Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə5/137
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47444
1   2   3   4   5   6   7   8   9   ...   137


 
dispanserlərin  tərkibindəki  Həkim  Komissiyaları  və  tibb  müəssisələrinin  təşkilati-metodik 
şöbələrinin işçiləri məşğul olmalıdırlar.  
 
XBT-10 üzrə təsnifatı  
SİNİF: Bəzi infeksion və parazitar xəstəliklər – A00-B99  
BÖLMƏ: VƏRƏM – A15-A19  
A15. TƏNƏFFÜS  ÜZVLƏRİNİN VƏRƏMİ, BAKTERİOLOJİ VƏ HİSTOLOJİ TƏSDİQ 
OLUNMUŞ  
A15.0.  Kulturanın  bitməsi  ilə  və  ya  onsuz  bakterioskopik  üsulla  təsdiq  olunmuş  ağciyər 
vərəmi  
A15.1. Ancaq kulturanın bitməsi ilə təsdiq olunmuş ağciyər vərəmi  
A15.2. Histoloji üsulla təsdiq olunmuş ağciyər vərəmi  
A15.3. Qeyri-müəyyən üsullarla təsdiq olunmuş ağciyər vərəmi  
A16. TƏNƏFFÜS  ÜZVLƏRİNİN VƏRƏMİ, BAKTERİOLOJİ VƏ HİSTOLOJİ TƏSDİQ 
OLUNMAMIŞ  
A16.0. Bakterioloji və histoloji müayinələrin mənfi nəticələri ilə ağciyər vərəmi  
A16.1. Bakterioloji və histoloji müayinələr aparılmamış ağciyər vərəmi  
A16.2. Bakterioloji və histoloji təsdiqin qeyd olunmaması ilə ağciyər vərəmi  
А17. SİNİR SİSTEMİNİN VƏRƏMİ  
А18. DİGƏR ORQANLARIN VƏRƏMİ  
А19. MİLİAR VƏRƏM  
Qeyd:  
P 37.0 Anadangəlmə vərəm;  
J 65 Vərəmlə əlaqəli pnevmokonioz;  
B 90 Vərəmin nəticələri  
 
Vərəmin klinik təsnifatı  
(prosesin yerləşməsinə görə ÜST-ün təsnifatına olunmuş əlavə ilə)  
Vərəmin klinik təsnifatında rentgenoloji xüsusiyyətlər, xəstəliyin  gedişi (fazalar), bakteriya 
ifrazının  xarakteri,  prosesin  müddəti  və  yerləşməsi  nəzərə  alınır.  Müasir  formada  təsnifat  dörd 
əsas bölmədən ibarətdir:  
I.Klinik formalar 
Klinik formalar  
ÜST-ün təsnifatına görə 
prosesin yerləşməsi  
1. Uşaq və yeniyetmələrdə vərəm intoksikasiyası  
2. Tənəffüs üzvlərinin vərəmi  
Birincili vərəm kompleksi  
Ağciyər vərəmi  
Miliar vərəm  
Ağciyər vərəmi  
Ağciyərlərin səpələnmiş vərəmi  
Ağciyər vərəmi  
Ağciyərlərin ocaqlı vərəmi  
Ağciyər vərəmi  
Ağciyərlərin infiltrativ vərəmi  
Ağciyər vərəmi  
Kazeoz pnevmoniya  
Ağciyər vərəmi  
Ağciyərlərin tuberkuloması  
Ağciyər vərəmi  



 
 
  
II.
 
Vərəm prosesinin xarakteristikası prosesin  yerləşməsinə, klinik-rentgenoloji əlamətlərə və 
xəstədən  alınmış  diaqnostik  materialda  vərəm  mikobakteriyalarının  (VM)  olub-
olmamasına görə aparılır.  

 
Yerləşməsi  və  yayılması:  ağciyərlərdə  paylara,  seqmentlərə  görə,  digər  üzvlərdə  isə 
zədələnmənin yerləşməsinə görə  

 
Faza:  infiltrasiya,  parçalanma,  səpələnmə,  sovrulma,  bərkimə,  çapıqlaşma,  kalsifikasiya 
(əhəngin hopması)  

 
Bakteriyaların ifrazı: vərəm mikobakteriyalarının ifrazı ilə (VM+) və ya onsuz (VM-)  
III.
 
Vərəmin fəsadlaşması 
Qan  hayxırma  və  ağciyər  qanaxması,  spontan  pnevmotoraks,  ağciyər-ürək  çatışmazlığı, 
atelektaz, amiloidoz, fistullar (bronxial, torakal) və s. 
IV.
 
Müalicə olunmuş vərəmdən sonra qalıq dəyişikliklər:  

 
tənəffüs  üzvlərində:  fibroz,  fibroz-ocaqlı,  bullyoz-distrofik,  ağciyərlərdə  və  limfa 
düyünlərində kalsinatlar və s.  

 
digər üzvlərdə: müxtəlif üzvlərdə çapıq dəyişiklikləri və onların nəticələri, kalsifikasiya, 
cərrahi müdaxilələrdən sonrakı hallar  
Qeyd:  Beynəlxalq  təsnifata  görə,  bronxların,  nəfəs  borusunun,  yuxarı  tənəffüs  üzvlərinin, 
plevranın  və  döş  qəfəsi  daxilindəki  limfa  düyünlərinin  vərəmi,  həmçinin  miliar  vərəm 
ağciyərdən kənar vərəm formalarına aid edilir.  
 
