93
dalğavari gedişli, selikli-irinli və yaxud irinli bəlğəm, bəzən öskürək, bəzən də kif qoxulu
qəhvəyi və yaxud tünd yaşıl rəngli, xırda-xırda və yaxud xovlu loxmacıqlar qarışığı olan bəlğəm,
subfebril, yaxud febril bədən hərarəti. Çox xarakterik əlamət sayılan davamlı qanhayxırmalar və
bəzən də ağciyər qanaxmaları xəstələrin əksəriyyətində müşahidə olunur. Bununla belə,
tuberkulomada bu deyilənlərə olduqca nadir hallarda təsadüf oluna bilər. Bu xəstələrdə vərəm
mikobakteriyaları aşkar olunmur, perifokal iltihabi proses və yeni ocaqların ağciyərdə yaranması
müşahidə olunmur.
Asperigilyomanın xarakterik rentgenoloji şəkli var, yəni rentgenoqrammada və daha dəqiq
tomoqrammada şarşəkilli və yaxud oval homogen törəmə məsaməli və yaxud deşik-deşik,
strukturlu bəzən d kirəcləşmə elementləri ilə görünür. Göbələk miseliləri liflərindən əmələ gələn
şaxələnmiş liflərdən, az və ya çox kompakt yumaqcıqdan ibarət aspergilyoma ilə
aspergilyomanın yerləşdiyi boşluğun divarı arasında çələng, oraq, aypara və s. şəklində müxtəlif
eni və uzunluğu olan hava zolağı aşkar olunur. Əksər hallarda belə göbələk şarı hər tərəfdən
hava ilə əhatə olunmuşdur və xəstə bədənin vəziyyətini dəyişdikcə, о da yerini dəyişir (Zınqırov
əlaməti). Aspergilyomanın aparıcı bronxunun mənfəzi boş olduqda bronxoqrafiya zamanı onu
kontrastla doldurmaq olur və bu bronx göbələk şarını əhatə edir. Bir qədər kiçik bronx olduqda
isə boşluğun aşağa hissəsini tutur və göbələk kütləsini yuxarıya sıxır. Bəlğəmdə, bronx
yuyuntularında, yaxud da aspiratda birbaşa zədələnmiş yerdən götürülmüş aspergillərin aşkar
olunması xüsusilə diaqnostik əhəmiyyət kəsb edir.
Aspergilyoma zamanı müsbət seroloji reaksiyaların da əhəmiyyəti vardır. (Passiv
hemaqqlütinasiya, presipitasiya reaksiyası və s.).
Göstərilən bütün əlamətlərin olması aspergilyomanın diaqnozunu təsdiqləyir.
Vərəm əleyhinə dərmanlar heç bir təsir göstərmədiyi halda belə, göbələklərə qarşı aparılan
müalicə bəzən müsbət
effekt verir, hətta aspergilyoma tam yox ola da bilər.
Ağciyərlərin arteriovenoz anevrizması da tuberkuloma ilə differensiasiya olunmalıdır
(sinonimləri kavernoz hemangioma, arteriovenoz angioma, və yaxud fistul və s.). Belə xəstələr
bəzən uzun müddət vərəm əleyhinə dispanserlərdə müşahidə olunur və tuberkulostatik
dərmanlarla uzun müddət müalicə olunurlar. Arteriovenoz anevrizmaya qadınlar və kişilər
arasında eyni dərəcədə rast gəlinir. Adətən ağciyər damarlarının inkişafının embrional
çatışmazlığı nəticəsində yaranan bu proses uzun müddət kliniki əlamətlərlə müşahidə olunmadan
qala bilər. Bunu da tuberkuloma kimi təsadüfən rentgenoloji müayinələr zamanı aşkar etmək
olur.
Vərəm üçün xarakter olmayan bəzi əlamətlər bir sıra hallarda arterio-venoz anevrizma
zamanı aşkar olunur. Buna dəridə, selikli qişalarda və bəzən də daxili orqanlarda çoxsaylı
teleangiektaziyaların olması aiddir. Bununla əlaqədar, qanın kapilyarlardan yan keçərək ağciyər
arteriyasından böyük qan dövranına keçməsi nəticəsində hipoksemiya və hipoksiya əlamətləri
qeydə alınır. Buna görə də üzdə, ətraflarda sianoz inkişaf edir, fıziki gərginlik zamanı kəskin
təngnəfəslik artır, tez-tez baş gicəllənmələr, hətta bayılma halları, epilepsiya şəkilli tutmalar olur.
Dırnaqlar saat şüşəsi şəkilini alır, uc falanqalar qalınlaşır, əllərdə və ayaqlarda, baraban çubuqları
şəklini alır, təkrari qanhayxırma və ağciyər qanaxmaları olur. Arteriovenoz anevrizma zonasında,
əgər böyük ölçülərdə olarsa, perkutor tonun kütləşməsi, sistolik və diastolik səs eşidilir. Qanda
eritrositlərin və hemoqlobinin səviyyəsi qalxır, oksigenin konsentrasiyası azalır, karbon qazının,
dəm qazının konsentrasiyası qalxır.
Tuberkulomadan fərqli olaraq rentgen şəkli xarakterikdir və bunlar daha çoxsaylı olurlar.
Çox vaxt arteriovenoz anevrizma ağciyərlərin aşağı paylarında yerləşir. Nəfəs alarkən onun