VeriLƏNLƏr bazalari ümumi məlumat


Verilənlərin relasiya modeli



Yüklə 292,45 Kb.
səhifə22/44
tarix15.05.2022
ölçüsü292,45 Kb.
#87088
növüYazı
1   ...   18   19   20   21   22   23   24   25   ...   44
C fakepathLav vsait

3. Verilənlərin relasiya modeli

3.1. Relasiya modelinin ümumi əsasları

Verilənlərin relasiya modeli müəyyən problem sahəsinin vaxta görə dəyişən nisbətlər toplusu deməkdir. İnformasiya sisteminin yaradılması zamanı nisbətlər toplusu problem sahəsinin obyektləri haqqında verilənləri saxlamağa və onlar arasında əlaqələri modelləşdirməyə imkan verir. Relasiya modelinin elementləri və onların məzmunu cədvəl 1-də verilmişdir.



Cədvəl 1. Relasiya modelinin elementləri

Relasiya modelinin elementləri

Məzmunu

Nisbət

Cədvəl

Nisbətin sxemi

Cədvəlin sütunlarının adlarından ibarət sətir

Kortej

Cədvəlin sətri

Mahiyyət

Obyektin sinonimi. Cədvəldəki verilənlər həmin obyektin xassələrini əks etdirir.

Atribut

Cədvəlin sütunun adı

Domen

Atributun mümkün qiymətlər çoxluğu

Atributun qiyməti

Yazı sahəsinin qiyməti

Birinci açar

Bir və ya bir-birilə birləşdirilmiş bir neçə atribut

Verilənin tipi

Domendəki elementlərin tipi


Nisbət - relasiya modelinin vacib anlayışı olub, verilənləri saxlayan ikiölçülü cədvəldir.

Mahiyyət - xassələri haqqında verilənləri nisbətdə saxlanan obyektdir.

Atribut - mahiyyəti xarakterizə edən xassədir. Cədvəlin strukturıında hər bir atributa ad verilir və həmin ad cədvəlin sütununun başlığı olur.

Domen - nisbətin hər hansı atributunun mümkün qiymətlər çoxluğudur.

Riyazi baxımdan nisbət D1,D2,...,Dn domenlərinin

D=D1xD2x...xDn

dekart hasilinin hər biri n sayda elementdən ibarət olan

d=(d1,d2,...,dn), di Di, i=l,2,...,n nizamlanmış kortejlər çoxluğudur. Dekart hasili ilkin çoxluqların (domenlərin) elementlərinin mümkün olan bütün kombinasiyalarını almağa imkan verir.

D1,D2,...,Dn çoxluğunda təyin edilmiş Rn nisbəti D=D1xD2x...xDn dekart hasilinin altçoxluğudur:

Rn D.

n ədədi nisbətin dərəcəsini və ya arlığını təyin edir. n=l olduqda nisbət unar, n=2 olduqda-binar, n=3 olduqda-ternar adlanır. Rn nisbətini təşkil edən müxtəlif kortejlərin d=(d1,d2,...,dn) sayına həmin nisbətin kardinal ədədi deyilir. Nisbətdə eyni kortejlər ola bilməz.




Yüklə 292,45 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə