VerGİ TƏnZİMlƏnMƏSİ 1/2014 103 UoT 330. 16: 659. 4: 334



Yüklə 197,66 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix26.10.2017
ölçüsü197,66 Kb.
#6834
növüXülasə
1   2   3   4   5   6   7   8

ildən yaranmışdır. Məhz o vaxt, Amerikalı mühəndis-mexanik Frederik Uilson Tey-

lor (1856-1915) özünün “Elmi idarəetmənin prinsipləri” kitabını dərc etdirmişdir.

Elə  o  vaxtdan  da  menecment  ənənəvi  olaraq  idarəetmə  elmi  kimi  və  müstəqil

fəaliyyət sahəsi kimi qəbul edilir.

Qeyd  etməliyik  ki,  lokal  və  ya  qlobal  səviyyəli  olmasından  asılı  olmayaraq

idarəetmənin elmi-praktik əsaslarının düzgün müəyyənləşdirilməsi üçün fundamen-

tal araşdırmalar və analitik materiallar ortaya çıxarmaq, növbəti mərhələdə isə ona

müvafiq taktiki və strateji əsaslar formalaşdırmaq zəruridir. Bu nöqteyi-nəzərdən,

müxtəlif sahələrdə idarəetmə ilə bağlı əsaslı tədqiqatlar aparan tədqiqatçı-alimlərin

əsərləri xüsusi əhəmiyyət kəsb edir [6].



3. İdarəetmənin mahiyyəti və idarəetmə münasibətləri

İdarəetmə çoxcəhətli bir prosesi əhatə edir. O, cəmiyyətin bütün fəaliyyət dairəsi

ilə əlaqədardır. Çünki hər bir idarəetmə mərhələsi nəticə etibarilə insanların fəaliyyə-

tinin nizamlanması, qaydaya salınması, kiçik və böyük kollektivlərin idarə olunması,

bu isə istehsal, əmək kooperasiyasının həyata keçirilməsi, habelə canlı əməklə is-

tehsal vasitələrinin müəyyən qaydada əlaqəndirilməsi ilə bağlıdır.

Hər bir elmin predmeti olduğu kimi idarəetmə elminin də öz predmeti vardır. Ay-

dındır ki, elmin məzmunu onun predmetindən daha genişdir. Qeyd edək ki, idarəetmə

elminin məzmunu aşağıdakılardan ibarətdir:

idarəetmə nəzəriyyəsi;



idarəetmə metodları;

idarəetmənin təşkili;



idarəetmə texnikası.

Bu bölmələrin hər biri öz növbəsində bir sıra idarəetmə məsələlərindən ibarətdir.

Lakin bu fənnin məğzi əsasən idarəetmə fəaliyyəti və münasibətlərindən ibarətdir.

İdarəetmə  münasibətlərinin  məzmunu  və  xarakteri  hər  bir  ictimai-iqtisadi  for-

masiyanın qanunları, prinsipləri ilə müəyyən olunur. Sosial ədalət prinsipinin həyata

keçirilməsində idarəetmə münasibətləri mühüm rol oynayır. Müasir dövrdə yeni tipli

iqtisadi təfəkkürün formalaşması və inkişafına böyük əhəmiyyət vermək lazımdır.

Başqa elm sahələri kimi idarəetmə elmi də dünyagörüşün yaranmasında fəal rol oy-

namalıdır.  Çünki  bu  elmin  problemləri,  müddəaları  müasir  dövrdə  ön  plana

keçmişdir.

İdarəetmə sahəsində insani münasibətlər məktəbinin yaranması və inkişafında ən

böyük xidməti olan iki alimi - Amerikan sosioloqu Meri Parker Follett (1868-1933)

və Amerikan psixoloq və sosioloqu Elton Meyonu (1880-1949) göstərmək olar.

Elmi idarəetmə Amerika alimləri Frenk Qilbret (1868-1924), Liliya Qilbret (1878-

1972), Amerika mühəndis-mexanikləri F.U.Teylor (1856-1915) və Henri Hanttın

(1861-1919) işləri ilə daha çox bağlıdır. Bu məktəbin yaradıcıları hesab edirdilər ki,



P.Rzayev, Z.Rzayev

İDARəETMə PROsEsİNDə RəhBəRlə TABEÇİlİKDə OlANlARiN qARŞiliqli... 



