67
sümüyünün üstü və altındakı ocaqlar aydın görünür. Perkussiya zamanı zirvələrdə perkutor səsin
kütlüyü, auskultasiya zamanı kəskin tənəffüs fonunda yaş xırıltılar eşidilir.
Vərəmin ocaqlı formasında məhdud perifokal plevrit yarana bilir ki, bu zaman plevranın
sürtünmə küyü əmələ gəlir.
Ağciyər toxuması ocaqlar ətrafında limfositlər və polinuklearlarla bir qədər infiltratlaşmış
olurlar. Xroniki ocaqlı vərəm zamanı kazeoz yaxşı inkişaf etmiş birləşdirici toxuma kapsulu ilə
əhatə olunmuşdur. Ocağın kazeoz kütləsi və kapsulu hüceyrə elementləri ilə zəngin olur. Ocaq
kalsinasiyaya uğrayırsa, iltihabi reaksiya yox olur. Belə ocaq kalsinat və yaxud petrifikat adlanır.
İnkapsulyasiyalı ocağın ətrafında ağciyər toxuması sklerotik dəyişikliklərə uğradığına görə
vərəmin xroniki ocaqlı formasını fibroz ocaqlı vərəm adlandırırlar. Sklerotik dəyişikliklər plevra
üzərində də müəyyən olunur. Prosesin inkişaf etməsi nəticəsində xroniki ocaqlı vərəm zamanı
bərk və kalsinasiyaya uğramış ocaqlarla bərabər yeni ocaqlar da aşkar etmək olur. Əsas etibarilə
produktiv xarakterli bu ocaqlar infeksiyanın limfogen və yaxud bronxogen yolla yayılması
nəticəsində əmələ gəlir. Vərəm qranulyasiyası ocaq ətrafında böyüyə bilir və kazeoz kütlənin
durularaq bronx boşluğuna çıxması nəticəsində parçalanma, dağılma boşluğu yaranır. İltihabi
prosesin bu mərhələsinə qədər ocaqlar adətən, pnevmonik fokus yaratmış olular ki, bu da
vərəmin daha geniş yayılmış infiltrativ forması üçün xarakterikdir. Köhnə ocaqların kəskinləşmə
meyli qalıq dəyişikliklərin xarakterindən, müddətindən və orqanizmin reaktiv-liyinin
vəziyyətindən asılıdır. Diri, virulent vərəm mikobakteriyaları uzun müddət orqanizmdə qala
bilirlər (bilavasitə ocaqlarda və limfatik düyünlərdə).
Müəyyən olunmuşdur ki, ağciyərdə ocaqlar əmələ gələrkən müəyyən fiziki-kimyəvi
dəyişikliklər müşahidə olunur. Vərəm mikobakteriyalarının düşdüyü yerdə mühitin qələviliyi PH
turşuluğa tərəf dəyişir ki, bu da ağciyərin iltihabi sahəsinin məhdudlaşmasında iştirak edən
birləşdirici toxuma aktivliyini stimulə edir.
Vərəmə tutulmuş insanda yayılmış infiltrativ pnevmonik proses deyil, məhdud ocaqlı
dəyişikliklərin əmələ gəlməsi üçün orqanizmin reaktivliyinin müəyyən həddə olması, yəni
tuberkulinə qarşı orqanizmin yüksək həssaslığının olmaması və immunitetin nəzərə çarpacaq
dərəcədə zəifləməməsi çox vacibdir. Odur ki, ağciyərlərin ocaqlı vərəmi zamanı tuberkulin
sınaqları
normergik həddə olur, biokimyəvi göstəricilər isə kəskin dəyişmiş olmur.
Ağciyərlərin ocaqlı vərəmi xroniki ilkin vərəm zamanı da baş verə bilər. Müasir zamanda
belə xəstələr az olmaqlarına baxmayaraq vardır. Əgər uzun müddət aktiv proses divar aralığı
limfa düyünlərinin tərkibində qalırsa, belə xəstələrdə vərəmin bu və ya digər mərhələsində ocaqlı
prosesin yaranması mümkündür. Əgər hematogen səpələnmə varsa, ocaqlar ağciyərlərin
zirvələrində meydana gəlir. Əgər limfobronxogen səpələnmə baş verirsə, ocaqlar ağciyərlərin
orta və aşağı şöbələrində formalaşır. Bronxodenit və endobronxitin olduğu tərzdə daha çox
ağciyərin orta və aşağı paylarında ocaqlar əmələ gəlir. Əgər divar aralığı limfa düyünlərində
xroniki iltihabi proseslə bərabər, iri bronxların və traxeyanın vərəmi varsa, bu halda yeni ocaqlı
proses əksər hallarda ağciyərin orta və aşağı paylarında meydana gəlir. Nəhayət, ocaqlı vərəm
müstəsna hallarda hematogen səpələnmə nəticəsində ekstropulmonal aktiv vərəm ocaqlarından
da əmələ gəlir. Bununla belə, bəzən ayrı-ayrı xəstələrdə sümüklərin, oynaqların, böyrəklərin,
tənasül orqanlarının və digər orqanların vərəmi ağciyərlərdə yeni ocaqların meydana gəlməsinə
səbəb olur. Lakin yaşlı insanlarda bir qayda olaraq, ocaqlı proses daha çox ağciyərlərin
zirvəsində olan ocaqların kəskinləşməsi nəticəsində inkişaf edir, ona görə də əksər hallarda
ocaqlı vərəm yaşlılarda ağciyərlərin zirvəsində yerləşir.
