89
patomorfoloji müayinələrin nəticələri göstərir ki, tuberkulomaya yaxın olan bronxlarda və
endoskopiya üçün əlçatmaz yerlərdə spesifik dəyişikliklər aşkar olunur. Prosesin uzunmüddətli
getməsi ilə əlaqədar bronxlarda qeyri-spesifik dəyişikliklər xroniki produktiv və yaxud atrofik
bronxit xarakterli dəyişikliklər aşkar olunur. Endoskopik müayinələr zamanı periferiyada
yerləşmiş belə dəyirmi fokuslardan hər hansı bir bioptatın alınmasını qeyri-mümkün edir. Belə
hallarda transtorakal punksion biopsiyaya və çox nadir hallarda isə torakotomiyaya ehtiyac olur.
Xarici tənəffüsün və ürək-qan-damar sisteminin müayinəsi elə bir dəyişiklik aşkar etmir,
ancaq ağciyərlərin kapilyar qan damarlarının skanoqramması tuberkuloma ətrafında bunların çox
zəifləməsini aşkar edir. Beləliklə, radioizotop skanerlə müayinələr tuberkuloma ətrafında
vaskulyarizasiyanın pozulmasını aşkar edirsə, bu kimyəvi terapiyanın perspektivsizliyini və
cərrahi müdaxiləyə bir başa göstəriş olduğunu göstərir.
Diaqnostika məqsədilə aparılan müayinələrin nəticələri tuberkulomanın aşağıdakı əsas
əlamətlərini aşkar edir: ağciyərlərdə ayrıca yerləşən aydın konturlara malik və diametri 1 sm-dən
böyük olan dəyirmi bir kölgə, ətraf toxumalarda tək-tək fokuslar, vərəm mikobakteriyalarının
aşkar olunmaması və orqanizmin tuberkulinə qarşı yüksək həssaslığı, kliniki gedişinin zəif
simptomatikası, intoksikasiya simptomlarının olmaması, yaxud da zəif inkişaf etməsi. Kliniki
gedişinə görə tuberklyomaların üç variantı var:
1)
reqressiya edən - tuberkuloma tədricən kiçilir və sonra yerində ocaq yaxud da ocaqlar,
indurasiya sahəsi, ya da bu dəyişikliklərin
hər ikisi əmələ gəlir;
2)
stabil olan - xəstə müşahidə olunan dövrdə rentgenoloji
dinamika aşkar olunmur;
3)
proqressivləşən - tuberkulomada dağılma, perifokal iltihab və ətrafdakı ağciyər
toxumasında bronxogen səpələnmə aşkar olunur.
Vərəm mikobakteriyaları aşkar edilmədikdə və tuberkulinə qarşı hiperergik reaksiya
olmadıqda diaqnozu müəyyənləşdirmək üçün götürülmüş bioptatın sitohistoloji müayinəsi və
yaxud da aparıcı bronxdan götürülmüş möhtəviyyatın müayinəsi kömək edir.
Tuberkulomanın differensial diaqnostikası zamanı ağciyərlərin şarabənzər törəmələri
diaqnostik çətinliklər törədir. Belə törəmələrin sayı Ravelliyə görə (1951-ci il) 72, S.A.
Reinberqə görə (1962-ci il) 84-ə qədərdir. Bunlara xoşxassəli və bədxassəli şişlər, parazitar və
qeyri-parazitar dolmuş kistalar, eozinofil infiltratları, iltihabi qranulomalar, pnevmokaniozlar,
kisələşmiş plevritlər və s. aiddir.
Tuberkulomanı dəyirmi vərəm infiltratından fərqləndirmək üçün nəzərə almaq lazımdır ki,
kliniki-rentgenoloji əlamətlərinə görə dəyirmi vərəm infiltratı əksər hallarda kəskin başlayır,
intoksikasiyalarla müşahidə olunur, leykositoza, habelə neytrofillərin sola inkişafına meyllidir və
EÇS artmış olur. Gözlənilmədən qanhayxırma yarana bilir və vərəm mikobakteriyaları aşkar
olunur. İnfıltrat şiddətlənərkən əksər hallarda dağılma, destruksiya ilə müşahidə olunur. Bu
zaman pnevmoneogen boşluq yaranır və buna xas olan bütün əlamətlərlə təzahür edir, spesifik
müalicə fonunda belə infiltratlar müsbət dinamika ilə, yəni geriyə sorulma ilə xarakterizə olunur.
Belə infiltratların rentgenoloji şəkli yüksək intensivliyinə baxmayaraq adətən homogen olmur və
konturları girintili-çıxıntılı olur, infiltratdan ağciyər kökünə “cığır” istiqamətlənir (“tennis
raketkası” simptomu).
Periferik xərçəng rentgenoloji şəklinə görə tuberkulomaya bənzəyir. Ağciyər xərçəngi
adətən kişilərdə 50 yaşdan sonra müşahidə olunur, tuberkulomada isə xəstələrin anamnezində
xəstənin keçirmiş olduğu vərəmin bir sıra formaları, vərəmli xəstə ilə kontakt göstərilə bilər.
Xərçəngə tutulmuş xəstələr vərəmli xəstələrdən daha çox ümumi zəiflikdən şikayət edir.
Xərçəngli xəstələr çox az miqdarda selikli, duru, bəzən yapışqan kimi və bəzən də qanlı