VerGİ TƏnZİMlƏnMƏSİ 1/2014 103 UoT 330. 16: 659. 4: 334



Yüklə 197,66 Kb.
Pdf görüntüsü
səhifə4/8
tarix26.10.2017
ölçüsü197,66 Kb.
#6834
növüXülasə
1   2   3   4   5   6   7   8

səlahiyyətlərin  formalaşması  və  təyin  edilən  məsuliyyətlərin  təkmilləş -

dirilməsi; 

məsuliyyətlilik;



fəallıq və təşəbbüskarlıq;

biliklərin çatışmamazlıqları zamanı davranış;



tabeçilikdə olanların araşdırılması;

yaxın ətraf və s.



Rəhbərlik və tabeçilikdə olanlar arasındakı münasibətləri müxtəlif cür qruplaşdır-

maq olar. Lakin bütün növ qruplaşmaların əsasını direktiv, demokratik və liberal

münasibətlər təşkil edir. Rəhbərlik üslublarına ətraflı nəzər yetirməzdən əvvəl, qeyd

etmək laızmdır ki, onlar bir-birindən əsasən vəzifələrin bölüşdürülməsi qaydasına,

qərarların hazırlanması, qəbul və yerinə yetirilməsinin təşkili metodlarına və onların

fəaliyyətinə nəzarət formalarına görə fərqlənirlər.

Rəhbərlik üslubu dedikdə, şəraitin işlənib hazırlanması, qəbul edilməsi və onun

icrasına nəzarətin həyata keçirilmə formaları başa düşülməlidir. 

Üslub rəhbər tərəfindən formalaşdırılır və onun idarəetmə manerasını xarakterizə

edir. Müasir rəhbərlik üslubunun aşağıda verilmiş bir sıra əlamətlərinə diqqət ye-

tirək:

 Öz qüvvəsini əsas məsələnin həllinə yönəltmək zəruriliyi. Bunun üçün bütün



işlər əhəmiyyətinə görə təsnifləşdirilir və həmin gün üçün başlıca olan işdən

başlanılır, sonra isə ikinci, üçüncü və nə qədər çatdırılması mümkündürsə, o

qədəri yerinə yetirilir. Sabah isə bunlar təkrar edilir.

 Həmişə ciddi şəkildə gözləməli olduğunuz şərt-aksioma bütün işlər üçün müd-

dətin müəyyən edilməsidir.

 Bütün qərarları öz vaxtında reallaşdırmaq lazımdır. Bu onların səmərəliliyini

təmin etməklə bərabər idarəetmə aparatındakı intizamı təmin edir.

 Öz fikrini söyləyənə qədər tabeçilikdə olan işçilərin fikrini öyrənmək zəruridir.

 Funksiyalar rəhbər tərəfindən tabeçilikdə olanlar arasında dəqiq bölüşdürülmə-

lidir.


 Tabeçilikdə olanlara maksimum fəaliyyət azadlığı vermək və xırda qəyyum-

luqdan əl çəkmək lazımdır.

 Rəhbər yalnız o işləri yerinə yetirməlidir ki, həmin işlər onun şəxsən iştirakını

tələb etsin. Rəhbər tabeçilikdə olanların yerinə yetirə biləcəyi işləri yerinə ye-

tirməməlidir. 

 Rəhbər öz üzərinə nə qədər çox iş götürürsə, bir o qədər az müvəffəqiyyət

qazanır.

 Özünüzün və başqasının vaxtını qiymətləndirməyi öyrənin. İşi həmişə vaxta

görə planlaşdırın.

 Uzun-uzadı nitq söyləməkdən və danışıqlardan qaçın. Fikrinizi qısa və son

dərəcə aydın şəkildə deyin.

P.Rzayev, Z.Rzayev

İDARəETMə PROsEsİNDə RəhBəRlə TABEÇİlİKDə OlANlARiN qARŞiliqli... 



1/2014

110


 Əgər səhv qərar qəbul etmişsinizsə dərhal onu düzəldin. Əks halda gec və ya

tez olaraq həmin səhv özünü daha qabarıq formada göstərəcəkdir.

 Əgər sizi başa düşmürlərsə, əsəbləşməyin, dinləyiciləri fərasətsiz hesab et-

məyin. Deməli əgər sizi başa düşmürlərsə, bu o deməkdir ki, fikrinizi aydın

ifadə etmirsiniz. Çalışın ki, fikrinizi daha aydın və başa düşülən şəkildə ifadə

edəsiniz.

 Nəzarət daima olmalıdır, lakin alçaldıcı və məkirli olmamalıdır, o işgüzar ol-

malıdır.


 Kiçik qüsurlardan dərhal yaxa qurtarmaq lazımdır, əks halda o böyüyərək ciddi

problemə çevrilə bilər.

 Bütün faydalı təşəbbüsləri hər cür həvəsləndirmək lazımdır. Bu tabeçilikdə

olanların fəaliyyətini yüksəldir.

İdarəçilik fəaliyyətinə və ya hər hansı bir bölmənin fəaliyyətinə rəhbərliyə başla-

yarkən birinci növbədə işin vəziyyətini öyrənmək, idarəetmə qarşısında duran məq -

sə di başa düşmək və əsas vəzifəni müəyyənləşdirmək zəruridir. Sonra isə idarə etmə -

nin texnikasını və kollektivin inkişafının strategiyasını əks etdirən idarəetmə siste -

mini işləyib hazırlamaq lazımdır. Müasir rəhbərlikdə başlıca cəhət sistem işləyib

hazırlamaqdır.

İdarəetmədə növbəti mərhələ idarəetmə aparatı funksiyalarını dəqiq bölüşdürmə-

lidir. Bölgü son dərəcə dəqiq olmalıdır. Yaxşı olar ki, bütün funksional vəzifələr

nömrələnsin və onların yerinə yetirilməsi müddəti müəyyən edilsin. Bu işdə ikinci

dərəcəli və xırda məsələlər olmamalı, burada hər bir məsələnin zəruriliyi nəzərə alın-

malıdır.  İdarəetmə  sisteminin  dəqiq  işinə  nail  olmaq  üçün  onun  bütün  detalları

düzgün düşünülməli və əlaqələndirilməlidir. Detallar dedikdə, burada onun funk -

siyaları başa düşülür. İdarəetmə sisteminin yaxşı fəaliyyət göstərməsini təmin etmək

üçün elmə, təcrübəyə əsaslanan, düşünülmüş rəhbərlik etməyin üç başlıca şərtinə

əməl etmək zəruridir:

bütün tapşırıq və sərəncamlar formalaşdırılmalı, onların yerinə yetirilməsi



müddəti və bu iş üçün məsul şəxs müəyyənləşdirilməlidir;

hər hansı bir tapşırıq və sərəncamın vaxtında yerinə yetirilməsi üçün müəyyən



edilmiş müddətə dəqiq nəzarət edilməli, nəzarətdə heç bir güzəştə yol veril -

məməli və nəzarət idarəetmə texnologiyasının zəruri elementi olmalıdır;

əhəmiyyətindən asılı olmayaraq yerinə yetirilən hər bir iş rəhbər tərəfindən



təhlil edilməli və qiymətləndirilməlidir. Bütün iradlar dərhal icraçılara de -

yilməli, yaxşı iş üçün əməkdaşa təşəkkür edilməlidir. 

Bu üç tələbi dəqiq və müntəzəm yerinə yetirən rəhbər əmin ola bilər ki, onun

idarəetmə sistemi istənilən şəraitdə etibarlı fəaliyyət göstərəcəkdir. İdarəçilik təfək -

kürü aydın, şəffaf və dərin olmalıdır. Aydın təfəkkür məntiqi, analitik, emosiyasız,

qərəzsiz, yaradıcı təfəkkürdür. Belə təfəkkürlü rəhbərlər işçilərlə normal əməkdaşlıq,

güzəştli rəftar və düzgün qərarlar qəbul etmək qabiliyyətinə malik olurlar [2, 7].

P.Rzayev, Z.Rzayev

İDARəETMə PROsEsİNDə RəhBəRlə TABEÇİlİKDə OlANlARiN qARŞiliqli... 



1/2014

111


Yüklə 197,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə