80
aerogen yolla daxil olması ilə bağlıdır. İkincili halda isə infeksiyanın yayılması qarın
boşluğundan birləşdirici toxuma təbəqələri ilə boyun, çənə, üz aktinomikozu zamanı, həm də
digər orqanlardan hematogen yolla yayılır. Ağciyərlərə proses döş qəfəsidaxili limfa
düyünlərindən keçir. Tənəffüs orqanlarının aktinomikozlarının aşağıdakı formaları müşahidə
olunur: 1) bronxogen, 2) infiltrativ ağciyər, 3) solitar, 4) pay, 5) yayılmış, 6) ağciyər plevral
histilioz.
Aktinomikoz xroniki bronxit, infiltrativ pnevmonik formada və hətta xroniki interstisial
absesli sətəlcəm formasında inkişaf edə bilir. Başlanğıc mərhələsində bir qədər hərarət qalxır,
bəlğəm az miqdarda irinli, bəzən qan qarışığı ilə gəlir, bəlğəmli öskürək, zəiflik, bir qədər
leykositoz, neytrofillərin sola meyli, sürətlənmiş EÇS müşahidə olunur. Bu zaman bəlğəmdə
aktinomisetlərin druzları aşkar olunmur. Fiziki müayinə zamanı perkutor səs bir qədər kütləşmiş
olur, yaş xırıltılar eşidilir. Rentgenoqrammada əsas etibarilə aşağı və ağciyər kökünə yaxın
nahiyələrdə inkişaf etmiş interstisial dəyişikliklər fonunda infiltrativ tipli törəmələr görünür. Bu
kölgələrin konturları əvvəlcə dəqiq olmur. Birləşdirici toxumanın inkişafı ilə bağlı rentgendə
daha aydın görünür. Onların ətrafında bronxogen səpələnmə olmur. Bununla belə, fibroz və
bronxektatik dəyişikliklər və bəzən nazik divarlı kistalar aşkar olunur. Bu kliniki-rentgenoloji
şəkil, adətən infiltrativ ağciyər vərəminə bənzəyir. Bununla belə, bəlğəmdə vərəm
mikobakteriyaları aşkar olunmur, əksər hallarda tuberkulin sınaqları mənfi olur. Diaqnoz
xəstəliyin şiddətlənməsi ilə müəyyənləşdirilir. Bədən hərarəti artır, xəstənin ümumi vəziyyəti
pisləşir. Əvvəlcə üzücü quru öskürək, sonra irinli bəlğəm, qan qarışığı qoşulur. Ağciyərdə, döş
qəfəsində kəskin ağrılar və yüksək leykositoz müşahidə olunur. Bu zaman bəlğəmdə şüalı
göbələklərin druzları aşkar olunur. Rentgenoloji müayinə zamanı infiltrativ fokusların ölçüləri
artmış olur. Bu fokusların tərkibində destruksiya sahələri görünür. Kostal, mediastenal və əsas
etibarilə diafraqmal plevranın zədələnməsi xarakterik bir əlamətdir. Plevral boşluğun punksiyası
zamanı maye aşkar olunur. Ağciyərin yığılması ilə bərabər plevra boşluğunda mayenin
yaranması bu xəstəlik üçün xarakterik əlamətdir. Proses döş qəfəsinə keçdikcə, xəstənin
vəziyyəti pisləşdikcə, dərialtı infiltratlar yaranır, çoxsaylı irin axarları, əvvəlcə periostit, sonra
qabırğaların və döş fəqərələrinin dağılması müşahidə olunur. Bu dəyişikliklərin hamısı döşdə
çox güclü yandırıcı ağrılarla müşahidə olunur. Belə kliniki əlamətlər, sözsüz ki, ağciyər vərəmi
diaqnozunu inkar edir.
Ağciyərlərin infiltrativ vərəminin müalicəsi vaxtında kompleks və lazımi qədər
uzunmüddətli olmalıdır. Vərəm əleyhinə dərmanlarla bərabər, yeni müalicə metodları
pnevmoperitoneum, süni pnevmotoraks istifadə olunur. Bir necə ay erzində infiltrativ iltihabi
dəyişikliklər sorulur, təzə pnevmoneogen kavernalar bir xətt kimi və yaxud ulduz kimi çapıqlarla
nəticələnir, yaxud da kəsmikvari kütlə ilə dolaraq tuberkulomaya çevrilir. Bu və ya digər
hallarda effekt almadıqda, yalançı şiş formalı infiltrativ vərəmdə də cərrahi müdaxilə məsləhət
bilinir.
KAZEOZ SƏTƏLCƏM
Ağciyərlərin rentgenoloji müayinəsi zamanı aşkar olunmuş spesifik iltihabi prosesin
diametri 1 sm-ə qədərdirsə, buna ağciyərlərin ocaqlı vərəmi və 1 sm-dən
böyükdürsə ağciyərlərin
infiltrativ vərəmi adlanır. Ocaq və yaxud da ocaqların qovuşmasından əmələ gəlmiş bu spesifik