibində test üçün məhlul olan flakon açıldıqdan sonra 2 (iki) 
saat  müddətində  yararlıdır.  Birdəfəlik  doza  0,1  ml  təşkil  edir.  Sınaq  oturaq  vəziyyətdə  aparılır. 
Saidin  orta  üçdə  birinin  iç  səthi  70%  etil  spirti  ilə  təmizləndikdən  sonra,  dartılmış  dərinin  üst 
qatına  paralel  olaraq  d/i  0,1  ml  preparat  yeridilir.  Sınaq  qoyularkən  adətən  dəri  üzərində  ağ, 
“limon qabığı”na bənzər hündürlük – 7-10 mm həcmində papula əmələ gəlir. Anamnezində qeyri 
spesifik allergiya halları qeyd olunan pasiyentlərə, testdən 5 (beş) gün öncə və testdən sonrakı 2 
(iki) gün ərzində desensibilizasiyaedici dərman vasitələrindən istifadə tövsiyə edilir. 
Diaskintest - dəri içi inyeksiya qaydası və reaksiyanın qiymətləndirilməsi 
 


20 
 
 
Diaskintestin nəticələrinin qiymətləndirmə qaydaları 
Diaskintestinin  nəticələri  inyeksiyadan  72  saat  sonra  müayinə  edilir.  Həkim  qızartı 
(hiperemiya)  sahəsinin  diametrini  (şəffaf  mm-lik  xətkeş  vasitəsi  ilə)  və  bərkliyini  (papulanın) 
ölçülərini müayinə edir. 
 Diaskin testinin nəticələri aşağıdakı kimi ola bilər: 

 
Mənfi – inyeksiya sahəsində qızartı və ya bərklik yoxdur;  

 
Şübhəli  –  İnyeksiya  sahəsində  yalnız  qızartının  olması  və  ya  2-4  mm  kiçik  şişkinliyin 
olması; 

 
Müsbət – İnyeksiya sahəsində 5 mm və ya daha böyük şişkinliyin olması; 

 
Hiperergik:  İnyeksiya sahəsində 15 mm və  ya daha böyük şişkinlik  olduqda, həmçinin, 
inyeksiya  səthində  kiçik  qovuqcuqlar  və  ya  inyeksiya  sahəsində  digər  dəyişikliklər  olduqda, 
dirsək və qoltuq altı limfa düyünlərinin şişkinliyi müşahidə edildikdə; 
Diaskintestə mənfi cavab aşağıdakı hallarda müşahidə edilir: 

 
VMB-yə yoluxmamış şəxslərdə; 

 
yoluxmanın ilkin mərhələsində olan şəxslərdə

 
yoluxmuş, lakin qeyri-aktiv vərəm infeksiyası olan şəxslərdə; 

 
vərəmlə  xəstə  olmuş,  lakin  vərəm  səbəbli  klinik,  rentgen-tomoqrafik,  instrumental, 
laborator müayinələrin nəticələrində müsbət dinamika müşahidə olunan şəxslərdə;  

 
vərəm infeksiyasından sağalmış şəxslərdə; 

 
ağır gedişli, aydın immunpatoloji dəyişiklərlə müşahidə edilən şəxslərdə. 
Əks göstərişlər və digər dərman vasitələri ilə birgə istifadə 

 
Diaskintest  yüksək  hərarətlə  müşahidə  olunan  (vərəmə  şübhə  yarandığı  hallar  istisna 
olmaqla)  infeksion  xəstəliklərin  kəskin  dövründə  və  xroniki  xəstəliklərin  kəskinləşmə 
dövrlərində aparılmamalıdır; somatik xəstəlikərin kəskinləşdiyi dövrdə; yayılmış dəri xəstəlikləri 
zamanı; allergik vəziyyətlərdə; epilepsiya zamanı 

 
Diaskintest profilaktik vaksinasiya (KJB istisna olmaqla) nəticələri qiymətləndirildikdən 
sonra sağlam şəxslərə aparıla bilər .  
Şərhlər 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə