91
zədələnməsi aşkar olunur. Bir başqa halda isə o, bir-birinə qovuşmuş fokusvari dəyişikliklər,
yayılmış ocaqlar, bir və ya hər iki ağciyərdə metastazlaşma əlamətləri ilə müşahidə olunur.
Adenomatozlu xəstələrdə öskürəklə intoksikasiya əlamətləri zəif olmaq şərtilə, nadir
hallarda qanhayxırma da müşahidə olunur. Belə xəstələrin ağciyərlərində xırıltılar eşidilmir,
təngnəfəslik olmur, döş qəfəsində ağrılar müşahidə edilmir. Bəlğəmdə vərəm mikobakteriyaları
aşkar olunmur. Bəzi xəstələrdə bronxoskopiya zamanı qeyri-spesifik katar və yaxud da
dəyişikliklər aşkar olunur və iri bronxların adenomatoz zamanı nisbətən nadir hallarda
zədələnməsinə baxmayaraq bu, bir qədər şiş pro-seslorinə bənzəyir. Məhdud adenomatoz
rentgenoloji cəhətdən ən çox 3, 4 və 5-ci seqmentlərdə və ağciyərin aşağı payında tək-tək, 1 sm-
dən 5-6 sm-ə qədər diametrli fokuslar şəklində aşkar olunur. Konturları qeyri-hamar, girintili-
çıxıntılı olur. Şişin inkişafı tədricən olur, metastazlar müşahidə olunmur. Döş qəfəsi limfa
düyünlərində proses şiddətlənərkən, yəni qovuşan ocaqlarda və fokuslarda ciyərlərin aşağı
paylarında aşkar olunur.
Qomartoxondroma çox hallarda tuberkulomaya bənzəyir. Rentgenoloji cəhətdən hər iki
prosesin çox oxşarlığı var. Kliniki gedişləri də adətən bir-birinə çox bənzəyir.
Stabil tuberkuloma
adətən simptomsuz olur,və hemoqrammada,EÇS-də, proteinoqrammada dəyişikliklər olmur.
Qomartoxondromamn ölçüləri çox böyük olmursa və о, bronx daxilindəə yerləşmirsə,
tuberkuloma ilə eyni vəziyyətdə olur, yəni ayrıca heç bir kliniki təzahürlərə malik olmur. Bu
xəstəliyi də təsadüfən rentgenoloji müiayinə zamanı aşkar edirlər. Tək bronxdaxili
qomartoxondromalara da çox nadir hallarda təsadüf olunur, quru əziyyətli öskürək, qanhayxırma
olur, ağciyərin atelektazı və residivli sətəlcəmlə müşahidə olunur.
İri ölçülü şişlər zamanım xəstələr təngnəfəslikdən, döş qəfəsində ağrılardan və çətinləşmiş
tənəffüsdən şikayət edirlər. Xəstələrin anamnezlərində batsilyar xəstələrlə əlaqələrinin olub-
olmaması və keçmişdə vərəm xəstəliyinin keçirib-keçirmədikləri müəyyən olunur.
Qomartoxondromalar tuberkulomadan fərqli olaraq tam əksər hallarda ağciyərlərdə yerləşir.
Xəstələrin üçdə birində, bir sıra müəlliflərin göstərdiyinə görə aşağı payda lokalizə olunur.
Rentgenoloji cəhətdən qomartoxondromlar tək, oval formada olur və ətrafında ocaqh və
interstisial dəyişikliklər müşahidə olunmur. Qomartoxondromalar hamar, ətraf toxumadan aşkar
ayrılır, tərkibində bir və ya çoxsaylı kiçik və yaxud iri kirəcləşmiş, nadir hallarda sümükləşmiş
dəyişikliklərə rast gəlinir. Bu elementlər ən çox şişin ortasında yerləşir, bəzi hallarda isə
tamamilə onu tutur, yəni bütöv əhatə edir. Deyilən dəyişikliklər bəzən qarğıdalı danələrini
xatırladır, ancaq bir sıra hallarda qomartoxondromada kirəcləşmiş elementlər olmaya da bilir.
Belə hallarda onu periferik xərçəngə və yaxud da tuberkulomaya bənzədirlər.
Qomartoxondromada dağılma boşluğu çox nadir hallarda baş verir. Adətən ağciyərin kökünə sarı
olan “cığır”, böyümüş limfatik vəzilər də aşkar olunur. Deyilənlərə baxmayaraq,
qomartoxondromanı differensiasiya etmək bəzən çox çətin olur və belə hallarda sito-histoloji
müayinələrin aparılmasına ehtiyac olur. Bəzən də qomartoxondromanın sürətlə böyüməsi və
ağciyər xərçəngini inkar etmək mümkün olmadıqda cərrahi müdaxiləyə də ehtiyac qalır.
Qomartoxondroma çox nadir hallarda bədxassəli formaya keçə bilir.
Tuberkulomanı bəzən ağciyərlərin periferik adenoması ilə müqayisəli differensiasiya etmək
lazım gəlir. Ağciyərlərin adenomasına gənc və orta yaşlılarda və qadınlarda bir qədər çox rast
gəlinir. Onun histoloji quruluşu müxtəlifdir. Adenomanın rentgenoloji şəkli dəyirmi və yaxud
dəyirmi-oval homogen, diametri 1 sm-dən 5 sm-ə qədər olan aydın və hamar kənarları olan
törəmədir. Adenomanın daxilində başqa bir şey görünmür. Ətrafdakı ağciyər toxuması çox az
dəyişilmiş olur. Şişin bu xarakteri, orta və aşağı paylarda lokalizasiyası onu tuberkulomadan