83
yaxud da passiv anergiya nəticəsində mənfi olur. Bədən hərarəti 39-40°C qalxır, kəskin zəiflik,
təngnəfəslik, taxikardiya, gecələr tərləmə və öskürək olur. Öskürək əvvəlcə quru, tez-tez
təkrarlanan, xəstə üçün əziyyətli, üzücü olur. Bir neçə gün sonra az miqdarda bəlğəm əmələ
gəlir, sonra bəlğəmin miqdarı artır, sutkada 200-500 ml olur. Qanhayxırma və xüsusilə qan
damarlarının divarları dağılarkən və destruksiya zonasına düşərkən ağciyər qanaxması da ola
bilər. Bu xəstələrdə bədən çəkisi çox tez aşağı düşür, arıqlamaq üzülmə dərəcəsinə gəlib çıxır,
dərisi bəyaz, yanaqlarında qızartı görünür. Tənəffüs çatışmazlığı ilə əlaqədar dodaqların sianozu
və akrosianoz əmələ gəlir. Lokal prosesə uyğun olaraq perkusiya zamanı kütlük müşahidə
olunur, bu nahiyədə tənəffüs kəskin və bronxialdır. Daha gec mərhələlərdə, böyük kaverna
yarandıqdan sonra müxtəlif kalibrli yaş xırıltılarla amforik tənəffüs yaranır. Bronxlarda bəlğəm
ilişib qalırsa, çoxsaylı quru xırıltılar eşidilir. Qeyd olunduğu kimi, kazeoz sətəlcəm lobar və
lobulyar formada olur. Lobar zədələnmə zamanı vərəm prosesi bir və yaxud iki payı əhatə edir.
Lobulyar vərəm sətəlcəmi, əsas etibarilə, vərəm mikobakteriyalarının hematogen yayılması,
səpələnməsi nəticəsində əmələ gəlir və ikitərəfli olur. Çoxsaylı iltihabi sahələr bir-birinə
qovuşaraq ağciyərlərin bütöv zədələnməsinə səbəb ola bilər. Xəstəlik kəskin kliniki əlamətlərlə
başlayır, inkişaf edir və krapoz sətəlcəmə bənzər qarın yatalağı, malyariya, bronxopnevmoniya
əlamətlərinə bənzər kliniki gedişi olur. Xəstəliyin ilk saatlarından bədən hərarəti həddən artıq
yuxarı olur. Bəlğəm əvvəlcə selikli irinli və tezliklə irinli olur. Ağciyərlərdə dağılma boşluqları
yarandıqca bəlğəmin miqdarı artır. Kəsmikvari nekrozun qopub ayrılması ilə və ağciyər
toxumasında boşluqların yaranması ilə bəlğəmdə çoxsaylı vərəm mikobakteriyaları və elastik
liflər aşkar olunur. Prosesin yayılma dərəcəsini və sətəlcəmin formasını aşkar etmək üçün
həlledici rolu rentgenoloji müayinələr tutur. Köhnə ocaqların aşkar olunması prosesin vərəm
etiologiyalı olmasına əsas verir. Ancaq bununla belə yayılmış pnevmonik proses tamamilə köhnə
ocaqları örtə bilər və onların aşkar olunmaması vərəmi inkar etmir. Bundan başqa qeyri-spesifik
sətəlcəm və digər xəstəliklərin fonunda da rentgen müayinə zamanı köhnə ocaqlar aşkar etmək
olar. Bu da diaqnostika zamanı nəzərə almmalıdır. Rentgenoloji dəyişikliklər müayinənin
vaxtından da asılıdır. Xəstəliyin erkən mərhələlərində ağciyərlərin lobit tipli (lobar) inf iltrasiyası
müəyyən olunur. Destruktiv prosesin əmələ gəlməsi ilə bağlı boşluq aşkar olunur.
Böyük ölçülü kaverna, infiltrativ ocaqlarda əhatə olunmuş və kiçik ölçülü boşluqlar da aşkar
etmək olar. Kavernaların yaranması ilə həmin ağciyərdə və yaxud da о biri ağciyərdə bronxogen
disseminasiya da baş verə bilər. Ocaqlar adətən iri, konturları qeyri-hamar olur. Qovuşaraq
müxtəlif
ölçülü konqlomeratlar, bəzən kiçik ölçülü kavernalar da əmələ gətirir.
Lobar sətəlcəm zamanı rentgenoqrammada intensiv homogen kölgəlik görünür. Pnevmonik
proses ağciyər payını bütövlükdə tutaraq ağciyərdə atelektaz yarada bilər və bu, kölgəliyin
intensivliyini daha da artırır. Başqa iltihablardan fərqli olaraq ağciyərin kazeoz dəyişiklikləri
nekroz sahələrində fibrozun əmələ gəlməsi ilə müşahidə olunmur. Ona görə də dağılma
boşluqlarının daxili kapsulı olmur. Ağciyərlərin dağılmasına dəlalət edən işıqlı boşluqlar
kölgəliklərin fonunda düzgün formaya malik olmurlar. Rentgenoqrammada əksər hallarda
simmetrik olaraq hər iki ciyərlrdə lobulyar sətəlcəm zamanı çoxsaylı iri
intensiv kölgəlik sahələri
görünür. Kliniki-rentgenoloji əlamətlərinə görə kazeoz sətəlcəmi krupoz sətəlcəmdən
fərqləndirmək lazım gəlir.
Krupoz sətəlcəm kəskin başlayır, adətən prodoromal əlamətləri olmur, titrətmə ilə kəskin
təngnəfəslik, döş qəfəsində ağrılar, yuxarı tənəffüs yollarının katarı müşahidə olunur. Xəstələrin
sifətində qırmızı rəng olur, hərarətdən dil quru və ərpli olur. Onlar yapışqan və pas rəngli bəlğəm
ifraz edirlər və bəlğəmdə mikobakteriyalar aşkar olunmur, başqa mikroflora əsas etibarilə