2.2.5. Postrelasiya modeli
Klassik relasiya modeli nisbətin atributlarının bölünməz (atəmar) olduqlarını nəzərdə tutur, yəni cədvəldə informasiya 1-ci normal formada olmalıdır. Lakin bu məhdudluq bəzi halda tətbiqin səmərəli reallaşdırılmasına maneçilik törədir.
Postrelasiya modeli cədvəldə saxlanan verilənlərin bölünməzliyinə qoyulan məhdudluğu aradan qaldırmaqla relasiya modelinin genişlənməsinə imkan yaradır. Postrelasiya modelində çoxqiymətli sahələrə icazə verilir. Çoxqiymətli sahələrin qiymətlər dəsti əsas cədvələ salınan ayrıca cədvəl hesab olunur. Yəni burada cədvəllərin bir-birinin içərisinə salınmasına icazə verilir.
Müqayisə üçün şəkil 6-da işçilər və onların uşaqları haqqında informasiyanın relasiya (a) və postrelasiya (b) modellərində
İŞÇİ a)
SN
|
SOYAD
|
AD
|
VƏZIFƏ
|
001
|
Abasov
|
Abas
|
Mühəndis
|
002
|
Abasov
|
Əli
|
Texnoloq
|
003
|
Abışov
|
Vəli
|
Mexanik
|
İŞÇİ-UŞAQ
SN
|
UŞAQ
|
YAŞI
|
001
|
Namiq
|
10
|
001
|
Rəşid
|
5
|
002
|
Tofıq
|
15
|
003
|
Nərmin
|
3
|
İŞÇİ-VƏ-UŞAQLAR b)
SN
|
SOYAD
|
AD
|
VƏZİFƏ
|
UŞAQ
|
YAŞI
|
001
|
Abasov
|
Abas
|
Mühəndis
|
Namiq
|
10
|
|
|
|
|
Rəşid
|
5
|
002
|
Abasov
|
Əli
|
Texnoloq
|
Tofıq
|
15
|
003
|
Abışov
|
Vəli
|
Mexanik
|
Nərmin
|
3
|
Şəkil 6. Relasiya və postrelasiya modellərində verilənlərin strukturu
təsviri verilmişdir. İŞÇİ cədvəli işçilər haqqında verilənləri saxlayır. İŞÇİ -UŞAQ cədvəlində isə işçilərin uşaqları haqqında verilənlər toplanmışdır. Bu cədvəllər arasındakı əlaqə SN sahəsi ilə yaradılır. Bu cədvəllərdəki verilənlərin bir cədvəldə saxlanması adi relasiya modelində mümkün deyil. Postrelasiya modelində isə bu verilənlər bir İŞÇİ-VƏ-UŞAQLAR cədvəlində təsvir edilir.
Göründüyü kimi, relasiya modeli ilə müqayisədə postrelasiya modelində verilənlər daha səmərəli saxlanır və onların emalı zamanı iki cədvəldəki verilənlərin birləşdirilməsi əməliyyatına ehtiyac olmur. Bunun subutu kimi, şəkil 7-də relasiya modeli (a) və postrelasiya modeli (b) VB-nin bütün sahələrindən verilənlərin seçilməsi üçün SQL dilində SELECT operatorlarına aid misal göstərilmişdir.
SELECT İŞÇİ.SN, SOYAD, AD, VƏZİFƏ, UŞAQ, YAŞI
FROM İŞÇİ, İŞÇİ-UŞAQ
WHERE İŞÇİ.SN = İŞÇİ-UŞAQ.SN;
SELECT SN, SOYAD, AD, VƏZİFƏ, UŞAQ, YAŞI
FROM İŞÇİ-VƏ-UŞAQLAR;
Şəkil 7. Relasiya və postrelasiya modelləri üçün SQL operatorları
Cədvəldəki sahələrin uzunluğunun və sayının dəyişdirilməsinə tələb qoyulmur. Bu o deməkdir ki, verilənlərin və cədvəlin strukturu yüksək çevikliyə malik olur. Postrelasiya modeli normallaşdırılmamış cədvəlləri dəstəklədiyindən, verilənlərin tamlığı və ziddiyyətsizliyi probleminin həlli qarşıya çıxır. Bu problem kliyent-server sistemlərində saxlanan prosedurlara oxşar mexanizmləri VBIS-ə daxil etməklə həll olunur. Cədvəlin sahələrindəki qiymətlərə nəzarət edən funksiyalann təsviri üçün verilənlərə müraciətdən əvvəl və ya sonra avtomatik çağrılan konversiya və korrelyasiya prosedurlarını qurmağa imkan var. Korrelyasiya prosedurları verilənlərin emalından əvvəl, yəni verilənlər oxunandan dərhal sonra, konversiya prosedurları isə verilənlərin emalından sonra yerinə yetirilir.
Postrelasiya modelinin üstünlüyü əlaqəli relasiya cədvəllərini bir postrelasiya cədvəli ilə təsvir etmək imkanının olmasıdır. Bununla da informasiyanın təsvirinin yüksək əyaniliyi təmin edilir və onun emalının səmərəliliyi artır. Bu modelin çatışmazlığı isə saxlanan verilənlərin tamlığının və ziddiyyətsizliyinin təmininin mürəkkəbliyindən ibarətdir.
Postrelasiya modelini dəstəkləyən VBİS-lərə misal olaraq UniVers, Bubba və Dasdb sistemlərini göstərmək olar.
Dostları ilə paylaş: |