82
Lobar sətəlcəmdə prosesə ağciyər payı bütövlükdə cəlb olunur və infiltrativ
pnevmonik faza
tezliklə kazeoz destruktiv faza ilə əvəz olunur. Bu qədər sürətli
kəsmikvari nekrozun əmələ
gəlməsi və iltihabi prosesə bütöv ağciyər payının cəlb olunmasının səbəbi aydın deyil.
Düşünmək olar ki, buna səbəb orqanizmin
reaktivliyinin dəyişməsi,
makroorqanizmin yüksək
sensibilizasiyası və vərəm infeksiyasının yüksək virulentliyi və massiv olmasıdır.
Bu formada
massiv kazeoz nekroz sahələrinin yaranması
ilə bərabər, həmişə çoxsaylı dağılma boşluqları və
yaxud da böyük kaverna əmələ gəlir.
Lobulyar kazeoz sətəlcəm daha çox səpələnmiş ağciyər vərəminin ağırlaşması nəticəsində
yaranır və lobar formadan fərqli olaraq, çoxsaylı iri kazeoz ocaqların əmələ gəlməsi ilə
xarakterizə olunur. Kazeoz sətəlcəm tək-tək xəstələrdə buludvari infiltratdan, perisisurit və
yaxud lobitdən qaynaqlanır. Əksər hallarda bu proses köhnə vərəm ocaqlarının və sklerozun
fonunda yaranır və daha çox gənclərdə, immunobioloji davamlılığı zəif olan xəstələrdə və bəzən
də yaşlı adamlarda, orqanizmin reaktivliyi kəskin zəifləmiş qocalarda baş verir. Bir sıra
əlverişsiz faktorlar qidalanmanın dərindən pozulması, hamiləlik, diabet, yüksək virulentli vərəm
mikobakteriyaları inkişafa təsir edir. Qeyd etdiyimiz kimi, kazeoz sətəlcəm ağciyər qanaxmaları
və qanhayxırma zamanı qanın və vərəm mikobakteriyalarının aspirasiyası nəticəsində də baş
verir. Xəstəlik kəskin, yüksək hərarətlə əksər hallarda hektik tipli və sürətlə artan intoksikasiya
əlamətləri ilə başlayır. İlk anlarda o, krupoz sətəlcəmi xatırladır. Xəstələr təngnəfəslikdən, döş
qəfəsindəki ağrılardan, bəlğəmdən, öskürəkdən şikayət edirlər. Dodaqlarında sianoz, akrosianoz,
kəskin taxikardiya müşahidə olunur. Fiziki müayinə zamanı bərkimiş ağciyər toxuması üzərində
perkutor səsin intensiv kütləşməsi, bronxial tənəffüs, krepitasiyalı və yaxud səsli xırıltılar
eşidilir. Bu dəyişikliklər lobulyar kazeoz sətəlcəmdə bir qədər az inkişaf etmiş olur. Bəlğəmdə
adətən vərəm mikobakteriyaları və elastik liflər tapılır. Hemoqramda hemoqlobin 7-10%-ə enir
(yəni 70-100 q/litr), eritrositlərin sayı azalır retikulositlərin səviyyəsi qalxır. Eyni zamanda
leykositoz müşahidə olunur (12-20xl0
9
/litr), eozinopeniya, neytrofillərin sola meyili 15-20%
olur, limfopeniya
müşahidə olunur.
EÇS-50-60
mm/saata qədər
kəskin
artır.
Qanda
zülal
fraksiyalarından
qlobulinlərin
yüksəlməsi
nəticəsində
hiperqlobulinemi
ya əmələ gəlir.
Əksər
hallarda
sidikdə
zülal
aşkar
olunur
(gialin
silindrləri).
Tuberkulin
si-
nağı
əksər
xstələrdə zəif və