1/2014

106


müşahidə, ölçmə, məntiq və təhlildən istifadə etməklə bir çox əl əməyini təkmil-

ləşdirmək olar və elə etmək olar ki, bu işlər daha səmərəli görülsün.  Əlbəttə ki, təş -

kilatın məqsədinə səmərəli nail olmaqdan ötrü onu sistemli şəkildə idarə etmək olar.

Bu konsepsiya özünün inkişafını tarixin uzun bir mərhələsində - XIX əsrin ortaların-

dan XX əsrin 20-ci illərinə qədər keçmişdir.

Adamlar arasında olan qarşılıqlı əlaqələr zamanı yaranan münasibətlər çox vaxt

rəhbərlərin səylərini üstələyir. Bəzən işçilər, rəhbərlərin istək və maddi stimullarına

rəğmən öz qruplarındakı iş yoldaşlarının istəklərinə daha üstün reaksiya verirlər.

Görkəmli  amerikalı  psixoloqu  Abraham Maslou (1908-1970)  və  başqa  psi -

xoloqların  da  tədqiqatları  bu  hadisənin  səbəblərini  başa  düşməyə  imkan  verdi.

A.Maslouya görə adamların işə münasibətləri və hərəkətləri, heç də pulun köməyi

ilə qismən yerinə yetirilə bilən yalnız iqtisadi maraqlarla yox, həm də müxtəlif tələ-

batlarla bağlıdır. Bu nəticələrə əsaslanaraq davranış məktəbin tədqiqatçıları hesab

edirdilər ki, əgər rəhbərlik öz işçilərinə çox qayğı göstərirsə, onda onların razılığının

səviyyəsi artar, bu isə məhsuldarlığın artmasına gətirib çıxarar. Onlar insan münasi-

bətlərinin  idarə  edilməsi  üsullarından  istifadə  etməyi  məsləhət  görürdülər.  Bu

üsullardan  birbaşa  rəhbərlərin  daha  effektiv  hərəkət  etmələri,  işçilərlə  məs-

ləhətləşmələr və onlara bir-biri ilə əlaqə yaratmaq üçün daha geniş imkanlar verməyi

göstərmək olar [7].

Davranış məktəbinin baniləri, əsas etibarı ilə şəxslər arasında münasibətlərin

yaradılması metodlarına diqqət yetirməklə, insani münasibətlər məktəbini daha çox

zənginləşdirdilər. Yeni yanaşma, əsasən təşkilatların qurulması və idarə edilməsində

davranış konsepsiyalarının tətbiqi ilə şəxsin özünün imkanlarının dərk edilməsində

ona kömək göstərmək idi. Ümumiyyətlə demək olar ki, bu məktəbin əsas məqsədi

insanların qabiliyyətləri və səyləri hesabına təşkilatların effektlivliyini artırmaq idi.

Cəmiyyətdə mövcud olan hər bir fərdin müəyyən qabiliyyəti vardır. Müxtəlif in-

sanlar eyni bir işi, eyni bir alətlə, eyni səviyyədə yerinə yetirə bilmirlər. Ona görə

də, onların fərdi xüsusiyyətlərini - hər bir fərdin tələbatını, qabiliyyətini, səriştəsini

və psixologiyasını nəzərə almaq lazımdır. Deməli, insani münasibətlər məktəbində

hər bir fərdin qabiliyyəti, daxili təlabatı, səriştəsi və psixologiyası nəzərə alınır.

İnsani münasibətlər məktəbi əmək məhsuldarlığının yüksəldilməsi və son nəticə

əldə edilməsi üçün fərdi (şəxsi) münasibətlərin idarə olunmasını, onların sosial və

psixoloji vəziyyətlərinin nəzərə alınmasını, rəhbərlərin işçilərə qayğı ilə yanaşması

faktorlarını aşkar etdi. Bu məktəb aşağıdakı bir sıra amilləri menecmentə gətirdi və

onların nəzərə alınmasını zəruri etdi [5]:

psixologiya;



ictimai münasibətlər;

insan amili;



hakimiyyət və nüfuz;

motivləşdirmə (həvəsləndirmə);



P.Rzayev, Z.Rzayev

İDARəETMə PROsEsİNDə RəhBəRlə TABEÇİlİKDə OlANlARiN qARŞiliqli... 



1/2014

107


Yüklə 197,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə