71
ocaqlı vərəminin kəskin və yaxud yarım kəskin başlanğıcı bəzən infiltrativ ağciyər vərəminə
bənzəyir. Hər iki halda termorequlyasiya pozulmuş olur, öskürək və hemoqrammada
dəyişikliklər, EÇS-in artması və s. aşkar olunur. Rentgenoloji müayinələr zamanı məhdud bir
sahədə orta və aşağı intensivli ocaqlı kölgələr müəyyən olunur. Lakin infiltrativ vərəmdən fərqli
olaraq belə ocaqların sayı
çox olur, onların ətrafında inkişaf etmiş perifokal iltihabi proses olmur.
Bunlar, adətən bir və yaxud hər iki ağciyərin yuxarı paylarında yerləşir. Ocaqlı proses zamanı
fibroz, peribronxial, perivaskulyar və plevral dəyişikliklər aşkar olunur. İnfiltrativ fokuslar
adətən daha iri, tək olur, ən çox ikinci seqmentdə və ağciyərlərin kökü ilə birləşən aydın görünən
“itilənmiş cığırla” birləşir. İtilənmiş cığır bir sıra əlamətlərlə kiçik ocaqlı pnevmoniyanı
ağciyərlərin ocaqlı vərəmindən fərqləndirməyə imkan verir.
Əvvəlcə qeyd olunmalıdır ki, qeyri-spesifik iltihabi proses kəskin yüksək hərarətlə, güclü
öskürək, döş qəfəsində ağrılar, təngnəfəslik və baş ağrıları ilə başlayır. Auskultasiya zamanı
kəskin tənəffüs fonunda, kiçik qabarcıqlı yaş və quru xırıltılar eşidilir. Qanda leykositoz,
neytrofillərin güclü sola meyli, EÇS-in sürətlənməsi, aneozinofiliya aşkar olunur. Bəlğəmdə
vərəm mikobakteriyaları olmur. Qeyri-spesifik ocaqlar üçün xarakterik lokalizasiya adətən, aşağı
paylarda və çox nadir hallarda (5-6% xэstələrdə) yuxarı paylarda olur. Ağciyərlərin kökündə və
aralıq toxumada (interstisində) iltihabi dəyişikliklər daha inkişaf etmiş olur və aparılan qeyri-
spesifik müalicə nəticəsində qısa bir müddətdə bəzən spontan, bəzən də kliniki və rentgenoloji
dəyişikliklər yox olur. İnterstisial dəyişikliklər və ocaqlı dəyişikliklər sorulur. Vərəm zamanı
ocaqlı dəyişikliklər spesifik kimyəvi terapiya nəticəsində tədricən sorulmağa başlayır və uzun
müddət tələb edir. Bəzi hallarda ağciyərlərin mərkəzi xərçəngi zamanı ocaqlı vərəmə şübhələr
yarana bilir. Bu о zaman olur ki, şiş prosesi seqmentlərdən birində yerləşir, hipoventilyasiya ilə
müşahidə olunur. Bəzi hallarda ocaqlı və yaxud da paycıq səviyyəsində kölgəliklər əmələ gətirir.
Ağciyər toxumasının emfizematoz qabarması hesabına deşik-deşik işıqlı sahələrlə əvəz olunaraq
göstərilən rentgenoloji şəkil paycıq atelektazının emfizematoz qabarıqlı sahələrlə və ikincili
infeksiyanın qoşulmasının təsiri ilə yaranmış dəyişikliklərin bütövlükdə əlaqələri ilə izah olunur.
Belə ləkəli sahələr əvvəlcə ağciyərlərin periferik şöbələrində sonra isə hipoventilyasiya
zonasının hər yerində yaranır və ya həmin nahiyədən havanın oradan xaric olması ilə bağlı
seqmentar və pay atelektazı əmələ gəlir. Bəzən antibakterial müalicə nəticəsində bronx
keçiriciliyi bərpa olunur və ağciyərlərdə ocaqlı kölgələr yox olur. Rentgenoloji şəklin belə
dinamikası bəzən diaqnozun qoyulmasında həkimi çaşdırır. Bununla belə bu vəziyyət
qısamüddətli olur, çünki bronxların obturasiyası inkişaf etdikcə atelektaz bir və ya bir neçə
seqmentdə inkişaf etmiş olur. Onların hamısını differensiasiya etmək üçün kompleks müayinələr
aparılır və diaqnoz dəqiqləşdirilir.
Ağciyərlərin fibroz ocaqlı vərəmi hipertireoz və yaxud vegetativ nevrozun qoşa klinik
simptomları ilə gedən bu xəstəliklərin differensial diaqnostikasında öncə termorequlyasiyanın
pozulmasının xüsusiyyətləri aydınlaşdırılmalıdır. Belə ki, endokrin və vegetativ pozğunluqlarda
tək axşamlar deyil, subfebril temperatur səhərlər də müşahidə olunur. Bu subfebril temperatur
amidopirin və tuberkulostatik preparatların təsiri ilə normallaşmır və bəzi halllarda sedativ
dərmanlarla normaya düşür.
Xəstələrdə süst gedişli xronisepsis zamanı periodik olaraq bədən hərarətinin yüksəlməsi
müşahidə olunur ki, bu da vərəm üçün xarakterik deyil. Bəzən vərəmli xəstələr üçün xarakterik
olan qanhayxırma müşahidə olunur, amma bu əlamət xroniki tonzillit və endokarditdə də
müşahidə oluna bilər. Belə hallarda qanhayxırma mənbəyini aşkar etmək üçün badamcıqlar,