Ağciyərlərin kavernoz vərəmi  
Ağciyər vərəmi  
Ağciyərlərin fibroz-kavernoz vərəmi  
Ağciyər vərəmi  
Ağciyərlərin sirroz vərəmi  
Ağciyər vərəmi  
Vərəmli plevrit (o cümlədən empiema)  
Ağciyərdən kənar vərəm  
Döş  qəfəsi  daxili  limfa  düyünlərinin 
vərəmi  
Ağciyərdən kənar vərəm  
Bronxların,  nəfəs  borusunun, 
yuxarı 
tənəffüs yollarının vərəmi  
Ağciyərdən kənar vərəm  
Ağciyərlərin  peşə  toz  xəstəlikləri  ilə 
kombinə  olunmuş  tənəffüs  üzvlərinin 
vərəmi (koniovərəm)  
Ağciyər vərəmi  
3. Digər üzv və sistemlərin vərəmi  
Beyin 
qişalarının 
və 
mərkəzi 
sinir 
sisteminin vərəmi  
Ağciyərdən kənar vərəm  
Bağırsaq,  periton  və  mezenterial  limfa 
düyünlərinin vərəmi  
Ağciyərdən kənar vərəm  
Sümük və oynaq vərəmi  
Ağciyərdən kənar vərəm  
Sidik-cinsiyyət üzvlərinin vərəmi  
Ağciyərdən kənar vərəm  
Dəri  və  dərialtı  birləşdirici  toxumanın 
vərəmi  
Ağciyərdən kənar vərəm  
Periferik limfa düyünlərinin vərəmi  
Ağciyərdən kənar vərəm  
Göz vərəmi  
Ağciyərdən kənar vərəm  
Digər üzvlərin vərəmi  
Ağciyərdən kənar vərəm  



 
ÜST-ün təsnifatı 
Təsnifat aşağıdakı meyarlar nəzərə alınmaqla aparılır:  

 
Vərəm prosesinin anatomik yerləşməsi  

 
Ağciyər vərəmi  

 
Zədələnən üzvün göstərilməsi ilə ağciyərdən kənar vərəm  

 
Dərmanlara qarşı rezistentlik haqqında məlumatlar daxil olmaqla bakterioloji müayinənin 
nəticələri  

 
Mikroskopik üsulun və/və ya əkilmənin müsbət və ya mənfi nəticələri  

 
Dərman rezistentliyinin növü  

 
Əvvəlki müalicənin tarixi  

 
İlk dəfə aşkar olunmuş xəstə  

 
Əvvəllər müalicə almış xəstə:  
1. Xəstəliyin residivi ilə 
2. Uğursuz müalicədən sonra  
3. Müalicədən ayrılandan sonra 
4. Müalicənin davam etdirilməsi üçün digər rayondan  köçürülmüş 
5.  Digər  xəstələr  (xəstənin  əvvəllər  müalicə  olunduğu    məlum  deyil,  əvvəlki 
müalicənin  nəticələri  məlum  deyil,  bəlğəmin  mikroskopiyasının  mənfi  nəticələri  ilə 
müalicəyə yenidən başlayanlar)  
6. Xəstənin İİV statusu  
 
İİV statusa əsaslanan təsnifat 

 
İİV müsbət (İİV +) statuslu vərəm xəstələri dedikdə – vərəmin müalicəsi başlamadan öncə 
İİV müsbət statusu rəsmi təsdiq edən sənədi (arayışı) olan vərəm xəstələri; və ya vərəm diaqnozu 
təyin edildiyi müddətdə İİV dair  müayinələrin nəticələri müsbət olan xəstələr nəzərdə tutulur.  

 
İİV mənfi (İİV -) statuslu xəstələr dedikdə  vərəm diaqnozu ( bakterioloji təsdiq edilmiş 
və ya kliniki əlamətlərə əsasən müəyyən edilmiş) təyin edildiyi müddətdə İİV infeksiyasına dair 
rəsmi  müayinə  nəticələrinə  əsasən  İİV  statusu  mənfi  olduğu  təsdiq  edilmiş  və  ya  İİV  müsbət 
anamnezi olmayan xəstələr nəzərdə tutulur. 

 
İİV  statusu  məlum  olmayan  xəstələr  dedikdə  –  İİV  infeksiyasına  dair  rəsmi  müayinə 
nəticələri  olmayan  xəstələr  nəzərdə  tutulur.  Əgər  xəstənin  İİV  statusu  haqqında  məlumat 
müəyyən  edilməyibsə,  xəstədə  İİV  infeksiyasına  dair  müayinə  aparılmalı  və  nəticəyə  əsasən, 
xəstə haqqında məlumat müvafiq təsnifat qrupuna əlavə edilməlidir.  
 
 
Vərəmlə mübarizənin əsas prinsipləri 

 
Müalicənin  başlanılmasına  və  tamamlanmasına  aparan  erkən  və  tam  aşkarlama, 
diaqnostika və bildiriş (qeydiyyat).  

 
Vərəmin yoluxucu formalarına malik xəstələrlə təmasda olmuş şəxslərin (kontaktların) 
müəyyənləşdirilməsi  və  onlardan  xəstəliyin  yaranmasına  yüksək  ehtimalı  olan  şəxslərin 
effektiv müalicəsi.  

 
Vərəmin  latent  formalarına  malik  (tuberkulinə  müsbət  şəxslər)  və  xəstəliyin 
yaranmasına  yüksək  ehtimalı  olan  digər  şəxslərin  müəyyənləşdirilməsi,  onların  effektiv 
müalicəsi.  


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə