VeriLƏNLƏr bazalari ümumi məlumat


Tranzaksiyaların idarə olunması



Yüklə 292,45 Kb.
səhifə28/44
tarix15.05.2022
ölçüsü292,45 Kb.
#87088
növüYazı
1   ...   24   25   26   27   28   29   30   31   ...   44
C fakepathLav vsait

3. Tranzaksiyaların idarə olunması

VBİS-də tranzaksiya mexanizmindən verilənlərin tamlığını təmin etmək məqsədilə istifadə edilir. Tranzaksiya - bazadakı verilənlər üzərində aparılan əməliyyatların bölünməz ardıcıllığıdır. VBİS bu ardıcıllığa tam vahid kimi baxır və onun əvvəldən sonadək yerinə yetirlməsini izləyir. Əgər tranzaksiyaya daxil olan bütün əməliyyatlar uğurla yerinə yetirilirsə, tranzaksiya uğurlu nəticə ilə başa çatır (COMMİT) və VBİS həmin əməliyyatlara uyğun olaraq xarici yaddaşda verilənləri dəyişdirir. Əgər hər hansı bir səbəbdən (avadanlığın və ya sistemin nasazlığı, proqram təminatındakı səhvlər və s.) tranzaksiya sona çatmırsa, o, bütövlükdə icra edilmir və geri qaytarılır (ROLLBACK).

Tranzaksiya aşağıdakı xassələrə malikdir:


  • atomarlıq; yəni tranzaksiyaya daxil olan əməliyyatların ya hamısı yerinə yetirilir, ya da heç biri;

  • seriyallaşma, o deməkdir ki, çoxistifadəçili sistemdə eyni vaxtda yerinə yetirilən tranzaksiyaların bir-birinə təsiri olmur;

  • davamlılıq, o deməkdir ki, sistem işini dayandırdıqda belə, icra olunmuş tranzaksiyanın nəticələri saxlanır.

Tranzaksiyaya misal olaraq işçilər haqqında verilənlər bazasında hər hansı bir işçinin əmək haqqı atributunun qiymətində düzəliş edilməsi və sonra həmin işçi haqqında verilənlərin VB- dən seçilib ekrana çıxarılması əməliyyatlarının ardıcıllığını göstərmək olar. Əgər bu əməliyyatlardan hər hansı biri uğursuz başa çatsa, tranzaksiya bütövlükdə uğursuz başa çatacaq və geri qaytarılacaqdır.

Tranzaksiyaların paralel yerinə yetirilməsi zamanı baş verə biləcək toqquşmaları VBİS həll edir. Bu halda adətən bir və ya bir neçə tranzaksiya geri qaytarılır və onlar tərəfındən aparılan dəyişikliklər ləğv edilir.




  1. Yüklə 292,45 Kb.

    Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə