VerGİ TƏnZİMlƏnMƏSİ 1/2014 103 UoT 330. 16: 659. 4: 334



Yüklə 197,66 Kb.
Pdf görüntüsü
səhifə3/8
tarix26.10.2017
ölçüsü197,66 Kb.
#6834
növüXülasə
1   2   3   4   5   6   7   8

işin məzmunu və iş şəraiti;

rəftar (qarşılıqlı münasibət) və səriştə.



Etik görüşləri hələ kifayət qədər tədqiq edilməyən N.Tusi yaradıcılığında insan

və ona məxsus olan xüsusiyyətləri mərkəzi planda nəzərdən keçirir, yaradıcılığı boyu

insanın əxlaqi keyfiyyətlərini tərənnüm edir. N.Tusi əxlaqi sifətlərin yaranmasını

real gerçəklikdə görür, onun fikirincə “əxlaqi sifətlər yalnız ictimai həyatda yaranır

və heç də anadangəlmə proses deyil”.

3. İdarəçilik səviyyələri və rəhbərlik üslubu

Hər bir müəssisə özünün fəaliyyət sahəsindən asılı olmayaraq müəyyən idarəetmə

quruluşuna  malik  olmalıdır.  Burada  idarəetmə  səviyyələrini  və  pillələrini

fərqləndirmək lazımdır. Bu baxımdan, bütün orta və iri təşkilatlarda üç idarəetmə

səviyyəsinin (pilləsinin) yaradılması labüddür. Təşkilatlar adətən kiçik, orta və böyük

olurlar və onların idarəetmə işləri də həcmcə müxtəlif olur. Buna görə də idarəetmə

işini  təşkilatın  işçiləri  arasında  mütənasib  bölüşdürmək  lazım  gəlir.  İdarəetmə

əməyinin bölüşdürülməsi formalardan biri üfüqi, digəri isə şaquli xarakter daşıyır.

Konkret rəhbərlərin ayrı-ayrı bölmələrdə və eyni səviyyədə yerləşdirilməsi, asılı ol-

mayan üfüqi əlaqələri meydana gətirir. İdarəetmə işinin şaquli bölüşdürülməsi isə,

idarəetmə  səviyyələrini  və  pillələrini  yaratmaqla  asılılıq  və  cavabdehlik  xü-

susiyyətlərini əmələ gətirir. Rəhbər işçiləri, ənənəvi olaraq idarəçilik səviyyələrinə

uyğun olaraq, üç kateqoriyaya ayırırlar:

1. Aşağı (texniki) səviyyə rəhbərləri;

2. Orta (idarəetmə) səviyyə rəhbərləri;

3. Ali (institut) səviyyə rəhbərləri.

Bəzi mütəxəssislər rəhbərlik üslublarını idarəetmə metodları ilə qarışdırırlar.

Onlar bunu əldə rəhbər tuturlar ki, idarəetmə metodları ilə rəhbərlik üslublarının

funksional  təyinatı  üst-üstə  düşür.  Rəhbərlik  üslubları  idarəetmə  metodları  sıx

qarşılıqlı münasibətdə və təsirdə olsalar da onların bir-birindən fərqləndirilməsi üçün

tutarlı dəlillər vardır. İdarəetmə metodu dedikdə isə rəhbərin işçilərə və kollektivə

məqsədyönlü təsir üsulları başa düşülür. Bu üsullar tabeçilikdə olanların hərəkətlərini

əlaqələndirir. Metod tam obyektiv anlayışdır və rəhbərdən asılı olmayaraq mövcud-

dur. İdarəetmə metodundan fərqli olaraq, rəhbərlik üslubu öz əsasına görə obyektiv

olsa da rəhbərin şəxsi keyfiyyətləri ilə xarakterizə olunur.

Üslubun obyektiv və subyektiv cəhətlərini bir-birindən fərqləndirmək zəruridir.

Rəh bərlik üslubunun obyektiv cəhətləri rəhbərlik fəaliyyətinə sosial və iqtisadi

tələblərin vəhdətiliyi ilə səciyyələnir. Üslubun subyektiv cəhətləri isə öz növbəsində

rəhbərin şəxsiyyəti və ilk öncə onun psixologiyasının spesifikası ilə müəyyən edilir.

Fərdi üslubun əsas tərkib hissələrini unutmaq olmaz, daha doğrusu o, özünəməx-

susluğunu, spesifikasını daim saxlayır və bütün rəhbərlik konsepsiyasında vahid

P.Rzayev, Z.Rzayev

İDARəETMə PROsEsİNDə RəhBəRlə TABEÇİlİKDə OlANlARiN qARŞiliqli... 



1/2014

108


çərçivədə qəbul edilir. Əgər üslubda onun effektiv tərəfinə dəqiq diqqət yetirilməsə

onda heç bir, hətta rəhbərin ən gözəl keyfiyyətləri onun rəhbərlik etdiyi fəaliyyət

sistemini müvəffəqiyyətə aparmır. Rəhbərlik üslubunu müəyyənləşdirən amillər

aşağıdakılardır [7, 8]:

peşəkarlığa, təcrübəyə, yaradıcılığa, səriştəliliyə, işgüzarlığa, məsuliyyətliliyə,



şəxsi keyfiyyətlərə, əxlaqililiyə, temperamentliliyə və s. olan tələblər;

sistemin spesifikliyi - onun məqsədləri və vəzifələri, idarəetmə strukturları və



idarəetmənin texnologiyası, rəhbərin fəaliyyətinin funksional məzmunu;

idarəedilən kollektivin xüsusiyyətləri-onun strukturu və hazırlıq dərəcəsi, da -



xili  xüsusiyyətləri, kollektivdə olan formal və qeyri-formal qarşılıqlı münasi-

bətlərin xarakteri, eləcə də onun ənənələrinin və dəyərlərinin xarakteri.

Qeyd etmək lazımdır ki, iş üslubu yalnız rəhbərin şəxsi işi deyil, belə ki, o rəh-

bərin fəaliyyətinin bütün sahələrində, o cümlədən kollektivə rəhbərlik prosesində

ortaya çıxan iqtisadi, sosial-psixoloji və ideoloji-siyasi münasibətlərin reallaşdırıl-

masında öz əksini tapır.

Rəhbərlik üslubu sosial məna kəsb edir: birincisi, rəhbərlik üslubunda rəhbərin

dünyagörüşü və təsəvvürü öz  əksini  tapır, ikincisi, rəhbərlik üslubu əksər hallarda

sistemin fəaliyyətinin nəticələrini öncədən müəyyənləşdirir.

Çoxlu misallar gətirmək olar ki, mütərəqqi rəhbərlik üslubuna malik olan rəhbər

geridə qalan kollektivə başçılıq edərək, daima həmin kollektivi yenidən təşkil edə

bilir, bu da nəticə etibarilə həmin kollektivin qabaqcıllar sırasına çıxmasına səbəb

olur. Məhz buna görə də, üslub dedikdə, yalnız rəhbərin tabeçilikdə olanlarla ün-

siyyətdə olması və onun məqsədyönlü fəaliyyəti başa düşülməməlidir. Rəhbərlik üs-

lubu rəhbərin fəaliyyətinin forması ilə yanaşı, işinin məzmununu da müəyyənləşdirir.

Rəhbər tərəfindən yürüdülən üslub daim tabeçilikdə olanların diqqət mərkəzində

olur. Bu üslub axırıncılar tərəfindən müəyyən şəkildə qiymətləndirilərək qəbul edilir.

Çoxları rəhbəri təqlid etməklə ona oxşamağa çalışırlar. Hər bir rəhbər obyektiv möv -

cud  olan  vəziyyətlərdə,  özünün  şəxsi  keyfiyyətlərinə  əsaslanaraq  öz  üslubunu

yaradır. Üslub rəhbərlər və tabeçilikdə olanlar arasındakı münasibətləri ifadə edir.

Bu  münasibətlərin  mürəkkəbliyi  və  müxtəlifliyi  konkret  rəhbərlik  üslubunun

səmərəliliyini  müəyyənləşdirir  ki,  bunları  da  müxtəlif  əlamətlərinə  görə  təsni-

fləşdirmək olar. Onların fərqləndirilməsinin ən geniş yayılmış forması-rəhbər və

tabeçilikdə olanların arasındakı münasibətlərin xarakterinə görə fərqləndirilməsidir.

Bu baxımdan rəhbərlik üslubunun 3 növünü, direktiv (avtoritar), demokratik və li -

beral (passiv) növlərini fərqləndirmək lazımdır.

Hər bir fərdi üslub rəhbərin ideya-siyasi, təşkilati, səriştə, peşəkar və mənəvi-etik

keyfiyyətlərinin, xüsusiyyətlərinin onun fəaliyyəti ilə nə dərəcədə uzlaşması ilə

xarakterizə olunur. Bu komponentlər rəhbərlik üslubunun növünü də müəyyən-

ləşdirir. Rəhbər və tabeçilikdə olanlar arasındakı münasibətlər sahəsində aparılan

sosioloji tədqiqatlar rəhbərlik üslubunu aşağıdakı amillərlə müəyyənləşdirir [4, 7]:

P.Rzayev, Z.Rzayev

İDARəETMə PROsEsİNDə RəhBəRlə TABEÇİlİKDə OlANlARiN qARŞiliqli... 



1/2014

109


Yüklə 197,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə