60
belə dinamikanın olmaması xarakterikdir. Rentgenoqrammada ağciyərlərdə durğunluq
əlamətləri, kökün şəklinin güclənməsi, damarların genişlənməsi ocaqlı dəyişikliklərə oxşayır.
Lakin uzunsov formada olduğundan ağciyərin kökündən uzaqlaşdıqca diametri kiçilir. Bəlğəmdə
vərəm mikobakteriyaları aşkar olunmur və xəstədə aydm ürək-damar çatışmazlığının inkişaf
etmiş əlamətləri aşkar olunur. Hematogen səpələnmiş vərəmdən fərqli olaraq ağciyər durğunluğu
əlamətlərində ağciyərlərin güclənmiş şəkli və ocaqlı kölgələr kökə yaxın olur və kortikal
şöbələrdə yerləşmir. Səpələnmiş ağciyər vərəminin müalicədən sonra sklerotik və fibroz qalıq
dəyişiklikləri bronxların deformasiyası ilə nəticələnir və bronxoektaziyalar yaranır. Bu da
sonralar qeyri-spesifik iltihabi proseslərin kəskinləşməsinə gətirib çıxara bilər.
Ağciyərlərin səpələnmiş karsinomatozu çox nadir hallarda müşahidə olunur. Ağciyərlərin
karsinomatozu zamanı rentgenoqrammada vərəmdən fərqli olaraq daha böyük və hamar ocaqlar
görünür. Ocaqlı sətəlcəm səpələnmiş ağciyər vərəmindən daha kəskin gedişi, ağciyərlərdə
kataral əlamətləri ilə seçilir. Auskultasiya çoxlu quru və yaş xırıltılar aşkar edir.
Buna səpələnmiş
vərəmdə olduqca az təsadüf olunur. Ocaqlar sətəlcəm zamanı iri fokuslarda qovuşur və bəzi
hallarda simmetrik yerləşir. Səpələnmiş ağciyər vərəminin pnevmokaniozlarla, xüsusilə silikozla
kliniki əlamətlərinin və rentgenoloji şəklinin eyniliyi səbəbindən differensiasiya etmək çox çətin
olur. Tədricən inkişafı və uzunmüddətli gedişi və zəif simptomatikası silikoz üçün aparıcı
əlamətlər deyil. Belə ki, səpələnmiş ağciyər vərəmi də uzun müddət gedir və kliniki əlamətləri də
bəzən zəif olur. Səpələnmiş ağciyər vərəmi üçün anamnezində plevra və ağciyərlərdə və həm də
ağciyərdən kənar vərəmin olması, silikozun anamnezində isə bu xəstəliklərin olmaması müəyyən
olunur. Tuberkulin sınaqları silikoza nisbətən daha inkişaf etmiş olur. Qanhayxırma həm
vərəmdə, həm silikozda təsadüf olunur. Lakin silikoz zamanı qanhayxırma az olur ve çox nadir
hallarda bədən hərarətinin yüksəlməsi ilə bərabər olur. Kiçik qabarcıqlı xırıltılar, yaş xırıltılar
vərəmli xəstələrdə tez-tez, silikozda isə çox nadir hallarda müşahidə olunur. Vərəmli xəstələrin
bəlğəmində vərəm mikobakteriyaları aşkar olunur. Vərəmdə və eləcə də silikozda ağciyərlərin
zədələnməsi simmetrik, ancaq vərəm üçün yuxarı payların xəstələnməsi, silikoz üçün isə orta və
aşağı paylar, limfatik düyünlər, ağciyərlərin kökü xarakterikdir. Silikoz və səpələnmiş ağciyər
vərəminin differensial diaqnostikası üçün peşə anamnezi çox vacibdir. Müxtəlif növlü tozlarla
uzun müddət işləmiş insanlarda silikoz xəstəliyi qeydə alınır. Vərəm tez-tez silikozlu xəstələrdə
müşahidə olunur. Hətta vərəm silikozdan əvvəl yaranmış olur və bəzən də onunla
birlikdə inkişaf
edir və yaxud da silikoza qoşula bilir. Lakin daha çox vərəmin silikoza qoşulması müşahidə
olunur.
Kliniki və xüsusilə rentgenoloji əlamətlərinə görə səpələnmiş ağciyər vərəminə daha çox
bənzəyən xəstəliklərdən biri də sarkoidozdur (yaxud da Benye-Bek-Şauman xəstəliyi).
Patomorfoloji cəhətdən sarkoid törəmələri limfositlərlə əhatə olunmuş birləşdirici toxuma
epitelioid hüceyrələrindən ibarət aydın dairəyə alınmış ocaqlardır. Bəzi ocaqlarda Piroqov-
Lanqhans nəhəngnəhəng hüceyrələrinə rast gəlmək olur. Vərəmdən fərqli olaraq sarkoid
qranulomalarında
qanaparıcı damarlar saxlanmaqdadır. Proses ağciyər toxumasının
parçalanmasına meylli olmayan, proliferativ reaksiyanın üstünlük təşkil etdiyi xüsusiyyətləri ilə
fərqlənir. Sarkoidoz zamanı nəhəngnəhəng hüceyrələrin xüsusiyyətləri
ondan ibarətdir ki, onların
tərkibində dairəvi və yaxud oval formalı Şauman cisimcikləri və ulduza bənzər kristallik
lövhəciklər-asteroid cisimcikləri vardır. Sarkoidoz zamanı bütün ağciyərdə miliar vərəmə bənzər
səpələnmə mümkündür. Lakin məhdud səpələnmə də ola bilir. Sarkoidozun kliniki əlamətləri
əksər hallarda zəif inkişaf etmişdir. Üstəlik bəzən onlar təsadüfən aşkar olunurlar. Xəstələrdə