62
xarakterikdir. Rentgenoloji şəkildə tor şəkilli tutqunluq və bunun fonunda çoxsaylı kiçik ocaqlar
görünür. Ocaqlar əsas etibarilə ağciyər kökü ətrafında olur. Tomoqrafık müayinə zamanı hissəvi
kalsinasiyaya uğramış döş qəfəsində daxili böyümüş limfa düyünləri aşkar etmək olur.
Bəlğəmdə vərəm mikobakteriyaları yaşlı xəstələrin təxminən 50%-də, ondan da bir qədər az
faizdə uşaqlarda aşkar olunur. Xəstələrin əksəriyyətində insan tipi vərəm mikobakteriyaları aşkar
olur. Ağciyərdən kənar proseslərdə isə öküz tipi də aşkar olunur.
İri ocaqlı vərəmdə, xüsusilə onun parçalanma fazasında, xroniki səpələnmiş vərəmin
parçalanma fazasında, adətən, vərəm mikobakteriyalarının xaric olunması müşahidə olunur.
Xəstəliyin kəskin formasında leykopeniya, eozinofillərin və limfositlərin azalması, çubuqnüvəli
neytrofillərin çoxalması və EÇS-in sürətlənməsi müşahidə olunur. Xroniki səpələnmiş vərəmin
kəskinləşmə mərhələsində leykositoz 12-20xl071itr, çübüqnüvəli neytrofillərin çoxalması,
limfopeniya, monositoz və EÇS-in sürətlənməsi aşkar olur.
Səpələnmiş ağciyər vərəmi olan xəstələrdə, xüsusilə xəstəliyin kəskin formalarında
anticisimciklərin yaranması və limfositlərin blasttransformasiyası aşağı düşür. Vərəm
intoksikasiyası nəticəsində böyrəküstü vəzinin funksiyası zəifləyir. Bu, müalicə zamanı
kortikosteroid preparatların təyin olunmasına əsas yaradır.
Bronxoloji müayinələr zamanı bronxların selikli qişasında qabarcıqların yayılmasını aşkar
etmək olar. Bunlar quru və əziyyətli öskürəyə səbəb olurlar. Bundan başqa, infiltrat və sağalmış
bronx vərəmindən sonra çapıqlar da aşkar etmək olar. Diaqnozun çətinləşdiyi hallarda biopsiya
metodlarından, hətta ağciyərlərin açıq biopsiyasından istifadə olunur. Belə xəstələrin bioptatında
spesifik qranulomalar aşkar olunur.
Səpələnmiş ağciyər vərəmində tənəffüs funksiyasının pozulması patofizioloji pozğunluqlar
patomorfoloji dəyişikliklər tənəffüs orqanlarında geniş yayılma və intoksikasiya əlamətləri ilə
əlaqədardır, çünki bu faktorlar ventilyasiyaya, qan axarına, ürək-damar sisteminə, hipoksemiya
və hipoksiya mexanizmlərinə və digər mexanizmlərə təsir göstərir. Xarici tənəffüsün müayinəsi
zamanı ağciyərlərin həyat tutumunun azalması, tənəffüsün dəqiqəlik həcminin azalması,
hiperventilyasiya və tənəffüs ekvivalentinin artması ilə müşahidə olunur. Arterial və venoz
qanda oksigenin miqdarı azalır. Ağciyərlərin xroniki səpələnmiş vərəmi olan xəstələrdə
restruktiv tipli ventilyasiya çatışmazlığı ilə bərabər, obstruktiv tipli ventilyasion çatışmazlıq da
inkişaf edir.
Səpələnmiş vərəmin bütün formaları düzgün mualicə olunmadıqda ağırlaşmalarla müşahidə
olunur və kavernalar, kavernoz və fibroz-kavernoz ağciyər vərəminin əmələ gəlməsinə gətirib
çıxarır. Səpələnmiş ağciyər vərəmindən yaranmış kavernoz forma uzun müddət xroniki gedişə
meyllidir.
Səpələnmiş ağciyər vərəminin kompleks müalicəsi nəticəsində xəstələrin vəziyyəti 2-3
həftədən sonra yaxşılaşır, 2-3 ay sonra ağciyərlərdə xırıltılar eşidilmir, ağciyərlərdə rentgenoloji
ocaqlı kölgələrin azalması təsadüf olunur. Yeni kavernaların bağlanması 4-6 aydan sonra baş
verir. Adətən vərəm mikobakteriyalarının xaric olunmasının dayanması 2-6 ay çəkir. Ocaqların
tam sorulması 9
aya qədər çəkir, bəzən 7
ay ərzində müalicə olunur
Rentgenoqrammada səpələnmiş prosesin tam yox olmasından sonra ağciyərin birləşdirici
toxuma əsasının, köklərin bir qədər bərkiməsi və ağciyər toxumasının emfizematozluğu aşkar
olunur. Ayrı-ayrı hallarda ağciyərlərin yuxarı paylarında tək-tək bərkimiş ocaqlar aşkar olunur.
Başqa dəyişikliklər cüzi miqdarda olur.