57
reaksiya olmaya da bilər, ona görə də belə boşluqları ştamplanmış kavernalar adlandırırlar.
Yarımkəskin səpələnmiş vərəm xəstəliyinin əlamətləri çox cəhətdən ağır formalı sətəlcəmə xas
olan əlamətlərə bənzəyir. Bəzi xəstələrdə isə ümumi intoksikasiya çox inkişaf etmiş olmur.
Yarımkəskin səpələnmiş vərəm zamanı döş qəfəsi simptomları inkişaf etmiş olur. Xəstələrdə
öskürək, bəlğəmin gəlməsi, auskultasiya zamanı ağciyərlərdə xırıltılar eşidilir. Bir sıra hallarda,
eyni zamanda seroz qişaların zədələnməsi nəticəsində kostal və payarası plevritlər müşahidə
olunur. Diaqnozun müəyyənləşdirilməsində yarımkəskin səpələnmiş vərəmin kliniki təzahürləri
ilə rentgenoloji müayinələr zamanı ocaqların xarakteri və lokalizasiyasını müqayisə etmək
vacibdir. Ağciyərlərdə yaranmış boşluqların olması, kavernaların döş qəfəsi limfa düyünlərinin
böyüməsi və plevranın zədələnməsi xüsusi əhəmiyyət kəsb edir. Yarımkəskin səpələnmiş
vərəmli xəstələrdə tuberkulin sınağının müsbət olması böyük diaqnostik əhəmiyyətə malikdir.
Bəzi xəstələrdə tuberkulinə qarşı hissiyyat artmış olur. Bəlğəmdə, xüsusilə ağciyərlərdə
boşluqların, kavernaların yaranması ilə bağlı vərəm mikobakteriyaları aşkar olunur.
Bronxoskopiya zamanı bəzən, xüsusilə limfobronxogen səpələnmələr zamanı, vərəmin
bronxlarda müxtəlif təzahürləri aşkar olunur. Hətta irin axarları belə inkişaf etmiş olur.
Yarımkəskin səpələnmiş vərəm zamanı əsasən hematogen genezli ekstratorakal zədələnmələr
olur.
Göz vərəmi, sümük, oynaq, sidik-tənasül orqanlarının və s. vərəmi aşkar olunur.
Nəhayət, səpələnmiş ağciyər vərəminin üçüncü kliniki variantı hematogen və yaxud
limfobronxogen genezli xroniki səpələnmiş vərəmdir. Bu variantın ən erkən mərhələlərində
ağciyərlərin zirvələrində ocaqlar görünməyə başlayır. Əksər hallarda bu ocaqlar azsaylı olur.
Prosesin apiko-kaudal yayılması daha xarakterikdir, yəni səpələnmə ağciyərlərin yuxarı
şöbələrində başlayır. Əvvəlcə az saylı ocaqlar hər iki ağciyərin periferik şöbələrində meydana
çıxır. Bu mərhələdə bəzən ocaqh vərəmlə hematogen səpələnmiş vərəm arasında sərhəd qoymaq
çətin olur. İkitərəfli ocaqlı vərəm bəzi hallarda hematogen səpələnmənin nəticəsi ola bilər.
Ancaq təkrar bakteriemiya dalğalarından sonra ağciyərlərdə yeni-yeni ocaqlar əmələ gəlməyə
başlayır. Proses daha yayılmış və polimorf xarakter alır. Vaxt keçdikcə prosesin uzunmüddətli
olmasına dəlalət edən interstisial fibrozun inkişafı ilə bağlı daha da tünd kölgəliklər yaranmağa
başlayır. Uzun illər davam edən hematogen səpələnmiş prosesdə hər iki ağciyərlərin zədələnməsi
bu dəyişikliklərin simmetrikliyi, ocaqların polimorfluğunun kəskin inkişafı bunların eyni
zamanda əmələ gəlmədiklərini göstərir. Ocaqlar ölçülərinə və bərkliyinə görə müxtəlifdirlər.
Köhnə ocaqlar sönmüş olur, ölçüləri böyümüş və qovuşmuş olur, yeni ocaqlar yaranır. Sonra
onlar bərkiyir və sorulurlar. İnterstisial skleroz nəticəsində emfizema inkişaf edir. Belə
xəstələrdə, adətən, bronxoektazlar olur və ağciyər ürəyinin əlamətləri qeydə alınır. Bu, bir
tərəfdən fibroz və emfizemanın nəticəsidir, digər tərəfdən isə ağciyərlərin damar sisteminin
zədələnməsidir. Ağciyər ürəyi başlanğıc mərhələdə kompensasiya olunmuş vəziyyətdədir. Sonra
yaş artıqca və prosesin inkişaf etməsi ilə əlaqədar sub - və dekompensasiya əlamətləri üzə çıxır,
ağciyər və ağciyər-ürək çatışmazlığı inkişaf edir. Ağciyərlərin zədələnməsindən başqa müxtəlif
orqanlarda da dəyişikliklər əmələ gəlir. Çox-çox əvvəl belə xəstələrdə bağırsaqların da
xəstələnməsi qeyd olunurdu. İndi bağırsaqların xəstələnməsinə az-az rast gəlinir, lakin qırtlağın,
tənasül orqanlarının, sümük-oynaqların vərəminə tez-tez təsadüf olunur. Xroniki səpələnmiş
ağciyər vərəmi üçün dalğavari inkişaf, yəni kəskinləşmə və arada intervalların olması xarakterik-
dir. Qeyd etmək lazımdır ki, xroniki səpələnmiş ağciyər vərəmində xəstəliyin kəskinləşməsi
dövründə əlamətlər zəif, intoksikasiya əlamətləri sönük olur. Belə xəstələrdə bədən hərarəti
qalxmış olur, zəiflik, yorğunluq, vazomotor labillik qeydə alınır. Xəstəliyin kəskinləşmə və
intoksikasiyanın yaranmasına inkişaf etmiş formada, adətən, 2-3 həftə, bəzi xəstələrdə isə