68
Adətən ocaqlı vərəm vərəmin erkən təzahürlərinə aid edilir. Ocaqlı vərəm erkən formaya о
zaman aid edilə bilər ki, ocaqlı dəyişikliklər xəstəliyin erkən əlamətlərinin təzahürləri kimi, onun
başlanğıcı kimi görünsün. Ocaqlı vərəm həqiqətən də ağciyər vərəminin ən erkən və ən birinci
təzahürləridir. Bununla belə, bütün hallarda ocaqlı vərəm erkən formaya aid edilə bilməz.
Ağciyərlərin ocaqlı vərəmi xroniki gedişə də malik ola bilər. Xəstə bilmədən xəstəliyin
başlanğıcından çox illər keçdikdən sonra xəstəlik aşkar oluna bilər və bu halda belə vərəmə
erkən vərəm demək olmaz. Ona görə də son zamanlar ağciyərlərin ocaqlı vərəmini erkən deyil,
kiçik forma adlandırmağa başlamışlar. Vərəmin kiçik formaları - xəstəliyin elə təzahürüdür ki,
bu zaman vərəmin iltihabi prosesi məhdud xarakterli olur, parçalanma və dağılma olmur. Bunu
əsas tutaraq ağciyərlərin ocaqlı vərəmi həqiqətən də kiçik formaya aid edilə bilər.
Ağciyərlərin ocaqlı vərəmi ağciyər prosesinin təkcə başlanğıcı deyil, ağciyər vərəminin
digər kliniki formalarının nəticəsi kimi də ola bilər.
Əvvəllər ağciyərlərin ocaqlı vərəminin belə mexanizmi barədə yazmırdılar. Müasir zamanda
ilk dəfə aşkar olunmuş xəstələrin əksəriyyətini müalicə etmək mümkün olduğuna görə, ocaqlı
vərəmin belə genezinə tez-tez rast gəlinir. Xəstələrdə ocaqlı vərəm vərəm prosesinin başlanğıcı
deyil, infiltrativ, kavernoz, səpələnmiş ağciyər vərəminin involyusiyasının sağalmasının
nəticəsidir. Faktiki olaraq ağciyər vərəminin istənilən forması sağalma,
involyusiya proseslərində
transformasiyaya uğrayaraq ocaqlı dəyişikliklərə keçə bilir. Belə halda ağciyərlərin ocaqlı
vərəmi diaqnozu sağalma mərhələsində qoyulur və əgər sağalma davam edirsə, ocaqlı
dəyişikliklərin aktivlik əlamətləri yox olursa, bir müddət sonra diaqnoz dəyişir və fibroz-ocaqlı
dəyişikliklər vərəmdən sağalmadan sonra qalıq əlamətlər kimi göstərilir. Əlbəttə mütləq deyil ki,
ocaqlı vərəmin sağalması nəticəsində fibroz-ocaqlı dəyişikliklər əmələ gəlsin. Ocaqlar sorula
bilər və onların yerində məhdud çapıq dəyişikliklər qala bilər.
Ocaqlı vərəm bütün hallarda involyusiyaya uğramır. Qalıq ocaqlarda vərəm
mikobakteriyalarının qalması ocaqlı prosesin kəskinləşməsinə və inkişafına səbəb ola bilər ki, bu
da infiltratların yaranmasına, hətta dağılmaya, parçalanmaya səbəb ola bilər. Belə kəskinləşmələr
əsasən çox saylı ocaqlar tamamilə sorulmadıqda, inkapsulyasiyaya uğradıqda, yəni aktivliklərini
xeyli dərəcədə kapsul içərisində saxladıqları hallarda baş verir. Belə hallarda ağciyərlərin ocaqlı
vərəmi destruktiv prosesə başlanğıc ola bilər. Ocaqlarda kazeoz kütlənin parçalanması və
sekvestrasiyası parafokal kavernanın yaranmasına səbəb olur, ağciyər toxumasının qonşu
sahələrinə mikobakteriyaların bronxogen, yaxud kontakt yolla nüfuz etməsi isə yeni ocaqların
yaranmasına səbəb olur.
Ağciyərlərin ocaqlı vərəmi zəif kliniki əlamətləri ilə xarakterizə olunur, yəni klinikasi о
qədər qabariq deyil ki, bunu xəstə hər an hiss edə bilsin. Ağciyərlərin ocaqlı vərəminin klinik
əlamətlərini 2 qrupa bölmək olar: I -ümumi intoksikasiya sindromu, II - döş qəfəsi əlamətləri,
yəni tənəffüs orqanlarının zədələnməsi ilə yaranan əlamətlər. Hər iki qrup əlamətlər, adətən
xəstələrdə xəstəliyin kəskinləşməsi, infiltrasiya, yaxud da dağılma fazasında özünü göstərir.
Ancaq bəzi xəstələrdə yalnız kəskinləşmə fazasında deyil, ocaqların stabil, sönmüş mərhələsində
də bəzi əlamətlər olur. Ağciyərlərin ocaqlı vərəminin müxtəlif təzahürləri ilə bağlı daha çox
onun üçün xarakterik olan termorequlyasiyanın subfebril temperatur formasında pozulmasıdır.
Bu adətən, günün ikinci yarısı, yaxud axşam, çox nadir hallarda isə səhərlər olur. Eyni zamanda
xəstələr yanaqlarında və yaxud da bütün bədənlərində yanğı hiss edirlər. Qısa müddətli azacıq
titrəmə hiss olunur. Bu, çox yüngül tərləmə ilə əvəz olunur. Xəstələr tez yorulmaqdan, iş
qabiliyyətinin
zəifliyindən, əsəbilikdən və pis yuxudan
da şikayət edirlər